Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə34/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   30   31   32   33   34   35   36   37   ...   59

 
134 
cı illərə  qədər bu sənətin  ədəbi prosesdəki rolu düzgün 
dəyərləndirilməmiş, tənqidə  «ədəbiyyatın ikinci  dərəcəli 
sahəsi» kimi laqeyd münasibət göstərilmişdir. Milli 
 
tənqidimizin tarixi, hətta onun varlığı ideyası Azərbaycan 
ədəbiyyatının elmi tarixinin yazılması  və  nəşrindən sonra  
meydana çıxmışdır. 60-cı illərə qədərki ədəbiyyat tarixlə-rində 
ədəbi tənqidə ədəbiyyatımızın janrları sistemində  qətiyyən yer 
ayrılmamış, ondan milli ədəbi tarixi prosesin komponenti və 
hadisəsi kimi xüsusi bəhs edilməmişdir. Həmin dövrdə  ədəbi 
ictimaiyyətdə  hətta belə bir yanlış  qənaət yaranmışdı ki, 
Azərbaycanda sovet hakimiyyəti illərinə  qədər  ədəbi tənqid 
olmamışdır. Bu ögey münasibətin nəticəsidir ki, həmin dövrdə 
nəşr olunan ədəbiyyat tarix-lərində  tənqiddən  ədəbiyyatın 
mühüm bir yaradıcılıq sahəsi kimi danışılmamış, tənqid tarixi 
bir tədqiqat obyekti kimi  diqqətdən  kənarda  qalmışdır. Bu  
20-30-cu  illərin  qüdrətli  qələm sahiblərinin – böyük 
tənqidçilərinin,  ədəbiyyatşünas-larının repressiyaya düçar 
olması  nəticəsində  ədəbi tənqiddə hökm sürən ciddi boşluq, 
daha sonra 40-50-ci illərdə sovet ideologiyasına xidmət edən 
ehtiyatkar bir tənqidin forma-laşmasından irəli gəlirdi. 
Tənqidin təsvirçi xarakter daşıdığı bu dövr haqqında müasir 
ədəbiyyatşünaslıqda belə bir  qənaət yaranmışdır ki, ədəbi 
tənqid marksist-leninçi mövqe-dən çıxış edərək, əsil həqiqətləri 
ifadə etməkdən çəkinirdi.  Ədəbiyyatşünas Nizaməddin 
Şəmsizadə bu haqda yazırdı: « O (yəni,  ədəbi tənqid – T.R.) 
bədii  ədəbiyyatın bəzi cəsa-rətli addımları qarşısında vahimə 
keçirir, cəmiyyətin işğalçı  əxlaqi mövqeyində duraraq, ciddi 
cəhdlə onun qarşısını almağa çalışırdı. Məsələn, M.Arif kimi 


 
135 
ədəbiyyatı sevən, onun uğrunda çalışan bir adam hətta bir çox 
mətləblərin aydınlaşdığı 60-cı illərin 
əvvəllərində 
S.Əhmədovun cəsa-rətlə yazılmış «Görünməz dalğa» və 
«Aran» romanları haq-qında «Yazıçının mövqeyi aydın 
olmalıdır!» adlı  məqalə yazıb yazıçının mövqeyini cəmiyyətə 
uyğun olmamaqda günahlandırırdı. Yaxud, Anarın «Ağ liman» 
povesti ilə bağlı yazılan məqalələr göstərir ki, 50-ci illərin 
ehtiyatkar tənqid  ənənələri 60-cı illərin ortalarında hələ 
yaşayırdı.»
1
 Məhz belə bir dövrdə K.Talıbzadə tənqidə bir janr 
kimi  müraciət edərək bir-birindən məzmunlu məqalələr yazıb 
dərc etdirmişdir. «Ədəbi tənqidimizin məsələləri haqqın- da» 
(1954), «Tənqidçi və  ədəbiyyatşünaslarımızın yeni nəsli» 
(1956), «Tənqid və  ədəbiyyatşünaslığımızın vəziyyəti 
haqqında» (1958), «Tənqidimiz haqqında qeydlər» (1963), 
«Ədəbiyyatşünaslığımızı müasir elmi-nəzəri problemlərin 
həllinə doğru istiqamətləndirməli» (1965) və s. məqalələr 
tədqiqatçının ilk tənqidi yazıları idi. K.Talıbzadənin  ədəbi 
tənqidə necə  məsuliyyətlə yanaşması, tənqidi  ədəbiyyatın  
mühüm bir yaradıcılıq sahəsi kimi qiymətləndirməsi onun  bu 
ilk yazılarında özünü büruzə verirdi. O, tənqid tarixini 
öyrənməyə başladığı ilk illərdə həmçinin M.Qorki, S.Vur-ğun, 
M.Hüseyn, M.Ibrahimov, Y.Qarayev və başqa yazıçı  və 
tənqidçilərin görüşləri,  əsərləri haqqında «Ədəbiyyat və 
incəsənət», «Kommunist» qəzetlərində məqalələr, resenzi-yalar 
dərc etdirmişdir. Həmin məqalələrində müəllif 50-60-cı illər 
tənqidinin tarixini əhatə etməyə çalışmışdır. K.Talıb-zadənin 
                                           
1
 Шəmsизадə N. Тüрk тəфəkküрü məжраsыnда, Баkы, Тəщsил, 1998,  s. 48. 


 
136 
bu məqalələri qarşıdakı  tənqid tarixinə dair funda-mental 
tədqiqata bir növ hazırlıq idi. Azərbaycan  ədəbi  tənqidinin 
keçdiyi tarixi inkişaf mərhələlərini öyrənmək, onun elmi 
mənzərəsini yaratmaq yolunda milli ədəbiyyatın bu ilk əsaslı 
tədqiqatı «XX əsr Azərbaycan  ədəbi tənqidi (1905-1917-ci 
illər)» monoqrafiyası idi. Onu da qeyd etmək lazımdır ki, bu 
dövrdə M.Arif, M.Cəfər, M.S.Ordubadi,  M.Rəfili, 
F.Qasımzadə, C.Cəfərov, M.Qasımov və başqa görkəmli ədəbi 
şəxsiyyətlərin milli ədəbi-estetik fikrin ta- rixi inkişaf yolu 
haqqında məqalə  və kitabçaları çap olunmuşdu. Lakin 
K.Talıbzadə ilk dəfə milli ədəbi-estetik fikrin tarixini yaratmaq 
məqsədini izləmiş, bununla da     60-cı illərdə milli 
ədəbiyyatşünaslığımızın qarşısında du-  ran mühüm 
vəzifələrdən birinin həllində əvəzsiz xidmət göstərmişdir. 
Qeyd etmək lazımdır ki, 37-ci il repressiyasının böyük 
ədiblər, tənqidçilər ordusunu cəza düşərgələrinə, sürgünə, 
məhvə  məhkum etdiyi, nəticədə uzun illər  ədəbi nəsillər 
arasında varislik əlaqəsinin pozulduğu bir vaxtda K.Talıb-zadə 
kimi qayğıkeş ziyalılarımız  ədəbiyyatşünaslığın daha 
məsuliyyətli vəzifələrinin həllində  fəal iştirak edirdilər. 
K.Talıbzadə bu vəzifələrin demək olar ki, ən çətini və 
məsuliyyətlisini–  ədəbi tənqid tariximizin yazılması  işini 
üzərinə götürüb uğurla yerinə yetirmişdir. Belə bir funda-
mental  ədəbiyyatşünaslıq vəzifəsinin icrası üçün K.Talıb-zadə 
bu sahədə müəyyən təcrübəyə malik olan müasir rus 
ədəbiyyatşünaslığından bəhrələnmişdi. Xüsusi qeyd olun-
malıdır ki, əsərin yazıldığı  və  nəşr edildiyi dövrdə keçmiş 
SSRI-də milli ədəbiyyatların  ədəbi tənqid tarixi hələ mey-


 
137 
danda yox idi. Həmin vaxt yalnız rus ədəbi tənqidinin tarixi 
yazılmış  və  nəşr olunmuşdu. Buna görə  də K.Talıbzadə öz  
tədqiqatı üzərində  işləyərkən məhz rus ədəbi mənbələrinə 
istinad etmişdi. 1958-ci ildə nəşr olunan iki cilddən ibarət «Rus 
tənqidinin tarixi» kitabı, 60-70-ci illərdə rus tənqidinə dair bir 
sıra monoqrafiyalar, həmçinin V.I.Kuleşovun «Rus tənqidinin 
tarixi haqqında»  əsəri belə nümunələrdən idi.  K.Talıbzadə 
monoqrafiyasını yazmağa başlamazdan  əvvəl həm bu 
tədqiqatlarla, həm də rus tənqidi və Azərbaycan  klassik ədəbi-
estetik fikri ilə yaxından tanış olmuşdu.  
Zəngin sənəd və material, müşahidə və təcrübə əsasın-da 
yazılan «XX əsr Azərbaycan  ədəbi tənqidi (1905-1917-ci 
illər)» (1966) kitabı o vaxtkı çoxmillətli  ədəbi prosesdə bu 
sahədə ilk tədqiqatlardan biri kimi nəinki Azərbaycan, eləcə də 
keçmiş SSRI xalqları  ədəbiyyatşünaslığında elmin ciddi 
nailiyyəti kimi dəyərləndirildi. Monoqrafiyanı ilk dəfə  təhlil  
edən və yüksək qiymətləndirənlərdən biri akademik M.Arif 
əsər haqqında yazırdı: «K.Talıbzadənin «XX əsr Azərbay-can 
ədəbi tənqidi»  əsəri  əsrimizin  əvvəllərində  ədəbiy-yatımızda 
tənqidi fikrin formalaşmasına həsr edilmişdir. Müəllif konkret 
tarixi  şəraitdə  ədəbi tənqidin xüsusi bir sahə kimi inkişafını 
öyrənib,  ədəbi prosesdəki rolunu müəyyənləşdirmişdir. XI 
əsrdən başlayaraq tək-tək adamlar ədəbi tənqid ilə  məşğul 
olsalar da, XIX əsrədək o, ədəbiyyatımızda zəif yer tutmuşdur. 
Yalnız M.F.Axun-dovun, H.Zərdabinin və qismən də 
F.Köçərlinin xidməti sayəsində  ədəbi tənqidin inkişafı üçün 
sağlam bünövrə yaranmışdı. M.F.Axundovun ənənələrinə 
əsaslanan demok-ratik ədəbi tənqid XX əsrdə xüsusilə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə