Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə176/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   172   173   174   175   176   177   178   179   ...   200

365

365

Alim

Mədəniyyət.Maarif.Təhsil 

90

illiyi

İmamverdi Əbilov

1927-2016 

DEKABR

İmamverdi Xankişi oğlu  Əbilov 

1927-ci il dekabr ayının 19-da Neft-

çala rayonunun Qoltuq kəndində 

anadan olmuşdur. Qoltuq kənd yed-

diillik məktəbini tamamladıqdan 

sonra 1946-cı ildə Buzovna Pedaqo-

ji məktəbinə göndərilmiş, sonra isə 

S.M.Kirov adına Azərbaycan Dövlət 

Darülfünunun (indiki Bakı Dövlət 

Universiteti) filologiya fakültəsini  bi-

tirmişdir.  Əmək fəaliyyətinə 1942-ci 

ildə balıq vətəgəsində başlamışdır. 

1946-1955-ci illərdə Neftçala Rayon 

Partiya Komitəsinin Təbliğat-təşviqat 

şöbəsinin müdiri, 2-ci katibi, Neftça-

lada ədəbiyyat müəllimi kimi fəaliyyət 

göstərmişdir.  İ.Əbilov elmi-ədəbi-

publisistik fəaliyyətlə  məşğul olmuş, 

1960-cı ildə ilk “Rəsul Rza” kitabı 

kütləvi tirajla çapdan çıxmış və həmin 

il o, respublikanın “Qabaqcıl maa-

rif xadimi” adına layiq görülmüşdür. 

1970-ci ildə namizədlik, 1991-ci ildə 

doktorluq dissertasiyası müdafiə etmiş, 

professor elmi rütbəsini almışdır. 

1988-ci ildə Moskvada keçirilən 

Ümumittifaq təhsil işçilərinin qu-

rultayında, 1989-cu ildə isə pedaqo-

ji cəmiyyətlərin təsis qurultayında 

(Moskva) nümayəndə olmuşdur. Pub-

lisistik  əsərlərindən bəzi nümunələr 

orta məktəblərdə  tədris olunan “Ailə” 

dərsliyinə daxil edilmişdir. 

Moskvada, Tehranda, Bağdadda, 

Zaqafqaziya respublikalarının paytaxt-

larında keçirilən elmi simpozium və 

konfranslarda respublika elmi-ədəbi 

ictimaiyyətini təmsil etmişdir. Yeni 

dərsliklər yaradılması üzrə respublika 

komissiyasının üzvü olan İ.Əbilovun 

Respublika və keçmiş ittifaqın bir 

sıra mətbuat orqanlarında elmi, ədəbi, 

nəzəri, pedaqoji məsələlərdən bəhs 

edən 700-dən artıq məqalə  və resen-

ziyası  dərc olunmuşdur. Azərbaycan 

Elmlər Akademiyası Rəyasət heyətinin 

Neftçalada keçirdiyi “Yeni dövr və 

ziyalı mövqeyi”, “Ziyalı  və zaman”, 

“Elmlər Akademiyası - 50”, “Füzu-

li - 500”, “İlk milli Konstitusiyamız 

və Azərbaycan dili”, “Dədə Qorqud 

- 1300” mövzularına həsr olunmuş 

elmi-nəzəri konfranslar İmamverdi 

Əbilovun təşəbbüsü və yaxından iştira-

kı ilə keçirilmişdir.

“Zamanla Vaxt arasında”, “Xalq-

la xidmət-el məhəbbətinə körpü-

dür”, “Ömrün anları”, “Təbiətin və 

təfəkkürün möcüzəsi”, “Dünənin...

Sabahın... Çağdaş dahisi” və s. bir çox 

əsərlərin müəllifidir.

1985-ci ildə SSRİ maarif əlaçısı ol-

muş, 1990-cı ildə isə Krupskaya adına 

Ümumittifaq pedaqoji mükafatına la-

yiq görülmüşdür. Türk Dünyası Araş-

dırmaları Uluslararası EA-nın üzvü, 

“Fəxri xeyriyyəçi” qızıl medalına, bir 

çox təltiflərə, diplomlara layiq görül-

müşdür. 1993-cü ildə Azərbaycan Res-

publikasının “Əməkdar müəllim” fəxri 

adına layiq görülmüşdür. 2002-ci ildən 

Azərbaycan Respublikası Prezidenti-

nin fərdi təqaüdçüsü idi.

