Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə44/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   40   41   42   43   44   45   46   47   ...   59

 
174 
tənqidin  ədəbi prosesdəki mövqeyini müəyyənləşdirir, onun 
əsas cərəyanlarının ideya-estetik təsnifatını  verirdi. 
XX  əsrin  əvvəllərində    tənqidi  fikir  özünün  intibah  
dövrünə  qədəm qoymuş, cəmiyyət gerçəkliyin bütün sahə-
lərinə, eləcə  də  ədəbiyyata tənqidi münasibət bəsləməyə 
başlamışdı. K.Talıbzadə V.Q.Belinskinin öz dövrü haq-qında 
yazdıqlarını haqlı olaraq milli ədəbiyyatımızın bu dövrünə 
şamil edirdi. Belinski yazmışdı: «Təhlil və  tədqiqat 
zəmanəmizin ruhunu təşkil edir. Indi hər şeyi, tənqidin  özünü 
də  tənqid etmək lazımdır. Zəmanəmiz qeyd-şərtsiz heç nəyi 
qəbul etmir, avtoritetlərə inanmır,  əfsanələri rədd edir… 
Zəmanəmiz etiqad istəyir, həqiqət aclığı  çəkir.
1
» Tədqiqatçı 
Belinskinin bu fikrinin məntiqi davamı kimi dövrün görkəmli 
ədəbi  şəxsiyyətlərindən biri olan Ə.Hü-seynzadənin məşhur 
sözlərini yada salır: «Alati-mübarizə-mizdən biri də intiqaddır. 
Nəyi intiqad? (Intiqad, yəni tənqid – T. R.) Hər şeyi! Istər o şey 
yaxşı, istər fəna olsun. Hər  şeyin yaxşılığını, ya fənalığını 
ancaq intiqad sayəsində meydana qoymaq olar.»
2
 Göründüyü 
kimi, yeni əsrin  əvvəllərində    gerçəkliyə    tənqidi  münasibət  
dövrün  əsas  ruhunu, başlıca qayəsini təşkil edirdi. 
K.Talıbzadənin yazdığı kimi, ədəbi ictimaiyyətdə belə bir 
ümumi fikir yaranmışdı ki, ədəbiyyat  ədəbi tənqidsiz inkişaf 
edə bilməz, buna görə  də  ədəbi tənqidə, polemika və 
müzakirələrə geniş meydan verilməlidir. Müəllif bu barədə 
                                           
1
 Талыбзадə K.  Азəрбаyжаn  əдəби  тənгидиnиn  тарихи,  Баkы,  Mаариф, 
1984, s.104. 
2
 Щüseynзадə Ə.Б. Гырmызы гараnлыглар иçиnдə yашыл ишыглар, Seçилmиш 
məгалəлəр, Баkы, Азəрnəшр, 1996, s. 175. 


 
175 
dövrün görkəmli 
ədəbi simalarının – A.Sur, 
Y.V.Çəmənzəminli, S.Hüseyn  kimi yazıçılarin fikirləri ilə 
mülahizələrini daha da də-qiqləşdirirdi. Həmin dövrdə yaranan 
ideya-siyasi məsləkli mətbuat orqanları,  ədəbi-bədii təşkilatlar 
öz fəaliyyətləri      ilə milli ədəbi tənqidimizin inkişafına təkan 
verir, onu     yeni məcraya salırdı. Həmçinin professional milli 
tən-qidçilərin, publisistlərin fəaliyyəti nəticəsində  tənqid özü-
nün təşəkkül istiqamətini tapmışdı. K.Talıbzadə  həmin 
mərhələnin yaradıcıları olan S.Hüseyn, F.Köçərli, A.Sur, 
Ə.Ağayev kimi tənqidlə  məşğul olan görkəmli  şəxsiyyətlərin 
fəaliyyətini, ədəbi-estetik görüşlərini təhlil edir, onların sənətə 
baxışında ümumi və oxşar cəhətlərə xüsusi diq-      qət yetirirdi. 
Tədqiqatçı bu dövrdə Azərbaycanda  ədəbi tənqidlə  məşğul 
olan dərnək və  cəmiyyətlərin fəaliyyətini   də milli  estetik  
fikrimizin  inkişafı  baxımından  qənaətbəxş  hesab  edirdi. 
Monoqrafiyanın XX əsr  ədəbi tənqidinə  həsr olun-muş 
fəsli milli estetik fikir tariximizin dərindən və geniş miqyasda 
tədqiqi baxımından xüsusilə diqqətəlayiqdir.  
Məlumdur ki, XX əsrin  əvvəllərində realizmin key-
fiyyətcə  dəyişməsi və  zənginləşməsi, həmçinin romantizmin 
ədəbi-estetik cərəyan kimi təşəkkülü, formalaşması, eləcə    də 
inqilabi proseslərin bədii fikirdə  təcəssümü milli ədə-biyyatda 
müxtəlif cərəyanların yaranmasına və inkişafına səbəb 
olmuşdu. K.Talıbzadə elmi ümumiləşdirmələr nəti-cəsində 
realist, romantik, mühafizəkar-romantik tənqid cərəyanlarını 
müəyyənləşdirir, bu aspektdə ideya-nəzəri təhlillər aparırdı. 
Müəllif burada elmin qarşısında duran  bir sıra mühüm tədqiqat 
vəzifələrini yerinə yetirmişdir. Həmin vəzifələrin sırasına XX 


 
176 
əsrin əvvəllərində yaranan tənqidi cərəyanların – romantizm və 
realizmin  ğeniş  və  hərtərəfli tədqiqi, onların ideya-yaradıcılıq 
prinsiplərinin müəyyənləşdirilməsi, əsas mahiyyət və məğzinin 
aydınlaş-dırılması daxil idi. Əsərdə realist və romantik ədəbi  
tənqidin fəaliyyətinə belə geniş yer ayrılması, onların   ideya-
estetik təsnifi monoqrafiyanın mühüm metodoloji 
məziyyətlərindən sayılır. Çünki, ədəbi tənqidin bu cərə-yanları 
bütövlükdə onun inkişafında  ən güclü istiqaməti təşkil edir, 
tənqiddə gedən ideya-estetik mübarizələr daha çox  bu  
cərəyanların  fəaliyyətində  öz  təzahürünü  tapırdı. 
K.Talıbzadə milli ədəbi tənqidin inkişafında  əsas 
istiqaməti təşkil edən həmin tənqidi cərəyanların məşğul 
olduğu  ən aktual problemlərə diqqəti yönəldir, tənqid 
cərəyanlarının ideya təsnifini verərkən realist və romantik 
tənqidin daxili meyllərini də xüsusi nəzərdən keçirirdi. 
Tədqiqatçı realist tənqidi təhlil edərkən onun iki əsas  şaxəyə – 
maarifçi və  tənqidi realizmi təmsil edən isti-qamətlərə 
ayrıldığını göstərir, onların ümumi və fərqli cəhətlərindən bəhs 
edirdi. Eləcə  də romantik tənqidi izah edərkən müəllif onun 
mütərəqqi və mühafizəkar tənqid   adlı istiqamətlərindən 
danışır, M.Hadi, A.Səhhət, H.Cavid, A.Şaiq kimi görkəmli 
sənətkarların mütərəqqi romantik tənqid cərəyanına  mənsub  
olduğunu  nəzərə  çatdırırdı.  
Monoqrafiyada realizm cərəyanı XX əsr Azərbaycan 
tənqidinin  ən  qüvvətli  və    əhatəli  bir  şaxəsi  kimi  daha  
geniş  tədqiq olunur. Tədqiqatçı burada tənqidi realizm 
 
konsepsiyasına istinad edən cərəyanın ideya və problema-
tikasını  hərtərəfli təhlilə  cəlb edir, burada daha dəqiq və 


 
177 
konkret elmi ümumiləşdirmələr aparır. Bu tənqid cərəyanı 
əsərdə «tənqidi realist estetika», «realist demokratik tənqid» 
istilahları ilə  də ifadə olunur. Tənqidin bu aparıcı  cərə-
yanından müəllifin geniş bəhs açmasının mühüm səbəbi    isə 
«Molla Nəsrəddin» ideyalarından bəhrələnən, onun ədəbi 
məfkurəsini ifadə edən, inqilabi demokratik dün-yagörüşün 
formalaşdırdığı  tənqidi realizmin ədəbiyyatın  vəzifələrinə  
qabaqcıl  münasibəti  ilə  seçilməsi  idi.  K.Ta-lıbzadə  təbii  ki,  
bu  böyük  ədəbi  hadisəni  tədqiqatında qiymətləndirməyə 
bilməzdi. Buna görə də o, konkret elmi nəticələrə əsaslanaraq 
tənqidi realizmi əsrin inqilabi, demokratik estetik proqramının, 
yetkin realist yaradıcılıq prinsiplərinin ifadəçisi  kimi  yüksək  
dəyərləndirir. 
XX  əsr  ədəbi tənqidi fəaliyyətində olduqca mürək-  kəb 
yaradıcılıq vəzifələrini həyata keçirmişdir. Istər realist, istərsə 
də romantik tənqidin fəaliyyətini işıqlandıran səhi-fələrdə bu 
vəzifələrin monoqrafiyanın  əsas tədqiqat möv-zusunu təşkil 
etməsi təqdirəlayiqdir. Həmin ümdə  vəzifələr – realizm 
 
nəzəriyyəsini,  bu  sahədə  Axundov  ənənələrini inkişaf 
etdirmək, tənqidin realizm konsepsiyasını  işləyib hazırlamaq 
və romantizmin prinsiplərini elmi cəhətdən  əsaslandırmaqdan  
ibarət  idi. 
K.Talıbzadə bu dövrdə tənqidin digər vəzifəsindən – milli 
ədəbiyyatın tarixini yaratmaq sahəsindəki fəaliy-yətindən də 
xüsusi bəhs açır, F.Köçərli, A.Sur, S.Hüseyn (Kazımoğlu), 
Y.V.Çəmənzəminli və başqa ədəbiyyatşünas-ların  bu  ideyanı  
həyata  keçirmək  yolunda  xidmətlərini geniş  tədqiq edir.  
Qeyd etmək  lazımdır  ki,  Azərbaycan  ədəbiyyatının tarixini 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə