Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə35/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   31   32   33   34   35   36   37   38   ...   59

 
138 
qüvvətlənmişdi. K.Talıbzadə 1905-1917-ci illərin zəngin 
mətbuatında dərc edilən məqalələrə istinadən bu illərin  ədəbi 
tənqidi haq-qında aydın təsəvvür yarada bilmişdir.»
1
  Görkəmli 
tənqidçi daha sonra monoqrafiyanın materiala düzgün elmi 
müna-sibəti ilə milli ədəbi tənqidimizin həyatdakı tarixi yerini 
inandırıcı  şəkildə  təyin etdiyini, onun bütün nailiyyətlərini 
Azərbaycanda  ədəbi-tənqidi fikrin sonrakı inkişafı ilə 
əlaqələndirdiyini,  əsərin öz tarixiliyi, bütövlüyü və elmi 
prinsipiallığı ilə  fərqləndiyini qeyd edirdi. M. Arif məqa-
ləsində bir mühüm cəhəti – inqilaba qədərki dövrdə Azər-
baycanda  ədəbi tənqidin olmaması haqqında nihilistlə-     rin 
yanlış mülahizələrini K. Talıbzadənin öz qiymətli təd-qiqat 
əsəri ilə birdəfəlik cavablandırdığını da xüsusi vurğulayırdı. 
Milli  ədəbi-estetik fikir tariximiz haqqında bu 
monumental tədqiqata öz ədəbi-elmi axtarışlarının on ilini həsr 
edən tədqiqatçı həqiqətən də milli tənqidimizin tarixi köklərini 
üzə çıxarmaqla sovet ideologiyasının təsirindən doğan bir fikri 
– Azərbaycanda  ədəbi tənqidin inqilabdan sonra yaranması 
fərziyyəsini alt-üst etdi. Sonralar monoqrafiyanın 
təkmilləşdirilmiş  nəşrinə – «Azərbaycan  ədəbi tənqidinin 
tarixi» (1984) kitabına yazdığı «Tənqidimizin tarixi» başlıqlı 
ön sözdə tanınmış  ədəbiy-yatşünas alim Yaşar Qarayev də bu 
cəhətə xüsusi qiqqət  yetirirdi: «Kitab bizim estetik fikrin 
tarixinə münasibətdə nihilist baxışlara tutarlı elmi cavab kimi 
səsləndi. Bizim tənqid tarixinin xalqın tarixinə və taleyinə təsiri 
problemi belə sistemli və ətraflı şəkildə ilk dəfə bu əsərdə araş-
                                           
1
 Ариф M. Sənəтkар гожалmыр, Баkы, Yазыçы, 1980,  s. 41. 


 
139 
dırıldı.»
1
    K.Talıbzadə  əsəri hələ 1965-ci ildə doktorluq 
dissertasiyası kimi müdafiə edərkən görkəmli alim Feyzulla 
Qasımzadə  əsər haqqında geniş  rəyində yazırdı: «Müəllif  bir 
çox arxiv və kitabxanalarda çalışmış, Respublika Əlyaz-maları 
Fondunu diqqətlə  nəzərdən keçirmiş, XX əsr Azər-baycan 
mətbuatının yüzə yaxın orqanını dərindən öyrən-mişdir. Illərlə 
davam edən çox böyük əməyin nəticəsində külli miqdarda 
tamamilə yeni, ədəbi fikrimizi zənginləşdirən faktlar, sənədlər 
meydana çıxarılmışdır. Bütün bunların nəticəsində  ədəbiyyat 
tariximiz üçün qaranlıq qalan bir   çox məsələlər 
aydınlaşdırılmışdır.»

Monoqrafiyanı  ədəbiy-yatşünaslığımızın 
ciddi nailiyyəti hesab edən Feyzulla Qa-sımzadə  rəyində 
K.Talıbzadəni «ədəbiyyat tariximizin öyrə-nilməsini düzgün 
təşkil edən» alim və elm təşkilatçısı kimi yüksək 
qiymətləndirirdi. 
Əsər haqqında geniş  rəy yazan Əziz  Şərif «Qiymətli 
ədəbi iş» adlı məqaləsində qeyd edirdi ki, sovet filologi-yasının 
nailiyyəti olan bu fundamental iş nəinki ədəbi-elmi ictimaiyyət, 
habelə geniş oxucu kütləsi tərəfindən məm-nuniyyətlə 
qarşılanacaqdır.
3
 Ə.Şərif də əsərin türk ədəbiy-yatı ənənələrinin 
guya yeni ədəbiyyat ücün yararsızlığını elan edən nihilistlərə 
ciddi cavab, inqilaba qədərki tən-qidimizin tarixi haqqında 
danılmaz elmi fakt olduğunu vurğulayırdı. 
                                           
1
  Талыбзадə K. Азəрбаyжаn  əдəби  тənгидиnиn  тарихи,  Баkы, Mаариф,     
1984,  s. 4. 
2
 K.Талыбзадənиn шəхsи архиви, Ф.Гаsыmзадənиn рəyи, 1965. 
3
 Шариф А. Üennыy литeратuрnыy трuд, газ. «Баku», 1966, 27 оkтəбрə. 