İmamverdi  Əbilov 2016-cı il aprel 

ayının 9-da Neftçala rayonunda, 89 ya-



şında vəfat etmişdir.

Ə d ə b i y y a t

Dünənin... sabahın... 

çağdaş dahisi: sənədli 

esse: [ümummilli lider 

Heydər Əliyev haqqında] 

/İ.Əbilov; red. T.Əhmədov.- 

Bakı: Nurlar, 2007.- 88 s., 

[4] v.

Ömrün dan qızartısından 

qürub şəfəqlərinədək... 

/İ.Əbilov; red. T.Tofiq qızı.- 

Bakı: Təhsil, 2001.- 348 s. 

Ömrün və elmin romanti-

kası /İ.Əbilov; tərt.ed. Azər 

Turan.- Bakı: Letterpress, 

2015.- 749 s.

Təbiətin və təfəkkürün 

möcüzəsi /İ.Əbilov; red.: 

E.İskəndərzadə.- Bakı: Vek-

tor NE, 2005.- 74 s.

“Heydər Əliyev təkrarsız 

şəxsiyyət idi”: Əməkdar 

müəllim, Prezident 

təqaüdçüsü, professor 

İmamverdi Əbilovla söhbət 

/İ.Əbilov; söhbəti apardı 

E.Umudlu //Azərbaycan 

müəllimi.-2016.- 16 aprel.- 

S.7. 

Nəbiyev, B. El ağsaqqalı, 

elm fədaisi İmamverdi 

Əbilov /B.Nəbiyev.- Bakı, 

2007.- 32 s.

http://libraries.az/

http://neftchala.cls.az

19


366

Ə d ə b i y y a t

Azərbaycanda aviasiyanın 

tarixi: Azərbaycan dilində 

materialların biblioqrafiyası  

/Azərbaycan Hava Yolları Qa-

palı Səhmdar Cəmiyyəti Milli 

Aviasiya Akad., Azərb. Resp. 

Mədəniyyət və Turizm Naz-yi, 

M.F.Axundov ad. Azərb. Milli 

Kitabxanası; baş məsləhətçi 

A.M.Paşayev; elmi red. 

N.Paşayeva; tərt. Ş.Axundov; 

ixtisas red. və buraxılışa 

məsul. K.M.Tahirov.- Bakı: [s. 

n.], 2012.- 252, [4] s.

Mir Cəlal: biblioqrafiya           

/Azərb. Resp. Mədəniyyət 

Nazirliyi, M. F. Axundov ad. 

Azərb. Milli Kitabxanası; 

tərt.-müəl. N.P.Nağıyeva; 

elmi red. Ş.Ə.Axundov; 

ixt. red. K.M.Tahirov; red. 

M.Ə.Vəliyeva.- Bakı: Adiloğ-

lu, 2006.- 259, [1] s. 

История авиации 

в Азербайджане: 

библиография материалов 

на русском языке /Закрытое 

Акционерное Общество 

“Азербайджан Хава 

Йоллары”; Национальная 

Академия Авиации ; М-во 

Культуры и Туризма 

Азерб. Респ., Азерб. 

Национальная Библиотека 

имени М.Ф.Ахундова ; 

сост. Ш.Ахундов; науч. 

ред. Н.Пашаева; гл. 

консультант А.М.Пашаев; 

спецред. и отв. за вып. К. 

Тахиров.- Баку: [s.n.], 2012.- 

279, [1] с.

Mədəniyyət.Maarif.Təhsil

Şəmsəddin Axundov 

1932

DEKABR

Şəmsəddin  Əşrəf oğlu  Axundov 

1932-ci il dekabr ayının 3-də Bakı 

şəhərində, sadə bir ailədə dünyaya 

göz açmışdır. Bakı  şəhərinin 51 say-

lı orta məktəbini əla qiymətlərlə başa 

vurduqdan sonra Azərbaycan Dövlət 

Universitetinin (indiki BDU) jurna-

listika  şöbəsinə daxil olmuş, 1956-

cı ildə universiteti bitirdikdən son-

ra müxtəlif hökumət qurumlarında, 

ictimai-siyasi təşkilatlarda işləmişdir. 

Harada işləməsindən, hansı  vəzifədə 

çalışmasından asılı olmayaraq mənəvi 

keyfiyyətləri, yüksək intellekti, 

peşəkarlığı  və  sədaqəti ilə seçilmiş, 

fərqlənmişdir.

Şəmsəddin Axundov 1956-1965-

ci illərdə  Mədəniyyət Nazirliyində 

(indiki Mədəniyyət və Turizm Na-

zirliyi) metodist-inspektor, baş me-

todist,  şöbə müdiri vəzifələrində ça-

lışmışdır. 1965-cı ildən Mədəniyyət 

İşçiləri Həmkarlar  İttifaqı Respubli-

ka Komitəsində  məsul katib, 1967-

ci ildən sədr vəzifələrində çalışan 

Ş.Axundov 1969-1981-ci illərdə 

Azərbaycan Həmkarlar İttifaqları Şu-

rasında şöbə müdiri   işləmişdir. 

Ş.Axundov 1981-1987-ci illərdə 

M.F.Axundzadə adına Azərbaycan 

Milli Kitabxanasının Elmi işlər üzrə 

direktor müavini vəzifəsində çalışmış-

dır. 1988-ci ildə o, Mədəniyyət Nazir-

liyinin  Mədəni-maarif Müəssisələri 

İdarəsinə rəis təyin olunmuşdur. Burada 

bir çox vəzifələrlə yanaşı, 1991-2001-

ci illərdə nazir müavini vəzifəsində 

işləmiş, həmçinin Azərbaycan Res-

publikası Nazirlər Sovetinin qərarı ilə 

Mədəniyyət Nazirliyi Kollegiyasının 

üzvü təyin olunmuşdur.

2005-ci ildən Şəmsəddin Axundov 

Milli Aviasiya Akademiyasında pro-

rektor vəzifəsində çalışır. O, burada 

Aviasiya Tarixi Muzeyinin fəal qu-

rucularından biri və ilk direktoru ol-

muşdur. Onun gərgin əməyi sayəsində 

Muzeydə Azərbaycanda aviasiya 

tarixinə dair, xalqımızın ilk qəhrəman 

aviator oğlan və  qızları haqqında 

zəngin material toplanmışdır. 

Topladığı  məhz bu dəyərli  mate-

riallar əsasında Azərbaycanda ilk dəfə 

olaraq Azərbaycan və rus dillərində 

aviasiya tarixinə dair “Azərbaycanda 

aviasiyanın tarixi: Biblioqrafiya” adlı 

fundamental kitab tərtib etmişdir. 

Azərbaycanda aviasiyanin tarixindən, 

ilk aviatorlarından hərtərəfli məlumat 

verən bu vəsait illər keçsə də həmişə 

aktual və əhəmiyyətlidir. 

Şəmsəddin Axundov harada və 

hansı  işi görməsindən asılı olmaya-

raq, vəzifəsini böyük həvəs və ürəklə 

yerinə yetirmiş, həyatda nail olduqla-

rını zəhməti bahasına qazanmışdır. 

85 yaşlı yubilyarın əməyi layiqincə 

qiymətləndirilmiş, o, “Şərəf nişanı”, 

“Qırmızı  əmək bayrağı” ordenləri, 

“Əla mədəniyyət işçisi” medalı,  

Azərbaycan SSR Ali Sovetinin Fəxri 

Fərmanı ilə  təltif edilmiş, “Əməkdar 

mədəniyyət işçisi” fəxri adına layiq 

görülmüşdür.

Hal-hazırda Milli Aviasiya Akade-

miyasında İctimaiyyətlə əlaqələr üzrə 

prorektordur. 



3

85

illiyi

İctimai xadim


Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   172   173   174   175   176   177   178   179   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə