Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə33/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   29   30   31   32   33   34   35   36   ...   59

 
130 
cəhətdən, həm də XX əsr ədəbi-bədii pro-sesinin bir sıra yeni 
meyllərinin işıqlandırılması, yaradı- cılıq problemlərinin 
qoyuluşu və 
həlli baxımından 
ədə-biyyatşünaslığın  
fundamental  tədqiqatlarından  biri  kimi  qiymətləndirilə  
bilər.»
1
  
1970-ci ildə əsərin rus dilində nəşri ilə tanışlıqdan sonra 
rus  ədəbiyyatşünası, filologiya elmləri doktoru pro-fessor 
A.L.Dımşits monoqrafiya haqqında yazdığı əhatəli və maraqlı 
rəyində  əsərin elmi məziyyətlərini yüksək dəyərləndirmişdir. 
Görkəmli alim qeyd edirdi ki, K.Talıb-zadəyə  qədər bir çox 
ədəbiyyatşünaslar bu mövzuya mü-raciət etmişlər. Lakin 
inamla demək olar ki, onlardan      heç biri mövzunu bu cür 
geniş  və düzgün metodoloji mövqelərdən işıqlandıra 
bilməmişdir. A.L.Dımşits Qorkinin Azərbaycan  ədəbiyyatına  
təsiri  probleminin  burada  bir  yazıcının digər yazıçıya tabe 
olması aktı kimi yox, səmərəli yaradıcılıq təsiri aktı kimi həll 
edildiyini göstərirdi. O, belə  hesab edirdi ki, K.Talıbzadə 
Azərbaycan  ədəbiyyatı tari-xinə dair materiallarla yanaşı 
Qorkişünaslığın da mate-riallarından sərbəst  şəkildə istifadə 
etməklə özünü bu sa-hənin  əla mütəxəssisi kimi tanıtmışdır.
2
 
Gürcü alimi  B.Pi-radovun monoqrafiya barədə gəldiyi qənaət 
isə belə idi: «Talıbzadənin işinin qiyməti istifadə olunan 
materialların yeniliyi və təzəliyindədir. Talıbzadənin «Qorki və 
Azərbay-can» kitabı böyük maraqla oxunur, və  şübhəsiz ki, 
                                           
1
 Sалmаnов  Ш.  Аkадemиk  Kаmал  Талыбзадə,  Баkы,  Озаn,  1998,  s.49. 
2
 K.Талыбзадənиn шəхsи архиви, А.Л.Дыmшитsиn рəyиnиn məтnи, 1970. 


 
131 
sovet qorkişünaslığına qiymətli bir töhfədir.»
1
 Türkiyəli alim, 
Azərbaycan ədəbiyyatı mütəxəssisi Ə.Cəfəroğlu əsər haq-qında 
yazdığı maraqlı və olrijinal fikirlərlərlə, mülahizə- lərlə zəngin 
olan ilk rəyini 1963-cü ildə «Türk kültürü»  dərgisində  (№7) 
dərc etdirmişdir. O, məqaləsində göstə- rirdi ki, Kamal 
Talıbzadə «Qorki və Azərbaycan» monoq-rafiyasında  ədəbi 
təsir probleminə obyektiv prinsiplər  əsa-sında yanaşaraq milli 
ədəbiyyatın orijinallığını qoruyub saxlamışdır. Görkəmli 
ədəbiyyatşünas alim sonralar yazdığı başqa bir rəyində – 1972-
ci ildə Münhendə  nəşr olunan Sovetlər Birliyini Öyrənmə 
Institutunun dərgisində dərc olunan «Sovetlər Birliyi türkoloji 
araşdırmalarında rus kültür üstünlüyü davası» məqaləsində isə 
monoqrafi-    yaya belə münasibət bildirirdi: «Kültür üstünlüyü 
məsələsi kommunist uydurmasından başqa bir məna daşımır… 
Rusiya sərhədləri içərisindəki xalqların bir növ bulaş- dıqları 
xəstəlikdir… Qasımzadə adlı bir aydın «Azərbaycan  realist 
tənqidində rus ədəbiyyatı  xəzinəsindən qüvvət al-mayan  heç  
bir  azəri  yazarını  təsəvvür  etmədiyini  və  rus kültür tərəflisi 
olduğunu ifadə edərkən K.Talıbzadə adın- da  başqa  bir  azəri  
aydını    da    tam    əksinə  olaraq  öz  ana  kültürünə sahib 
çıxmasını tələb etməkdədir. Bu aydın öz görüşündə  rus  kültür  
və    ədəbiyyatının  şişirdilməsini  və    təsirinin mübaliğəli 
surətdə çatdırılmasını, yerli ədəbiyyatda buna geniş yer 
verilməməsini və bu fikrin təməl dəstək- liyini üzərinə 
                                           
1
 Пирадов Б. M.Горьkиy в Азeрбаyджаne, Литeратuрnаə Грuзиə, 1973, 
№1, s. 95-96. 


 
132 
almaqdadır.»
1
  Ədəbiyyatşünas N.Şəmsizadə    Türkiyəli alimin 
«Qorki və Azərbaycan» monoqrafiya- sının təhlili nəticəsində 
gəldiyi bu düzgün elmi qənaəti K.Talıbzadənin «türk təfəkkürü 
məcrasında araşdırdığı» Azərbaycan-rus  ədəbi  əlaqələri ilə 
bağlı  tədqiqatına veri-  lən  ən uğurlu və obyektiv yekun 
qiyməti kimi yüksək dəyərləndirir.
2
  
K.Talıbzadənin  ədəbi  əlaqələrin tədqiqi sahəsində  fəa-
liyyəti yalnız «Qorki və Azərbaycan» monoqrafiyası ilə 
məhdudlaşmır. O, ədəbiyyatşünaslığın bu istiqamətində 
araşdırmalarını yaradıcılığının sonrakı dövrlərində  də da-vam 
etdirmiş, Azərbaycan-rus  ədəbi  əlaqələrinə  həsr etdiyi bir sıra 
tədqiqat  əsərlərində problemin müxtəlif məsələlə-rini 
işıqlandırmışdır. Bu baxımdan tədqiqatçının «XX əsr 
Azərbaycan tənqidi L.N.Tolstoy haqqında» (1960), «Əh-məd 
Ağaoğlu və onun «Rus ədəbiyyatının səciyyələri»  əsə-ri» 
(1988) və başqa məqalələri xüsusilə təqdirəlayiqdir. 
K.Talıbzadə  ədəbi  əlaqələr probleminin çoxcəhətli 
məsələlərinin həllində yaxından iştirak etmiş,  ədəbiyyat-
şünaslığın bu mühüm sahəsini öz orijinal tədqiqatları ilə  
zənginləşdirmişdir.  
 
 
 
 
                                           
1
 Жəфəроьлu Ə Sовeтлəр Бирлиyи Тüрkолоъи арашдырmаларыnдаkы рus küлтüр 
üsтünлüyü даваsы, Sовeтлəр Бирлиyиnи Юyрənmə Иnsтитuтunun Дəрgиsи, 
Münщen, 1971, № 66, s. 210. 
2
 Шəmsизадə N. Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998, s.45. 


 
133 
 
 
III  F Ə S I L 
ƏDƏBI TƏNQIDIN TARIXININ  
VƏ NƏZƏRIYYƏSININ TƏDQIQI 
3.1. Azərbaycan  ədəbi tənqidinin tarixi konsepsiyası: 
onun  inkişaf  istiqamətləri. 
 
Ədəbiyyatın ayrılmaz tərkib hissəsi, komponenti olan 
ədəbi tənqid  ədəbi hərəkata nəzarət edən, onu yeni ideya-lara 
doğru istiqamətləndirən və  əsas inkişaf xəttini müəy-
yənləşdirən nəzəri fikir formasıdır. Görkəmli yazıçı Seyid 
Hüseyn tənqidsiz yazını, tənqidsiz mətbuatı  tərbiyəsiz cocuğa 
bənzədir,  ədəbi tənqidi bədii  ədəbiyyatın tərbiyəçisi  
adlandırırdı. Həqiqətən də  ədəbiyyatla eyni vaxtda yaranan 
tənqid daim onun inkişafına xidmət etmişdir. Təsadüfi deyil ki, 
hərhansı bir əsərin  ədəbi-tarixi prosesdəki mövqeyini 
müəyyənləşdirərkən mütləq həmin  əsər haqqında dövrün 
tənqidi fikrinin araşdırılması  zərurəti yaranır. Tənqiddən 
xüsusi,  əlahiddə bir yaradıcılıq sahəsi kimi bəhs edən  ədə-
biyyatşünas  Şamil Salmanov yazır: «Tənqid sənətkarın 
yaratdığı  sənət  əsərini təhlil edir, ideyasını, fəlsəfəsini başa 
düşməyə, formasını, daxili strukturunu qiymətləndirməyə, izah 
etməyə çalışır və bununla da öz spesifik vəzifəsini  yerinə 
yetirir: bu da özünə görə bir növ yaradıcılıqdır, sənətdir; – 
təhlil və izah, dərketmə və dəyərləndirmə sə-nəti.»
1
  Lakin 60-
                                           
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзадə, Баkы, Озаn, 1998, s.52. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə