Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
İ,P.XI.XII.2 Şagird əsərdə mühitin müşahidə edilməsi nəticələrini təsvir edir,
təsvir üsullarını inkişaf etdirir.
Nəticə əldə edilmişdir, əgər şagird:
naturadan və yadda saxlamaqla insanların, quşların, heyvanların, şəhər və ya kəndin
•
landşaftının şəklini çəkir
peyzaj, portret və natürmortu çəkən zaman vizual detallara diqqət yetirir və detallarla orqanik
•
bütövlüyü yarada bilir
seçdiyi mövzu ətrafında material axtarır, ətrafdakı vizual detalları müşahidə edir və onlardan
•
isitfadə etməklə bir kompozitiv bütövlük yaradır
İ.P.XI.XII.3 Şagird ideyaların genearasiyası üçün müxtəlif ilhamverici
mənbələrdən istifadə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
onun üçün maraqlı hadisəni seçir və əsərdə təsvir edir
•
başqa fənlərdə keçdiyi materiallardan ideyalar götürür və əsərdə onları təsvir edir
•
emosiyaları və təəssüratları əsasında mövzu seçir və əsərdə təsvir edir
•
təbiət hadisələrinin müşahidə nəticələrini əsərdə göstərir
•
dünyada baş verən ən son hadisələri təsvir edir
•
ideyaları və əhval-ruhiyyəni ötürmək üçün mövzular seçir
•
baş verən fakt əsasında (dünyada baş verən hər hansı bir hadisə, şəxsi həyatda...) konsepsiya
•
hazırlayır və seçdiyi forma ilə təqdim edir (performans, hepininq və s.)
İ.P.XI.XII.4 Şagird layihələrdə iştirak edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
qrup yoldaşları ilə birlikdə layihənin ideyasını müəyyən edir
•
layihənin yerinə yetirlməsinin optimal müddətini və iştirakçıların sayını planlaşdırır
•
spesifikadan irəli gələrək işin ardıcıllığını/fubksiyalarını/vəzifələrini müəyyən edir
•
hansı material resursların lazım olacağını planlaşdırır
•
özününü yerinə yetirdiyi işləri planlaşdırır və həyata keçirir
•
işçi qrupunu seçir (sinif yoldaşları, müəllimlər, valideynlər və s.)
•
layihənin həyata keçirilməsi üçün lazımi materialı seçir, müstəqil şəkildə qrup yoldaşları
•
ilə birlikdə onun üzərində çalışır
təşkilatçılıq işləri və sərgilər, aksiyalar, incəsənət festivalları, viktorinalar təşkil edir
•
T. T. İ.XI-XII - 3
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
Gürcüstanın müəyyən bir bölgəsinin memarlıq abidələri və həmin bölgənin yaradıcılığı ilə
•
tanışlıq məqsədilə ekspedisiyalar, ekskursiyalar planlaşdırır və həyata keçirir
vizual gündəlik tərtib edir (fotomaterial, şəkillər, qeydlər)
•
layihənin təqdimatı və qiymətləndirilməsində iştirak edir
•
İstiqamət: Kommunikasiya və şərh
İ.P.XI,XII.5 Şagird incəsənət əsərini təsvir və təhlıl edir
Nəticə əldə edilmişdir, əgər şagird:
təhlil edir ki, incəsənət elementləri və prinsipləri əsərdə ideyanın, məzmunun, xarakterin,
•
əhval-ruhiyyənin ötürülməsində (kompozitiv bölgü, rəng, kolorit, faktura, yerinə yetirlmə
tərzi: boya, xətt, forma detalı: poza, ifadə, aksesuarlar və s.) necə istifadə edilir
əsəri qiymətləndirir (əsərə olan subyektiv münasibətini bildirir) və sinif yoldaşlarına izah edir
•
ki, hansı meyarları özünə rəhbər tutmuşdu (emosiya, əsərin estetik və maddi dəyərləri)
incəsənət əsərini təsvir etdikdə və həm şifahi müzakirə zamanı, eləcə də yazılı əsərdə təhlil
•
etdikdə uyğun terminologiyadan isitifadə edir
İ. P.XI,XII.6 Şagird auditoriya qarşısında özünün və başqalarının əsərlərini
təqdim edir
Nəticə əldə edilmişdir, əgər şagird:
əsərdə nəyi vermək istədiyi və nəticəni əldə etmək üçün hansı bədii üsullardan istifadə etdiyi
•
barədə söhbət edir
ifadə edilən peşəkarlıq və yaradıcılıq yanaşmasına əsasən konkret əsəri qiymətləndirir
•
özünün və başqalarının işlərində oxşarlıq-fərqlər və əsərdə istifadə edilən bədii üsulları
•
müzakirə edir
özünün/və ya başqalarının əsərləri barədə söhbət aparır və onlardan hər hansı birinəsə nədən
•
üstünlük verdiyini əsaslandırır
Seçilən meyarlara əsasən əsəri qiymətləndirir
•
T. T. İ.XI-XII - 4
Təsviri və tətbiqi incəsənət, əmək təlimi
2009
İstiqamət: İncəsənətin kontekstdə dərk edilməsi
İ.P.XI,XII.7 Şagird müxtəlif dövr və üslublu əsərləri tanıyır və bir-biri ilə
müqayisə edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
bir neçə nümunə əsasında müxtəlif dövr və üslublu əsərlərin oxşar və fərqli əlamətlərini
•
adlandırır
müxtəlif tarixi dövrün incəsənətini bir neçə xarakterlərə əsasən (üslub, mövzu, janr) bir-biri
•
ilə müqayisə edir
konkret əsərlərin nümunəsi əsasında müasir və qədim incəsənət əsərlər arasında oxşarlıq-
•
fərqləri müzakirə edir
müəyyən bir rəssamın fərdi tərzini tanıyır və müzakirə edir
•
İ.P.XI,XII.8 Şagird Gürcüstanın başqa-başqa bölgələrinin incəsənəti və
incəsənət əsərlərini müzakirə edir və onlar haqqında müzakirə
aparır.
Nəticə əldə edilmişdir, əgər şagird:
gürcü incəsənətində xalq yaradıcılığı ənənələrinin hansı üsullarla qorunub saxlanıldığını
•
araşdırır və müzakirə edir
Gürcüstanın başqa-başqa bölgələrinin incəsənət əsərləri arasında hansı oxşarlıq-fərqlərin
•
olmasını araşdırır.
İ.P.XI,XII.9 Şagird müasir incəsənəti təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird :
müasir incəsənətin bir neçə cərəyanının məşhur əsərlərini xarakterizə edir
•
konkret əsərləri müqayisə etmək yolu ilə təsviri və tətbiqi incəsənətin ən son konsepsiyaları
•
və formalarını (texnologiya, nəzəriyyələr, təsvir üsulları, material) xarakterizə edir
İ.P.XI,XII.10 Şagird özünün, ictimaiyyətin həyatında incəsənətin rolunu
araşdırır və təhlil edir.
Nəticə əldə edilmişdir, əgər şagird:
öz həyatında incəsənətin rolunu təhlil edir
•
T. T. İ.XI-XII - 5