Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə38/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   34   35   36   37   38   39   40   41   ...   59

 
150 
M.B.Məmmədzadə  tənqid olunurdu. Bu böyük milli şəx-
siyyətlər həmin dövrdə «milli mənlik  şüurunu öldürmək  
siyasəti yeridən sovet ideologiyasının, başında rus şovinizmi 
dayanan dövlət maşınının siyasəti» ilə gözdən salınır, fəa-
liyyətləri  şübhə altına alınırdı. Monoqrafiyasını sovet döv-
lətinin bu işğalçı siyasətinin tələblərinə uyğun yazan 
K.Talıbzadənin sonrakı etiraflarından birində oxuyuruq: «Yeni 
şərait – inqilabi ədəbiyyatı, sovet ədəbiyyatını yaratmaq 
uğrunda gedən mübarizə dövrün yeni ideya-estetik meyarlarını 
irəli sürdüyü kimi, ədəbi irsə  də müna-sibətin meyarlarını 
müəyyənləşdirməyi bir vəzifə kimi qar-şıya qoyurdu. 20-ci illər 
Azərbaycan sovet ədəbiyyat-şünaslığının tarixində ilk mərhələ 
olsa da, çox məhsuldar, məzmunlu, bir neçə daxili qollara 
ayrılan mərhələdir. Indiyə  qədər biz elmimizin bu mürəkkəb
ancaq çox rəngarəng mərhələsini lazımınca dəqiq, hərtərəfli 
qiymətləndirə, öyrə-nə bilməmişik.  Əslində onun təhlilində 
özümüz ifrat sosio-logizmə qapılmışıq, bu isə  əsl elmi 
həqiqətləri söyləməyə imkan verməmişdir.»
1
 Hələ 70-ci illərdə 
alimin gəldiyi qə-naət belə idi. K.Talıbzadə  mənsub olduğu 
ədəbi nəslin zamanın hökmü ilə uzun müddət  əl-qolu 
bağlanmış  vəziyyətdə  fəalıyyəti haqqında 1990-cı ildə ürək 
ağrısı ilə yazırdı: «Mən və  mənim nəslim belə  şəraitdə yazıb 
nəşr olunmuşdur, ideologiya və  ədəbiyyata dair bir-birinin ar-
dınca çıxan və yerinə yetirilməsi məcburi olan qərarlar 
dövründə. Və  hətta bir dəfə Ingiltərədə  çıxan «Sentral Asian 
Revien» jurnalı  məni Mərkəzi Komitənin qərarlarına mü-tilik 
                                           
1
 Талыбзадə K. Sənəтkарыn шəхsиyyəти, Баkы, Yазыçы, 1978, s.297. 


 
151 
göstərən bir tənqidçi kimi pisləyəndə  mən bunu öz ünvanıma 
bir tərif kimi qəbul etmiş  və «Literaturnıy Azerbaydjan» 
jurnalında həmin müəllifə cavabımda bil-dirmişdim ki, bu 
ümumi hal partiya qərarları ilə bizim  tənqidi fikrimiz 
arasındakı birlikdən irəli gəlir (1963, № 11-12). Bəli, biz belə 
yetişir, belə düşünür, belə kütləşə- kütləşə illəri ötürürdük.» 
1
 
Monoqrafiyanın «Marksist tənqid» bölməsində  təd-
qiqatçı  bədii  əsərin marksist metodologiyanın yüksək 
prinsiplərinə uyğun yazılmasnı onun başlıca məziyyəti   kimi  
qiymətləndirən  ədəbi  tənqidin  təhlilinə  yer  vermiş-dir. 
Həmçinin tənqid cərəyanlarının ayrı-ayrılıqda hər birinin 
təsnifində marksist metodologiyanın sinfilik anla-yışı, vulqar 
sosioloji və mexaniki münasibət  əsas rol oynamışdır. Lakin 
buna baxmayaraq əsərin nəşrindən sonra yazılan resenziyaların 
bir qismində «Marksist tən-qid» bölməsində marksist tənqidin 
bütün məsələlərinin  əhatə olunmadığı göstərilir, bu bəhsin 
mükəmməl işlən-məməsi, müəllifin irəli sürdüyü mülahizələri 
ötəri  şərh etməsi monoqrafiyanın gözə çarpan qüsurları kimi 
tənqid edilirdi.
2
 Əlbəttə, bu baxışlar sistemini marksist-leninçi 
ideologiyaya sədaqətli olan kommunist təfəkkürü forma-
laşdırmışdı.  
K.Talıbzadənin özü də marksizm mövqeyini qəbul edən 
bir ziyalı-vətəndaş kimi düşünür, buna görə  də  ədəbi-tənqidi 
cərəyanlara, milli estetik fikrin tarixinə münasibətdə 
                                           
1
  Талыбзадə K. Seçилmиш  əsəрлəри,  иkи  жилддə,  Баkы,  Азəрnəшр,  ж.1., 1991, 
s.34. 
2
  Əщməдов  Т. Gюрkəmли  əдəбиyyатшünаs  алиm, «Рesпuблиkа»  гəзeти., 
1998, 4 nоyабр. 


