The gabala archaeological expedition



Yüklə 14,3 Mb.
Pdf görüntüsü
səhifə116/119
tarix15.10.2018
ölçüsü14,3 Mb.
#74304
1   ...   111   112   113   114   115   116   117   118   119

410

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

qƏBƏLƏ TARİxİNDƏN SƏhİFƏLƏR

PAgES FROM ThE hıSTORY OF gABALA

qƏBƏLƏ ŞƏhƏRİNİN TARİxİNDƏN SƏhİFƏLƏR



Paleolit dövrü, eramızdan 600 

min il əvvəl

İbtidai insanların məskunlaşması (Soltannuxa, Böyük əmili, Hacı-



alılı, çarxana, QaradeyinSavalan kəndləri ərazisində, Qaraçay 

Sarısu çayları arasındakı düzənlikdə). Sadalanan ərazilərin ümumi

sahəsi təqribən 500 hektara bərabərdir.

eneolit dövrü, e.ə. vI-Iv 

minilliklər 

Dağətəyi zonada, çay vadilərində, göllərin kənarlarında (hal-hazırda

bu ərazilər indiki Qəbələ rayonunun tərkibinə daxildir və ərazisi

1550 km


2

-dir) məskunlaşan əhalinin məşğuliyyəti taxılçılıq və

maldarlıq idi.

e.ə. Iv minilliyin ortaları

Mamaylı, çarxanaKürd kəndləri yaxınlığındakı Qala yeri 

- Qaş (Qəbələ Beynəlxalq Hava Limanının ərazisində) adlanan

ərazidə yaşayış mövcud olmuşdur.



e.ə. Iv minilliyin ortaları – 

e.ə. I minillik

Əkinçilik və maldarlığın intensiv inkişafı



e.ə. II minilliyin ortaları

İlkin dövlətlərin əsası olan böyük yerli tayfa birləşmələrinin

yaranması

e.ə. I minilliyin I yarısı

Şəhər tipli yaşayış məntəqəsi kimi formalaşmağa başlamışdır

(

çuxur Qəbələ kəndi yaxınlığında “Antik şəhər” və ya “Güllütala”

ərazisi (50 ha) adlanan ərazidə).



e.ə. Iv əsr

Şəhər siyasi, iqtisadi, mədəni, sənətkarlıq və ticarət mərkəzinə

çevrilmişdir.

e.ə. Iv əsr – b.e. I əsrinin sonu

Şəhər əsasən 50 ha sahədə yerləşirdi (çuxur Qəbələ kəndinin

yaxınlığındakı “antik şəhər”  və ya “Güllütala” ərazisi).

e.ə. Iv əsr – b.e. v əsri

Albaniyanın paytaxtı olmuşdur (800 ilə yaxın dövr ərzində).

SEBA



411

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

qƏBƏLƏ TARİxİNDƏN SƏhİFƏLƏR

PAgES FROM ThE hıSTORY OF gABALA

e.ə. I əsr (60-cı illər)

Albaniyada çar oroysun hökmranlığı



e.ə. I əsr (30-cu illər)

Albaniyada çar Zoberin hökmranlığı



e.ə. I əsrin sonu – b.e. I əsrinin 

əvvəli

Roma imperatoru oktavian avqustun (e.ə. 30-cu il – b.e. 14-cü

ili) “İlahi Avqustun Əməlləri” adlı memuarlarında qeyd etdiyi kimi,

albanların (Albaniyanın) hökmdarı Romaya səfirlər göndərmişdir. Bu

fakt Albaniyanın paytaxtının - Qəbələnin də beynəlxalq əlaqələrdə

rolu olduğundan xəbər verir.



I əsrin ikinci yarısı

Qafqaz Albaniyasının paytaxt şəhərinin adı yazılı mənbələrdə ilk dəfə

Roma  alimi  Böyük  Plininin  “təbii  tarix”  əsərində  “Kabalaka” 

kimi göstərilmişdir.



I əsr (70-ci illər)

Albaniyaya şimaldan alanların hücumu



I əsrin sonu

Alanların  hücumu  nəticəsində  şəhər  şimala  doğru  25  ha  əraziyə

köçürülmüşdür (çuxur Qəbələ kəndinin yaxınlığında: Antik ərazidən

- Səlbirə  (12 ha) və Qalaya (13 ha)). ХI əsrə qədər Səlbirdə,  XVIII 

əsrə qədər Qalada intensiv həyat davam etmişdir.

