369
Fizika.Riyaziyyat
Akif Hacıyev
1937-2015
DEKABR
Akif Cəfər oğlu Hacıyev 1937-ci il
dekabr ayının 8-də Bakı şəhərində ana-
dan olmuşdur.
1955-1960-cı illərdə Azərbaycan
Dövlət Universitetində (indiki - Bakı
Dövlət Universiteti) təhsil almışdır.
Əmək fəaliyyətinə Azərbaycan
Elmlər Akademiyasının Riyaziyyat və
Mexanika İnstitutunun Funksiyalar
nəzəriyyəsi şöbəsində kiçik elmi işçi
kimi başlamışdır.
1961-1967-ci illərdə elmi katib,
1967-1978-ci illərdə baş elmi işçi, 1978-
1992-ci illərdə Həqiqi dəyişənli funksi-
yalar nəzəriyyəsi şöbəsinin müdiri kimi
vəzifələrdə çalışmışdır.
A.Hacıyev 1964-cü ildə fizika-
riyaziyyat elmləri üzrə “Bəzi operatorlar
ailələrinin yaxınlaşma xüsusiyyətləri”
mövzusunda namizədlik, 1982-ci ildə
“Çoxölçülü bürünmə tipli operatorlar
nəzəriyyəsi üzrə tədqiqatlar” mövzu-
sunda doktorluq dissertasiyası müdafiə
etmişdir. 1985-ci ildən riyazi analiz ix-
tisası üzrə professor, 1989-cu ildə AEA-
nın müxbir üzvü, 2001-ci ildən isə
AMEA-nın həqiqi üzvü seçilmişdir.
1992-1999-cu illərdə Türkiyə
Dövlətinin dəvəti ilə Ankara Univer-
sitetinin professoru kimi fəaliyyət
göstərmişdir. Həmin illərdə Ankara
Universitetinin “matematik” bölümündə
“Xətti müsbət operatorlar və yaxın-
laşmalar nəzəriyyəsi”, “Harmonik
funksiyalar”, “Delta nüvəli inteqral
operatorlar”, “Fürye çevirmələri” və
s. kimi kurslar üzrə mühazirələr oxu-
muş və həmin müddətdə çoxlu sayda
magistr, fəlsəfə doktorları hazırlamış-
dır. 1995-ci ildə türkiyəli alim, profes-
sor H.Hacısalihoğlu ilə birlikdə “Xətti
müsbət operatorlar ardıcıllığının yığıl-
ması” adlı kitab çap etdirmişdir.
1999-cu ildə yenidən ölkəmizə qayı-
daraq Azərbaycan EA-nın Riyaziyyat və
Mexanika İnstitunda şöbə müdiri, 2001-
ci ildən AMEA Fizika-Riyaziyyat və
Texnika Elmləri bölməsinin akademik-
katibi seçilmişdir. 2004-2013-cü ilə
qədər AMEA Riyaziyyat və Mexanika
İnstitutunun direktoru işləmiş, 2013-cü
ildən AMEA-nın vitse-prezidenti ol-
muşdur.
Dörd monoqrafiyanın, 210-dan artıq
elmi əsərin müəllifidir. Alim ölkəmizdə
və bir sıra xarici ölkələrin mühüm nü-
fuzlu orqanlarında çap olunmuşdur.
Məsələn, A.Hacıyevin sinqulyar inteqral
operatorlar nəzəriyyəsi sahəsində aldığı
mühüm nəticələr görkəmli riyaziyyatçı-
lar S.Q.Mixlin və S.Prössdorfun 1986-
cı ildə ABŞ-da çap etdirdikləri “Sinqul-
yar inteqral operatorlar” kitabına daxil
edilmişdir.
27 nəfər riyaziyyat üzrə fəlsəfə dok-
toru və fizika-riyaziyyat üzrə elmlər
doktorları hazırlamışdır. Müxtəlif Res-
publika və Beynəlxalq simpozium,
konfrans və forumlarda çıxış etmişdir.
Azərbaycan elminin inkişafında-
kı xidmətlərinə görə “Şöhrət” ordeni,
“Əməkdə fərqlənməyə görə” və “Əmək
veteranı” medalı, Azərbaycan Respubli-
kasının “Şöhrət” ordeni ilə təltif edilmiş,
“Əməkdar elm xadimi” fəxri adına layiq
görülmüşdür. Azərbaycan Milli Elmlər
Akademiyası Rəyasət Heyətinin Fəxri
Fərmanı ilə mükafatlandırılmışdır.
Akif Hacıyev 2015-ci il fevral ayının
3-də Bakı şəhərində vəfat etmişdir.
Ə d ə b i y y a t
Akademik Akif Hacıyev
vəfat etdi: Nekroloq
//Ekspress.-2015.- 5
fevral.- S.15.
Akif Cəfər oğlu Hacıyev
// Azərbaycan.-2015.-5
fevral.-S.4.
Mərdanov M.
Şərəfli alim ömrü
/M.Mərdanov, V.Quliyev
//Respublika.- 2015.-
14 mart.
Бабаев, М.-Б.
Математики
Азербайджана ХХ век
/М.-Б.Бабаев, Э.Таги-
заде, К.Мусаев; науч.
ред. А.Д.Гаджиев.-
[Баку]: [“ОKA
Ofset”], [2007].- 175,
[1] с.
Акиф Джафар оглу
Гаджиев //Бакинский
рабочий.-2 015.- 5
февраля.- С.3.
http://www.anl.
az/down/meqale/
bakrabochiy/2015/
fevral/418910.htm
8
80
illiyi
Akademik
370
Ə d ə b i y y a t
Piriyev, C. Bəşəriyyətin bəlası-QİÇS /C.Piriyev //İki sahil.- 2014.- 13 mart.- S.1
Ramid. 3600 vətəndaşımızı “sümürən” bəla… : Azərbaycanda QİÇS fəlakəti və bu xəstəliyin qurbanlarının durumu müzakirəyə çıxarıldı
/Ramid //Bizim yol.-2013.- 14 noyabr.- S.13.
İ n t e r n e t d ə
http://www.anspress.com/
http://www.aztv.az/
Tarixdə bu gün
Ümumdünya QİÇS-lə Mübarizə Günü
1996
DEKABR
1 Dekabr Ümumdünya QİÇS-lə
Mübarizə Günüdür. XX əsrdə bəşəriyyətin
qarşılaşdığı ən böyük problemlərdən biri
QİÇS - Qazanılmış İmmun Çatışmazlı-
ğı Sindromudur. Xəstəliyin beynəlxalq
işarəsi AİDS-dir (ing: Acquired Immune
Deficiency Syndrome).
QİÇS - İnsanın İmmunçatışmazlıq Vi-
rusu (İİV) tərəfindən törədilən infeksion
xəstəlikdir. Belə ki, İİV digər viruslar-
dan fərqli olaraq, məhz immun kompitent
hüceyrələrə hücum edir. Digər hallar-
da orqanizmə daxil olan virusu müdafiə
hüceyrələri qabaqlayıb immun sistemi işə
salırsa, İİV onun “yaddaşını pozur”, bu-
nunla da normal immun hüceyrələrin sayı
getdikcə azalır, immun çatışmazlıq yara-
nır. Nəticədə insanların immun-müdafiə
sistemi kəskin zəifləyir və onlar bir çox
xəstəliklərə asanlıqla tutulur. İnkubasi-
ya dövrü (gizli dövr) 3-6 həftədir. Son-
ra xəstəliyin kəskin mərhələsi başlanır.
Əsas əlamətləri: titrətmə, angina, limfa
düyünlərinin böyüməsi, dəridə səpgilər
və s. Sonra əlamətlər keçib gedir, xəstə
virusgəzdirici kimi sağlam adamlardan
seçilmir. Növbəti mərhələdə boyun, qol-
tuqaltı, dirsək və s. limfa düyünlərinin
böyüməsi, uzunmüddətli subfebril (37) qız-
dırma əlamətləri, bəzi xəstələrdə titrətmə
ola bilər. Sonrakı mərhələdə isə xəstəliyə
aid olmayan əlamətlər özünü büruzə verir:
qızdırma, çox arıqlama, ümumi zəiflik, iş
qabiliyyətinin və yuxunun pozulması və
s. QİÇS ikincili infeksiyalar və bədxassəli
şişlərlə müşayiət olunur və ölümə səbəb
olur. Narkomaniya, qeyri-sağlam həyat
tərzi, antisanitariya, natəmizlik - bütün
bunlar QİÇS-in yaranmasında və yayılma-
sında mühüm rol oynayır.
QİÇS xəstəliyinə yoluxma əsasən 3
yolla baş verə bilir. Cinsi yolla, virus olan
qan qalıqları ilə təmasda olan tibbi və
digər alətlərdən istifadə ilə, transplasentar
yolla (xəstəliyin xəstə anadan bətndaxili
dövrdə cift vasitəsilə dölə keçməsi). Xəstə
anadan uşağa bu xəstəlik laktasiya (süd
vermə) yolu ilə də keçə bilər. Əslində virus
insan orqanizmindəki digər maye forma-
larında aşkar olunsa da, yoluxdurabilmə
qabiliyyəti daha çox qan, sperma və ana
südündə aşkar olunub. İİÇV bilavasitə
qaraciyər, ürək, sümük və başqa orqanla-
rın hüceyrələrini zədələyir.Orqanizmdə
“gizli” qala bilir və daşıyıcı olur, yoluxdu-
ra bilir. 1996-cı ildə Milli Məclisdə “İnsan
immun çatışmazlığı virusunun törətdiyi
xəstəliyin (QİÇS) yayılmasının qarşısının
alınması haqqında” qanun qəbul edilib.
Lakin sonrakı dövrlərdə bu xəstəliyin qur-
banlarının sayı get-gedə artdığı üçün həmin
qanuna yenidən nəzər salınıb, Cinayət
Məcəlləsində müəyyən dəyişikliklər edi-
lib. İndi bu sindromu bilərəkdən yayanları
3 ildən 7 ilədək həbs cəzası gözləyir.
1