387
Aktrisa
Teatr.Kino
105
illiyi
Münəvvər Kələntərli
1912-1963
2017
Münəvvər Səməd qızı Kələntərli
1912-ci ildə Lənkəranda anadan ol-
muşdur. Təhsilini Lənkəranda almış,
17 yaşında ikən Bakıya gəlmişdir.
Məlahətli və həzin səsi olan Münəvvər
xanım qardaşı ilə konsertlərdə xalq
mahnılarını, xüsusilə də Lənkəranda
dəbdə olan el nəğmələrini (“Aman
nənə”, “Kişmiri şal”, “Lolo”) gözəl
ifa etmişdir. Ustad tarzən Qurban Piri-
movun, kamançaçı Qılman Salahovun
və qarmonçalan Teymur Dəmirovun
müşayiəti ilə həzin səsi ilə muğam
da oxumuşdur. Bundan xəbər tutan
bəstəkar Müslüm Maqomayev 1933-
cü ildə Münəvvər Kələntərlini opera-
ya dəvət etmiş, 1933-cü ildən etibarən
o, səhnə fəaliyyətinə başlamışdır.
Ü.Hacıbəylinin “Leyli və Məcnun”
operasında Leyli və Leylinin anası,
“Əsli və Kərəm”də Əsli, “O olmasın,
bu olsun”da Sənəm obrazlarını yarat-
mışdır.
Musiqili Komediya Teatrının
səhnəsində F.Əmirovun “Gözün
aydın”, S.Ələsgərovun “Ulduz”,
T.Quliyevin “Qızıl axtaranlar”,
S.Rüstəmovun “Durna”, A.Rzayevin
“Aya səyahət” və başqa tamaşalarda
müvəffəqiyyətlə çıxış etmişdir. Geniş
yaradıcılıq imkanlarına malik təbiətən
ciddi insan olan aktrisa yaratdığı hər
bir obraza öz möhürünü vurmuşdur.
Münəvvər Kələntərlinin kinos-
tudiyada oynadığı rollar həmişə bir
dubla çəkilmişdir. 1945-ci ildə ekran-
lara çıxan və dünyanın 136 ölkəsində
nümayiş etdirilən “Arşın mal alan”
filmində canlandırdığı Cahan xala ob-
razına görə 1946-cı ildə SSRİ Dövlət
mükafatına layiq görülmüşdür.
Sonralar “Azərbaycanfilm” ki-
nostudiyasının istehsal etdiyi bir sıra
filmlərdə müxtəlif xarakterik obraz-
lar yaratmışdır. “Bəxtiyar” musiqi-
li filmində Gülzar xala, “Əmək və
qızılgül”də Daqmaranın anası Sonu,
“Qızmar günəş altında”da Gülbahar
nənə, “Görüş”də Münəvvər, “O ol-
masın, bu olsun”da Yengə, “Kazbek
qutusu”nda Məlikovun hikkəli ar-
vadı, “Kölgələr sürünür”də Məsmə,
“Yeni il gecəsi”ndə ev sahibəsi rol-
larında oynamış, unudulmaz obrazlar
yaratmışdır.
Münəvvər Kələntərli 1953-cü ildə
“Vətən” kinoteatrına direktor müa-
vini təyin olunmuşdur. Bundan son-
ra teatrdan çıxmış, ancaq filmlərə
çəkilmişdir.
Teatr və kino tariximizdə çoxcəhətli
fəaliyyəti ilə seçilən, yaratdığı obraz-
ların daxili dünyasını özünəməxsus
çalarlarla təqdim etməyi bacaran
sevilən sənətkarımız 1959-cu ildə
“Əməkdar artist” fəxri adına layiq
görülmüşdür.
Unudulmaz aktrisa Münəvvər
Kələntərli 5 fevral 1963-cü ildə, 51
yaşında vəfat etmişdir.
Ə d ə b i y y a t
Abbaslı, T. Münəvvər
Kələntərli. Görkəmli sənət
“Xala”sı, gözəl həyat xanımı...
/T.Abbaslı //Mədəniyyət.-
2016.- 5 fevral.- S.13.
Fərəcov, S. Yaddaşlarda izi,
könüllərdə yeri var /S.Fərəcov
//Mədəniyyət.-2014.- 5 fevral.-
S. 15.
Xəlilzadə, F. Kinolentlərin
yaddaşı, yaxud köhnə
tanışlar: Münəvvər
Kələntərli - 100 /F.Xəlilzadə
//Azərbaycan.- 2012.- 7 fev-
ral.- S.7.
Qiyas, X. Münəvvər Kələntərli
Milli kinonun unudulmaz
xalası /X.Qiyas //Ekspress.-
2014.- 7-9 iyun.- S.14.
388
Siyasət.Hüquq.Hərbi iş
140
illiyi
2017
Behbud ağa (Behbud xan) Azad
ağa oğlu Cavanşir 1877-ci ildə Tərtər
nahiyəsinin (indiki Tərtər rayonu) Azad
Qaraqoyunlu kəndində anadan olmuş-
dur. O, Qarabağ xanlığının əsasını qo-
yan Pənahəli xanın nəticəsidir. Behbud
ağa 1890-cı ildə alman dili təmayüllü
Tiflis realnı məktəbinə daxil olmuş və
1898-ci ildə oranı müvəffəqiyyətlə
bitirmişdir. 1902-ci ildə Almaniyada
Frayberq Dağ-Mədən Akademiyasına
qəbul olan Behbud ağa neft sahəsi üzrə
mükəmməl təhsil almış və mühəndis
ixtisasına yiyələnmişdir. O, bu ölkədə
Akademiyanı fərqlənmə diplomu ilə
bitirən ilk azərbaycanlı idi. Behbud
ağa alman, ingilis, fransız, rus, gürcü
və erməni dillərini mükəmməl bilirdi.
Qərbi Avropadakı həyatı onun bir
siyasi və ictimai xadim kimi forma-
laşmasına təsir etmişdir. 1906-cı ildə
Əhməd bəy Ağayevin “Difai” partiya-
sına daxil olmuş, “Nicat” Cəmiyyətinin
və “Rusiya texniki cəmiyyəti”nin Bakı
şöbəsinin üzvü seçilmişdir.
1916-cı ildə Azərbaycana qa-
yıdan Behbud ağa Cavanşir Bakı
neft müəssisələrində baş mühəndis
vəzifəsində çalışmışdır. Doğma xalqı-
nın maariflənməsi uğrunda mübarizə
aparan Behbud ağa Bakı Müsəlman
xeyriyyə cəmiyyətinin rəhbərliyinə
seçilmişdir.
Behbud ağa Fətəli xan Xoyskinin
1918-ci il iyun ayının 17-də Gəncədə
yaratdığı 2-ci hökumət kabinetində
Azərbaycan Xalq Cümhuriyyətinin
Daxili işlər naziri vəzifəsini tuturdu.
O, nazir işlədiyi dövrdə, Gəncə quber-
niyasının 9 qəzasında polis orqanları
təsis edilmiş, Bakıda İçərişəhərdə 1200
müdavimin təhsil alması üçün nəzərdə
tutulmuş polis məktəbi açılmışdır.
1918-ci il oktyabrın 6-da Azərbaycan
hökumətinin tərkibində kabinədaxili
dəyişikliklərdən sonra Daxili İşlər na-
ziri olmaqla bərabər, həm də Ticarət
və Sənaye naziri vəzifəsini yerinə ye-
tirmişdir.
1919-cu ilin oktyabrında
parlamentdə fəaliyyət göstərən Beh-
bud ağa Cavanşirin də daxil olduğu
bitərəflər fraksiyasında parçalanma
baş vermiş, həmin vaxt Fətəli xan
Xoyski hökuməti ilə birgə Behbud xan
da tutduğu vəzifədən istefa vermişdir.
Azərbaycanda Sovet hakimiyyəti
qurulduqdan sonra Azərbaycan Xalq
Komissarları Sovetinin sədri Nəriman
Nərimanov Behbud ağanı işlə təmin
etmiş, qısa zamanda Zaqafqaziya xari-
ci ticarət müvəkkili təyin etmişdir. Rus
hökumətinin əsarətindən qurtarmaq
üçün ölkəni tərk etmək qərarına gələn
Behbud ağa xanımı Tamara Cavanşir,
qardaşları Surxay xan və Cəmşid xan-
la birgə 1921-ci ildə neft-mədən ava-
danlığı almaq adı ilə Almaniyaya yola
düşmüşdür. İstanbula gələn Behbud
ağa Əhməd bəy Ağayevin qonağı ol-
muşdur.
Görkəmli dövlət xadimi,
maarifpərvər ziyalı Behbud ağa Ca-
vanşir 1921-ci il iyul ayının 18-də İs-
tanbulun “Pera-Palas” otelinin önündə
“Daşnaksütun” partiyasının üzvü və
Ermənistan ordusunun keçmiş əsgəri
Misak Torlakyan tərəfindən qətlə
yetirilmişdir. Qatil həbs edilsə də
cəzasız qalmış, ermənilər tərəfindən
Türkiyədən uzaqlaşdırılmışdır.
Ə d ə b i y y a t
Behbud xan Cavanşi-
rin məhkəmə prosesi
/Müqəddimənin müəllifi
və türk nəşrləri əsasında
işləyib hazırlayan
V.Quliyev; elmi məsləhətçi.
E.Mahmudov; red.
A.Rüstəmli.- Bakı: Ozan,
2008.- 352 s.
Çingizoğlu, Ə. Beh-
bud ağa Azad ağa oğlu
//Çingizoğlu Ə. Cavanşir
eli: Sarıcalılar.- Bakı,
2015.- S. 111-112.
Əliyeva, İ. Cavanşir nəslinin
nazir oğlu: Erməni terroru-
nun qurbanları /İ.Əliyeva
//Azərbaycan.- 2015.- 9
avqust.- S.5.
Qəribov, M. Behbud xan
Cavanşir: Azərbaycan Xalq
Cümhuriyyətinin görkəmli
ictimai-siyasi xadimi erməni
terrorunun qurbanı olub
/M.Qəribov //Respublika.-
2015.- 11 yanvar.- S.7.
Quliyeva, S. İstiqlal
yolunun şanlı mücahidləri
- Cümhuriyyət dövrünün
dövlət və hökumət xadimləri
/S.Quliyeva //525-ci qəzet.-
2015.- 21 may.- S.6.
Dövlət xadimi
Behbud ağa Cavanşir
1877-1921