Təsisçi: “Hədəf” nəşrləri Baş redaktor: fil.ü. f d., dos. Şəmil Sadiq Redaktor



Yüklə 9,34 Kb.
Pdf görüntüsü
səhifə37/53
tarix13.11.2017
ölçüsü9,34 Kb.
#9835
1   ...   33   34   35   36   37   38   39   40   ...   53

canlı yaddaş
79
USTAD 
dərgisi \ Fevral 2016
78
USTAD 
dərgisi \ Fevral 2016
vurmuşdular. “Azərbaycan” jurnalının baş 
redaktoru Cəlal Məmmədov. Lənətlənmiş 
Əkrəm Əylislinin “Mənim nəğməkar bibim” 
povestinə görə. O vaxt “Azərbaycan” 
jurnalında nəsrə mən baxırdım. Əsəri 
oxuyub bəyənmiş, çap olunmaq üçün 
təqdim etmişdim. Amma o nədənsə yaxın 
qoymurdu. Növbəti dəfə bu əsəri təklif 
edəndə Cəlal Məmmədov dedi ki, “Mirzə 
müəllim Yaltadan məktub yazıb, onuncu 
nömrədə onun İran inqilabçısı Ruzbeh 
haqqında əsəri gedəcək. Yazıb bitirmək 
üzrədir”. Mən də dedim ki, bəlkə o zamana 
kimi tamamlaya bilmədi, amma bu hazır 
əsərdir, özü də cavan adamdır. O da 
mənimlə dalaşdı: “Yəni sən deyirsən ki, 
Mirzə İbrahimov hələ yazsın, görək necədir?” 
Dedim: “Əşşi, mən nə vaxt belə söz dedim”. 
Nə isə... Aradan on beş-iyirmi gün keçdi. 
Sonra məni Yazıçılar İttifaqına çağırdılar. Bir 
Kübra xanım var idi, hamıya da “yoldaş” 
deyirdi. Dedi: “Yoldaş Vidadi, səni yoldaş 
Mirzə İbrahimov çağırır”.  Gördüm Mirzə 
müəllim qəzet oxuyur, salam verdim, almadı. 
Qəzeti kənara itələyib, başladı hədələməyə: 
“Sən özündən çox çıxırsan. Özündən 
başqa heç kimi bəyənmirsən. Yəni belə 
yekələnibsən ki, məni saymırsan? Nədi, 
mənə yazmaq öyrədəcəksən?” İstədim 
deyim ki, “ay Mirzə müəllim, mən kiməm 
sizə yazmaq öyrədim, siz bizim müəllimimiz 
olmusunuz”. Amma o, “yox, sən dikbaşlıq 
edirsən, baş redaktorla da yola getmirsən...” 
– deyib qəzəbləndi. Gördüm yox, mükün 
deyil, qapını örtdüm, çıxdım. Ertəsi gün 
gələndə dedilər ki, artıq burda işləmirsən. 
Nəsr şöbəsinin müdiri idim. Ədəbiyyat 
qəzetinə adi ədəbi işçi göndərmişdilər. Mən 
də getmədim, yuxarılara yazdım, məsələ 
uzandı. Bir sözlə, Mirzənin mənə qarşı kini 
var idi.
– Tək sizə qarşı idi bu 
münasibət?Ümumiyyətlə, necə insan 
idi?  
– Çox savadlı, bilikli, mütaliəli adam 
idi. O dövrün yazıçılarının arasında ikisi 
xüsusilə mütaliəli idi. Mehdi Hüseyn, bir də 
Mirzə İbrahimov. Hər ikisi çox savadlı idilər. 
Mirzə İbrahimov həm də yaxşı təşkilatçı idi. 
Nazirlər Kabinetinin sədr müavini olmuşdu. 
Sonr da ali sovetin sədri oldu – Xruşşov 
devriləndən sonra...
– Təşkilatçılığı – anladım, bəs 
yazıçılara münasibətdə necə idi?
– Əslində, o, Yazıçılar İttifaqına 48-
ci ildə sədr gəlmişdi – Səməd Vurğundan 
sonra. “Gənclər günü” adlı bir dərnək 
yaratmışdı. Bütün ali məktəblərdən ora 
cavanlar, ədəbiyyat həvəskarları gəlirdilər. 
Şeirlərini, hekayələrini, tənqidi məqalələrini 
oxuyurdular. Səməd Vurğundan tutmuş 
bütün şairlər, yazıçılar o tədbirlərdə iştirak 
edirdi. Cavanlar oxuyur, onlar qüsurlarını 


canlı yaddaş
81
USTAD 
dərgisi \ Fevral 2016
80
USTAD 
dərgisi \ Fevral 2016
deyir, yaxşılarını çapa məsləhət görürdülər.
– Gənclərə münasibətdə ən xeyirxah 
olan kim idi?
– Biz hamımız çalışırdıq ki, Səməd 
Vurğun gələn günü şeir oxuyaq. Bütün 
cavan şairlər... Gözləyirdik, o gəlməyəndə 
oxumurduq. Çünki o elə aydın, elə yumşaq 
deyirdi ki, sən nə tələb olunduğunu başa 
düşürdün. Hətta bir yığıncaqda Səməd 
Vurğunla Mirzə İbrahimov əməlli-başlı sözə 
gəldilər. Ağacavad Əlizadə var idi, sonra 
jurnalın katibi oldu. Kartof haqqında şeir 
yazmışdı. “Kartof, kartof, nə kartof, çıxıb 
bir-birinin üstünə kartof”. Təxmini belə 
bir şeir idi. Səməd Vurğun bunun üstünə 
əsəbiləşdi ki, “şeiri belə hala qoymaq olmaz. 
Bu nə mövzudur”. Bunun üstündə Mirzə 
İbrahimovla mübahisə elədilər. Səməd 
Vurğun acıq eləyib çıxıb getdi. O zaman 
biz cavanlar ona daha çox inanırdıq. Həm 
xoşrəftar idi, həm də yaxşı məsləhətlər 
verirdi. 
Sizin nəslinizdən olan, o tədbirlərə 
qatılan cavanlardan Səməd Vurğun 
şairtək daha çox kimi dəyərləndirirdi?
– Bəxtiyar Vahabzadəni. Mənimsə iki 
şeirimi bir yığıncaqda tərifləmiş, sonra özü 
tərtib etdiyi almanaxda vermişdi. “Anam sən 
oldun”, bir də “Bənnanın imzası”. Amma 
“Polyak qızı” şeirimi bərk tənqid eləmişdi. 
“Gənclər günü”ndə Süleyman Rüstəm də, 
Məmməd Rahim də olurdu... Rəsul Rza da 
düz söz deyən idi. O da az-az şeir bəyənirdi. 
Və sözünü açıq deyirdi. Amma yenə də 
Səməd Vurğuna gənclər daha çox üstünlük 
verirdilər.
– Səməd Vurğunla Rəsul Rza 
arasında hər zaman konflikt olub və 
ya yaradılıb. Müşahidələriniz sizə nə 
deyir – onların üzdə münasibətləri necə 
idi? 
–Hərəsi öz dəst-xəttini müdafiə edirdi. 
Rəsul Rza sərbəst şeiri dəstəkləyirdi. Hətta 
bir yığıncaqda Rəsul Rza qayıtdı ki, “Ay 
Səməd, sənin yazdığın sərbəst şeirlər bu 
biri şeirlərindən daha güclüdür”. Səməd 
Vurğunun buna yaman acığı tutdu, təhqir 
kimi qəbul elədi. Dedi: “Xeyr, mən özümü 
bədbəxt şair hesab edərəm ki, sərbəst 
şeirlərim güclü ola...”  Bu da Rəsul Rzanın 
acığına gəldi.  
Onların arasında ziddiyyət var idi. Amma 
mən cavan olsam da Səməd Vurğunla 
məclislərdə çox olmuşam... O heç vaxt Rəsul 
Rzanın əleyhinə heç nə deməzdi. Mən Rəsul 
müəllimin yanında olmamışam, ona görə 
də bir söz deyə bilmərəm... Ümumiyyətlə, 
Səməd Vurğun kiminsə haqqında mənfi 
mənada söz danışan deyildi. Cəmi bircə dəfə 
ondan bu ruhda nəsə duymuşam. İclasdan 
çıxmışdıq, Səməd Vurğun, Mehdi Hüseyn, 
Osman Sarıvəlli... Mən də bunlara qoşuldum. 


Yüklə 9,34 Kb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   53




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə