367
367
28
Ədəbiyyatşünas
Mədəniyyət.Maarif.Təhsil
80
illiyi
Əliyar Səfərli
1937
DEKABR
Əliyar Qurbanəli oğlu Səfərli
1937-ci il dekabr ayının 28-də Naxçı-
van Muxtar Respublikasının Ordubad
rayonunun Anabad kəndində anadan
olmuşdur.
İbtidai təhsilini 1943-1947-ci
illərdə Anabad kənd məktəbində al-
mış, 1947-1951-ci illərdə Gənzə kənd
yediillik məkətbində və Ordubad
şəhər Pedaqoji məktəbində təhsilini
uğurla davam etdirmişdir. Bu uğurun
davamı olaraq 1955-1960-cı illərdə
Azərbaycan Dövlət Universitetinin
şərqşünaslıq fakültəsini bitirdikdən
sonra, 1960-cı ildə Azərbaycan Elmlər
Akademiyası Nizami adına Ədəbiyyat
və Dil İnstitutunun Qədim və orta əsrlər
Azərbaycan ədəbiyyatı şöbəsində baş
laborant vəzifəsinə təyin edilmişdir.
1966-cı ildə “Məsihi və onun
“Vərqa və Gülşa” poeması” mövzu-
sunda namizədlik, 1983-cü ildə isə
“XVII-XVIII əsrlər Azərbaycan epik
ədəbiyyatı” mövzusunda doktorluq
dissertasiyalarını müdafiə etmişdir.
1989-cu ildə Azərbaycan EA-nın
müxbir üzvü seçilmişdir.
1992-1994-cü illərdə Azərbaycan
Respublikası Təhsil Nazirliyində
Ədəbiyyatşünaslıq bölməsinin sədri
vəzifəsində çalışdıqdan sonra, 1994-
1998-ci illərdə ümummilli lider Heydər
Əliyevin fərmanı ilə Azərbaycan Res-
publikasının İran İslam Respublika-
sında fövqəladə və səlahiyyətli səfiri
olmuşdur.
1997-ci ildə İqtisadi Əməkdaşlıq
Təşklatının (EKO) Daimi
Nümayəndələr Şurasının yanında
Azərbaycan Respublikasının daimi
nümayəndəsi təyin olunmuşdur.
1998-ci ildə Bakı Dövlət Universi-
tetinin Azərbaycan Ədəbiyyatı tarixi
kafedrasının professoru elmi rütbəsini
almışdır.
2000-2004-cü illərdə AMEA-nın
M.Füzuli adına Əlyazmalar İnstitutu-
na baş elmi işçi, 2001-2002-ci illərdə
BDU-nun M.Cəlal adına Azərbaycan
ədəbiyyatı tarixi kafedrasının ka-
fedra müdiri, Nizami ad. Ədəbiyyat
İnstitutunda Orta əsrlər Azərbaycan
ədəbiyyatı şöbəsində baş elmi işçi və
s. vəzifələrdə çalışmışdır.
Ə.Səfərlinin yaradıcılığı 50-dən
artıq elmi kitab və 500-dən artıq
elmi məqalədə əks olunmuşdur. O,
“Xətayi. Əsərləri” (2005), “Məsihi.
Divanı” (1998), “M.Füzuli. Qoy məni
dərdimlə” (1960), “Şah İsmayıl Xətayi.
Keçmə namərd körpüsündən” (1988),
“M.Füzuli. Hədiqətüs süəda” (1993),
“Məhəmməd Şəhriyar” (1987, 2006)
və s. kimi elmi tədqiqat əsərlərinin
müəllifidir.
Ədəbiyyatşünas, mətnşünas, ma-
arif xadimi, Azərbaycan Yazıçılar
Birliyinin üzvü Ə.Səfərli 2007-ci
ildə AMEA Rəyasət Heyətinin Fəxri
Fərmanı ilə təltif edilmişdir.
Ə d ə b i y y a t
Dastani-Əhməd Hərami
/Tərtib ed.Ə.Səfərli.- Bakı:
Şərq-Qərb, 2004.- 119 s.
Əmani. Əsərləri /Əmani;
tərt. ed. və ön sözün
müəl. Ə. Səfərli ; red. X.
Yusifov.- Bakı: Şərq-Qərb.-
2005.-726 s.
M.Füzuli. Hədiqətüs-
suəda /Ə.Səfərli.- Bakı:
Şərq-Qərb.- 2005.-223 s.
Məhəmməd Şəhriyar
/tərt., ön söz və lüğətin
müəl. Ə.Səfərli.- Bakı:
Şərq-Qərb, 2006.- 214 s.
Əlyar Səfərli: biblioqrafi-
ya /Tərt. ed. İ.Səfərov; red.
A.Əliyeva-Kəngərli.- Bakı:
Elm, 2008.-124 s.
28
368
Coğrafiya.Geologiya
90
illiyi
Xudu Məmmədov
1927-1988
DEKABR
Xudu Surxay oğlu Məmmədov
1927-ci il dekabr ayının 14-də Ağdam
rayonunun Mərzili kəndində dünyaya
gəlmişdir. Kəndlərində dördüncü sinfi
bitirdikdən sonra Novruzlu kəndində
yeddiillik məktəbə getmişdir.
Ağdamda orta məktəbi bitirdikdən
sonra Azərbaycan Dövlət Universite-
tinin geologiya-coğrafiya fakültəsinin
geologiya şöbəsinə daxil olmuş, 1951-
ci ildə təhsilini fərqlənmə diplomu ilə
başa vurduqdan sonra müəllimi Heydər
Əfəndiyevin təkidi ilə Azərbaycan
Elmlər Akademiyasının Kimya İnsti-
tutuna təyinat almışdır.
SSRİ EA-nın Kristalloqrafiya İns-
titutunun aspiranturasına daxil olmuş,
1955-ci ildə kristalloqrafiya və kris-
tallofizika ixtisası üzrə “Ksonolit və
vollastonit minerallarının kristal quru-
luşu” mövzusunda namizədlik disser-
tasiyasını müdafiə etmiş, 1970-ci ildə
isə geologiya-mineralogiya üzrə elmlər
doktoru elmi dərəcəsini almışdır.
1973-cü ildə professor elmi rütbəsini
almış, 1976-cı ildə Azərbaycan SSR
Elmlər Akademiyasının müxbir üzvü
seçilmişdir.
1957-ci ildən Azərbaycan Elmlər
Akademiyası Qeyri-üzvi və Fiziki
Kimya İnstitutunun Struktur kimya
laboratoriyasının müdiri vəzifəsində
çalışmışdır.
Bir neçə illik tədqiqatların yeku-
nu olaraq, 1960-cı ildə “Kalsium-
silikatları və hidrosilikatların kristallo-
kimyası” monoqrafiyasını yazmışdır.
Əsas elmi işləri kristallokimyəvi
sahəsində olmuşdur. Silikat
birləşmələrindən bir çoxunun qu-
ruluşunu müəyyənləşdirmiş, həmin
birləşmələr sinfi ilə boratlar, karbo-
natlar, yarımkeçiricilər və s. arasında
kristallokimyəvi qohumluq olmasını
aşkara çıxarmış, 50-dən artıq üzvi li-
qandlı kompleks birləşmənin mole-
kul və kristal quruluşunu öyrənmiş,
tədqiqatlarında elektronoqrafiya,
rentgen-spektral analiz və hidrotermal
sintez üsullarından geniş istifadə et-
mişdir.
Xudu Məmmədovun Azərbaycan te-
leviziyasında uzun müddət aparıcısı ol-
duğu “Elm və həyat” verilişi neçə-neçə
gəncin elmə marağının formalaşma-
sında böyük rol oynamışdır. Bu veriliş
elm adamlarının, ziyalıların mənəvi-
intellektual ehtiyaclarını ödəmək baxı-
mından bu gün də TV kanalları üçün
bir örnək, ən gözəl nümunədir.
Milli Azadlıq Qərargahı təşkilatının
qurucularından biri olmuş (1969), Bö-
yük Britaniya Kral Akademiyasının
fəxri üzvü (1957) seçilmişdir. “Şərəf
nişanı” ordeni ilə təltif edilmişdir.
Xudu Məmmədov 1988-ci il okt-
yabr ayının 15-də Bakıda vəfat etmiş-
dir.
Bakı şəhərindəki küçələrdən biri
Xudu Məmmədovun adını daşıyır.
Haqqında “Dünya vətəndaşı. Xudu
Məmmədov” adlı qısametrajlı sənədli
televiziya filmi çəkilmişdir.
Ə d ə b i y y a t
Elim köməyim olsun: Ki-
tab Xudu Məmmədovun
nəşr edilmiş əsərlərindən
və arxivində olan
əlyazmalardan tərtib olu-
nub /Xudu Məmmədov.-
Bakı, 2002.- 121 s.
Qurdum ki, izim qala...
/X.Məmmədov; red.
C.Məmmədli.- Bakı,
2007.- 358 s.
Ölümdən sonra yaşayan
insan – Xudu Məmmədov
//Təzadlar.-2013.- 17,24,
26 yanvar.
Məmmədov Xudu
//Azərbaycan Sovet En-
siklopediyası: 10 cilddə.-
Bakı, 1982.-C.6.- S.503.
İ n t e r n e t d ə
https://az.wikipedia.
org/wiki/
C9%99mm%C9%99dov
http://www.tezadlar.
az/sagm/4668-xudu-
mmmdov-haqqnda-yeni-
toplu.html
14
Alim