 
140 
Yazıçı Mirzə Ibrahimov K.Talıbzadəyə ünvanladığı  mək-
tubunda yazırdı: «Bu əsəri oxuyan hər kəs görəcəkdir ki, Mirzə 
Fətəlidən sonra Azərbaycan xalqının tənqidi fikri necə  zəngin 
və maraqlı bir inkişaf dövrü keçirmişdir, este-tikanın və  bədii 
yaradıcılığın necə vacib, necə böyük məsə-lələrini həll etməyə 
çalışmışdır; sən çox yaxşı  və çox düz- gün etmisən ki, daima 
elmi tədqiqatı XX əsr Azərbaycan realizminin xüsusiyyətlərini 
müəyyənləşdirmək istiqamə-tində aparmısan. Antirealist 
cərəyanları və meylləri araş-dırmağın da tamamilə doğrudur və 
o dövrdə müxtəlif ədəbi-estetik görüşlərin mübarizəsi haqqında 
geniş təsəvvür  yaradır. Sənin əsərində ən qiymətli cəhət mən 
onu hesab edirəm ki, ədəbi-bədii fikrimizin müəyyən və 
maraqlı bir dövründəki inkişafı ardıcıl surətdə, diqqətlə tədqiq 
olun-muş, sistemləşdirilmişdir. Nəticədə elə  zəngin, elə 
əhəmiy-yətli bir mənzərə yaranmışdır ki, adamın ürəyi qürurla 
dolur. Abdulla Sur və Seyid Hüseyni isə bizim üçün tama-milə  
yenidən  kəşf  etmisən…»
1
 
Həqiqətən də XX əsr Azərbaycan tənqidinin F.Köcər-li, 
S.Hüseyn, A.Sur kimi görkəmli nümayəndələrinin  ədəbi-
tənqidi proses fonunda, nəzəri-estetik fikrin tarixi təkamülü 
kontekstində  tədqiq olunması diqqəti cəlb edən cəhətlər- dən 
idi. Bu cəhət Türkiyəli alim, Azərbaycan  ədəbiyyatı 
mütəxəssisi  Əhməd Cəfəroğlunun da nəzərindən yayınma-
mışdır. O, əsər haqqında məqaləsində yazırdı: «Əsərin ikinci 
hissəsi mərhum Firudun bəy Köçərliyə  təhsis edilmişdir. 
Xatirəsi pək əziz olan bu dəyərli azəri ədəbiyyatçısı haq-qında 
                                           
1
 K.Талыбзадənиn шəхsи архиви, M.Ибращиmовun məkтuбu, 1965. 


 
141 
nə söylənsə azdır. Xatirəsi  əziz olduğu qədər  əsərləri və 
görüşləri də cana yaxındır. Eyni şey yazarın əsərində müstəqil 
yer ayırdığı Seyid Hüseyn haqqında da söylənilə bilər. Əsərdə 
bu kişini yaşatdığı üçün Talıbzadəyə haq vermək gərəkdir.»
1
  
Azərbaycan  ədəbiyyatşünaslığının bu ciddi nailiyyəti – «XX 
əsr Azərbaycan ədəbi tənqidi» əsəri keçmiş Sovet Şərqində də 
ədəbi ictimaiyyət tərəfindən yüksək rəylə qarşılandı. Tacikistan 
SSR EA-nın müxbir üzvü S.Tabarev K.Ta-lıbzadənin  Şərq 
xalqlarının estetik fikir və  tənqid tarixi-   nin öyrənilməsi 
sahəsindəki  əvəzsiz xidmətlərini layiqincə  dəyərləndirərək 
yazırdı: «Onun əsərləri nəinki  Şərq filo-logiyasının bu az 
öyrənilmiş problemlərini tədqiq edir, həm də Azərbaycan 
ədəbiyyatşünaslığında məktəb yaradır ki, onun gələcəkdə 
inkişaf imkanları da vardır.»
2
 Qazaxıstan SSR EA-nın 
akademiki Y.A.Coldasbəyov  əsər haqqında rəyində bu 
monoqrafiyanı  nəinki SSRI-də, eləcə  də xarici ölkələrdə 
yaşayan türkdilli xalqların  ədəbiyyatlarında estetik fikri 
araşdıran ilk fundamental tədqiqat hesab edirdi.

Istanbulda çıxan «Türkiyyat» məcmuəsində monoq-rafiya 
haqqında dərc olunmuş məqalədə mövzunun türkdilli xalqların 
ədəbiyyatşünaslığında ilk dəfə araşdırılması gös-tərilir, 
problemin doğru, zəngin faktik material əsasında işlənməsi, 
ədəbi fikrin milli ictimai, siyasi, fəlsəfi həyat ilə  vəhdətdə 
işıqlandırılması qeyd olunurdu. Məqalənin müəl-lifi 
                                           
1
 Жəфəроьлu Ə. ХХ əsр Азəрбаyжаn əдəби тənгиди (1905-1917), Тüрkиyyат 
məжmuəsи, Иsтаnбuл, 1972, ХY11 ж., s. 277.  
2
 K.Талыбзадənиn шəхsи архиви, S.Табарeвиn рəyи.. 
3
 Yenə орада, Y.А.Жолдаsбəyовun рəyи. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə