30 iyun 2017-ci il
7
http://w w w.amu.edu.az
Azərbaycan Tibb Universitetində yekun dövlət
attestasiya imtahanları davam edir. Xəbər
verdiyimiz kimi, ötən ildən etibarən universitetdə
dövlət imtahanları yeni Obyektiv Strukturlaşmış
Klinik Imtahan (OSKI) üsulu ilə keçirilir.
Tələbələr müvafiq fəndən bacarıq imtahanını
verdikdən sonra test üsulu ilə nəzəri imtahanlarına ke-
çid alırlar.
Lakin ATUda imtahanlarla bağlı yenilik bununla bit-
mir. Universitetin tibbi profilaktika fakültəsində bu ildən
etbarən imtahanlar Obyektiv Strukturlaşmış Praktik İm-
tahan (OSPİ) üsulu ilə keçirilir. Fakültənin dekanı Anar
Ağayevin sözlərinə görə, bu, tələbələrin yiyələndiyi
bacarıqların qiymətləndirilməsi üçün ən yaxşı üsul-
lardan biri sayılır. OSPİ son illərdə dünyanın əksər
ölkələrində geniş tətbiq edilən, müasir tələblərə cavab
verən bir sınaq metodudur. Bu üsul tələbələrin prak-
tik və təcrübi bacarıqlarını ədalətli qiymətləndirməyə
imkan verir. Sevindirici haldır ki, Azərbaycanda OSPİ
imtahanları ilk dəfə məhz ATUda tətbiq olunur. Anar
Ağayevin sözlərinə görə, tələbələr də yeni innovativ
metod sayılan OSPİ imtahanlarının tətbiqindən razılıq-
larını bildiriblər.
Qeyd edək ki, imtahanların tətbiqindən əvvəl tib-
bi profilaktika fakültəsində OSPİ metodu ilə əlaqədar
təlimlər də keçirilmişdi. Təlimlərdə tələbələr OSPİ imta-
hanı ilə bağlı tələb və qaydalarla tanış olmuşdular.
Tibbiprofilaktika fakültəsində OSPİ metodu ilə yekun
dövlət attestasiya imtahanları 4 gün davam edib. Ha-
zırda tibbiprofilaktika fakültəsinin IV kursunda 80nəfər
tələbə təhsil alır.
Yeni tədqiqat müəlliflərinin
gəldikləri qənaətə görə,
plastik butulkalardan dəfə-
lər
lə istifadə edən insan
təhlükəli
bakteriya və kimyəvi
birləşmələrin təsirinə məruz
qalır. AZƏRTAC “Zee News”a
istinadla xəbər verir ki,
mütəxəssislər idmançıların bir
həftə ərzində istifadə etdikləri
su butulkalarını tədqiq ediblər.
Butulkalarda bakteriyaların miq-
darı maksimum həddi keçib (hər
kvadrat santimetrə 900 mindən çox
koloniya yaradan vahid). Butulkalar-
da aşkar edilən mikroorqanizmlərin
60 faizi insanların sağlamlığı üçün
təhlükəli olub.
Butulkaların hazırlandığı plastik
kütlənin tərkibində bisfenolA da ola
bilər. Mütəxəssislərin çoxu əmindir
ki, bu birləşmə sağlamlıq üçün
təhlükəlidir, çünki hormonal fona
təsir etməyə qadirdir. Tədqiqatçılar
bu qənaətə gəliblər ki, plastik bu-
tulkalardan bir neçə dəfə istifadə
etmək olmaz.
Stomatologiya ixtisası üzrə Yekun
Dövlət Attestasiya imtahanından ən yüksək
bal toplamış tələbələrdən 11 nəfərinə “Arma-
da” şirkəti tərəfindən ayrılmış dəyərli stoma-
toloji materiallar və alətlər hədiyyə olundu.
Hədiyyələr tələbələrə Dövlət Attestasiya Ko-
missiyasının sədri, Tədris Stomatoloji Kli-
nikasının direktoru Alqış Səfərov tərəfindən
təqdim edildi. Qeyd edək ki, imtahanla-
rın nəticələrinə əsasən tələbələrdən Ley-
la Ağayevanın, Səid Həsənzadənin, Nərmin
Əsədovanın, Amir Dejekamın, Cavanşir Əsədovun,
Zöhrab Hacıyevin, Nəzrin Əhmədlinin, Nigar
Cabbarovanın, Naciyə Oruczadənin, Hüseyn
Babazərovun, Pegah Kənaninin yüksək bal topla-
dığı müəyyən oldu.
•
Azərbaycan Tibb Universitetinin əczaçılıq fakül-
təsində bakalavr pilləsində buraxılış işlərinin
müdafiəsi başa çatıb.
Fakültənin dekanı, professor Tahir Süleymanov müdafiənin
uğurla tamamlandığını deyib: “Azərbaycan Tibb Universiteti-
nin rektoru, professor Gəray Gəraybəlinin 2 iyun 2017-ci il
tarixli 259 T əmri ilə Universitetin əczaçılıq fakültəsinin Baka-
lavr pilləsində Buraxılış işlərinin müdafiəsini həyata keçirmək
üçün tərkibi 9 nəfərdən ibarət dövlət Atestassiya Komissiyası
yaradılıb. Bakalavr Buraxılış işlərinin müdafiəsi 5 ixtisaslaşma
üzrə aparıldı: Əczaçılıq kimyası, Toksikoloji kimya, Farmakoq-
noziya, Əczaçılıq texnologiyası, Əczaçılıq işinin təşkili”.
T.Süleymanovun sözlərinə görə, Dövlət Attestasiya Komis-
siyasının 21 iyun 2017-cı il tarixli yekun protokoluna əsasən,
Əczaçılıq fakültəsinin 2016-2017-cı il məzunlarının 104
nəfərinə ümumi qaydada Əczaçı bakalavr diplomu verilməsi
haqda qərar qəbul olunub. Məzunlardan 62 nəfər Azərbaycan
vətəndaşı, 42 nəfəri isə əcnəbi vətandaşlar olub: “Qeyd etmək
lazımdır ki, bu il buraxılış işlərinin müdafiəsi əvvəlki illərlə
müqayisədə keyfiyyətcə xeyli irəliləyişlərlə müşahidə edi-
lib. Burada həm buraxılış işlərinin mövzularının müasirli-
yi və aktuallığı, həmçinin diplom işlərinin tərtibatı, eləcə də
tələbələrin işlərini daha yaxşı məruzə etməsi və sualları ca-
vablandırması istiqamətlərində olan müsbət dinamikanı xü-
susi qeyd etmək istəyirəm. Kafedraların reaktiv və avadan-
lıqlarla təchizatının yaxşılaşması nəticəsində demək olar ki,
əksər diplom işlərində eksperimental xarakterli təcrübələrin
nəticələri verilirdi”.
Qeyd edək ki, buraxılış işlərinin müdafiəsinə Əczaçılıq
fakültəsinin 8 semestr ərzində imtahan, məqbul və təhsil
haqqı borcu olmayan IV kurs tələbələrindən 104 nəfər iştirak
edib. Buraxılış işlərinin müdafiəsi 6-20 iyun tarixlərində keçi-
rilib. Buraxılış işinin yazılması və müdafiəsinə görə tələbənin
toplaya biləcəyi balların maksimum miqdarı 100-ə bərabərdir.
50 bal buraxılış işinin hazırlanması və tərtibinə, digər 50 bal
isə Dövlət Attestasiya Komissiyası qarşısında müdafiəsinə
görə verilib.
* * *
T.Süleymanov bu-
raxılış və diplom
işlərinin
müdafiəsi
zamanı yoxlamanın
aparıldığını, nəticənin
qənatəbəxş olduğu-
nu deyib: “Müdafiə
həmişəki qaydada da-
vam edərkən, qəfildən
ATUnun
İctami
Nəzarət
Şurasının
üzvləri, komissiyanın
sədri, millət vəkili İl-
ham Məmmədovun rəbərliyi ilə üzvlər zala gələrək, müdafiəni izlədilər.
Tələbənin çıxışını dinlədilər və suallarını verdilər. Daha sonra mən
fakultənin dekanı olaraq, bütün sənədləşmə işləri, müdafiənin qayda
qanunları haqda şura üzvlərini məlumatlandırdım”.
ATU-nun mətbuat xidməti
Dövlət imtahanları ilə bağlı növbəti yenilik
Mütəxəssislər plastik butulkaların təkrar istifadəsini qadağan ediblər
Əczaçılıq fakültəsində buraxılış işlərinin müdafiəsi bitib
Tibbi-Profilaktika fakültəsində ilk dəfə olaraq OSPİ metodu ilə imtahan tətbiq edilir
İyunun 20-də stomatologiya ixtisası üzrə kli-
nik və təcrübi bacarıqların Yekun Dövlət Attes-
tasiya imtahanının son günü idi.
Stomatologiya üzrə imtahanda yüksək bal toplayan
tələbələr təltif olundu
104 nəfərə əczaçı-bakalavr
diplomu verildi
İyunun 19-da Azərbaycan Tibb
Uni ver si tetin stomatologiya fa-
kül tə sin də ortopedik stoma to-
lo giya fənni üzrə sonuncu dövlət
imtahanı keçirilib.
ATU-nun ortopedik stomatolo-
giya kafedrasının müdiri Nazim
Pənahovun sözlərinə görə, digər
fakültələrdə olduğu kimi, stoma-
tologiya üzrə də dövlət imtahanları
OSKİ metodu ilə aparılıb: “Rektor
Gəray Gəraybəylinin təşəbbüsü ilə
keçirilən OSKİ imtahanlarının bu
gün stomatologiya fakültəsi üzrə
sonuncu imtahanıdır. Bu gün 162
tələbə OSKİ bacarıq imtahanların-
da özünü sınayır. İmtahanın yüksək
səviyyədə təşkili və keçirilməsi
məqsədilə müəllimlər ayrılıb. İm-
tahan götürən müəllimlərdən 9-u
ortopedik stomatologiya kafedra-
sından, 1 müəllim isə uşaq sto-
matologiyası kafedrasından təyin
olunub. Bundan əlavə, 2 koordi-
nator və bir əvəzedici müəllim də
imtahanlarda iştirak edir”.
OSKİ imtahanlarında hər bir
tələbənin bir bacarıq üzrə imtaha-
nına 4 dəqiqə vaxt ayrılıb. Tələbə
ümumilikdə 10 bacarığa rotasiya
üsulu ilə 40 dəqiqə sərf edir. Bu
müddətdə həmin tələbənin imta-
hanı başa çatdırılır.
N.Pənahovun sözlərinə görə,
tələbələr dövlət imtahanlarının
OSKİ metodu ilə aparılmasından
çox razıdırlar. Çünki bu üsul yeni
olmaqla yanaşı, həm də tələbənin
təhsil müddətində topladığı bi-
lik və bacarıqların praktikada
tətbiqini göstərməyə, nümayiş
etdirməyə imkan verir.
Qeyd edək ki, bu günki imtahan-
da ATU-nun tədris və müalicə işləri
üzrə prorektoru, professor Sabir
Əliyev və təhsilin keyfiyyətinə
nəzarət və innovasiya şöbəsinin
müdiri, professor Akif Qurbanov
iştirak edərək, imtahanın gedişini
izləyiblər.
30 iyun 2017-ci il
http://w w w.amu.edu.az
ATU-nun Tədris Cərrahiyyə Klini ka-
sında “Laporoskopik Nissen üsulu ilə
Fundoplikasiya” adlı maraqlı əməliyyat
həyata keçirilib. Əməliyyat zamanı
xəstə qadının diafraqma dəliyinə
girən mədə ordan çıxarılaraq yerinə
qaytarılıb.
Klinikanın ümumi cərrahiyyə şöbəsinin müdi-
ri, professor Mübariz Əliyev deyir ki, bu üsulla
aparılan əməliyyat çox effektivdir və yan təsirsiz
ötüşür: “60 yaşlı qadın xəstəmiz 10 ildir ki,
diafraqmanın qida borusu dəliyinin yırtığı və re-
fluks eroziv ezofagit xəstəliyindən əziyyət çəkir.
Yəni, mədə gedir diafraqma dəliyinə girir və
diafraqmanın üstünə çıxır, boğulur və pasiyentə
ağrı verir. Xəstə hər hansı bir yükü qaldıranda
ağrılar baş qaldırır. Bundan əlavə mədə şirəsi
qida borusuna keçir və borunun selikli qişasını
yandırdığına görə, qıcqırma yaranır, qida boru-
sunda erroziyalar əmələ gəlir və nəticədə Barret
xəstəliyi yaranır”.
M.Əliyev deyir ki, Barret xəstəliyi xərçəngə
çevrilə biləcək bir azardır. Xəstəlik zamanı qida
borusunun selikli qişası turşunun təsirilə dəyişir.
Bu dəyişiklik gələcəkdə xərçəngə çevrilə bilər:
“Bu dəfə əməliyyat etdiyimiz xəstə 3-4 il ərzində
müalicə olunsa da, effektini görməyib. Ona görə
cərrahi əməliyyata əl atmalı olduq. Əməliyyat
üçün 3 göstərici əsasdır və bu göstəricilərdən
hər hansı biri varsa, onda əməliyyat mütləqdir.
Bunlardan birincisi, Barret xəstəliyinin olması,
ikincisi, dərman müalicəsinin effektsizliyi və
nəhayət, yırtığın olması. Bizim xəstədə isə
bu 3 göstəricidən hamısı var idi, ona görə də
əməliyyatı icra etdik. Bu, mənim praktikamda
200-cü belə əməliyyat idi”.
Qeyd edək ki, Tədris Cərrahiyyə Klini-
kasının peşəkar cərrahlar komandası bu və
digər əmliyyatları uğurla icra edir. Professor
M.Əliyevin sözlətinə görə, Barret xəstəliyi
zamanı aparılan əməliyyatlar laporoskopik
şəkildə icra edilir. Əməliyyat bir saat davam edir
və pasiyent 2 günə evə buraxılır.
Normal fiziologiya kafedrasının əməkdaşları kafedra-
nın dosenti Sevil Kərimovaya oğlu
Rüfət Arif oğlu Kərimovun
vaxtsız vəfatından kədərləndiklərini bildirir və dərin
hüznlə başsağlığı verirlər.
Ailə təbabəti kafedrasının əməkdaşları II müalicə
profilaktika fakültəsinin həmkarlar təşkilatının sədri,
assistent
Fikrət Vəliyevin
vaxtsız vəfatından kədərləndiklərini bildirir və
mərhumun ailəsinə dərin hüznlə başsağlığı verirlər.
Baş redaktor
ELDAR İSMAYIL
Müəlliflərlə redaksiyanın
mövqeyi üstüstə düşməyə
bilər.
Əlyazmalar geri qaytarılmır.
Qəzet “Təbib” qəze ti nin
kompyuter mər kə zində yığılır,
səhi fə lənir, “Bəxtiyar4” İKŞdə
çap olunur.
Ü N V A N I M I Z:
Mərdanov qardaşları - 98
c
2-ci mərtəbə,
Tel.: 595-24-97
tabibqazeti@gmail.com
Lisenziya Н 022633
İndeks 0269
Sayı 1800
Allah rəh mət elə sin!
Hər il tədris semestrinin
sonunda ənənəvi olaraq
farmakologiya kafed rası nın
professor-müəl lim
heyə-
tinin bilik və ba
ca
rığının
artırılması və təd risin key-
fiyyətinin
yük səldilməsi
məq sədilə elmi-praktik
seminarlar keçirilir.
İyunun
23-də
keçirilən
növbəti seminarı giriş nitqiylə
açan kafedranın müdiri, profes-
sor Musa Qəniyev bu barədə
məlumat verdi: “Uzun illərdir ki,
kafedramızda tədris prosesində
müəyyən fasilələr yarananda,
yəni qışda və yayda dərs pro-
sesi başa çatdıqdan sonra ka-
fedra əməkdaşları tərəfindən
proqrama uyğun şəkildə bir
mövzu təqdim olunur. Təqvim
planına daxil olan dərslərin
müzakirəsi zamanı hər mövzu
üzrə tələbələrə verilməsi lazım
olan yeniliklərdən söhbət açılır
və həmin yeniliklər təhlil olu-
naraq dərs prosesinə daxil edi-
lir. Seminarların keçirilməsində
əsas məqsəd tədris prosesinin
yaxşılaşdırılması, müəllimlərin
peşə hazırlıq səviyyəsinin
yüksəldilməsi, eləcə də dün-
yada tibb sahəsində baş verən
yeniliklərin dərs prosesinə uy-
ğunlaşdırılmasıdır. Yalnız müəl-
lim lərin iştirak etdiyi bu
seminarların əsas qayəsi tədris
prosesinin keyfiyyətini yax-
şılaşdırmaqdır. Onu da qeyd
edim ki, hələ təhsil sistemi
klassik variantda olanda da biz
bu cür elmi-praktik seminarla-
rı keçirirdik. Kafedramızda bir
ənənəyə çevrilən bu seminarlar
artıq may ayının 3-dən etibarən
start götürüb və həftə ərzində
müəllimlərimiz bir sıra müvafiq
mövzular üzrə çıxış edirlər”.
Bu gün keçirilən növbəti se-
minarın gündəliyində isə “Ürək-
damar sistemi patalogiyala-
rında istifadə olunan dərman
maddələrinin (kardiotomik, an-
tiaritmik, antianginal preparat-
larının) farmakologiyası” möv-
zusunda kafedranın tədris hissə
müdiri, professor Vəli Əsmətov
çıxış edib. Məruzəçi çıxışında
ürək-damar xəs tə liklərini əmələ
gətirən səbəblərdən bəhs edib
və ürək fəaliyyətinin çatış-
mazlığı zamanı istifadə olunan
dərman maddələrinin təsirindən
geniş söhbət açıb. O, qeyd edib
ki, son illər bütün dünyada
ürək-damar
xəstəliklərindən
əziy yət çəkənlərin sayı ço-
xalıb və Ümumdünya Sə hiy-
yə Təşkilatının (ÜST) son
mə lumatına görə, bu xəs tə-
liklərdən ölənlərin sayı başqa
xəstəliklərlə mü qa yisədə birinci
yerdədir.
Diskussiya formasında keçən
elmi-praktik seminarda kafedra
əməkdaşlarını düşün dürən su-
allar məruzəçi tərəfindən ətraflı
şəkildə cavablandırılıb.
“Təbib”
Azərbaycan Tibb Universiteti
və Azərbaycan Pediatrlar Assosia-
siyası Bakı, Sumqayıt şəhərlərinin
pediatrları üçün növbəti konfrans
keçirib. Tədbirin əsas məqsədi -
uşaqların sağlamlığının qo run ması,
muasir dövrdə elmi sübutlu təbabət
əsasında beynəlxalq standartlara uy-
ğun, klinik protokolların həkimin
gündəlik işində inteqressiyasının
zəruriliyi, bu sahədə çalışanların peşə
biliklərinin artırılması idi. Konfrans-
da ATU-nun əməkdaşları, K.Fərəcova
adına Elmi-Tədqiqat Pediatriya İns-
titutunun mütəxəssisləri, Bakı və
Sumqayıt şəhərlərinin dövlət və özəl
klinikalarının 100-dən çox pediatr-
ları iştirak edib. Konfrans klinik pro-
tokolların pediatrik praktikada rolu,
Üşaqlarda mədə, on iki bağırsaq xo-
rası, Muasir dövrdə tonzillitin diaq-
nostika və müalicəsi, Beynəlxalq pro-
tokollarda diaqnostika və müalicədə
yeniliklərinə həsr olunub.
Konfransı giriş nitqi ilə açan AMEA
nın və Rusiya Elmlər Akademiyasının
üzvü, Dövlət mükafatı laureatı, ə.e.x.,
Azərbaycan Pediatrlar Assosiasiyasının
prezidenti, akademik Adilə Namazova
tədbir haqqında iştirakçılara məlumat
verib.
O, bildirib ki, ümummilli liderimiz
Heydər Əliyev Azərbaycanda təhsili,
tibbi təhsili və xüsusi ilə də uşaqların
sağlamlığı üçün pediatriya təhsilini
daim dövlətin prioritet məsələsi kimi
diqqət mərkəzində saxlayaraq bu
sahənin inkişaf etdirilməsinə şərait ya-
ratmışdı. Hazırda da bütün dünyada
baş verən böhran və dağıntılar fonunda
Azərbaycanda ana və uşaq sağlam-
lığına dövlət qayğısı yüksək inkişaf
səviyyəsi ilə seçilir. Son illər bu sahəyə
diqqət və qayğının davamı olaraq Pre-
zident İlham Əliyevin və Birinci vitse
prezident Mehriban xanım Əliyevanın
səhiyyənin inkişafına verdikləri töhfələr
fundamental xarakter daşıyır və ölkədə
ana və uşaq sağlamlığına yüksək qayğı
məqsədilə irimiqyaslı layihələr həyata
keçirilir.
Akademik qeyd edib ki, Azərbaycan
Pediatrlar Assosiasiyası 1930cu ildən
hazırkı dövrə qədər ölkəmizdə fəaliyyət
göstərir və mütəmadi olaraq planlaşdı-
rılmış bir sıra məqsədləri vardır. Belə ki,
türkdilli ölkələrin konqreslərinin təşkili,
Azərbaycan Dövlətinin və Səhiyyə Na-
zirliyinin tibb sahəsinin layihələrində
yaxından iştirak və köməklik işi,
“Azərbaycanda Tibbi bioetikanın inki-
şafı Layihəsi” proqramının tərtibi bu
məqsədlər sırasındadır. Eyni zaman-
da YUNESCOnun tibbi bioetika üzrə
tədqiqat layihəsində dəfələrlə iştirak
edib. MDBnin və Beynəlxalq Etika
Komitələri, Parlamentlərarası Assamb-
leyası ilə birgə “Tibbi etika üzrə Avropa
standart qanunları və etik təhsil” layihəsi
hazırlanıb, beynəlxalq mütəxəssislərlə
pediatrlara master klasslar v s. həyata
keçirilib. Təşkilat İctimai birlik kimi
dövlət siyasətini rəhbər tutaraq, ölkənin
gələcəyi əsasən uşaq sağlamlığının qo-
runması məqsədinə yönəlmiş işlər görür
və bu işlər ölkə rəhbərləriyi tərəfindən
yüksək qiymətləndirilir, beynəlxalq
tədbirlərin Bakıda keçirilməsinə yaxın-
dan köməklik göstərilir. APA bir neçə
ildir ki, gördükləri işlərin mahiyyətinə
görə Rusiya Federasiyasının və Avro-
pa Pediatrlar Assosiasiyalarının böyük
ailəsinə üzv qəbul olunub.
Konfransda III uşaq xəstəlikləri
kafedrasının
əməkdaşları,
dosent
L.Hidayətova və dosent F.Məmmədova
müxtəlif mövzularda məruzələr etdilər.
Konfransın gedişində həmçinin Moskva
şəhərindən dəvət olunmuş A.Vastistov
həkimlərə yeni ekspress diaqnos-
tik metodstreptotestlər üzrə “ Master
klass” təqdim etdi.
K.Fərəcova adına ETPİnin baş
həkimi, t.e.n. T.Şahbazova və konf-
rans iştirakçıları məruzələrin yüksək
səviyyədə, elmi əsaslı və pediatrların
gündəlik həyatında zəruri olduğunu
qeyd etdilər. Onlar belə konfransların
respublikamızın başqa şəhər və rayon-
larında da təşkil olunmasını təklif etdilər.
T.TAĞIZADƏ,
Müalicə-profilaktika fakültəsinin III uşaq
xəstəlikləri kafedrasının əməkdaşı, APAnın
icraçı direktoru, t.e.n., dosent
“PEDİATRİYANIN AKTUAL PROBLEMLƏRİ”
mövzusunda elmi-praktiki konfrans
“PEDİATRİYANIN AKTUAL PROBLEMLƏRİ”
mövzusunda elmi-praktiki konfrans
Tədris Cərrahiyyə Klinikasında
maraqlı əməliyyat
II müalicə-profilaktika fakültəsinin V kurs, 307
a
qrup tələbəsi Əhmədli Elşən Cəmil oğlunun adına ve-
rilmiş qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.
Tibbi profilaktika fakültəsinin V kurs, 600
a
qrup
tələbəsi Mahmudlu Fariz Bəhlul oğlunun adına veril-
miş tələbə bileti itdiyi üçün etibarsız sayılır.
Əczaçılıq fakültəsinin IV kurs, 861
b
qrup tələbəsi
Karimi Giglou Elhameh Muhsen qızının adına verilmiş
tələbə bileti və qiymət kitabçası itdiyi üçün etibarsız
sayılır.
I müalicə-profilaktika fakültəsinin I kurs, 180
b
qrup
tələbəsi Hazal Arıkan Ömər qızının adına verilmiş
qiymət kitabçası itdiyi üçün etibarsız sayılır.