Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə36/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   32   33   34   35   36   37   38   39   ...   59

 
142 
Ə.Cəfəroğlu yazırdı: «Əsər türk ədəbiyyatında hənuz  ələ 
alınmamış ən nazik problemlərdən birinə təmas etmək-dədir… 
Əsərin ən həcmli bölümünü «Azərbaycan ədəbi tənqidinin əsas 
cərəyanları» mövzusu təşkil etməkdədir. Yazar bu cərəyanların 
ancaq 1905-1917-ci illər arasında  olanlarını    nəzərə  
almışdır…»
1
  
Ədəbi-tənqidi fikrimizin çoxəsrlik tarixi inkişaf yolunu 
işıqlandıran monoqrafiyanın bu şəkildə qiymətləndirilməsi heç 
də  təsadüfi deyildi. Çünki, ilk dəfə  məhz bu əsərdə qarşıya 
qoyulan milli ədəbi və estetik fikrimizin tarixinin yazılması 
məqsədi uğurla yerinə yetirilmişdi. Monoqrafi-yada 
Azərbaycan  ədəbi tənqidinin tarixi kökləri və istiqa-mətləri 
xronoloji və nəzəri aspektdə aradırılır, milli ədəbi-estetik fikrin 
mənşəyi, təşəkkül özünəməxsusluğu, inkişaf mərhələləri 
zəngin, yeni faktik materiallar əsasında müəy-yənləşdirilirdi. 
Tədqiqatçı XIX və XX əsrlər tənqidinə daha çox diqqət yetirir, 
M.F.Axundovun tənqidi irsini, estetik baxışlarını  dərindən 
təhlil edir, ilk dəfə olaraq meydana  çıxarılan külli miqdarda 
yeni və orijinal faktlar əsasında  əs- rin əvvəllərindəki tənqidi 
cərəyanların siyasi, fəlsəfi və estetik mahiyyətlərini açıb 
göstərirdi. Monoqrafiyada XX əsr tənqidinin hazırlıq mərhələsi 
olan XIX əsr ədəbi-estetik fikri nisbətən geniş və əhatəli təhlil 
olunurdu. K.Talıbzadə    həmçinin tədqiqatın predmetinə tarixi 
yanaşaraq qədim mənbələri də diqqətlə araşdırır, qədim və orta 
əsrlər  ədəbi fikrinin inkişaf istiqamətlərini müəyyənləşdirirdi. 
M.V.Lo-monosov adına MDU-nun professoru, görkəmli 
                                           
1
 Жəфəроьлu Ə. ХХ əsр Азəрбаyжаn əдəби тənгиди (1905-1907), Тüрkиyyат 


 
143 
Azərbay-canşünas alim Əziz  Şərif bu cəhətə diqqət yetirərək 
əsər haqqında rəyində yazırdı: «XX əsr ədəbi tənqidi haqqında 
danışarkən bu ədəbi janrın  əvvəlki tarixini kifayət qədər 
işıqlandırmamaq onu milli zəmindən, tarixi köklərdən ayır-maq 
və  ədəbi tənqidin Azərbaycanda ilk dəfə XX əsrdə meydana 
çıxması kimi yalan bir təsəvvür yaratmaq demək olardı.»
1
   
Əsərin adından da göründüyü kimi, müəllif  əsasən XX 
əsr  ədəbi tənqidinin 1905-1917-ci illər mərhələsi üzərində 
geniş dayanırdı. Çünki, bu dövr ədəbiyyata tənqidi müna-
sibətin xüsusilə gücləndiyi,  ədəbi ictimaiyyətdə «artıq  ədə-
biyyatı  ədəbi tənqidsiz irəli aparmaq mümkün deyil» qənaə-
tinin yarandığı  və möhkəmləndiyi bir mərhələni  əhatə edirdi. 
K.Talıbzadə  tədqiqatında milli ədəbi-estetik fikri-mizin 
Azərbaycan  ədəbiyyatının sürətli inkişafı müqabilində  zəif 
göründüyü, öz ümumi səviyyəsinə görə  bədii  ədəbiy-yatdan 
geridə qaldığı, lakin eyni zamanda ötən  əsrlərdə-kindən fərqli 
müsbət keyfiyyətlərlə  zənginləşdiyi bu mər-hələni diqqətlə 
araşdırır, elmi təhlil süzgəcindən keçirir, dərin nəzəri 
ümumiləşdirmələr aparırdı. Bir mühüm cəhəti də qeyd etmək 
lazımdır ki, «XX əsr Azərbaycan  ədəbi tənqidi» 
monoqrafiyasına qədər 1905-1917-ci illərin  ədəbi tənqidinin 
tarixi milli ədəbiyyatşünaslığımıza həsr edilmiş    ayrı-ayrı 
əsərlərdə müəyyən münasibətlə ötəri şərh olunsa  da, tam ədəbi 
proses halında ayrıca tədqiqat obyekti olma-mışdır. Bu 
                                                                                         
məжmuəsи, Иsтаnбuл, 1972, ХY11 ж., s.279. 
1
 Шариф А. Вeskоe sлово об азeрбаyджаnskоy kритиke, Вопроsы 
литeратuры, 1966, №11, s.208. 


 
144 
məsuliyyətli işi ilk dəfə K.Talıbzadə öhdəsinə götürmüş və öz 
fundamental tədqiqatını uğurla başa çat-dırmışdır.  
Monoqrafiya iki hissə, üç fəsil və iki oçerkdən ibarət idi. 
Birinci  əsas hissədə üç fəsil verilmişdir: XX əsr Azər-baycan 
ədəbi tənqidinin tarixi kökləri; XX əsrin  əvvəl-lərində  ədəbi 
tənqidin mövqeyi; Azərbaycan  ədəbi tənqi-dinin  əsas 
cərəyanları. Ikinci hissədə isə Firudun bəy Kö-çərli və Seyid 
Hüseynin tənqidi görüşlərindən bəhs edən oçerklər verilmişdir. 
Monoqrafiyanın ilk səhifələrində Azərbaycan  ədəbiy-yat 
elminin və ədəbi tənqidinin tarixi inkişaf yoluna nəzər salınır, 
XX  əsr  ədəbi tənqidinin tarixi kökləri müəy-yənləşdirilir. 
Mötəbər mənbələrə istinadən müəllif göstərir ki, orta əsrlərdə 
Azərbaycan ədəbi fikri əsasən iki istiqa-mətdə inkişaf etmişdir: 
birinci, X1-XV11 əsrlərin  ədiblərinin poetika, estetika, 
risalələrində  və  təzkirələrində; ikinci, orta əsrlərin böyük 
sənətkarlarının bədii  əsərlərində. Göstərilən hər iki mənbədə 
sözün qüdrəti, ədəbi istedad, şeir və elm, etika, estetika, forma 
və  məzmun, sənətin tərbiyəvi  əhə-miyyəti,  ədəbiyyatın 
məqsədi, vəzifələri və mahiyyəti kimi məsələlər haqqında son 
dərəcə dəyərli fikirlər vardır. Klassik irsin bu mütərəqqi ədəbi-
estetik görüşləri Azər-baycan  ədəbiyyatının ideya-bədii 
tərəqqisində mühüm rol oynamış, onun yeni yaradıcılıq 
keyfiyyətləri ilə  zəngin-ləşməsinə ciddi təsir göstərmiş, 
M.F.Axundov, H.Zərdabi, M.Ş.Vazeh kimi sənətkarların 
tənqidi fikrinin inkişafında  əsas, başlıca mənbələrdən biri 
olmuşdur. X1X əsr Azər-baycan  ədəbi tənqidi rus, Şərq və 
Avropa mütərəqqi estetik fikrindən də müəyyən dərəcədə 
faydalanır, təkmilləşir və zənginləşirdi. Bu onunla bağlı idi ki, 


 
145 
X1X  əsrin  əvvəllərində ölkənin həyatında baş verən ictimai-
siyasi yenilik – Azər-baycanın Rusiya tərkibinə daxil edilməsi 
xalqın yalnız iqtisadi, siyasi yöndə inkişafında deyil, onun 
mədəniy-yətində, eləcə  də  ədəbiyyatında  əsaslı bir dönüş 
yaratmışdı. Həmin dövrdə Azərbaycanda kapitalist 
münasibətlərinin meydana gəlməsi yeni ictimai qüvvələrin 
yaranmasına səbəb olmuş, beləliklə  də, ayrı-ayrı fikri 
cərəyanların təzahür etməsini  şərtləndirmişdi. Bu zaman artıq 
milli ədəbiyyatda realizmə meyl güclənirdi. Belə mürəkkəb bir 
tarixi  şəraitdə X1X əsr Azərbaycanında mütərəqqi ideyaların 
alovlu təbliğatçısı kimi tanınan görkəmli mütəfəkkir 
M.F.Axun-dov reaist dramaturgiyanın və  nəsrin  əsasını 
qoymuş, həm də realist tənqidin təşəbbüskarı olmuşdur. 
M.F.Axundovun tənqidi,  ədəbi-estetik görüşləri, onun 
yaranmasına, formalaşmasına bilavasitə  təsir göstərən amillər 
monoqrafiyada daha geniş  və  təfərrüatlı  şərh edi-lirdi. 
K.Talıbzadə burada M.F.Axundovun ədəbi konsep-siyasının 
formalaşmasında mühüm rol oynayan mənbələri 
müəyyənləşdirir, böyük mütəfəkkirin bir filosof və  nəzəriy-
yəçi kimi yetişməsini  şərtləndirən amilləri aydınlaşdırırdı. O, 
yazıçının  Şərq fəlsəfi və  ədəbi fikir tarixini mükəmməl 
səviyyədə öyrənməsini, bu baxımdan  Əla-Zikrihissəlam, 
Şəbüstəri, Bəhmənyar, Ibn-Sina, Sədi, Nizami, Qəzali, Hafiz, 
Rumi, Füzuli kimi böyük filosof və yazıçıları təqdir və tənqid 
etməsini, eləcə  də milli ədəbi irsə, xüsusilə Nizami, Xaqani, 
Füzuli, Vaqif, Bakıxanov, Vazeh və Zakirin gö-rüşlərindəki 
mütərəqqi fikirlərə müraciətini onun öz ədəbi-estetik 
görüşlərini inkişaf etdirmək məqsədilə izah edirdi. Digər 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə