Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə39/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   35   36   37   38   39   40   41   42   ...   59

 
154 
Əsərin təkmilləşdirilmiş  nəşrində  nəzərə çarpan uğurlu 
dəyişikliklərdən biri də  məhz kitabın «Azərbaycan  ədəbi 
tənqidinin tarixi kökləri» adlanan birinci hissəsidir. Burada 
qədim və orta əsrlər tənqidi fikir tariximizin mənzərəsi aydın 
cizgilərlə  təsvir olunur, problem baxımından geniş  təhlil 
edilirdi. Qədim və orta əsrlərin tənqidi, nəzəri-estetik fikri 
haqqında dolğun təsəvvür yaradan tədqiqatçı  Şərq          və 
Azərbaycan  ədəbi-estetik irsinin bu tarixi mərhələdə  necə 
zəngin və bütöv bir estetik nəzəriyyəni təşkil etdiyini 
aydınlaşdırır.  Ədəbi fikir tarixinin ilk sənət tarixi qədər 
qədimliyindən bəhs edən müəllif yazır: «Tənqidi-estetik  fikrin 
ilk ünsürlərini özündə qoruyub saxlayan ən qədim  sənət 
nümunəsi – şifahi xalq yaradıcılığıdır… Folklor nümunələri 
əsrlərlə onu yaradan və mühafizə edən xal-    qın  ədəbi fikir 
süzgəcindən keçə-keçə, dəyişib kamilləşə-kamilləşə, cilalana-
cilalana gəlib zəmanəmizə çatmış (bu prosesin özü də xalq 
təfəkkürünün bədii materiala fəal tənqidi münasibət 
göstərdiyini təsdiq edir) və bu zaman özünün ilk yaranışının 
estetik ünsürlərini,  ədəbi fikir ça-larlarını da qoruyub 
saxlamışdır. Buna görə  də folklor – tənqidi-estetik fikrin ilk 
mənbəyi kimi həmişə mütəxəs-sisləri maraqlandırmışdır.» 
1
 
Lakin müəllif milli ədəbi-estetik fikir tarixini təkcə xalq 
yaradıcılığı ilə  məh-dudlaşdırmır, onun əsas mənbələrini 
sistemli 
şəkildə araş-dırıb təhlil edir. K.Talıbzadə 
monoqrafiyasında qədim və orta əsrlərdə ədəbi-nəzəri fikrin üç 
əsas mənbəyindən          bəhs edir: şərhlər, təzkirələr və  bədii 
                                           
1
 Талыбзадə K.  Азəрбаyжаn  əдəби  тənгидиnиn  тарихи,  Баkы,  Mаариф, 


 
155 
ədəbiyyat. X1 əsrdə meydana çıxan  şərhlərdən Azərbaycan 
estetik və tənqidi fikrinin  ilk  janrı  kimi  bəhs  edən  tədqiqatçı  
göstərirdi  ki, şərhlər «Azərbaycan ədəbi fikri tarixində tənqid 
və  tən-qidçilik haqqında deyilmiş ilk mülahizələr idi və 
müəyyən mərhələnin bədii təhlil və  tənqid prinsiplərini ifadə 
edirdi.»
1
      Bir  janr  kimi  «tənqid-biblioqrafiya»ya yaxın olan 
şərhlərin elmi vəzifəsini,  ədəbi prosesdəki praktiki rolunu X1 
əsr Azərbaycan filoloqu və  ədəbiyyat nəzəriyyəçisi Xətib  
Təbrizinin «Şərh divan Əbi Təmmam»  əsərindəki bir epizod 
daha dəqiq xarakterizə edir. Əbu Təmmamdan nə üçün başa 
düşülən  şeir yazmadığını soruşurlar.  Şair cavabın-    da: « – 
Bəs siz nə üçün yazılanı başa düşmürsünüz?» – deyir. Burada 
oxucu ilə  şairin dialoqu üçüncü şəxsin, – şərhçinin  varlığına  
zərurət yaradır. Şərhçi başa düşülən şeir yazıl-ması və yazılan 
şeirin başa düşülməsi istəyi və tələbi arasındakı ixtilafı nizama 
salan vasitəçiyə çevrilir, yəni  ədəbi proseslə oxucu kütləsi 
arasında müəyyən ünsiyyət yaradır. Tədqiqatçı  şərhi tənqidi 
fikrin ilk janrı, şərhçiləri ilk tənqidçilər kimi təqdim edir, şərh 
ilə  tənqidin,  şərhçi          ilə  tənqidçinin ümumi, oxşar və  fərqli 
cəhətlərini müəy-yənləşdirir. K.Talıbzadənin elmi konsepsiyası 
professional realist ədəbi tənqidin təşəkkülünə  qədər milli 
ədəbi-estetik fikrin tarixi təcrübəsinə, onun müasir tənqid 
məktəbinin formalaşması üçün bir qaynaq, zəmin roluna 
verilən yeni icmal və qiymət kimi xüsusi maraq doğurur. 
Müəllif  ədəbi  tənqid haqqında ilk fikir söyləmiş Azərbaycan 
                                                                                         
1984, s.7. 
1
 Талыбзадə K.  Азəрбаyжаn  əдəби  тənгидиnиn  тарихи,  Баkы,  Mаариф, 
1984, s.12. 


 
156 
alimləri Xətib Təbrizi, Eyn əl Quzat və Yusif Xoylu kimi 
şərhçi- lərin yaradıcılıqları  əsasında elmi ümumiləşdirmələr 
apa- rır, yazılı  ədəbi-estetik fikrin ilk mərhələsini  əsərlərini  
ərəbcə yazmış bu müəlliflərin adı ilə bağlayırdı. Tənqid      və 
tənqidçi haqqında ilk fikirlərin söyləndiyi bu dövrün ədəbi 
mənzərəsinin düzgün elmi təhlilini verən tədqiqatçı şərhçilərin 
yalnız  şərh yazmaqla kifayətlənmədiklərini,  şərhin funksiyası, 
onun məqsəd və  vəzifələri, predmeti barədə fikir və 
mülahizələr irəli sürdüklərini,  şərhi qram-matik təhlildən 
çıxarıb ona ədəbi təhlil xarakteri ver-diklərini milli estetik 
fikrimizin inkişafı zəminində ilk addımlar kimi qiymətləndirir. 
Xətib Təbrizi, Eyn əl Quzat və Yusif Xoylunun simasında 
N.Gəncəviyə  qədərki milli ədəbi-estetik fikrin uğurlarından 
danışan tədqiqatçı Nizami dövrünü Şərq  ədəbi-estetik fikrinin 
yüksəliş  mərhələsi kimi dəyərləndirirdi.  Ədəbi-tənqidi fikrin 
ancaq poetik əsərlərdə  ifadə olunduğu bu dövrdən ədəbi fikrin 
yeni mərhələsi   kimi bəhs edən K.Talıbzadə Nizami və onun 
müasirləri-  nin ədəbi-estetik görüşlərindən danışmaqla nəinki 
X11 əsrin, bütövlükdə orta əsrlərin milli estetik təlimi haqqın-  
da konkret məlumat verirdi. Nizaminin ədəbi görüşlərini 
xüsusilə geniş  təhlil edən tədqiqatçı göstərir ki, Nizaminin  
sənət haqqında fikirlərindən bəhs etmək  əslində X11 əsr 
Azərbaycan və Yaxın  Şərq  ədəbi fikrinin ümumi isti-
qamətindən və əsas məsələlərindən bəhs etmək deməkdir, onun 
ümumi inkişaf səviyyəsini təyin etmək deməkdir.
1
    
                                           
1
Талыбзадə K.  Азəрбаyжаn  əдəби  тənгидиnиn  тарихи,  Баkы,  Mаариф, 
1984, s.18 


 
157 
K.Talıbzadəyə görə  sənətin təsvir obyekti, onun həyata 
münasibəti, sənətlə ictimai həyat arasındakı  əlaqə-nin düzgün 
əks etdirilməsi, həqiqətin və gerçəkliyin bədii  əsərin  ən 
mühüm, başlıca mövzusu kimi başa düşülməsi Nizaminin 
ədəbi-estetik görüşlərinin  əsasını  təşkil edir. Ədəbiyyatın 
gerçəkliyə münasibəti məsələsi isə böyük şairin yaradıcılıq 
metodlarına yanaşma prinsipini aydınlaşdırmaq imkanı 
yaratmaq baxımından Nizami estetikasının daha vacib 
məsələlərindən biri kimi dəyərləndirilirdi. Tədqiqatçı 
məsələnin elmi şərhində  şairin  əsərlərindən gətirilən konk-ret 
nümunələrə istinad edir, təhlilini daha da dərinləşdirir  və 
dəqiqləşdirirdi. K.Talıbzadə təhlilində belə bir düzgün nəticəyə  
gəlirdi  ki, Nizaminin  ədəbi-estetik  görüşləri onun öz sənətkar 
taleyinin müəyyənləşməsində  əhəmiyyətli rol  oynamış, dahi 
şairə sözün və söz sənətinin qüdrətini  artırmaq, təsirini 
qüvvətləndirmək,  şeirin sənətkarlığını  yüksəltmək imkanları 
vermiş, nəhayət, onun böyük ədəbi sima kimi dünya 
korifeylərindən biri səviyyəsinə yüksəl-məsini şərtləndirən əsas 
amillərdən olmuşdur. 
Monoqrafiyada XIII-XVIII əsrlərdə  ədəbi fikrin 
inkişafından bəhs etdiyi məqamlarda tədqiqatçı bu dövrdə 
yaranan  ədəbiyyatın səciyyəvi xüsusiyyətlərinə diqqəti yö-
nəldir. Orta əsrlərin bu mərhələsində  tənqidi fikrin ədəbi 
prosesə müdaxiləsinin fəallığının qüvvətlənməsini K.Ta-
lıbzadə dövrün alimlərinin köhnə ənənədən uzaqlaşıb əsərlərini 
Azərbaycan dilində yazması  və  nəticədə  ədəbi  fikrin təsir 
dairəsinin genişlənməsi ilə  əlaqələndirir. Bu möhtəşəm  ədəbi 
mərhələdə ədəbi-estetik fikrin əsas janrları kimi poetika, risalə 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə