canlı yaddaş
81
USTAD
dərgisi \ Fevral 2016
80
USTAD
dərgisi \ Fevral 2016
Birdən
Səməd Vurğun dedi ki, “ayə, bu
Mirzədən ehtiyatlı olun, bu həmşəridir, nə
desən çıxar”. Bu məni həm təəccübləndirdi,
həm də çox düşündürdü. Düzdü, o zaman
təəccüblənmişdim, amma sonralar gördüm
xasiyyətində bir az qərəz var.
– Səməd Vurğunda yox idi?
– Mən bir neçə müşahidəmi deyəcəyəm.
Əhməd Cəmil “Can nənə, bir nağıl de”
şeirini yazmışdı. Mənim gözümün qabağında
oldu bu hadisə. Səməd Vurğun Əhməd
Cəmillə rastlaşdı, görüşdülər, o Əhmədin
alnından öpdü. Dedi ki, “nə gözəl şeir
yazıbsan? Çox bəyəndim, çox ürəyimdən
oldu, sənə qibtə elədim bu şeirə görə”. Onda
elə xasiyyət var idi. Osman Sarıvəllinin də
bir şeiri var idi – “Hər kim yüz il yaşamasa,
günah onun özündədir”...
Eyni münasibəti
ona da göstərdi... Səməd Vurğun yaxşı şeirə
görə ürəkdən sevinir, tərifləyirdi. Bir dəfə
Bəxtiyarı şeirinə görə necə qucaqladığını
gördüm. Onda o böyüklük, o ürək genişliyi
var idi.
– Bəs açıq-açığına müdafiə etmək
necə?
– Edirdi, bəli. Ən çox o zamanlar əmək
mövzusu tələb olunurdu, buna görə Mirzə
İbrahimovla bir neçə dəfə gənclərin üstündə
dalaşmışdı. Onun bir məqaləsi də var idi –
“Şairin haqqı”... O şeirin Nizami üslubuna
yaxın yazılmasına çağırırdı... Sonra onun
əleyhinə bir dəstə şair məqalə yazıb yuxarı
göndərdilər.
Süleyman Rüstəm də qol
çəkmişdi, amma sonra teleqram vuraraq
adını geri götürtdü.
–
Niyə? Peşman oldu?
– Hə. Tərəfdar olmadığını bildirdi.
– Süleyman Rüstəmi necə
tanıyırdınız?
– Çox zarafatcıl, xeyirxah adam idi. Pis
adam deyildi. Amma məsələn, Məmməd
Rahim bir az qərəzli idi. Rəsul Rzanı da
haqpərəst, öz sözünü deyən adam kimi
tanımışam.
–
Siz o dövrün Yazıçılar Birliyində
də olmusunuz, sonrakı dövrün Yazıçılar
Birliyini də görmüsünüz. O dövrdəki
prosesi, qarşıdurmaları sonrakı,
bugünkü hadisələrlə eyni dərinlikdə
qiymətləndirmək olar?
– Yox. Sizə bircə şeyi deyim ki, Anar
ona getmədi. Adətən belə qarşıdurmaları
müşavirələr, o yığıncaqlar meydana
çıxarırdı... Bizim vaxtımızda olan
müşavirələrdə bilirsən necə hadisələr olurdu?
Bəzən təhqirə də keçirdilər hətta...
Çox ciddi
söz-söhbətlər gedirdi... Əsərlərin analizləri
aparılırdı... Amma sonra yığışdırıldı.
– Yəni o müzakirələr sizə bir yazıçı
kimi nəsə verirdimi?
– Çox şey verirdi. Əsərlərin təhlili zamanı
biz çox şey öyrənirdik. Əsəri saf-çürük
edirdilər, yaxşını qiymətləndirirdilər, yamanı
tənqid edirdilər.
–
Amma “Vicdan susanda” əsərinin
saf-çürüyü sizə ilk zərbələri vurdu axı?
– Hə, elə oldu.
– Bəs əsər böyük tirajla çap
olunandan sonra münasibət necə
dəyişdi?
– Ondan sonra çox fərqli oldu hər
şey... Məmməd Cəfər Cəfərovla bir binada
qalırdıq. Bir axşamçağı qarşılaşdıq, dedi,
əsərini mənə rəyə göndəriblər.
– Haradan göndərmişdilər ki?
– Onu demədi. Sadəcə, dedi,
“oxumuşam, bəyənmişəm, qeydlərim
var, gəl bu əsəri rus dilində çap elətdir,
rus ziyalıları
daha obyektivdilər, müsbət
yanaşacaqlar”. Dedim ki, “mənə qarşı
münasibəti görmürsünüzmü?” O vaxt
“Ədəbiyyat fondu” var idi, onun vasitəsilə
əsərləri sətri tərcüməyə verirdilər. Məmməd
Cəfər bir xeyli fikrə getdi, dedi görüm
neynirəm. Fondun sədri ilə danışıb həll
eləmişdi. Beləcə əsər tərcümə edildi və çap
olundu. “Literaturnaya qazeta”da akademik
Boqomolovun, bir də bir Ukrayna yazıçısının
mülahizələri dərc olunmuşdu. Sonra
“Komsomolskaya pravda” da əsəri təriflədi
və burda mənə münasibət dəyişdi.
–
Bəs mənfi rəy yazanların reaksiyası
necə oldu?
– Bircə Asif Əfəndiyev mənə yaxınlaşdı –
bulvarda rastlaşdıq. Dedi, “ay Vidadi, daha
nə istəyirsən, məndən də yaxşı
adamlar
əsərin haqqında müsbət rəy yazdılar,
qiymətləndirdilər. Bağışla da, olub”... Bir də
canlı yaddaş
83
USTAD
dərgisi \ Fevral 2016
82
USTAD
dərgisi \ Fevral 2016
Mirzə İbrahimov bir yığıncaqda – xaricdən
qonaqlar gəlmişdi – əsərimi təriflədi. Özü də
o cür tənqid etdikdən sonra... İki il dalbadal
bu əsər 100 min tirajla Moskvada dərc
olundu. Bu, heç bir yazıçımızda olmayıb.
Sonra Azərbaycanda – “Azərnəşr”də doqquz
dəfə dönə-dönə çap olundu. Bir sözlə,
“Vicdan susanda” məni öz uğuru ilə çətin
vəziyyətdən çıxardı.
– Mən bilən, “Vicdan susanda” qədər
sizə uğur gətirən, çox danışılan ikinci
bir əsər olmadı...
– Bircə “Müqəddəs ocaq” tərifləndi. Akif
Hüseynov da haqqında yazdı.
– Amma “Vicdan susanda” qədər
olmadı hər halda.
– Yox, o qədər olmadı. Hətta
Amerikadan, Kaliforniyadan bu əsəri
dərc etmək üçün istəmişdilər. Əsər
ukrain, türk dilində çıxdı,
hətta iranda,
İran azərbaycanlıları üçün Tehranda ərəb
əlifbasıyla dərc olundu. Bir sözlə, mənim ən
doğma əsərim odur.
–Doğmalığın səbəbi ancaq gətirdiyi
uğurla bağlıdır, yoxsa başqa səbəb də
var?
– Var, başqa səbəb də var. O əsərdə
əsas qəhrəman mən özüməm. Orda mənim
həyatımdan bir çox məqamlar verilib.
– Tək o əsərdəmi?
– Hər bir əsərdə yazıçıdan nəsə var. Bu
mütləqdir. Amma o əsərdə daha çoxdur. O
əsərin müsbət qəhrəmanı Vüqar Şəmsizadəni
prototipi mənəm.
–
Vidadi müəllim, “Gizlinlər”də belə
bir şey yazmısınız ki, “elə şeylər var onu
məsləhət bilmədim yazmağa”... Nə idi
ki bunlar?
– Şəxsi münasibətlərin çoxunu açmaq
istəməmişdim o yazıda. Məsələn, Mirzə
İbrahimovla, ya dövrün digər yazıçıları ilə...
– Amma müsahibələrdə çox şeyi
onsuz da deyirsiz də...
– Hə, düz deyirsən, amma yenə də
ehtiyat elədim... Bəzilərinin övladları,
nəvələri var, fikirləşdim ki, könüllərinə
dəyər... Bir az da ədəbi aləmə, oxuculara
lazım olmayan məsələlər olduğunu
düşündüm. Amma bir çox şeyləri də
yazıram... Məsələn, Əli Vəliyevi çox
bəyənirdim – düzlüyünə görə... Haqpərəst
idi, heç nəyə baxmırdı, öz sözünü deyirdi.
Hətta eşitmişəm ki, Mircəfər Bağırovun
yanında
Səməd Vurğunu tənqid edirlər,
onda bircə Əli Vəliyev durub deyib: “Səməd
Vurğun elə Səməd Vurğundur, o bu gün də
var, sabah da olacaq”. Bağırovun hüzurunda
deyib bu sözləri. Bağırov da bu sözünə görə
Səməd Vurğunun üstündən keçib. Onda
belə mərdlik-mərdanəlik var idi... Amma o
birilərində buna rast gəlməmişəm. Məsələn,
İsmayıl Şıxlı ağıllı adam idi. Səbirli, təmkinli
idi. Gözləyirdi, mübahisələrdə dinmirdi, hətta
mən bəzən inciyirdim də ondan. Amma
o susurdu, bilirdi harda necə danışmaq
lazımdır.
–
Yəni siyasətcil adam idi... Bunun
özü də yaxşı xüsusiyyətdir. Lazım
gəldikdə susmağı da bacarmaq lazımdır.
– Hə, siyasətcil idi.Onun siyasəti nə
məndə var idi, nə İsa Muğannada.
–
İsa Muğanna da bu qarşıdurmalara
qatılır və çılğınlıq edirdi?
– O da əsəbi idi. Amma o zamanlar
özünü müdafiə edə bilmirdi, bacarmırdı. O
qədər onun üstünə düşürdülər ki...
– Nədə ittiham olunurdu?
– Sovet cəmiyyətinin qüsurlarını
əsərlərində – “Saz”da,. “Tütək səsi”ndə
verməkdə.
O mövzulara görə ona hücum
ediləndə mübahisə etmirdi. Sonra da getdi
kinostudiyada işləməyə...
–
Siz də kinostudiyada işləmisiniz...
– Ondan bir müddət sonra... İsa
Hüseynov baş redaktor idi. O, “26-lar” filmi,
Nərimanov haqqında film, “Tütək səsi”ni o
zaman çəkdi. Mən isə dublyaj şöbəsinin baş
redaktoru oldum.
– Orda niyə az işlədiz?
– 2 il yarım çəkdi. Gördüm ki, tərcümələr
vaxtımı çox alır, əsərim yarımçıq qalır. Bütün
gecəni işləyirdim. O vaxt evimiz də darısqal
idi... Gözləyirdim ki, uşaqlar yatsınlar, sonra
yazım...
– Bir yazıçı kimi harda işləmək daha
rahat idi? “Azərbaycan”da, yoxsa?
– “Azərbaycan” jurnalında... Amma
oradakı işin bir pis cəhəti var idi ki, insana