III əsr  (262-ci il)

Albaniya Sasani dövlətinin təsiri altına düşdü.



Iv əsrin birinci yarısı

Xristianlıq Qafqaz Albaniyasının rəsmi dininə çevrildi.



v əsr  (460-cı illərin əvvəli)

Hunların hücumu nəticəsində Albaniyanın paytaxtı Qəbələdən

Partava (Bərdəyə) köçürüldü (Qəbələ şəhəri ilə Bərdə şəhəri

arasındakı məsafə təqribən 117 km-ə bərabərdir).



 vI əsrin əvvəlləri

Sasanilər alban hökmranlığını ləğv edib Albaniyanı öz vilayətinə

çevirdilər.



 vI əsrin əvvəlləri

Sasani hökmdarı I Qubadın (I Kavad) (488-531) əmri ilə

Qəbələnin Səlbir-Qala ərazilərinin və ətrafdakı müdafiə istehkamları

möhkəmləndirildi.



vI əsr (552-ci il)

I Xosrov ənuşirəvan əsir götürülmüş 10 min sabir türkünü (xəzəri)

Qəbələyə köçürdü (Səlbir, Qala və ətraf ərazilərə), həmin dövrdə

Qəbələ şəhəri Xəzər adlandırıldı (Əl-Bəlazurinin məlumatına

əsasən).


SEBA


412

2011-2012



Qəbələ arxeoloji ekspedisiyasının hesabatları  

reports oF the gabala archaeologıcal expedıtıon

vII əsr (626-cı il və daha 

sonralar)

Şimaldan xəzərlərin hücumları



vII əsr (629-cu il)

Albaniyada Sasani ağalığı sona çatdı.



vII əsrdə (642-680-ci illər)

Girdiman vilayətinin (Albaniyanın vilayətlərindən biri olan) hakimi



cavanşir Albaniyaya hökmdarlıq etmişdir.

vII  əsr (644-cü il)  

ərəblər cənubdan Qəbələyə hücum etmişdilər.

vII  əsrin  ortaları

Ərəb  sərkərdəsi  Salman  ibn  rəbiə Albaniya  hakimi  cavanşir  ilə

müqavilə bağladı (vergi və s.).

vIII əsr (705-ci il)

albaniya ərəb Xilafətinin tərkibinə daxil edilmiş və burada islam

dini yayılmağa başlamışdır.



vIII əsr (721-ci il)

 

Ərəb sərkərdəsi əl-çərrah ibn abdullah əl Həkəmi  əsir

götürülmüş xəzərləri bu ərazidə (Qəbələdə) məskunlaşdırdı.

IX əsrin sonu-X əsrin əvvəlləri

Qəbələdə feodal hakimliyi meydana gəldi. İlk hakim Kor Ənbasa və

ya Təkgöz Şir ləqəbli ənbasa əl-əvar oldu.

IX -X əsrlərdə

Şəhər ərazisi (Səlbir-şimal, Qala-cənub) əzəmətli müdafiə qalaları

ilə müdafiə olunurdu.

X əsr (981-ci il) 

Qəbələni Ənbasa əl-Əvarın oğlu abd əl-Barr idarə etməyə başladı.



X əsr (981-ci il)

Şirvanşah Məhəmməd ibn əhməd hücum edərək Qəbələni Şirvan-

şahlar dövlətinə birləşdirdi.



X əsr (999-cu il) 

Şirvanşah yəzid ibn əhməd Qəbələ hakimi Abd əl-Barrla yenidən

müharibəyə başladı.



XI əsr (1025-ci il) 

Qəbələ hakimliyi Şirvanşahların asılılığı altına keçdi.



XI əsr (1066-cı ildən) 

Səlcuqların  Şirvan ərazisinə hücumları başladı.

qƏBƏLƏ TARİxİNDƏN SƏhİFƏLƏR

PAgES FROM ThE hıSTORY OF gABALA

SEBA



Yüklə 14,3 Mb.

Dostları ilə paylaş:
1   ...   111   112   113   114   115   116   117   118   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə