Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə42/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   38   39   40   41   42   43   44   45   ...   59

 
166 
ideya mənbələrindən,  rus  ədəbi  fikri  ilə    əlaqələrindən  
danışarkən  müəllif  onun  görkəmli rus tənqidçiləri 
N.A.Dobrolyubov və V.Q.Be-linskiyə münasibəti haqqında 
xüsusi bəhs edir, Axundovun ilk dəfə  ədəbiyyata münasibət 
bildirdiyi Puşkinin ölümünə  həsr olunmuş poemada rus 
klassiklərinin mövqelərini düzgün qiymətləndirməsini də onun 
rus  ədəbiyyatı  və  tənqidiylə yaxından tanışlığı ilə izah edirdi. 
Axundov tənqidinin yarandığı dövrün spesifikasına toxunan 
K.Talıbzadə bu mərhələdə Azərbaycanda epiqonçu ədəbiy-
yatın, mərsiyyə  şeirinin davam etdiyini, realizmin təzəcə  
təşəkkül tapdığını, Vaqif, Zakir, Şakir kimi realist meylli  
şairlərin  ədəbi  mövqeyinin  hələ  izah  olunmadığını  yazır-dı. 
Axundovun realist ədəbi tənqidi belə bir dövrdə formalaşır, 
epiqonçu  ədəbiyyata qarşı  çıxmaqla yanaşı, realizmin 
təşəkkülü uğrunda mübarizə aparırdı; böyük mütəfəkkir 
«realist ənənələrin əhəmiyyətini, faydasını ay-dınlaşdırır və bu 
ənənələri yeni məzmunda inkişaf etdirmək  zərurətini  
göstərirdi.»
1
  
K.Talıbzadə monoqrafiyasında Axundovun görüşlə-rini 
tədqiq edərkən problemin bu cəhətinə xüsusi diqqət yetirir
onun realist konsepsiyasını aydınlaşdırmağa çalışır, yazıçının 
görüşlərində  və  bədii  əsərlərində realizmin təza-hürünü 
göstərirdi. Həqiqətən də Axundov tənqidinin və estetikasının 
başlıca problemi olan realizm onun sənət nəzəriyyəsinin əsasını 
təşkil edir. Yazıçının fikrincə sənət əsərində «xilafi-vaqe», yəni 
real həyata zidd bir şey, anti-realizm olmamalıdır, bunun 
                                           
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзадə, Баkы, Озаn, 1998, s.70. 


 
167 
əvəzində sənətdə «mütabiqi-hal» təzahür etməlidir. Onun ədəbi 
anlayışında realizm termini kimi «mütabiqi-hal», «müvafiqi-
övza», «kəma hüva həqqəhu» ifadələri işləndiyini qeyd edən 
K.Talıbzadə Axundovun realist sənət haqqında fikirlərini məhz 
bu terminlər vasitəsilə müasirlərinə çatdırdığını bildirir. K.Ta-
lıbzadəyə görə Axundovun tənqidi onun sənət nəzəriy-yəsinin  
ifadə    formasıdır  ki,  onun  da  mərkəzində  duran  əsas  
problem  realizmdir.  Yazıçı  bu  metodun  ayrı-ayrı  
prinsiplərini vahid  bir  konsepsiya  əsasında  şərh  edir,  öz  
realist nəzəriyyəsində maarifçi realizm mövqeyində dayanır, bu 
məsələnin həlli uğrunda ardıcıl mübarizə aparırdı. Gerçəkliyi 
sənətin  əsas təsvir obyekti hesab edən Axun-dova  görə  
hərhansı    bir    təsvir  ağlın  tələblərinə    uyğun  olmalıdır. O, 
məhz bu tezisdən çıxış edərək realizmin prinsiplərini 
müəyyənləşdirməyə çalışırdı. K.Talıbzadə  təd-qiqatında bu 
cəhətə xüsusi diqqət yetirmişdir. Müəllif monoqrafiyada 
Axundov tənqidinin bütün məsələlərini onun realizm 
nəzəriyyəsi  əhatəsində araşdırır; burada  yalnız  realizmin  
tipiklik,  həyatilik,  ideyalılıq,  bədii  satira kimi əsas 
məsələlərini öyrənmir, həm də ədəbiyyat və incəsənətdə forma 
və  məzmun, onların qarşılıqlı  əlaqəsi, Azərbaycan və  Şərq 
ədəbiyyatının görkəmli klassikləri  haqqında  fikirləri  kimi  
sənətin  ümumi  nəzəri  məsələ-lərini də realizm aspektində 
izah edirdi. Tədqiqatçı Axun-dov tənqidinin M.Füzuliyə 
münasibəti ilə bağlı  məqamları  da diqqətlə  tədqiq edir, bu 
haqda deyilmiş fikir və müla-hizələri dəlillər  əsasında 
dəqiqləşdirirdi. «Füzuli şair deyil və  xəyalatında  əsla təsir 
yoxdur» deyə böyük ədəbi  şəxsiyyəti  Şərq klassiklərinin 


 
168 
cərgəsindən 
ədalətsizliklə ayırmasında  K.Talıbzadə 
Axundovun haqsızlığını qeyd edirsə, digər tərəfdən dahi şairə 
münasibətdə Axundova şərti bəraət qazandıran  bəzi  obyektiv-
tarixi  məqamları    açıqlayır.  O, Axundovun ilk növbədə 
realizmi  əsaslandırmaq, onun milli ədəbi prosesdə mövqeyini 
möhkəmləndirmək üçün bu üsuldan istifadə etdiyini, 
romantizmin şöhrətini, nüfuzunu qırmaq, romantik ədəbiyyatın 
möhkəm kök salmış estetik müddəalarına qarşı  çıxmaq üçün 
Füzuliyə  kəskin müna-sibət bildirdiyini qeyd edir. Tədqiqatçı 
bu münasibətin  əslində Füzulinin özündən çox onun 
poeziyasının təsiri ilə yaranan epiqonçu nəzmə aid olduğunu 
göstərməkdə  və  əsaslan-dırmaqda tamamilə obyektiv və 
düzgün mövqe tuturdu. Axundovun M.Füzuliyə münasibətinin 
roman-tizmlə  əlaqələndirildiyi məqamlarda isə müəllifin 
gəldiyi  nəticə    bir    qədər  mübahisəli  təsir  yaradır. Zənn  
edirik  ki, Axundov kimi böyük mütəfəkkir milli ədəbi 
prosesdə realizmin mövqeyini möhkəmləndirmək xətrinə  də 
olsa Füzuli kimi dahi sənətkarı  təkcə romantik şair olduğuna 
görə inkar etməzdi. Doğrudur, yeni məktəb yaradan Axun-dov 
realizmi əsaslandırmaq üçün özündən əvvəlki məktəbin – həm  
də  əsrlərlə  davam edən  romantizmin  təsirinə  qarşı mübarizə 
aparmışdı, lakin, Füzulinin şöhrətini heçə endir-məyi bu ədəbi 
mübarizə üsullarından, yollarından biri kimi seçməmişdi. Ona 
görə ki, Axundov kimi böyük yazıçı-tənqidçi «romantik 
poeziyanın məziyyəti və  ləyaqətini başa düşməmiş deyildi: 
bunu onun yaradıcılığını  bəyəndiyi, təqdir etdiyi romantik 


 
169 
şairlərə münasibəti də yaxşı gös-tərir.»
1
 
Bədii 
yaradıcılıqlarında romantik metodla sıx bağlı xüsusiyyətlər 
nəzərə çarpan Şərq, rus, eləcə də Avropa ədəbiyyatının bir sıra 
ğörkəmli yazıçıları Axundovun əsər-lərində misilsiz söz 
inciləri yaradan sənətkarlar kimi dönə-dönə  təqdir olunurdu. 
Əsərlərində romantik üslubi çalarlar  aydın  şəkildə  özünü  
birüzə  verən  Nizami,  Hafiz,  Fir-dovsi və  Şekspir «xilafi-
təbiətü adət» yazdıqlarına, yəni romantizmə meylli olduqlarına 
baxmayaraq Axundov bu böyük sənətkarlara müsbət münasibət 
bəsləmişdir. Görün-düyü kimi, Axundovu Füzuli 
yaradıcılığının romantik tərəfi deyil, digər xüsusiyyətləri təmin 
etmirdi. Bu xüsusiyyət-lərdən  ən üzdə görünəni isə 
ədəbiyyatşünas  Ş.Salmanovun qeyd etdiyi kimi, Axundovun 
daha çox poeziyada məzmun və forma münasibətləri barədə 
görüşləridir ki, yazıçı Füzuli poeziyasının  məhz  məzmun  
tərəfinə  qane  ola  bilməmiş, bu cəhət onu dahi şairi nəzm 
ustası adlandırmağa sövq etmişdir.
1
 Füzuli yaradıcılığına 
Axundovun birtərəfli müna-sibəti tənqid tariximizin mürəkkəb 
problemlərindən biri  kimi K.Talıbzadənin təhlillərində düzgün 
əksini tapmışdır. 
K.Talıbzadəni Axundovun realist ədəbiyyatın tənqidi 
istiqaməti haqqında nəzəri görüşləri ciddi şəkildə maraq-
landırmış, onun M.P.Vaqif və Q.Zakir kimi şairlərin yara-
dıcılıqlarına münasibətini də bu prinsip baxımından tədqiqə 
cəlb etmişdi. Axundov M.P.Vaqifin real həyat və  təbiət 
hadisələrini  ədəbiyyata gətirməkdə, milli ədəbiyyatımızda 
                                           
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзадə, Баkы, Озаn, 1998, s.71. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə