69
Tarixdə bu gün
Şuşa rayonunun Quşçular və Malıbəyli
kəndlərinin işğalının 25-ci ildönümü
1992
FEVRAL
1992-ci il fevralın 10-da erməni
birləşmiş hərbi hissələri Malıbəyli
kəndinə üç tərəfdən hücuma keçdilər.
Həmin gün Malıbəyli və Quşçular
əhalisindən 8 nəfər şəhid oldu, 3
nəfər girov götürüldü, 20 nəfər ağır
yaralanaraq bədən xəsarətləri aldı.
Hər iki qədim kənd fevralın 11-dən
12-nə keçən gecə işğal olundu. Bun-
dan sonra Şuşa, Xocalı ardınca digər
rayonlar zəbt edildi.
Qarabağın
ən iri yaşayış
məskənlərindən olan Malıbəyli, Aşağı
və Yuxarı Quşçular kəndləri Şuşa rayo-
nunda, Qarabağ silsiləsinin dağətəyi
ərazisində, rayon mərkəzindən 14
kilometr şimal-şərqdə, Xankəndi
şəhərinin 2,5 kilometrliyində,
Ağdam-Şuşa avtomobil yolundan
2 km aralıda yerləşirdi. Əsrlər öncə
bu kəndlərdə karvansaralar, əttar,
əllaf, baqqal dükanları, aşxanalar,
çayxanalar, hamam, məscid, qala
divarları, hətta kanalizasiya xətti də
varmış. Bu qədim kəndlər Qarabağın
ən ağır-batman, qayım-qədim oba-
larından idi. İşğal ərəfəsində kəndin
4 min nəfərə yaxın əhalisi var idi.
Əhalinin əsas məşğuliyyəti əkinçilik
və tərəvəzçilik olub. Kənddə 2 orta
məktəb, kitabxana, mədəniyyət
evi, klub, kinoqurğu, məişət evi,
poçt-rabitə şöbəsi, ambulatoriya,
minarəli məscid, çay daşlarından
tikilmiş hamam kompleksi, tunc
dövrünə aid kurqanlar var idi. XX
əsrin əvvəllərində - 1909-cu ildə
dövrünün ziyalısı Məmməd Qara-
yev Malıbəyli kəndində qızlar üçün
əyalətdə ilk rus-tatar məktəbini aç-
dırmışdı. Kəndin şimal-şərqində yaşı
300 ili çoxdan adlamış Səfəvi dövrü-
nün yadigarı olan səkkizguşəli, çat-
ma tağlı, iki günbəzdən və su hovu-
zundan ibarət olan hamam tikilisi də
var idi.
Quşçular oykonimi Qarabağda
yaşamış türkdilli quşçu tayfalarının
adı ilə bağlıdır. Yeri gəlmişkən qeyd
edək ki, Aşağı və Yuxarı Quşçular
yaşayış məntəqələri Malıbəyli kəndi
ilə birlikdə xəritədə Xocalı rayonu
ərazisində bir adanı xatırladır. Odur
ki, erməni terrorçuları Xocalını işğal
etmək üçün ilk növbədə Malıbəyli
və Quşçular kəndlərini zəbt etdilər.
Xalqımızın uzaq tarixində ağrılı-acılı
səhifələr çoxdur. Yaxın keçmişimizin
Malıbəyli və Quşçular faciəsi də bu
qəbildəndir.
Ə d ə b i y y a t
İsmayılqızı, X. Erməni
məkri: Sumqayıt hadisələri,
Qaradağlı, Malıbəyli
qırğını, Xocalı soyqırımı...
/X.İsmayılqızı //İki sahil.-
2013.- 2 mart.- S.15.
Məmmədqızı, R. Xocalıdan
öncə hədəf Qaradağlı-
Malıbəyli-Quşçular idi
/R.Məmmədqızı //Kaspi.-
2012.- 16 fevral.- S.12.
İ n t e r n e t d ə
shusha-ih.gov.az/news/145.
html
arxiv.az/az/news.milli.
az/62356152
11
70
Tarixdə bu gün
Xocavənd rayonunun Qaradağlı
kəndinin işğalının 25-ci ildönümü
1992
FEVRAL
Qaradağlı kəndinin işğalı Xoca-
lı qətliamına qədər Azərbaycanın
yaşadığı ən faciəli hadisə, erməni
işğalçı dəstələrinin törətdiyi müd-
hiş bir qırğın idi. Ermənilər Xocalı
soyqırımına son “hazırlığı”, həmin
qətliamın “baş məşqini” məhz Qa-
radağlı kəndində keçmişdilər.
1988-ci ildən mənfur qonşula-
rımızın torpaq-ərazi iddiası baş-
layan dövrdən etibarən Qaradağlı
kəndinin dinc sakinləri hər gün
ermənilərin hücumuna məruz
qalmışdır. Erməni təxribatçıları
tərəfindən törədilmiş terror aktla-
rı nəticəsində 1991-ci ilin 28 iyun
tarixində 3 nəfəri qadın olmaqla 6
nəfər diri-diri yandırılmış, 1991-
ci ilin sentyabr ayında sərnişin
avtobusunun gülləbaran edilməsi
nəticəsində 8 nəfər öldürülmüş,
çoxlu sayda insan yaralanmış, güllə
yarası alanlardan 5 nəfəri sonradan
dünyasını dəyişmişdir. 17 fevral
1992-ci il tarixində erməni hərbi
birləşmələri tərəfindən keçmiş
SSRİ Silahlı Qüvvələrinin 366-cı
motoatıcı alayının hərbi texnikası-
nın və canlı qüvvəsinin dəstəyi ilə
Dağlıq Qarabağ bölgəsindəki mü-
hüm yaşayış məntəqələrindən biri -
Xocavənd (Martuni) rayonunun Qa-
radağlı kəndi işğal edilmişdir. 118
nəfər əsir götürülmüş, 33 nəfər
ermənilər tərəfindən güllələnmiş,
öldürülən və yaralı halda olan-
ları bir yerdə təsərrüfat quyusu-
na tökərək üzlərini torpaqlamış-
lar. Əsirlikdə saxlanılanlara qarşı
vəhşi, vandalizm hərəkətləri ilə
davranılması, insanların başlarının
kəsilməsi, diri-diri basdırılması,
dişlərinin çəkilməsi, ac-susuz sax-
lanılması, döyülərək öldürülməsi
insanlığa qarşı törədilmiş cinayət
hadisəsi idi. 140-a yaxın uşaq ye-
tim qalmışdır. Ümumilikdə Qa-
radağlı kəndində 91 nəfər, kənd
sakinlərinin hər 10 nəfərindən biri
qətlə yetirilmişdir.
Öldürülənlərdən 10 nəfəri qa-
dın, 8 nəfəri məktəbli olmuşdur.
İşğal nəticəsində kənddə 200
ev, 1 mədəniyyət evi, 320 yerlik
orta məktəb binası, 25 çarpayılıq
xəstəxana binası və digər obyektlər
dağıdılmışdır. Kəndin 800 nəfərə
yaxın sakini məcburi köçkün düş-
müşdür.
İşğal altında olan başqa torpaq-
larımız kimi Qaradağlı kəndi də
azad olunacağı günü gözləyir.
Ə d ə b i y y a t
Qaradağlı, Ə.Qaradağlı
qəhrəman kənddir
/Ə.Qaradağlı; red.
S.Ağayev.- Bakı: Şuşa,
2010.- 130 s.
Zülfüqarlı, M. Dağlıq
Qarabağda erməni terroru.
Qaradağlı faciəsi. 17 fevral
1992-ci il /M.Zülfüqarlı.-
Bakı: Qanun, 2010.- 35 s.
Qaraca, B. Qaradağlıdan
başlayan faciələr: Qara-
dağlı faciəsindən 23 il keçir
/B.Qaraca //Azərbaycan.-
2015.- 17 fevral.- S.5.
Quliyev, L. Unudulma-
yan dərdlər: Qaradağlı
faciəsindən 23 il keçir
/L.Quliyev //Azərbaycan.-
2015.- 17 fevral.- S.5.
İ n t e r n e t d ə
http://www.anl.az/down/
meqale/respublika/2013/
fevral/294827.htm
http://www.anl.az/el/
Kitab/2013/Azf-260571.pdf
17