Teqvim-2017. pdf


Tarixdə bu gün  Şuşa rayonunun Quşçular və Malıbəyli



Yüklə 5,26 Mb.
Pdf görüntüsü
səhifə33/200
tarix13.11.2017
ölçüsü5,26 Mb.
#10054
1   ...   29   30   31   32   33   34   35   36   ...   200

69

Tarixdə bu gün 

Şuşa rayonunun Quşçular və Malıbəyli 

kəndlərinin işğalının 25-ci ildönümü

1992

FEVRAL

1992-ci il fevralın 10-da erməni 

birləşmiş  hərbi hissələri Malıbəyli 

kəndinə üç tərəfdən hücuma keçdilər.     

Həmin gün Malıbəyli və Quşçular 

əhalisindən 8 nəfər  şəhid oldu, 3 

nəfər girov götürüldü, 20 nəfər ağır 

yaralanaraq bədən xəsarətləri aldı.   

Hər iki qədim kənd fevralın 11-dən 

12-nə keçən gecə işğal olundu. Bun-

dan sonra Şuşa, Xocalı ardınca digər 

rayonlar zəbt edildi.

Qarabağın 

ən iri yaşayış 

məskənlərindən olan Malıbəyli, Aşağı 

və Yuxarı Quşçular kəndləri Şuşa rayo-

nunda, Qarabağ silsiləsinin dağətəyi 

ərazisində, rayon mərkəzindən 14 

kilometr  şimal-şərqdə, Xankəndi 

şəhərinin 2,5 kilometrliyində, 

Ağdam-Şuşa avtomobil yolundan 

2 km aralıda yerləşirdi.  Əsrlər öncə 

bu kəndlərdə karvansaralar, əttar, 

əllaf, baqqal dükanları, aşxanalar, 

çayxanalar, hamam, məscid, qala 

divarları, hətta kanalizasiya xətti də 

varmış. Bu qədim kəndlər Qarabağın 

ən ağır-batman, qayım-qədim oba-

larından idi. İşğal ərəfəsində kəndin 

4 min nəfərə yaxın  əhalisi var idi. 

Əhalinin əsas məşğuliyyəti əkinçilik 

və  tərəvəzçilik olub. Kənddə 2 orta 

məktəb, kitabxana, mədəniyyət 

evi, klub, kinoqurğu, məişət evi, 

poçt-rabitə  şöbəsi, ambulatoriya, 

minarəli məscid, çay daşlarından 

tikilmiş hamam kompleksi, tunc 

dövrünə aid kurqanlar var idi. XX 

əsrin  əvvəllərində - 1909-cu ildə 

dövrünün ziyalısı  Məmməd Qara-

yev Malıbəyli kəndində  qızlar üçün 

əyalətdə ilk rus-tatar məktəbini aç-

dırmışdı. Kəndin şimal-şərqində yaşı 

300 ili çoxdan adlamış Səfəvi dövrü-

nün yadigarı olan səkkizguşəli, çat-

ma tağlı, iki günbəzdən və su hovu-

zundan ibarət olan hamam tikilisi də 

var idi.


Quşçular oykonimi Qarabağda 

yaşamış türkdilli quşçu tayfalarının 

adı ilə bağlıdır. Yeri gəlmişkən qeyd 

edək ki, Aşağı  və Yuxarı Quşçular 

yaşayış məntəqələri Malıbəyli kəndi 

ilə birlikdə  xəritədə Xocalı rayonu 

ərazisində bir adanı xatırladır. Odur 

ki, erməni terrorçuları Xocalını işğal 

etmək üçün ilk növbədə Malıbəyli 

və Quşçular kəndlərini zəbt etdilər. 

Xalqımızın uzaq tarixində ağrılı-acılı 

səhifələr çoxdur. Yaxın keçmişimizin 

Malıbəyli və Quşçular faciəsi də bu 

qəbildəndir. 



Ə d ə b i y y a t

İsmayılqızı, X. Erməni 

məkri: Sumqayıt hadisələri, 

Qaradağlı, Malıbəyli 

qırğını, Xocalı soyqırımı... 

/X.İsmayılqızı //İki sahil.-

2013.- 2 mart.- S.15.

Məmmədqızı, R. Xocalıdan 

öncə hədəf Qaradağlı-

Malıbəyli-Quşçular idi 

/R.Məmmədqızı //Kaspi.-

2012.- 16 fevral.- S.12.

İ n t e r n e t d ə

shusha-ih.gov.az/news/145.

html 

arxiv.az/az/news.milli.

az/62356152

11


70

Tarixdə bu gün 

Xocavənd rayonunun Qaradağlı 

kəndinin işğalının 25-ci ildönümü

1992

FEVRAL

Qaradağlı kəndinin işğalı Xoca-

lı  qətliamına qədər Azərbaycanın 

yaşadığı  ən faciəli hadisə, erməni 

işğalçı  dəstələrinin törətdiyi müd-

hiş bir qırğın idi. Ermənilər Xocalı 

soyqırımına son “hazırlığı”, həmin 

qətliamın “baş məşqini” məhz Qa-

radağlı kəndində keçmişdilər.

1988-ci ildən mənfur qonşula-

rımızın torpaq-ərazi iddiası baş-

layan dövrdən etibarən Qaradağlı 

kəndinin dinc sakinləri hər gün 

ermənilərin hücumuna məruz 

qalmışdır. Erməni təxribatçıları 

tərəfindən törədilmiş terror aktla-

rı nəticəsində 1991-ci ilin 28 iyun 

tarixində 3 nəfəri qadın olmaqla 6 

nəfər diri-diri yandırılmış, 1991-

ci ilin sentyabr ayında sərnişin 

avtobusunun gülləbaran edilməsi 

nəticəsində 8 nəfər öldürülmüş, 

çoxlu sayda insan yaralanmış, güllə 

yarası alanlardan 5 nəfəri sonradan 

dünyasını  dəyişmişdir. 17 fevral 

1992-ci il tarixində erməni hərbi 

birləşmələri tərəfindən keçmiş 

SSRİ Silahlı Qüvvələrinin 366-cı 

motoatıcı alayının hərbi texnikası-

nın və canlı qüvvəsinin dəstəyi ilə 

Dağlıq Qarabağ bölgəsindəki mü-

hüm yaşayış məntəqələrindən biri - 

Xocavənd (Martuni) rayonunun Qa-

radağlı kəndi işğal edilmişdir. 118 

nəfər  əsir götürülmüş, 33 nəfər 

ermənilər tərəfindən güllələnmiş, 

öldürülən və yaralı halda olan-

ları bir yerdə  təsərrüfat quyusu-

na tökərək üzlərini torpaqlamış-

lar.  Əsirlikdə saxlanılanlara qarşı 

vəhşi, vandalizm hərəkətləri ilə 

davranılması, insanların başlarının 

kəsilməsi, diri-diri basdırılması, 

dişlərinin çəkilməsi, ac-susuz sax-

lanılması, döyülərək öldürülməsi 

insanlığa qarşı törədilmiş cinayət 

hadisəsi idi. 140-a yaxın uşaq ye-

tim qalmışdır. Ümumilikdə Qa-

radağlı  kəndində 91 nəfər, kənd 

sakinlərinin hər 10 nəfərindən biri 

qətlə yetirilmişdir.

Öldürülənlərdən 10 nəfəri qa-

dın, 8 nəfəri məktəbli olmuşdur. 

İşğal nəticəsində  kənddə 200 

ev, 1 mədəniyyət evi, 320 yerlik 

orta məktəb binası, 25 çarpayılıq 

xəstəxana binası və digər obyektlər 

dağıdılmışdır. Kəndin 800 nəfərə 

yaxın sakini məcburi köçkün düş-

müşdür.


İşğal altında olan başqa torpaq-

larımız kimi Qaradağlı  kəndi də 

azad olunacağı günü gözləyir.

Ə d ə b i y y a t

Qaradağlı, Ə.Qaradağlı 

qəhrəman kənddir 

/Ə.Qaradağlı; red. 

S.Ağayev.- Bakı: Şuşa, 

2010.-  130 s.

Zülfüqarlı, M. Dağlıq 

Qarabağda erməni terroru. 

Qaradağlı faciəsi. 17 fevral 

1992-ci il /M.Zülfüqarlı.-

Bakı: Qanun, 2010.- 35 s. 

Qaraca, B. Qaradağlıdan 

başlayan faciələr: Qara-

dağlı faciəsindən 23 il keçir 

/B.Qaraca //Azərbaycan.-

2015.- 17 fevral.- S.5.

Quliyev, L. Unudulma-

yan dərdlər: Qaradağlı 

faciəsindən 23 il keçir 

/L.Quliyev //Azərbaycan.-

2015.- 17 fevral.- S.5.

İ n t e r n e t d ə

http://www.anl.az/down/

meqale/respublika/2013/

fevral/294827.htm

http://www.anl.az/el/

Kitab/2013/Azf-260571.pdf

17



Yüklə 5,26 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   200




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə