Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə37/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   33   34   35   36   37   38   39   40   ...   59

 
146 
tərəfdən rus və Avropa elmindən,  ədəbiyyatından, ictimai, 
iqtisadi və siyasi fikir tarixindən bəhs edən  əsərlər, kitablar 
M.F.Axundovun nəzəri görüşlərinin formalaşma-sında mühüm 
mənbələrdən biri kimi göstərilir və  əsas-landırılır. Tədqiqatçı 
bu cəhətdən Ç.Dikkens, A.Düma, J.Vern, N.V.Qoqol, 
V.Q.Belinski, A.V.Markov-Vinoqra-dov, E.Munk və 
başqalarının  ədəbiyyat, tənqid və  ədəbiy-yatşünaslığa dair 
əsərlərini görkəmli yazıçının rus və Av-ropa ədəbi fikrindən 
yaradıcı şəkildə bəhrələnməsi üçün əsas mənbələr hesab edirdi. 
K.Talıbzadə düzgün olaraq burada M.F.Axundovun Belinski 
və Dobrolyubov ilə ədəbi əlaqələrinə xüsusi olaraq diqqəti cəlb 
etmişdir.  Əsərdə  Qərb yazıçı, filosof və tarixçiləri Volter, 
Monteskio, Didro, Şekspir, Bayron, Hüqo, Russo, Renan, Yum 
və başqaları da Axundovun yaradıcılıqlarını  bəyəndiyi, 
fikirlərini təqdir etdiyi böyük şəxsiyyətlər kimi təqdim 
olunurlar. 
Tədqiqatçı M.F.Axundovun ədəbi-tənqidi görüşlə-rində 
sənətin ideyalılığı,  ədəbiyyatın tərbiyəvi rolu, onun ictimai 
həyatda mövqeyi kimi məsələlərin mühüm yer tut-duğunu 
göstərir, bu cəhətdən yazıçının fikirlərinin mate-rialist rus və 
Avropa filosofları, tənqidçilərinin görüşləri ilə  səsləşdiyini 
qeyd edirdi. Monoqrafiyada böyük mütəfək-kirin müasirləri – 
X1X  əsr Azərbaycan dramaturqu Mir-zağa və Melkum xanın 
Axundov estetikasına münasibəti də işıqlandırılmışdır. 
XIX  əsrin sonu, XX əsrin  əvvəllərində milli mətbuatın, 
xüsusilə  «Əkinçi», «Kəşkül»,  «Ziya», «Ziyayi-Qafqaziyyə», 
«Şərqi-Rus» qəzetlərinin  ədəbi tənqidin inkişafında rolu, 
burada dərc olunan tənqidi məqalələrdə maarifçilərin sxo-lastik 


 
147 
ədəbiyyata qarşı apardıqları mübarizə haqqında monoqrafiyada 
yığcam elmi təhlil verilmişdir. K.Talıbzadə XX əsrin 
əvvəllərində yeni siyasi-ictimai şəraitdən doğan zərurətlə ədəbi 
tənqidin məqsəd və  vəzifələrinin də müasir  tələblər 
səviyyəsinə qaldırılmasına ciddi ehtiyac duyul-duğunu qeyd 
edir, monoqrafiyanın «XX əsrin  əvvəllərində  ədəbi tənqidin 
mövqeyi» fəslində bu məsələləri işıqlan-dırırdı. Milli 
mətbuatda  ədəbi tənqidə olan ehtiyac və onun əhəmiyyəti 
ətrafında gedən qızğın müzakirələrin təhlil olunduğu 
məqamlarda tədqiqatçının  ədəbi tənqidin vəzi-fələrini 
müəyyənləşdirmək cəhdi daha qabarıq şəkildə nəzərə çarpırdı. 
K. Talıbzadə bu dövrün qəzet və jurnal səhifələrində «tənqid», 
«tənqid və biblioqrafiya», «teatr və musiqi» və s. rubrikaların 
açılmasını, müntəzəm olaraq tənqidi məqalələrin çap 
edilməsini, Bakı, Gəncə,  Şamaxı  və  Şuşa  şəhərlərində    ədəbi  
tənqid  ilə    məşğul  olan  dərnək və  cəmiyyətlərin təşkil 
olunmasını  tənqidçilik sənətinin ihkişaf etdirilməsində, onun 
professional bir səviyyəyə yüksəlmə-sində başlıca təkanverici 
amillərdən hesab edirdi. Müəllif N.Nərimanovun rəhbərliyi 
altında Bakıda «Nicat» cəmiy-yətinin nəzdində təşkil olunmuş 
«Tənqid gecələri»nin fəa-liyyətinin xüsusilə seçildiyini 
vurğulayırdı. Tədqiqatçı  həm-çinin «Ədəb yurdu», «Yaşıl 
qələm» dərnəklərinin, «Ədə-biyyat və  sənayeyi-nəfisə 
cəmiyyəti», «Qızıl Qələm Cəmiy-yəti»nin fəaliyyətində  ədəbi 
tənqidin geniş yer tutduğunu  qeyd  edirdi. 
1905-ci il inqilabından sonra Azərbaycanda milli azad-lıq 
hərəkatının genişlənməsi, sinfi mübarizənin kəskinləşmə-si 
ayrı-ayrı ədəbi cərəyanların siyasi istiqamətini müəyyən etmiş