 
152 
yanlışlıqlara, metodoloji sapıntılara yol verirdi. Lakin bu kimi 
qüsurlarına baxmayaraq «XX əsr Azərbaycan  ədəbi tənqidi» 
monoqrafiyası  tənqid tarixinin yaranması sahə-sində ilk 
müvəffəqiyyətli addım kimi mühüm əhəmiyyət kəsb edirdi. 
Litva  ədəbiyyatşünası A.Sprindisin rəyində qeyd olunduğu 
kimi  əsər yalnız Moskvada, Sankt-Peterburqda və türk 
respublikalarında deyil, Baltikyanı ölkələrdə  də  rəğbətlə 
qarşılanmışdı. Burada K.Talıbzadənin tənqid konsepsiyasının – 
üç cərəyan nəzəriyyəsinin 1905-1917-ci illər Litva ədəbi 
tənqidi materialında da özünü doğrultması faktı xüsusi 
vurğulanırdı. Özbəkistan EA-nın müxbir üzvü Q.S.Sultanov, 
filologiya elmləri doktoru, professor A.X.Haytmetov və 
filologiya elmləri doktoru M.Yunusovun imzaladıqları birgə 
rəydə də bu fikrin təcəssümünü görürük.
1
 Tatarıstanın əməkdar 
elm xadimi, professor M.M.Haynullin əsər doktorluq 
dissertasiyası  kimi müdafiə olunarkən onun avtoreferatına 
göndərdiyi geniş  və  əhatəli rəyində monoqrafiyanı 
«Azərbaycan 
ədəbiyyatşünaslıq elminə yeni töhfə» 
adlandırırdı.
21
  
Ümumittifaq səviyyədə ədəbi ictimaiyyət tərəfindən belə 
yüksək qiymətləndirilən milli tənqidimizin tarixinə dair 
monoqrafiya 1984-cü ildə «Azərbaycan ədəbi tənqidinin tarixi» 
adı ilə yenidən nəşr olundu. Monoqrafiyanın bu yeni, 
təkmilləşdirilmiş  nəşri məhz milli tənqidi təfəkkü-    rün 
genezisi, təşəkkülü, formalaşması  və tarixi inkişaf mərhələləri 
                                           
1
 K.Талыбзадənиn  шəхsи  архиви,  Г.S.Suлтаnов,  А.Х.Щаyтmeтов, 
M.Yunusовun иmзаладыглары бирgə рəy. 
2
 Yenə орада, M.M.Щаynuллиnиn рəyи. 


 
153 
haqqındakı  tədqiqata xarakterik özünəməx-susluğun nəzərə 
alınması ilə başlanması baxımından xüsusi maraq doğurur. Hər 
hansı bir problemin spesifikliyini aş-karlamaq problemə onun 
özünün tələb etdiyi məntiqlə, taktika ilə, elmi sistemlə 
yanaşmaqdan başlayır ki, mo-noqrafiyanın təkmilləşdirilmiş 
nəşrində də bunlar bir-birini  şərtləndirmiş  və  tamamlamışdır. 
Elmi tənqidi fikrin yaranmasına qədər mövcud olan 
tənqidin spesifik təzahür formasını tapmaq, müəyyənləş-
dirmək  əsərin «Azərbaycan  ədəbi tənqidinin tarixi kökləri» 
fəslində qarşıya qoyulan əsas məsələdir. Burada müəllif milli 
tənqidin tarixi kökləri problemini daha dərindən öyrənmiş, bu 
sahədə  tədqiqatını xeyli genişləndirmişdir. Belə  dərin 
araşdırmanın nəticələri tənqidimizin köklərini daha qədimlərə 
aparıb çıxarmaqla, onun tarixi hüdudları haqqında konkret 
təsəvvür yaratdı. Bu «ədəbi tənqid və  ədəbiyyatşünaslıq 
Azərbaycanda uzun bir tarixə malik deyildir» deyə  tənqidin 
yaranma tarixini inqilabdan sonrakı dövrə aid edən  Ə.Nazim 
kimi tənqidçilərin nihilist baxış-larını alt-üst etdi. 
K.Talıbzadənin geniş, zəngin, spesifik material əsa-sında 
yazılmış monoqrafiyası çox mühüm bir ədəbiyyat-şünaslıq 
vəzifəsini yerinə yetirdi, o «milli ədəbi prosesdə tənqidin yeri 
haqqında, onun tarixi varlğı haqqında birtərəfli, natamam 
münasibəti aradan qaldırdı; yetkin, inkişaf etmiş ədəbiyyatlarda 
olduğu kimi, Azərbaycan  ədəbiyyatında da estetik və ictimai 
amil olaraq tənqidin həmişə  iştirak etdiyini, onun çox güclü 
tərəflərindən birini təşkil etdiyini göstərdi.»
1
  
                                           
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзадə, Баkы, Озаn, 1998, s.62. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə