Tofiq Köçərli
- 66 -
Qarabağ: Yalan və Həqiqət
Bir sözlә Lenskinin, Stupişinin vә ermәni müәlliflәrinin ermәnilәrin Qarabağda
әhalinin 95 ya 98 faizini tәşkil etmәlәri haqqında iddiaları tamamilә әsassızdır. 1920-ci
ildә Dağlıq Qarabağda 145 min nәfәr ermәni yaşaması haqqında
mәlumat da havadan
götürülmә mәlumatdır.
1918-1920-ci illәr әrzindә Dağlıq Qarabağın ermәni әhalisi hәtta qismәn azalmışdı.
Bu, Ermәnistanın Dağlıq Qarabağda yaratdığı gәrgin hәrbi-siyasi vәziyyәt nәticәsindә
baş vermişdi.
Gәrәk ki, ingilislәr deyib: “Rәqәm yalan danışa bilmәz, amma yalan rәqәmdә ifadә
olunar”.
Balayanların vә onlara dәm tutanların Qarabağda ermәnilәrin xüsusi çәkisi haqqında
dönә-dönә gәtirdiklәri rәqәmlәrdә yalan ifadә edilmişdir.
Ağ yalan vә uydurma!
Tofiq Köçərli
- 67 -
Qarabağ: Yalan və Həqiqət
5.
IV Fәsil
Daşnaklar Azәrbaycanın
tәrkibindә olan Qarabağa, Naxçıvan diyarına iddia etdilәr"
(BSE-dәn, 1926)
Tarixi saxtalaşdıranlar bir ağızdan deyirlәr ki, guya Qarabağ “ermәni Qarabağıdır” vә
guya 1918-ci ildә Azәrbaycan bu diyara iddia irәli sürmüşdür.
Mәsәlәn, İ.Lenski yazmışdır:
1918-ci ildә yaradılmış Azәrbaycan Cümhuriyyәti “Şәrqi Zaqafqaziyanın geniş
әrazilәrinә, o cümlәdәn ermәnilәrin mәskunlaşdığı Dağlıq Qarabağa iddialar irәli sürdü.
Hәmin illәrdә dünya dövlәtlәri münaqişәyә Ermәnistan vә Azәrbaycan arasında әrazi
mübahisәsi kimi baxırdılar. Lakin әgәr o zaman Ermәnistan öz mәnafelәrini Qarabağ
xalqının öz müqәddәratını tәyin etmәk hüququna tabe etdisә,
Azәrbaycan problemi
dәrhal hәrbi yolla hәll etmәyә cәhd göstәrdi. Әlamәtdardır ki, hәmin anda dünya
Azәrbaycanın hәrәkәtlәrinә tәnqidi yanaşdı vә onun Millәtlәr Cәmiyyәtinә qәbul
olunması rәdd edildi”.
Çarizm İbrahim Xәlil xanın “әyalәtinin bütövlüyünün saxlanılmasına imperator
zәmanәtinә” naxәlәf çıxdı. 14 iyun 1806-cı ildә Şuşa komendantı mayor
Lisaneviç bir
dәstә qoşunla gecә Xankәndә gәlәrәk, orada İbrahim Xәlil xanı, onun ailәsini, 17 nәfәr
adamı qәtlә yetirdi. Nәhayәt, “İmperator silahı gücünә әldә edilmiş xanlıqlar”
202
(A.S.Qriboyedov, P.D.Zaveleyski) - Qarabağ, Bakı, Quba, Şәki, Şirvan vә Talış xanlıqları
lәğv edilәrәk eyni adlı әyalәtlәr, habelә Car-Balakәn okruqu yaradıldı. Gәncә xanlığı lәğv
edilәrәk Yelizavetpol okruqu tәşkil olundu. Sonra Naxçıvan vә İrәvan xanlıqları
әrazilәrindәn ibarәt “Ermәni vilayәti” tәşkil edildi. Bununla Azәrbaycan milli dövlәtçiliyi
lәğv olundu.
Qarabağ әyalәti Şәki, Şirvan vә Talış әyalәtlәri ilә birlikdә “Müsәlman әyalәtlәri
başçısına” (iqamәtgahı Şuşa şәhәrindә idi) tabe edildi. “Müsәlman әyalәtlәri başçısına”!
Qarabağın real siyasi vә etnik vәziyyәti ilә bilavasitә tanış olan
çarizm hakimiyyәt orqan-
ları Qarabağı mәhz “müsәlman әyalәti” hesab etdilәr, mәhz “müsәlman әyalәti”
adlandırdılar: “Ermәni әyalәti” deyil, mәhz “müsәlman әyalәti”! Rusiyanın o zamankı
Tofiq Köçərli
- 68 -
Qarabağ: Yalan və Həqiqət
sәnәdlәrindә Qarabağ bәzi hallarda “tatar distansiyası”da adlandırılmışdır. (General
Rtişşev 1813-cü il noyabrın 19-da müxtәlif vaxtlarda İrana әsir düşmüş çoxlu adamları
Şimali Azәrbaycana qaytarmağı tövsiyә etmişdi. Bu, onun fikrincә, tezliklә “Qarabağ,
Yelizavetpol vә digәr tatar distansiyalarının”
203
әhalisini çoxaldardı). Lakin bir dәnә dә
olsun
XIX әsr rus sәnәdindә, yaxud da bir nәfәr dә olsun rus müәllifinin әsәrindә
Qarabağın “ermәni әyalәti”, yaxud “ermәni distansiyası” adlandırılmasına rast gәlinmir.
O zaman çarizmin Azәrbaycanda, necә deyәrlәr, yazısına pozu yox idi. Çarizm
istәsә, 1828-ci ildә İrәvanın vә Naxçıvanın işğalından sonra Naxçıvan xanlığını vә İrәvan
xanlığını lәğv edәrәk, bu iki xanlıq әrazisindә “Ermәni vilayәti” adı altında yeni
inzibati-
әrazi vahidi yaradanda Dağlıq Qarabağı, lap bütün Qarabağı “Ermәni vilayәtinә” qata
bilәrdi. Lakin bu haqda heç bir mәsәlә qalxmadı. Nә Dağlıq Qarabağın ermәnilәri
tәrәfindәn, nә dә çarizm hakimiyyәt orqanları tәrәfindәn.
Rusiya hakimiyyәt orqanları Qarabağda “xristian dövlәti” dә tәşkil edә bilәrdilәr.
Doğrudur, nә II Yekaterina var idi, nә dә Potyomkin. Lakin onların Qarabağda “xristian
dövlәti” haqqında ideyası yaşayırdı. Bununla belә hәmin istiqamәtdә heç bir addım
atılmadı. Çünki, görünür, Rusiya hakimiyyәt orqanları Qarabağa gәlib Qarabağla, onun
mәrkәzi Şuşa ilә tanış olduqda vә xüsusәn dә 1823-cü ildә Qarabağda kameral sayım
aparıb ermәni әhalisinin sayını müәyyәnlәşdirdikdә yәqinlik hasil etdilәr ki, ermәni
xadimlәrinin hay-küy salıb şişirtdiklәri beş Qarabağ ermәni mәlikliyindә cәmi 4366
ermәni ailәsi yaşayır vә belә bir zәmindә yaradılan “xristian dövlәti”,
heç mәsәlәnin
prinsipial aspektlәri nәzәrә alınmasa belә, yalnız cırtdan, cumbulu vә demәli gülünc
dövlәt ola bilәr.
1840-cı ildә Rusiya Zaqafqaziyada mәrkәz Tiflis olmaqla Gürcüstan-İmeretiya
quberniyası vә mәrkәz Şamaxı olmaqla Xәzәr vilayәti tәşkil etdi. Keçmiş Naxçıvan vә
İrәvan xanlıqlarının әrazilәri deyilәn quberniyaya, Qarabağ isә Xәzәr vilayәtinin tәrkibinә
verildi. Sonra Qarabağ Şamaxı quberniyasının, az sonra Bakı quberniyasının, 1867-ci
ildәn 1919-cu ilә qәdәr isә Gәncә quberniyasının tәrkibindә olmuşdur.
Belәliklә, Dağlıq Qarabağın әsrlәr boyu Azәrbaycan tәrkibindә olması danılmaz
faktdır.