Təranə RƏHİMLİ



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə32/59
tarix04.11.2017
ölçüsü2,8 Kb.
#8309
növüDərs
1   ...   28   29   30   31   32   33   34   35   ...   59

 
126 
M.Qorkinin romantik yaradıcılığına daha çox uyğun olan 
«Aydın», «Oqtay Eloğlu» pyeslərinin «Həyatın dibin-də» və 
«Meşşanlar»  əsərləri ilə müqayisəsi xüsusilə maraq doğurur. 
Müəllif burada Qorkinin təsirilə formalaşan, realizmə daha 
möhkəm qovuşmuş romantikanın milli ədəbiyyatımızda  
inkişaf  istiqamətlərini  aydınlaşdırır.  Onu da qeyd etmək 
lazımdır ki, K.Talıbzadənin monoqrafi-yasının yazıldığı illərdə 
keyfiyyətcə  dəyişən, yeni inkişaf mərhələsinə  qədəm qoyan 
romantizmə  ədəbiyyatşünas- lıqda konkret münasibət 
formalaşmamışdır. Monoqrafi-yanın mühüm elmi yeniliyi də 
Qorki ilə yaradıcılıq  əla-qələrinin romantizmlə bağlı 
tərəflərinin diqqətlə  tədqiq edilməsində idi. Burada 
S.Vurğunun  şeiriyyəti, milli ədəbi-estetik fikir tarixindəki 
mövqeyi də romantik yöndən izah olunur, şairin romantizmə 
münasibətinin Azərbaycan 
ədəbiyyatının inkişafını 
şərtləndirməsi vurğulanırdı. S.Vur-ğun yaradıcılığına Qorki 
təsirini öyrənən tədqiqatçı  hər     iki sənətkarın  ədəbi-estetik 
görüşlərində və bədii əsər-lərindəki ümumi, oxşar cəhətləri bu 
əlaqələrin romantizmlə  bağlı  tərəfi  ilə  əlaqələndirirdi. 
Azərbaycan nəsrinin M.Ibrahimov, M.Hüseyn kimi 
görkəmli simalarının Qorki irsi ilə yaradıcılıq  əlaqələri də 
monoqrafiyada realistik planda tədqiq olunur. M.Ibra-himovun 
«Gələcək gün» romanının Qorkinin «Ana» roma-nı    ilə  
yaxınlığına  diqqət  yetirən  K.Talıbzadə  milli  yazı-çının  rus  
ədibinin  yaradıcı    təcrübəsindən  bəhrələndiyini konkret 
faktlarla izah və  şərh edir. Burada yazıçının  «Həyat üçün», 
                                                                                         
1
 Sалmаnов Ш. Аkадemиk Kаmал Талыбзад, Баkы, Озаn, 1998, s. 47. 


 
127 
«Madrid» əsərləri, eləcə də «Cənub heka-yələri»  Qorki  təsiri  
ilə    əlaqələndirilir. Tədqiqatçı    təhlilin-də M.Ibrahimovun rus 
yazıçısının  ədəbi təcrübəsinə müra-ciət etməsinin təsadüfi 
yaradıcılıq hadisəsi olmadığını, milli sənətkarın bütün bədii 
fəaliyyəti boyu Qorki ənənələrilə  əlaqəsini  davam  etdirdiyini  
göstərir  və  əsaslandırır.  
Milli yazıçılarımızdan M.Hüseyn də Qorkinin bədii irsini 
yüksək dəyərləndirən, yaradıcılığında yazıçının qa-baqcıl ədəbi 
təcrübəsindən səmərəli  şəkildə  bəhrələnən sənətkarlardan biri 
kimi təqdir olunur. Bu baxımdan yazı-çının Qorkinin 
Azərbaycanla yaradıcılıq  əlaqələrinə  həsr etdiyi «M.Qorkinin 
yolu», «Maksim Qorki və müasirlik» məqalələri tədqiq edilir
rus yazıçısının Azərbaycan  ədə-biyyatına  təsiri  realist  
mövqedən  işıqlandırılırdı. 
Ümumiyyətlə, K.Talıbzadə  tədqiqatında Qorkinin 
Azərbaycanla çoxcəhətli ünsiyyətinin bütün tərəflərini  əhatə 
etmiş, hətta bu əlaqələrin digər sənət sahələrində  təza-hürünü 
də  nəzərdən qaçırmamışdır. Teatr və  tərcümə yolu ilə bu 
əlaqələrin inkişafını müşahidə edən müəllif Qorki     və 
Azərbaycan mədəniyyəti arasındakı bağlılığı diqqətlə 
araşdırmışdır. Qorki əsərlərinin dilimizə  tərcümə edilməsi, 
yazıçı haqqında tənqid və  ədəbiyyatşünaslıq  əsərlərinin 
yazılması kimi mühum məsələlər də tədqiqatçının nəzə-rindən 
yayınmamış, xüsusilə  dərindən tədqiq edilmişdir. Lakin zənn 
edirik ki, monoqrafiyada bir sıra çatışmaz- lıqlar da vardır. 
Bizcə,  əsərin ilk fəsillərindəki tarixi məlumat və faktların 
çoxluğu müəllifin ümumiləşdirmə 
səylərinin bəzən 
müvəffəqiyyətlə  nəticələnməsinə mane olmuşdur ki, bu da 


 
128 
monoqrafiyanın nəzərə çarpan qü-surlarından biridir. 
Fikrimizcə, tədqiqatçı ədəbi təsir haq-qında öz qiymətli nəzəri 
mülahizələrini ayrı-ayrı səhi- fələrdə səpələnmiş, pərakəndə bir 
şəkildə ifadə etmişdir.  Halbuki  onlar  ardıcıllıqla  və sistemli  
şəkildə    verilsəydi,  bu cəhət monoqrafiyanın müsbət 
məziyyətlərini bir qədər də artırmış olardı. Belə zənn edirik ki, 
monoqrafiyada T.Şahbazi, Y.V.Çəmənzəminli, S.Hüseyn kimi 
yazıçıların Qorki ilə  ədəbi  əlaqələri barədə müəllifin verdiyi 
məlumat, onların  yaradıcılığında  M.Qorki  ənənələrinin  şərhi  
də  qənaətbəxş  səviyyədə  deyildir.  Lakin  bütün  bunlar  əsə-
rin  elmi-nəzəri  səviyyəsinə  ciddi  xələl  gətirmir,  Qorki ilə 
Azərbaycan  ədəbiyyatı  əlaqələrinin hərtərəfli öyrənilməsi 
baxımından  monoqrafiyanın  əhəmiyyətini  azaltmır. 
K.Talıbzadənin «Qorki və Azərbaycan» monoqra-fiyası 
özünün yüksək elmi məziyyətlərinə görə  ədəbi icti-maiyyət 
tərəfindən böyük maraqla qarşılanmışdır. Hələ    əsərin  
yazıldığı  dövrdə    xalq    şairi  S.Vurğun  «Respub-likada  
ictimai  elmlərin  inkişafı  və  vəzifələri»  haqqında  öz  dəyərli  
məruzəsində    ədəbi  əlaqələr  probleminə  müna-sibət 
bildirərkən K.Talıbzadənin «Qorki və Azərbaycan ədəbiyyatı» 
mövzusunda monoqrafiya üzərində  işlədiyini xüsusi qeyd 
etmişdir. 
Əsərin 1959-cu ildə Azərbaycan, 1970-ci ildə rus dilin-də 
nəşrləri haqqında nəinki Azərbaycan, eləcə  də Gür-cüstan
Rusiya, Orta Asiya və Türkiyə alimlərinin məqalə  və  rəyləri 
dərc olunmuşdur. Həmin rəylərdə monoqrafiya Azərbaycan-rus 
ədəbi-mədəni  əlaqələri sahəsində dövrün  ən qiymətli 
fundamental tədqiqatı kimi yüksək dəyər-ləndirilirdi. 


 
129 
Azərbaycanın tanınmış 
tənqidçilərindən Y.Qa-rayev, 
G.Əlibəyova, S.Əsədullayev və başqalarının  əsər haqqında 
məqalələrində Qorki və Azərbaycan  ədəbiyyatı  əlaqələrinin 
dərin axtarışlar, ideya-estetik konsepsiya kontekstində  tədqiq 
edildiyi vurğulanırdı. G.Əlibəyova  yazırdı:  «Ədəbi  əlaqələr 
probleminin mexaniki, vulqar şərhinə qarşı çıxan K.Talıbzadə 
Qorkinin Azərbaycan  ədəbiyyatına təsirini, hər şeydən əvvəl, 
yazıçıların üslub     və metod yaxınlığını şərtləndirən amillərlə
ümumi tarixi inkişaf və ictimai görüşlərin uyğunluğu ilə 
əsaslandırır.  Ədəbi müqayisələr apararkən K.Talıbzadə 
Azərbaycan ya-zıçıları  və Qorki yaradıcılığındakı ümumi 
tendensiyanı açıb  göstərməyə çalışır…»
1
 G.Əlibəyovanın 
məqaləsində  təd-qiqatçının  ədəbi  əlaqə  məsələsinin  şərhində 
prinsipial mövqeyi təqdir olunurdu. Bu cəhət Y.Qarayevin də 
diq-qətindən kənarda qalmamışdır. O, qeyd edirdi: «Tədqi-
qatçıya görə, təsir  ədəbi prosesdən kənarda, nə isə xüsusi, 
ayrıca bir hadisə deyil, bəlkə yaradıcılığın zəngin və mürəkkəb 
prosesində  təbii mərhələlərdən biridir. Təsir – sənətkarı 
yaratmır, artıq sənətkar bir yazıçıya dövrün qabaqcıl ideya-
estetik tələbləri səviyyəsinə qalxmağa kömək edir.»
2
 
Monoqrafiyada Qorki ənənələrinin təsirinin bu aspektdə  həll 
edilməsi  ədəbiyyatşünas  Ş.Salmanovun da diqqətini cəlb 
etmişdir. Tədqiqatçı  əsər haqqında yazırdı: «K.Talıbzadənin 
monoqrafiyası  həm material, ədəbi-tarixi dövrü əhatəsi 
                                           
1
 Алибekова Г. M.Горьkиy и Азeрбаyджаn, Вопроsы литeратuры, 1962, 
№ 2, s. 226. 
2
 Гараyeв Y. Əдəби тəsир вə əлагə проблemиnə щəsр eдилmиш yenи əsəр, 
Азəрбаyжаn, 1960, № 2, s.203. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   28   29   30   31   32   33   34   35   ...   59




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə