383
Musiqi.Opera.Balet
Məşədi Məmməd Fərzəliyev
1872-1962
2017
Məşədi Məmməd Fərzəliyev
1872-ci ildə qədim Şuşa şəhərində
anadan olmuşdur. İlk musiqi təhsilini
Şuşada, Xarrat Qulunun məktəbində
almışdır. Toy məclislərində və xalq
şənliklərində çıxış etmiş, ilk dəfə Şu-
şada Xandəmirovun teatrında verilən
“Şərq konserti”ndə böyük uğur qa-
zanmışdır. O, nadir hallarda təsadüf
edilən güclü nəfəsə, geniş diapazonlu
gur səsə malik olmuşdur.
Erkən yaşlarından doğma şəhərini
tərk etmiş, bir müddət Gəncədə, son-
ralar Zaqafqaziyada, Orta Asiyada,
Türkiyədə, hətta Avropanın bir çox
ölkələrində yaşamış, xanəndəlik et-
miş, şan-şöhrət qazanmışdır. Oxu-
duğu “Bayatı-Kürd”, “Rast”, “Şur”,
“Çahargah”, “Zabul-Segah”, “Kürd
Şahnaz” muğam-dəsgahları, “Heyra-
tı”, “Mənsuriyyə”, “Səmayi-Şəms”,
“Qarabağ şikəstəsi”, “Arazbarı”,
“Kərəmi”, “Əfşarı” zərbi-muğamları
dinləyicilər tərəfindən böyük rəğbətlə
qarşılanmışdır. Xüsusilə, xanəndəlik
sənəti tarixində “Şüştər” muğamı-
nın mahir ifaçısı kimi tanınmışdır.
O, qədim Azərbaycan mahnıları və
təsniflərini: “Qarabağda bir dənəsən”,
“Alma”, “Nəbi”, “Vətən şərqisi”,
“Mən bir türkəm”, “Axşam oldu”
mahnılarını böyük məharətlə ifa et-
mişdir.
M.M.Fərzəliyev Azərbaycan
xanən-dəsi kimi milli musiqimizi
xaricdə geniş surətdə təbliğ etmiş,
1912-1915-ci illərdə “Sport-Rekord”
(Varşava) və “Ekstrafon” (Kiyev)
səhmdar cəmiyyətlərinin dəvəti ilə
tarzən Qurban Pirimovun müşayiəti
ilə 40-a qədər muğam, təsnif və mah-
nı oxuyub vala yazdırmışdır.
M.M.Fərzəliyev həmçinin geniş
konsert fəaliyyəti ilə də məşğul olmuş,
teatr tamaşalarında çıxış etmişdir.
1913-cü ilin yazında Zubalov adına
xalq evi tərəfindən Tiflisə dəvət edil-
miş, Ü.Hacıbəylinin
“Leyli və Məcnun” operasında Zeyd
rolunu oynamışdır.
1923-cü ildə Gəncədə açılan şəhər
musiqi məktəbində muğamatdan
dərs demək üçün dəvət almış, gənc
xanəndələrin yetişməsinə böyük
töhfələr vermişdir.
M.M.Fərzəliyev 1926-cı ildən mu-
ğam üçlüyünün müşayiəti ilə Polşa,
Almaniya, Fransa, Belçika, İngiltərə,
Avstriya, Rumıniya, Türkiyə, İran
və Rusiyanın bir çox şəhərlərində
dəfələrlə konsertlər vermişdir.
Keçmiş Sovet hökumətinin, onun
repressiyalarının ağır təzyiqlərinin
əlindən qaçan Məşədi Məmməd
Fərzəliyev 1929-cu ildə Türkiyənin
İstanbul şəhərinə qastrol səfərinə
çıxmış, bir daha Azərbaycana qayıt-
mamışdır. Uzun illər İstanbulda yaşa-
yan xanəndə 1962-ci ildə, 90 yaşında
vəfat etmişdir.
Ə d ə b i y y a t
Fərəcov, S. İstanbulda başa
çatan ömür /S.Fərəcov
//Mədəniyyət.-2012.- 11 aprel.-
S. 14.
Fərzəliyev Məşədi Məmməd
//Muğam ensiklopediya-
sı.- [Yersiz]: Heydər Əliyev
Fondu, 2008.- S.75-76.
Xəlilzadə, F. Avazı gözəl, səsi
zil: Unudulmazlar /F.Xəlilzadə
//Azərbaycan.- 2012.- 28
yanvar.- S.7.
Muğamla dünyanı dola-
şan ustad xanəndə: Şuşalı
Məşədi Məmməd Fərzəliyev
//Azadlıq.-2013.- 3 mart.-
S.14.
145
illiyi
Xanəndə
384
Teatr.Kino
135
illiyi
Mirmahmud Kazımovski
1882-1940
2017
Mirmahmud Mirələkbər oğlu Ka-
zımovski 1882-ci ildə Bakıda anadan
olmuşdur. Hələ uşaq yaşlarından teat-
ra maraq göstərmiş, məktəb illərində
dram dərnəklərinə gedərək bir sıra
tamaşalarda epizodik rollar yaratmış-
dır. Səhnə fəaliyyətinə 1898-ci ildə
M.F.Axundovun “Lənkəran xanının
vəziri” tamaşasında oynadığı nökər
rolu ilə başlamışdır. 1906-cı ildə o,
Bakı müsəlman dram cəmiyyətinin
təşkilatçılarından biri, həm də üzvü
olmuşdur. Azərbaycanda aktrisa olma-
yanda bir sıra qadın rollarında da çıxış
etmişdir.
N.Nərimanovun yaxından köməyi
və iştirakı ilə 1921-ci ilin noyabr ayında
Bakıda açılmış Tənqid və Təbliğ Teat-
rında mədəni tərəqqi naminə mübarizə
yolunu seçən sənətkarlar arasında Mir-
mahmud Kazımovski də var idi.
Unudulmaz aktyor Qoqolun
“Müfəttiş” (Filippoviç), N.Vəzirovun
“Pəhləvani zəmanə” (Cahangir bəy),
“Müsibəti-Fəxrəddin” (Əhməd),
Ş.Saminin “Gavə” (zabit və kəndli),
eləcə də bir sıra Qərbi Avropa dra-
maturqlarının əsərlərində uğurla çıxış
etmiş, maraqlı obrazlar yaratmışdır.
Mütəxəssislərin fikrincə, Mirmahmud
Kazımovskinin yaratdığı obrazlar ara-
sında V.Şekspirin “Otello” faciəsindəki
rolu xüsusi yer tutur.
M.Kazımovski səhnə üçün
müxtəlif həcmli əsərlər də yazmış-
dır. Əsərlərinin əksəriyyəti: “Vur-
havur”, “Daşım-daşım”, “Vəfasız
məşuqə”, “Molla Cəbi”, “Səməd bəy”,
“Həmişəri mənzili”, “Qadın və zülm”,
“Əyalət divanı” və s. dəfələrlə tama-
şaya qoyularaq rəğbətlə qarşılanmış-
dır. Hətta bəzi əsərləri Orta Asiyanın
bir çox şəhərlərində də tamaşaya qo-
yulmuş, tamaşaçı məhəbbətinə səbəb
olmuşdur. Mirmahmud Kazımovski
opera teatrı üçün dörd operetta, dram
teatrı üçün “Kəndxuda”, “Nadanlar”,
“Uşaqlar mənimdir” pyeslərini də
qələmə almışdır.
Onun həm də çox gözəl səsi var idi.
Ü.Hacıbəylinin “Leyli və Məcnun”
operasında M.Kazımovski Leylinin
anası rolunu ifa etmiş, eləcə də altıncı,
yeddinci ərəb rollarında çıxış etmişdir.
Çoxcəhətli yaradıcılığa ma-
lik olan Mirmahmud Kazımovski
Azərbaycanda idmana aid yazılmış
ilk dərsliyin müəllifidir. Ömrünün
42 ilini Azərbaycan səhnəsinə bağla-
yan M.Kazımovski Azərbaycan kino
sənətinin inkişafında da fədakarlıqla
çalışmış, “Neft və milyonlar
səltənətində”, “Bismillah”, “Bakılı-
lar”, “Kəndlilər”, “Sovqat” adlı filmləri
çəkmişdir. Görkəmli pedaqoq, drama-
turq və rejissor Azərbaycan SSR-in
“Əməkdar artist” fəxri adına layiq gö-
rülmüşdür.
Mirmahmud Kazımovski 1940-cı
il dekabr ayının 1-də 58 yaşında vəfat
etmişdir.
Ə d ə b i y y a t
Cümşüdov, H. Mirmahmud
Kazımovski /H.Cümşüdov;
[red. S.Mustafayev];
Azərbaycan Teatr
Cəmiyyəti.- Bakı:
Azərnəşr, 1972.-73, [3] s.
Xəlilzadə, F. Ehtiramla
anılanlar /F. Xəlilzadə
//Azərbaycan.- 2012.- 4
dekabr.- S.7.
Mirmahmud Kazımovski
//Səhnədən keçən yollar
/tərt. ed. R. Quliyev
(tərc. ed.); A.Paşayev,
M.Teymur.- Bakı, 1983.-
S.111-112.
Кязимовский М.
//Театральная
энциклопедия /глав. ред.
П.А.Марков - Москва,
1964.- Том 3.- С.686.
Aktyor, rejissor