Teqvim-2017. pdf



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə188/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   184   185   186   187   188   189   190   191   ...   200

391

135

illiyi

Şəfiqə Əfəndizadə 

1882-1959  

  

 

2017

Şəfiqə xanım Məmmədəmin qızı 

Əfəndizadə 1882-ci ildə Gürcüstanın 

Astxuri kəndində anadan olmuşdur. Atası 

tanınmış pedaqoqlardan olmaqla yanaşı, 

Şərq və Avropa ədəbiyyatının mahir bi-

licisi idi. Şəfiqə ilk təhsilini atasından al-

mış, ərəb, fars, rus dillərini öyrənmişdir. 

Hələ on dörd yaşında ikən Şəfiqə xanım 

atasının  Şəkidə  işlədiyi Darrüssiyada 

qızlar üçün açılmış xüsusi qrupda dərs 

deməyə başlamışdır.

1901-ci ildə Tiflis Zaqafqaziya Ruha-

ni İdarəsində imtahan verərək müəllimlik 

attestatı aldıqdan sonra H.Z.Tağıyevin 

və N.Nərimanovun təşəbbüsü ilə Bakıya 

dəvət olunmuşdur.

1901-ci ildə Bakıda açılmış ilk rus-

müsəlman qız məktəbinin ilk pedaqoqla-

rından biri də Şəfiqə xanım Əfəndizadə 

idi.

1917-ci ilin aprelində Bakıda 



“İsmailiyyə” binasında keçirilmiş Za-

qafqaziya müsəlmanlarının qurultayında 

müxtəlif təbəqələrdən olan kişilərlə ya-

naşı, cəmi üç qadın - Tiflisdən Sara Ta-

lışinskaya, Bakıdan  Şəfiqə  Əfəndizadə 

və Sara Vəzirova iştirak etmişlər. Fars, 

rus və  ərəb dillərini yaxşı bilən,  Şərq 

ədəbiyyatını mükəmməl öyrənən, Avro-

pa mədəniyyəti ilə yaxından tanış olan 

Şəfiqə xanımın səlis, aydın və savadlı 

çıxışı hamını heyran etmişdir.

O, müəllimliklə yanaşı jurnalist kimi 

də fəaliyyət göstərmiş, ilk mətbu yazısı 

“Şərqi-rus” qəzetində dərc edilmiş, son-

ralar “Dəbistan” məcmuəsində (1906-

1908-ci illərdə), “Rəhbər”, “Məktəb” 

jurnallarında məqalələri çap olun-

muşdur.  Şəfiqə xanım sonralar “Açıq 

söz”, “İstiqlal”, “Bəsirət” və  “Əfkari-

mütəllimin” kimi tanınmış mətbu orqan-

larda müntəzəm çıxış etməyə başlamış-

dır.


Jurnalistika və publisistika sahəsində 

tanınması əsasən 1911-1912-ci illərdə çap 

olunan “İşıq” qəzeti ilə bağlıdır. 1914-cü 

ildə “İki yetim, yaxud Kərimin hümməti” 

adlı bədii kitabı nəşr olunmuşdur. 1918-

ci ilin martında ermənilər tərəfindən 

törədilən mart faciəsi Şəfiqə xanımın da 

həyatına ağır zərbələr vurmuşdur. Bir 

müddət Qubada, Azqurda və İstanbulda 

yaşamış, lakin Azərbaycanda baş verən 

hadisələri mütəmadi olaraq izləmiş  və 

münasibət bildirmişdir. Azərbaycan 

Xalq Cümhuriyyətinin qələbəsindən 

sonra 1919-cu ilin aprelində Bakıya qa-

yıdan  Şəfiqə xanım yenidən pedaqoji 

işinə bərpa olunmuşdur.

Şəfiqə  Əfəndizadə keçmiş sovetlər 

dövründə  də müəllimliklə yanaşı, pub-

lisistik fəaliyyətini davam etdirmiş, 

1923-cü ildə nəşrə başlayan “Şərq qadı-

nı” jurnalının redaksiya heyətinin üzvü 

seçilmiş, jurnalın məsul katibi və  bədii 

ədəbiyyat şöbəsinin müdiri olmuşdur.

1932-ci ilə qədər pedaqoji fəaliyyətlə 

məşğul olan Şəfiqə xanım Zaqafqaziya-

da, Qafqazda, Moskvada keçirilən qadın 

konfrans və qurultaylarında nümayəndə 

kimi iştirak etmişdir. 

Görkəmli   Azərbaycan ziyalı-

sı, ömrünü Azərbaycan qadınının 

maariflənməsinə, azadlığına həsr edən 

Şəfiqə xanım  Əfəndizadə 1959-cu ildə 

Bakıda vəfat etmişdir.

Hazırda Bakı  şəhəri Yasamal rayo-

nundakı 13 saylı orta məktəb Şəfiqə xa-

nım Əfəndizadənin adını daşıyır. 



Ə d ə b i y y a t

Dünyaminqızı, Q. Öz 

millətini ucaldan xanım: 

Şəfiqə xanım Əfəndizadə 

/Q.Dünyaminqızı //

Kaspi.-2015.- 15 sent-

yabr.- S.9-10.

İsmayıl. İlk azərbaycançı 

qadın jurnalist...: Şəfiqə 

xanım Əfəndizadənin 

publisistikası geniş 

tədqiq olunmalıdır /İs-

mayıl        //Şərq.- 2014.- 

2 dekabr.- S.11.

Mikayıl qızı, P. Şəfiqə 

Əfəndizadənin qadın 

azadlığı uğurunda 

mübarizəsi /P.Mikayıl 

qızı //Kaspi.- 2015.- 15 

sentyabr.- S.14.

Səfərov, R. İlk 

maarifpərvərlərdən 

biri: Şəfiqə xanım 

Əfəndizadənin pedaqoji 

fəaliyyəti haqqında 

bəzi qeydlər /R.Səfərov            

//Kaspi.- 2015.- 15 sent-

yabr.- S.11.

Tahirqızı, Ü. 

“Cəhalətdən çıxma-

ğın dərmanı elmdir, 

maarifdir...”: Şəfiqə 

Əfəndizadə həm 

jurnalist, həm də 

pedaqoq kimi maari-

fin, elmin əhəmiyyətini 

“Dəbistan”, “Rəhbər”, 

“Məktəb” jurnallarında 

təbliğ edirdi /Ü.Tahirqızı 

//Xalq cəbhəsi.- 2014.- 

17 oktyabr .- S.11. 

Maarifçi

Mədəniyyət.Maarif.Təhsil


392

Fəlsəfə.İqtisadiyyat

730

illiyi

Mahmud Şəbüstəri

1287-1320

2017

Səadəddin Mahmud ibn Əbdül-

Kərim ibn Yəhya  Şəbüstəri (Mahmud 

Şəbüstəri) 1287-ci ildə  Təbriz yaxınlı-

ğındakı  Şəbüstər kəndində, ilahiyyatçı 

ailəsində anadan olmuşdur. Öz şəxsi 

mütaliəsi sayəsində ensiklopedik bilik 

əldə edib, ilahiyyat, fəlsəfə, astronomiya

tibb, filologiya və başqa elm sahələrinə 

dərindən bələd olmuşdur. Mahmud 

Şəbüstəri hələ cavanlıq illərindən Misir, 

Hicaz, Suriya, İraq və başqa ölkələrə 

səyahətlər etmiş, görkəmli alimlərlə ta-

nış olmuşdur.Məhəmmədəli Tərbiyətin 

yazdığına görə,  şirvanlı  səyyahlardan 

biri  Şəbüstərinin Kirmanda da olduğu-

nu iddia edir. O, Kirmanda evlənmiş 

və orada uşaq və nəvələri də olmuşdur. 

Şəbüstərinin nəslinin nümayəndələri 

arasında elm və  ədəbiyyat xadimləri 

də yetişmiş, oğlu şair olmuş və atasının 

məşhur “Gülşəni-raz” əsərinə şərh yaz-

mışdır.

 Görkəmli filosof qısa ömür sürsə də, 



özündən sonra zəngin bir ədəbi irs qo-

yub getmişdir. “Səadətnamə”, “Kənzul-

həqaiq” (“Həqiqətlər xəzinəsi”), 

“Həqqul-yəqin fi Mərifəti rəbbul aləmin” 

(“Aləmin yaradıcısını  dərk etmək 

üçün  şəksiz həqiqətlər”), “Miratul-

Muhəkkikin”  (“Həqiqət axtaranla-

rın aynası”)  əsərləri və dünya şöhrətli 

“Gülşəni-raz” (“Sirlər gülşəni”) poe-

ması onun qələminə məxsusdur. “Sirlər 

gülşəni” (“Gülşəni-raz”) məsnəvisi ya-

zıldığı dövrdən təsəvvüfün təməl kitab-

larından sayılır. 

Şəbüstəri özünün ilk fəlsəfi əsərlərini 

nəsrlə yazmışdır.  XVII yüz ilin Osmanlı 

müəllifi Sarı Abdullah ana dilində yazdı-

ğı “Səməratül-Fuad” əsərində “Gülşəni-

raz” əsərinə istinad etmişdir. Bu əsər orta 

yüzilliklərdə iki dəfə türkcəyə  tərcümə 

edilmişdir.  

1426-cı ildə “Gülşəni-raz” 

Azərbaycan  şairi  Şirazi tərəfindən ana 

dilimizə - Azərbaycan türkcəsinə tərcümə 

etmiş, 1944-cü ildə isə Əbdülbaqi Göl-

pınarlı  əsəri Osmanlı türkcəsinə çevir-

mişdir. XIX əsrdən başlayaraq poema 

müxtəlif müəlliflər tərəfindən bir çox 

Avropa dillərinə çevrilmiş  və  dəfələrlə 

dərc olunmuşdur. Əsər yarandığı gündən 

bütün  Şərqin sufiləri arasında böyük 

rəğbətlə qarşılanmışdır.  Şəbüstərinin 

fəlsəfəsinə dair kitabında  Şaiq  İsmayı-

lov XIV-XVIII əsrlər arasında bu əsərə 

fars dilində  şərh yazmış 18 müəllifin 

adını çəkir. 

1319-1320-ci ildə  Şəbüstəri özü-

nün ikinci mənzum fəlsəfi  əsəri olan 

“Səadətnamə”ni qələmə almışdır. Bu, 

həcmcə əvvəlki poemadan daha böyük-

dür. Üç min beytdən ibarət “Səadətnamə” 

əsərində müəllif fəlsəfi düşüncələrindən 

başqa öz həyat və fəaliyyəti, səyahətləri 

haqda məlumatlar vermiş, müəllimləri 

və sevimli kitabları haqda söz açmışdır.

O,  ərəb dilindən fars dilinə  tərcümə 

ilə  də  məşğul olmuşdur. Məşhur  filo-

sof İmam Qəzalinin “Minhacul-abidin” 

(“Zəvvarların yolu”) adlı  əsərini fars 

dilinə   çevirmişdir.  

Şəbüstəri qısa ömür yaşamış, 1320-

ci ildə  vəfat etmişdir. Doğulduğu 

kəndin qəbiristanlığında, müəllimi Ya-

qub Təbrizinin yanında dəfn olunmuş-

dur. Məzarı üstündə türbə inşa edilmiş, 

üzərinə mərmərdən xatirə lövhəsi vurul-

muşdur. Qəbrin sinə daşında: “Böyük 

şeyx 33 yaşında bu cismani dünyadan 

əbədi dünyaya köçdü” sözləri yazılmış-

dır. 

Filosof

Ə d ə b i y y a t

Fərəcov, S. Sufi 

dünyasında zəngin 

irs sahibi /S.Fərəcov        

//Mədəniyyət.- 2014.-     

8 avqust.- S.15.

Görkəmli sufi alimi 

Mahmud Şəbüstəri: 

Ensiklopedik bilikli fi-

losof //Azadlıq.- 2013.- 

8 aprel.- S.14.

İ n t e r n e t d ə

http://www.anl.

az/down/meqale/

azadliq/2013/

aprel/301325.htm

http://www.anl.

az/down/meqale/

medeniyyet/2014/

avqust/386089.htm



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   184   185   186   187   188   189   190   191   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə