118
bütün məqalə və kitablara xü-susi diqqət yetirir, buradakı
fikir və mülahizələrin əhə-miyyətini müəyyənləşdirirdi.
Yazıçının pyeslərinin milli teatrda tamaşaya qoyul-ması
da monoqrafiyada Qorkinin Azərbaycanla yaradı- cılıq
əlaqələrinin konkret forması kimi öyrənilmişdir. In-qilaba
qədərki Azərbaycan teatrında Qorkinin əsərlərinin rus aktyor
truppaları tərəfindən tamaşaya qoyulması, 1925-ci ildə isə
ilk dəfə ədibin «Həyatın dibində» pyesinin türk səhnəsinə
çıxarılması faktlarından danışan tədqi- qatçı burada milli
teatrımızın yazıçının ideyalarının ya-yılmasında təsirli
mənbələrdən biri olduğunu göstərir və əsaslandırır.
K.Talıbzadə həmin dövrün mətbuat orqan-larına istinad
edərək 1925-ci ildə səhnə təcəssümü tapan «Həyatın
dibində» pyesinin Azərbaycan dilinə tərcümə- sinin zəifliyi və
rejissor səriştəsizliyinə baxmayaraq ta-maşanın müsbət
nəticələr verdiyini qeyd edir, onun Azərbaycan teatrının
inkişafında ciddi dönüş yaratdığını xüsusi vurğulayırdı.
Tədqiqatçı göstərirdi ki, bu əsərin ikinci dəfə tama-
şasının göstərildiyi vaxtdan (1927) 30 ilə yaxın müddət
keçdikdən sonra Azərbaycan Dövlət Dram Teatrının
səhnəsində Qorkinin «Vassa Jeleznova» pyesinin uğurlu
tamaşası dramaturgiya sənətinin inkişafına xüsusilə əhə-
miyyətli dərəcədə təsir göstərmiş, L.Bədirbəyli, S.Hacıyeva,
M.Davudova, Ə.Ələkbərov və başqa aktyorlara öz sə-
nətkarlıqlarını, istedadlarını nümayiş etdirmək imkanı
s. 119.
119
vermişdir.
1
Tədqiqatçı M.Qorki pyeslərinin Azərbaycan
teatrında səhnə təcəssümünü həm milli aktyorların də- rin
psixoloji surətlər yaratmaq təcrübəsinin təkmilləşdi-rilməsi
cəhətdən, həm də yazıçının dramaturgiya ənə-nələrinin
yayılması və bu ənənələrin milli yazıçılarımız tərəfindən
mənimsənilməsi nöqteyi-nəzərindən yüksək qiy-mətləndirirdi.
Sosialist estetikasının milli ədəbi kontekstdə təşək-
külündə Qorki ənənələrinin əhəmiyyətini təqdir edən be-şinci
fəsil monoqrafiyanın əsas, mərkəzi mövzusuna həsr
olunmuşdur. Qorki idealları ilə XX əsr Azərbaycan yazıçı-
larının ümumi ideya mövqeləri arasındakı yaxınlığı ay-
dınlaşdıran, rus yazıçısı ilə milli ədəbiyyatımızın qarşı- lıqlı
əlaqələrini diqqətlə araşdıran K.Talıbzadə məsələni bu
şəkildə qoyurdu: «Qorki ilə XX əsr Azərbaycan ədə-biyyatının
qarşılıqlı əlaqələrindən bəhs edərkən birinci növbədə o
zamankı Azərbaycan ədəbiyyatının məfkurə istiqamətilə bu
ədəbiyyatın həll etdiyi əsas ictimai problemlərlə Qorki
yaradıcılığı arasında nə kimi yaxın və doğma bağlar
olduğunu meydana çıxarmaq la-zımdır.»
2
Qorki təsirinin mənbəyini tədqiqatçı təkcə ədibin əsərləri
ilə məhdudlaşdırmır, milli yazıçıların gerçəkliyi rea-listcəsinə
dərkinin səbəbini həm də ictimai-siyasi və ədəbi mühitin
təsiredici rolunda görürdü. O, Qorkidən təsir-lənmənin ideya
kontekstindən danışarkən XX əsrdə Azər-baycanda yüksək
təşəkkül tapmış realizmin yazıçının yaradıcılığından
1
Талыбзадə K. Горkи вə Азəрбаyжаn, Баkы, Азəрб. SSР EА nəшр., 1959,
s. 128.
2
Yenə орада, s.135.
120
bəhrələnərək inkişaf etdiyini vurğulayır-dı. Ümumiyyətlə,
K.Talıbzadəyə qədər «Qorki və Azər-baycan» mövzusunda
aparılan tədqiqatların demək olar ki, hamısında problemin
yalnız realizmlə əlaqədar tərəf-lərinə xüsusi diqqət yetirilir,
Qorki təsiri dedikdə milli ədəbiyyatlarda sosialist realizminin
təşəkkülü başa dü-şülürdü. Lakin tədqiqatçı məsələni daha
geniş aspektdə həll edərək göstərirdi ki, bu ədəbi təsir heç də
bir istiqamətdə baş verməmişdir, XX əsr Azərbaycan ədəbiy-
yatında həm tənqidi realistlər, həm də romantik yazıcılar
Qorkinin sənətkarlıq xüsusiyyətlərindən, bədii təcrübəsin-dən
əhəmiyyətli dərəcədə
bəhrələnmiş, onun yaradıcılıq
prinsiplərini müxtəlif yöndən mənimsəmişlər. Qorki yara-
dıcılığından öyrənmənin bu rəngarəng cəhətləri K.Talıb-
zadənin monoqrafiyasında diqqətlə tədqiq edilir, qə-naətbəxş
səviyyədə təhlil olunurdu. Müəllifin kitabının qiymətli elmi
məziyyəti də milli ədəbiyyatda Qorki təsi- rinin belə əhatəli
və təfərrüatlı izah edilməsində idi.
Monoqrafiyanın ən mühüm və geniş nəzəri əhatəli fəsli
«Qorki ənənələri və Azərbaycan ədəbiyyatı»dır. Müəl-lif
burada Azərbaycan ədəbiyyatında Qorki ənənələrinin hansı
şəkildə təcəssüm olunduğunu şərh etməzdən əvvəl bu
ədəbiyyatın ideya-bədii imkanlarına bir daha nəzər salır.
Həmin dövrdə yeni tarixi inkişaf yoluna qədəm qoyan, özünün
intibah və yüksəliş mərhələlərindən birini keçirən milli
ədəbiyyat bir tərəfdən klassik irsimizin rea- list ənənələrindən
bəhrələnirdisə, digər tərəfdən dünya ədəbiyyatının ədəbi
təcrübəsindən öyrənir, eləcə də milli ədəbiyyatlarla əlaqələrin
təsirilə yaradıcılıq axtarışlarını davam etdirirdi. Azərbaycan
121
ədəbiyyatı məhz belə tərəqqi etdiyi bir vaxtda rus
ədəbiyyatının, eləcə də dünya bədii fikrinin mütərəqqi
cəhətlərini özündə ehtiva edən M.Qor- ki yaradıcılığına təbii
olaraq biganə qala bilməzdi, «əks halda bu onun geriliyinə
dəlalət edər, onun qarşılıqlı əlaqə-lərinin zəifliyini göstərmiş
olardı.»
1
K.Talıbzadə məhz bu cəhətdən dövrün bədii məfkurə
zirvəsini təşkil edən Qorki ideyalarının öz istinad nöqtələrindən
birini Azərbaycan ədəbiyyatında tapdığını göstərirdi. XX əsr
Azərbaycan ədəbiyyatının yeni yaradıcılıq prinsipləri ilə
zənginləşmə-sində – realizmin yüksək inkişaf mərhələsinə
çatmasında Qorki ənənələrinin əhəmiyyətli rolundan bəhs edən
təd-qiqatçı bu haqda görkəmli milli yazıçı və tənqidçilərin
məlum fikirlərini tədqiq edir, M.Arif, M.C.Paşayev,
H.Əfəndiyev, M.Rəfili, C.Cəfərov, H.Mehdi, C.Cahanbaxş və
başqa görkəmli alimlərin fikir və mülahizələrinə xüsusi diqqət
yetirirdi. Tədqiqatçı Qorki ənənələrinin demokratik milli
ədəbiyyatın inkişafındakı roluna həsr edilmiş həmin
məqalələrdə problemin hərtərəfli izah və təhlil edilmədi- yini
göstərir, lakin realist yazıçı ilə yaradıcılıq əlaqələri-nin
tədqiqi sahəsində bu ilk nümunələrdə bir sıra də-yərli
mülahizə və fikirlərin də öz əksini tapdığını xüsusi
vurğulayırdı.
Qorki təsirinin milli ədəbiyyatımızda, əsas etibarilə bədii
əsərlərin ideya mündəricəsində, bədii insan konsep-siyasında
təzahürünü görən K.Talıbzadə bu müddəanı S.S.Axundovun
«Kövkəbi-hürriyyət», «Qonaqlıq», «Qan bulağı», «Qaraca qız»
1
Талыбзадə K. Горkи вə Азəрбаyжаn, Баkы, Азəрб. SSР EА nəшр., 1959,
Dostları ilə paylaş: |