389
Siyasət.Hüquq.Hərbi iş
105
illiyi
2017
Bağır Mirqasım oğlu Seyidzadə
1912-ci ildə qədim Azərbaycan şəhəri
İrəvanda anadan olmuşdur. Kiçik yaşla-
rından zəhmətə qatlaşan bu yeniyetmə
14 yaşında Bakıda toxuculuq fabrikində
əmək fəaliyyətinə başlamışdır. Lakin ali
təhsil almaq istəyən gənc 1926-cı ildə
Bakıda axşam işçi fakültəsində (rab-
fak) oxumuş, gündüzlər isə fabrikdə
işləmişdir. Dörd ildən sonra işçi
fakültəsini müvəffəqiyyətlə bitirmiş və
bir neçə ay “Kəndli” qəzetində korrek-
tor kimi çalışmışdır.
1930-cu ildə keçmiş Azərbaycan
Sənaye İnstitutuna (indiki Azərbaycan
Dövlət Neft və Sənaye Universiteti) da-
xil olmuş, neft texnologiyası fakültəsində
neft emalı sahəsində mühəndis-texnoloq
ixtisası üzrə təhsil almışdır. İnstitutda
oxuyarkən 1932-ci ildən “Gənc işçi”
qəzetində tərcüməçi, məsul katib, re-
daktor və şöbə müdiri vəzifələrində
işləmişdir.
1940-cı ildə Azərbaycan Gənclər İtti-
faqı Komitəsinin üzvü, sonra təbliğat və
təşviqat üzrə MK katibi və büro üzvü se-
çilmiş, 1943-1944-cü illərdə Azərbaycan
Komsomolu Mərkəzi Komitəsinin ikin-
ci katibi olmuşdur.
Uzun illər respublikada rəhbər
vəzifələrdə çalışmışdır. Moskvada ali
diplomatiya kurslarını bitirdikdən sonra
İranda (Cənubi Azərbaycanda), Maku-
da SSRİ-nin vitse-konsulu, sovet hərbi
hissəsində komissar işləmiş, Təbriz
şəhərində baş konsul vəzifəsini icra
etmişdir. Cənubi Azərbaycanda milli
hökumətin qurulmasında böyük xidməti
olmuş, sonralar İran milli hökumətinin
ali mükafatı “21 Azər” ordeni ilə təltif
edilmişdir.
Təbrizdə konsulluq bağlandıqdan
sonra B.Seyidzadə 1948-ci ilin dekabr
ayında Bakıya qayıtmış, 1949-cu ilin
fevralında Azərbaycan Kinematoqrafiya
naziri vəzifəsinə təyin olunmuşdur.
Onun nazir olduğu dövrdə “Bakı”
kinostudiyasında Bakı neftçilərinin
fəaliyyətindən bəhs edən “Bakının işıq-
ları” bədii, müxtəlif mövzularda istehsal
olunmuş “Böyük yol”, “Hədiyyə xal-
çası”, “Quba bağlarında”, “Tərtərçay
vadisində”, “Mingəçevir”, “Sovet Naxçı-
vanı”, “Yeni həyat qurucuları”, “Əməyə
eşq olsun!”, “Gədəbəyin sərvəti”, “Ab-
şeronun ocaqları”, “Səhər nəğməsi”,
“Sovet Azərbaycanı”, “Azərbaycanın
müalicə ocaqları”, “Elmlə dostluq
şəraitində”, “Arazın sahillərində”,
“Gözlərinizi qoruyun”, “Xəzər neftçiləri
haqqında dastan” və s. sənədli və elmi-
kütləvi filmlər çəkilmışdir.
1960-cı ildə “Xəzər neftçiləri haq-
qında dastan” və “Dənizi fəth edənlər”
sənədli-bədii filmlərinə görə yaradıcı
qrupun bir neçə üzvü Lenin mükafatına
layiq görülmüşdür.
1958-ci ildə Mədəniyyət naziri-
nin müavini vəzifəsində işləmişdir.
O, “Görkəmli adamların həyatı”
silsiləsindən bir sıra əsərləri Azərbaycan
dilinə tərcümə etmişdir.
“Əməkdar mədəniyyət işçisi” fəxri
adına layiq görülmüş, “Qırmızı Əmək
Bayrağı” və “Şərəf nişanı” ordenləri, bir
sıra medallarla təltif edilmişdir.
Ensiklopedik biliyə malik olan
görkəmli ictimai xadim Bağır Seyidzadə
1968-ci ildə Bakıda vəfat etmiş və Fəxri
Xiyabanda dəfn edilmişdir.
Ə d ə b i y y a t
Bağır Seyidzadə 100: mi-
niatür kitabı /Azərbaycan
Respublikası “Kitab”
Cəmiyyəti.- Bakı: İndiqo,
2012.- 175 s.
Abdin, T. Oralarda
kimlər var: Bağır
Seyidzadə /T.Abdin
//525-ci qəzet.- 2013.- 2
mart.- S.23.
Azəri, L. Mədəniyyət
tariximizdə iz qoyanlar
Məşhur Seyidzadələr
nəslinin iki görkəmli
nümayəndəsinin yubileyi
qeyd olundu /L.Azəri
//Mədəniyyət.- 2012.- 7
noyabr.- S. 13.
Kazımzadə, A.
Seyidzadələr nəslinin iki
qanadı /A.Kazımzadə
//Azərbaycan.- 2014.- 6
noyabr.- S. 6.
Nuriyeva, T. O, məşhur
Seyidovlar nəslindən idi:
Tanınmış ictimai xadim
Bağır Seyidzadənin
anadan olmasının 100 ili
tamam olur /T.Nuriyeva
//Xalq qəzeti.- 2012.- 9
avqust.- S. 6.
Dövlət xadimi
Bağır Seyidzadə
1912-1968
390
Mədəniyyət.Maarif.Təhsil
175
illiyi
Ağa Musa Nağıyev
1842/49-1919
2017
Ağa Musa Hacı oğlu Nağıyev 1842/49-
cu ildə Bakının Biləcəri kəndində sa-
man satmaqla məşğul olan Hacı Nağının
ailəsində dünyaya göz açmışdır. 11 yaşın-
dan ailəsinə kömək etmək məqsədilə çalış-
mağa başlamış, hambalçılıq etmişdir. Var-
dövlət sahibi olana qədər ağır bir həyat
yolu keçmişdir. O, üç-beş qəpiyə ona-buna
daşıdığı şələlərin pulunu yığıb Balaxanı-
da neft təbəqələri dayazda yerləşən, quyu
qazdırmaq nisbətən asan olan yerdə bala-
ca sahə almış, nəhayət, tale üzünə gülmüş,
neft quyusunun fontan vurması nəticəsində
milyonçu olmuşdur.
1887-ci ildə “Musa Nağıyev” adlı nefta-
yırma firmasını təsis etmişdir. 1891-ci ildə
Ağa Musa Nağıyev Bakı Neft Sənayeçiləri
Qurultayı şurasının, Bakı Ağ Neft Zavod-
ları İttifaqının və Sərəncam Komitəsinin
üzvü olmuşdur. 1893-cü ildə Ağa Musa
Nağıyev I gildiya taciri vəsiqəsini almış-
dır. Ağa Musa Nağıyev 1898-1899-cu
illərdə daha bir neftayırma zavodu quraş-
dırmışdır. 1904-1908- ci illərdə Ağa Mu-
sanın neft buruqlarından əldə etdiyi qara
qızılın miqdarı 12,3 mln. puda, 1908-ci
ilin sonunda isə 13 mln. puda çatmış və o,
bu sahədə rekord vurmuşdur. 1909-cu ildə
“Zaqafqaziya balıq sənayesi cəmiyyətinin”
təsisçisi olmuşdur.
Neft milyonçusu kapitalına və tikdir-
diyi binalarının sayına görə Bakı mil-
yonçuları arasında seçilmişdir. Məhz bu
keyfiyyətlərinə görə Rusiya çarı II Nikolay
onu “Neft kralı” adlandırmış, III dərəcəli
“Müqəddəs Stanislav” ordeni, 1910-cu
ildə isə “Zolotaya şeynaya Andreyevskoy
lentoy” medalı (Andreyev lenti ilə boğaz-
dan asılan qızıl medal) ilə təltif etmişdir.
Ağa Musa Nağıyev tikdirdiyi arxitek-
tur binaları ilə Azərbaycanı dünyaya tanıt-
dırmışdır. Binalarının üzərindəki firması-
na məxsus emblema “MN” və ya “AM”,
“Venzel” (daş kitabə) təsvir olunmuşdur.
Aga Musa Nağıyevin vərəm xəstəliyi
səbəbindən dünyadan erkən köçən oğlu
Ağa İsmayılın xatirəsinə tikdirdiyi məşhur
“İsmailiyyə”nin əsası 1907-ci ildə qoyul-
muşdur. 1913-1920-ci illərdə Müsəlman
Xeyriyyə Cəmiyyətinin qərargahı kimi
istifadə olunan bina, hal-hazırda AMEA-
nın Rəyasət Heyətinin binası kimi istifadə
edilir. Bakının memarlıq incilərindən sa-
yılan binanın memarı İosif Ploşko olmuş-
dur.
Çoxlu sayda mədəni məişət obyektləri
tikdirmiş, yüzlərlə yoxsul ailəni himayəyə
götürmüş, hər il 25 müsəlman qızının ib-
tidai sinifdə oxuması üçün iri məbləğdə
ianə ayırmışdır. 35 yoxsul ailə başçısının
vəsiyyətinə əməl edib dəfnlərini Kərbəlada
keçirmiş, şəxsi vəsaiti hesabına çoxlu
sayda soydaşlarımızın təhsil almalarında
vasitəçi olmuşdur. Bakıya və eləcə də Qara
şəhərə həyat rəmzi sayılan Şollar suyunun
çəkilməsində böyük məbləğ sərf etmişdir.
Ağa Musa Nağıyev 1919-cu il
mart ayının 4-də Bakıda vəfat etmiş-
dir. Vəsiyyətinə əsasən Kərbəlada dəfn
edilməli olan M.Nağıyev imkansızlıq uc-
batından “Çəmbərəkənd” qəbiristanlığında
dəfn olunmuşdur. Milyonçunun nəşi yal-
nız 1998-ci ilin 23 iyulunda nəvəsi Dilarə
xanımın və xeyriyyəçi Axund Hacı Əvəzin
təşəbbüsü ilə Biləcəri qəbiristanlığında
əbədi məzara qovuşmuşdur. Qəbrin üstü
oğlunun xatirəsinə tikdirdiyi İsmailiyyə
binasının maketi əsasında tərtib edilmiş-
dir.
Xeyriyyəçi
Ə d ə b i y y a t
Nağıyeva, D. Xalq üçün
ömrünü şam kimi əridən...:
(Ağa Musa Nağıyev haq-
qında xatirələr və faktlar)
/Dilarə Nağıyeva.- Bakı:
2007.- 248 s.
Nağıyeva, D. Zamanın
sorağında: milyonçu Ağa
Musa Nağıyevin fəaliyyəti
və xeyriyyəçiliyi haqda
/Dilarə Nağıyeva; elmi
red. A.Həşimov; red.
K.Muxtarqızı.- Bakı: Elm,
2011.- 229, [3] s.
Tahirqızı, Ü. Milyonlar
içində keçmiş ömür: Ağa
Musa Nağıyev Bakıda
xeyli binalar tikdirib
/Ülviyyə Tahirqızı //Xalq
cəbhəsi.- 2013.- 13 sent-
yabr.- S.13.
İ n t e r n e t d ə
http://anl.az/el/n/nd_xu-
oshke.pdf
http://web.anl.az/el/n/
nd_xuoshke.pdf
http://anl.az/el/Kitab/Azf-
268536.pdf
http://www.anl.az/down/
meqale/xalqcebhesi/2013/
sentyabr/325725.htm