 
148 
gərgin məfkurə mübarizəsi başlanmışdı. Bu dövrdə 
güclənməkdə olan realizm cərəyanı da ayrı-ayrı qruplara 
bölünürdü: kommunist yazıçılar (Seyid Musəvi); inqilabçı-
demokratik yazıçılar (C.Məmmədquluzadə, M.Ə.Sabir, 
M.Möcüz); maarifçi-demokrat yazıçılar (A.Səhhət, M.Ha-di, 
F.Köçərli, Y.V.Çəmənzəminli). Azərbaycan  ədəbiyya-tında  
əsas  cərəyanlardan  olan  romantizmin  təsnifində    də bu 
cərəyanın bir-birinə zidd iki cəbhəyə – mütərəqqi və mürtəce 
romantizm kimi qollara ayrıldığını görürük. Bir-birinə zidd 
mövqedə duran ədəbi cərəyanlar arasında gedən ciddi fikri 
ixtilaf və  məfkurə mübarizəsi tənqid sahəsində  də yeni 
cərəyanlar yaratmışdı: demokratik tənqid; burjua tənqidi; 
marksist tənqid. Müəllif monoqrafiyanın «Azər-baycan  ədəbi 
tənqidinin  əsas cərəyanları (1905-1917-ci illər)» adlanan 
fəslində kəskin siyasi məfkurəvi müba-rizələrdən yaranmış bu 
tənqidi cərəyanların yaradıcılıq metodları, həyata, sənətə, 
klassik irsə  və başqa yaradıcılıq məsələlərinə münasibətini 
təhlil etmişdir. Burada XX əsr Azərbaycan tənqidi üç əsas 
cərəyanın inkişafı aspektində öyrənilir, «Demokratik tənqid», 
«Burjua tənqidi» və «Marksist tənqid» cərəyanlarının hər biri 
ayrı-ayrılıqda tədqiq və  təhlil olunurdu. K. Talıbzadə 
monoqrafiyasını yazdığı vaxt XX əsrin milli ədəbi tənqidinin 
ən qüvvətli cərəyanı sayılan demokratik tənqidin ideya-estetik 
prin-siplərinin  təhlilinə  daha  geniş  yer  vermişdir. 
Zəngin sənəd və materiallar əsasında yazılmış «Demok-
mokratik tənqid» bölümündə realizm problemi, ədəbiyyatın 
həyatla  əlaqəsi, ictimai vəzifəsi, «köhnə» və «təzə»  şeir 
problemi, klassik ədəbi irsə münasibət, Azərbaycan teatrı    və 


 
149 
dramaturgiyasının  əlaqələri,  ədəbi dil problemi kimi mühüm 
məsələlər sistemli şəkildə  təhlil süzgəcindən keçi-rilirdi. 
K.Talıbzadənin demokratik tənqidə qarşı güclü marağı isə onun 
bir bədii metod və  ədəbi cərəyan kimi realizmə  rəğbətindən 
irəli gəlirdi. Bu həm də dövrün kommunist ideologiyasından 
doğan maraqla üst-üstə dü-şürdü. 1947-ci ilin fevralından 
1990-cı ilin yanvarına qədər Kommunist Partiyasının üzvü olan 
K.Talıbzadə  təbii ki, o dövrkü hakim ideologiyaya zidd 
mövqedən çıxış edə bilməzdi. Tədqiqatçı öz materialist 
baxışlarına uyğun olaraq XX əsrin  əvvəllərində  fəaliyyət 
göstərən tənqidi cərəyanların təsnifində marksist 
metodologiyanın prin-siplərinə ciddi şəkildə riayət etmişdi. 
Müəllif ədəbi tənqidi onu doğuran tarixi şəraitin ictimai-siyasi 
və bədii vəzifələri ilə qarşılıqlı əlaqədə nəzərdən keçirir, milli 
tənqidi məşğul etmiş problemləri, onun daxilində gedən ideya-
estetik mü-barizələri açıb göstərirdi. Monoqrafiyanın kitab 
halında çapı ərəfəsində (1964) yazdığı geniş rəydə Y.Qarayev 
hər üç tənqidi cərəyanın təhlilinə münasibət bildirərkən «burjua 
tənqidi» bölümü haqqında yazırdı ki, «bu bölmə tarixən 
qanunauyğun, spesifik, təbii və obyektiv bir hadisə kimi 
mövcud olan burjua tənqidinin bədii spesifik və  fəlsəfi 
cəhətdən hərtərəfli təhlili və  şərhi deyildir, əvəzində burjua 
tənqidinin bəlkə yalnız tənqidindən ibarətdir.»
1
 «Burjua 
tənqidi» adı altında isə XX əsrin  əvvəllərində Azərbaycan 
mədəniyyətinin  ən görkəmli nümayəndələri  Ə.Hüseynzadə, 
Ə.Ağayev,  Ə.Topçubaşov, C.Hacıbəyli, M.Ə.Rəsulzadə, 
                                           
1
 K.Талыбзадənиn шəхsи архиви, Y.Гараyeвиn рəyи, 1964. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə