352
Rəssamlıq.Heykəltəraşlıq.Memarlıq
9
90
illiyi
Rasim Babayev
1927-2007
DEKABR
Rasim Hənifə oğlu Babayev 1927-ci
il dekabr ayının 31-də Bakıda anadan
olmuşdur.
Orta məktəbi bitirdikdən sonra 1945-
1949-cu illərdə Əzim Əzimzadə adına
Azərbaycan Rəssamlıq Məktəbində,
1949-1955-ci illərdə Surikov adına
Moskva Rəssamlıq İnstitutunda təhsil
almışdır. Azərbaycan rəngkarlığının və
qrafikasının inkişafında xidmətləri ol-
muşdur.
Müxtəlif janr və mövzularda,
xüsusən boyakarlıq və dəzgah qrafika-
sı sahəsində yaratdığı rəsm əsərləri ilə
tanınmışdır. Onun yaratdığı tablolar
özünün monumental kompozisiyası,
lakonik xətti və rəng zənginliyi ilə se-
çilir. Rəssam həmçinin kitab təbliği və
illüstrasiyası sahəsində uğurla fəaliyyət
göstərmişdir. S.S.Axundovun “Qor-
xulu nağıllar” (1958), M.Füzulinin
“Meyvələrin bəhsi” (1960), A.Şaiqin
“Tıq-tıq xanım” (1961), “Cırtdan” (1963)
və s. belə əsərlərindəndir. “Əjdaha ili”,
“Yuxu”, “Sindibadın gəmiləri” seriyala-
rı, “Qaçqınlar” silsiləsindən olan əsərləri
isə R.Babayevin 1980-1990-cı illərə
dair yarardıcılığını çevrələyir. Onun
həmçinin “Sumqayıt”, “Daşkəsən” və
“Abşeron” linoqravüra silsilələrinin,
“Yer” və “Göy”, “Dağlar”, “Mənim
bağım”, “Neftdaşıyan” boyakarlıq
əsərlərinin, “Ağaclar”, “Qobustan”, “Xı-
nalıq kəndi” linoqravüraları, həmçinin
“Qız”, “Rəssam S.Bəhlulzadə” və s.
portretlərinin müəllifi olmuşdur.
1980-ci illərin sonu 1990-cı illərin
əvvəllərində Azərbaycan xalqının
üzləşdiyi faciələri əks etdirən tabloları
dərin emosional təsir qüvvəsi ilə seçilir.
Bakıda 20 Yanvar faciəsini (1990) əks
etdirən “Qanlı general” tablosunu yarat-
mışdır. R.Babayev “Müharibə olmasın”,
“Berlin-63”, “Ölüm düşərgəsi”, “Qar-
daş xatirəsi” və s. əsərlərində müharibə
əleyhinə olan hisslərini tərənnüm etmiş-
dir.
Rasim Babayevin çəkdiyi tablolar
İngiltərə, Kanada, Türkiyə, Finlandiya
və dünyanın bir sıra ölkələrində nümayış
etdirilmişdir. Onun yaradıcılığı nəinki
ölkəmizdə, ölkəmizin hüdudlarında da
maraqla qarşılanmışdır. Əsərlərindən
bəziləri Rusiyanın Tretyakov qalere-
yasında, Müasir Sənət Muzeyi və Şərq
Xalqları İncəsənəti Muzeyində, ABŞ-ın
Zummerli Muzeyində, Fransanın “Qa-
leri de Frans” qalereyasında saxlanılır.
Rəssam 1964-cü ildə Azərbaycan
SSR-in “Əməkdar rəssam”, 1988-ci ildə
isə “Xalq rəssamı” fəxri adlarına layiq
görülmüşdür. 1991-ci ildə Azərbaycan
Respublikası Dövlət mükafatı laureatı,
Azərbaycan Respublikası Prezidentinin
fərdi təqaüdçüsü olmuşdur.
Rasim Babayev 2007-ci il aprel ayı-
nın 22-də Bakı şəhərində vəfat etmiş-
dir.
Vəfatından sonra da onun yaradıcılı-
ğı qürürla sərgilənməkdədir. 2014-cü il
oktyabrın 29-da Heydər Əliyev Fondu-
nun vitse-prezidenti Leyla Əliyevanın
iştirakı ilə Sankt-Peterburqda Rus Mu-
zeyinin Mərmər Sarayında, həmin ilin
aprel ayının 15-də Kazan Ermitajında
“Həqiqət axtarışında” adlı əsərlərinin
sərgiləri açılmışdır.
Ə d ə b i y y a t
Babayev Rasim
//Azərbaycan Milli
Ensiklopediyası.- Bakı,
2010.- S.586.
Rasim Hənifə oğlu Baba-
yev //Xalq qəzeti.- 2007.-
25 aprel.- S.7.
İ n t e r n e t d ə
http://az-kaz.com/
index.php/528-kazanda-
ressam-rasim-babayevin-
heqiqet-axtarishinda-
adli-sergisi-achilib.html
31
Rəssam
353
Bəstəkar
Musiqi.Opera.Balet
105
illiyi
Ağabacı Rzayeva
1912-1975
DEKABR
Ağabacı İsmayıl qızı Rzayeva
1912-ci il dekabr ayının 15-də Bakı
şəhərində, ziyalı ailəsində anadan
olmuşdur.
Orta məktəbi bitirdikdən sonra
1927-ci ildə Pedaqoji Texnikuma
daxil olmuş, eyni zananda Əbilov
adına kluba yazılaraq tar çalmağı
öyrənmişdir. Texnikumu bitirdikdən
sonra Bakının Saray kəndində
müəllim işləmiş, bir müddətdən
sonra Musiqi Texnikumuna daxil
olmuşdur. Musiqi Texnikumunda
Üzeyir Hacıbəylidən dərs almış,
1935-ci ildə dahi bəstəkarın təşkil
etdiyi Azərbaycanda ilk dəfə notla
çalan Xalq Çalğı Alətləri Orkestrinə
qəbul edilmişdir. Bununla da Ağa-
bacı Rzayeva tam professional
bir musiqiçi kimi ömrünü sevdiyi
sənətə həsr etmişdir.
1941-ci ildə Azərbaycan Dövlət
Konservatoriyasının bəstəkarlıq
şöbəsinə daxil olmuş, Azərbaycanın
ilk musiqişünaslarından olan Xur-
şud xanım Ağayevadan, Qara
Qarayevdən, Cövdət Hacıyevdən,
Əfrasiyab Bədəlbəylidən dərs al-
mışdır.
1942-ci ildə Azərbaycan
Bəstəkarlar İttifaqına üzv seçilmiş-
dir.
Ağabacı Rzayeva bir sıra instru-
mental əsərlər - xalq çalğı alətləri
üçün “Şənlik süitası”, “Rəqs”, “Yal-
lı”, “Cəngi”; simli kvartet üçün va-
riasiyalar; tar, kamança və qaboy
üçün pyeslər yazmışdır.
Azərbaycanın ilk qadın bəstəkarı
olan A.Rzayevanın 1965-ci
ildə bəstəkar İsmayıl Quliyevlə
birlikdə, Həzi Məmmədovun
librettosu
əsasında bəstələdiyi
“Höcət eləmə” musiqili komediya-
sı Ş.Qurbanov adına Azərbaycan
Dövlət Musiqili Komediya Teat-
rında müvəffəqiyyətlə tamaşaya
qoyulmuşdur. Uşaqlar üçün yaz-
dığı “Kukla”, “Qaranquş”, “Pio-
ner qalstuku”, “Vətənimiz”, “Ağ
göyərçinim” əsərləri bu günə gədər
öz əhəmiyyətini itirməmişdir.
Ağabacı Rzayeva yaradıcılıqla
yanaşı, ictimai işlərlə də məşğul ol-
muş, üç dəfə - 1950, 1953, 1955-ci
illərdə Bakı Sovetinə, 1963-cü ildə
Azərbaycanın Ali Sovetinə deputat
seçilmişdir.
A.Rzayeva “Azərbaycanda musi-
qi sənətinin inkişafında xidmətlərinə
görə”, “Əməkdə fərqlənməyə görə”,
“Qafqazın müdafiəsinə görə” me-
dalları, 1959-cu ildə “Qırmızı Əmək
Bayrağı”ordeni, Azərbaycan Ali
Sovetinin Fəxri Fərmanları ilə təltif
edilmiş, 1960-cı ildə “Əməkdar
incəsənət xadimi” fəxri adına layiq
görülmüşdür. 1972-ci ildə “Şərəf
nişanı” ordeni ilə təltif olunmuşdur.
Ağabacı Rzayeva 1975-ci il iyul
ayının 5 Bakıda vəfat etmiş, II Fəxri
Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Mahnılar: fortepia-
no ilə oxumaq üçün
/A.Rzayeva; söz. S.Əsəd,
M.Əkbər, M.Dilbazi,
M.Rahim.-Bakı: Azərnəşr,
1970.- 16 s.
Vətən oğlu unudulmaz
[Notlar]: Romans və
tenor və ya soprano üçün
/A.Rzayeva; söz. S.Rüstəm.-
Bakı, 1975.- 4 s.
Babayeva, H. Ağabacı
Rzayeva: monoqrafiya
/H.Babayeva; Az. Resp.
Mədəniyyət və Turizm
Nazirliyi.- Bakı: Aspoliqraf,
2013.- 103 s.
Əhmədova, M. Ağabacı Rza-
yevanın mahnı yaradıcılığı
milli ənənələr kontekstində
/M.Əhmədova //Musiqi dün-
yası.- 2015.- 4/65.-S.41-44.
Xəlilzadə, F. Sənət
xəzinəmizin bəzəyi:
A.Rzayeva - 100 /F.Xəlilzadə
//Azərbaycan.- 2012.- 13
dekabr.- S.7.
15