Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə39/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   35   36   37   38   39   40   41   42   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
215 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
anlayışlara doğru qaçır", həm də "subyektiv əsaslarsız 
ötüşə bilmir", tənqid, eyni zamanda, "bədii yaradıcılıqla 
elmi analiz arasında rəqs eləyir" ...Tənqidi "bədii 
yaradıcılıq, elm və publisistikanın sintezi" sayan Litva 
tənqidçisinin bu son nəticələri tamamilə əsassızdır. Yaşar 
Qarayevin məqaləsindən götürdüyümüz parçada və 
saysız-hesabsız dəyərli tənqidi əsərlərdə biz belə bir 
ziddiyyətlə, bədii yaradıcılıqla elmi analiz arasındakı 
tərəddüdlə, "rəqslə", görəsən, niyə rastlaşmırıq?!. Uzun 
illər ədəbiyyat haqqındakı elmlərin metodologiya 
problemləri ilə məşğul olan A.S.Buşmin təhlil prosesində 
bədiiliyin və elmiliyin süni sinte-zinin qeyri-
mümkünlüyünü, səmərəsizliyini, həm də qondarma 
olduğunu sübut etmişdir: "Bədii obrazı məntiqi anlayışlara 
calamaq olmaz, onu ancaq məntiqi anlayışların dilinə 
köçürmək olar. Elmi formada incəsənətin dərk edilməsi 
haqqındakı məsələni, bədii obrazların məntiqi anlayışlarla 
birləş-dirilməsi haqqındakı məsələ ilə eyniləşdirmək lazım 
deyil..." 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
216 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
      ...Yox, tənqidin özünəməxsusluğu heç bir sintez və 
diffuziyada, təsadüfi məqamlarda, hansısa bir canr 
paradoksunda deyil, onun öz daxili-idraki strukturunda, 
sabit, uzunömürlü və eyni zamanda, daim inkişaf edən 
dialektik qanunauyğunluqlar sistemindədir. 
 
      Tənqidin çox mürəkkəb psixologiyası vardır. Burada 
təfəkkür fəaliyyəti ən özünəxas qaydada "işləyir". İbtidai, 
bəsit mühakimə xarakterli tənqidi təfəkkür insan şüurunun 
inkişafı prosesində formalaşaraq, fərdi-ləşərək, heç nəyə 
bənzəməyən, özünəməxsus mükəmməl, "tənqid orqanına" 
çevrilmişdir. Bu fəaliyyət növündə obyektivliklə 
subyektivliyin, hissi və rasional amillərin çox oricinal 
təzahür xüsusiyyətləri vardır. Adətən, idrak fəaliyyətində 
hissi-emosional amilin subyektiv mənbə ilə, rasional 
amilin isə obyektiv mənbə ilə bağlı olduğunu güman 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
217 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
edirlər. Ən ümumi nöqteyi-nəzərdən varlığın obrazlı 
dərkində (incəsənətdə) ilkin idraki fəaliyyətin (hissi-
emosional amil - subyektiv mənbə), elmi dərkində isə 
daha çox ikinci fəaliy-yət tipinin (rasional idrak - obyektiv 
mənbə) müəyyənedici olduğu şübhəsiz-dir. Bax, elə 
burada tənqidin elmdən və incəsənətdən fərqli cəhətləri 
meydana çıxır. Çünki tənqiddə biz həmin idraki fəaliyyət 
prosesinin başqa təzahürünü - yəni hissi-emosional 
aspektin obyektivliklə, rasional aspektin isə subyektivliklə 
qırılmaz bağlılığını müşahidə edirik. Bu paradoksdurmu? 
Xeyr. Tənqidin təfəkkür texnologiyası məhz belə 
qurulmuşdur; onda hissiyyatın obyektivliyi, rasional 
dəyərləndirmənin isə subyektivliyi xassəsi vardır; tənqidi 
təhlil prosesində rasional qiymətlər, meyarlar fərdiləşir, 
özünəoxşar olur, subyektiv məzmun və forma kəsb edir, 
bununla da, tənqidi ideya özünəməxsusluğu yaranır, 
ümumi nəzəri model özününküləşir, ona fərdiyyətin 
möhürü vurulur; subyektiv duyum və hissiyyat isə məhz 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
218 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
incəsənətdə olduğu kimi obrazlı inikas formasında deyil, 
hissi-obyektiv, emosional dərketmə şəklində reallaşır. 
 
      Tənqidin spesifik idrak hadisəsi olmasının ən həlledici 
şərti isə, yəqin ki, onun öz metodoloci sistemini yarada 
bilməsidir. Tənqidin öz metodoloci sistemini yaratması 
zəruri təbii-tarixi qanunauyğunluqdur ki, fikrimizcə, bu 
proses hələ tam başa çatmamış və o tam 
mükəmməlləşməmişdir. Bu sistem indi fəal formalaşma 
prosesi keçirir. 
 
      Tənqidi metodun xarakterini müəyyənləşdirməyə 
çalışarkən, özü-müzü dağa-daşa salmağa, hansı bir 
sahəninsə metod sistemini tənqidə tətbiq etməyə ehtiyac 
yoxdur. Çünki tənqidin metodoloci əsasını elə ən ümumi 
halda estetikanın nəzəri bünövrəsinə, onun qanun və 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
219 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
prinsiplərinə söykənən tənqidi metod - tənqidi düşüncə 
texnologiyası təşkil edir.  
 
      Tənqidi metodun xarakterinin üç əsas 
müəyyənləşdiricisi vardır: dövrün və tənqidçinin fəlsəfi-
ideoloci mövqeyi (bəzən bunlar ziddiyyətdə də ola 
bilirlər...); bəşər mədəniyyəti tarixinin əsrlərcə hazırlayıb 
yaratdığı ümumestetik meyarlar və konkret bir dövrün 
bədii sistemi. Tənqid və onun metodu bu ümumi 
kontekstdə (tarixi və müasir mədəniyyət) öz mövqeyini 
qərarlaşdırır. Təsadüfi deyil ki, hər hansı bir konkret 
dövrün tənqid metodo-logiyasının öz ideoloci platforması, 
əsaslandığı fəlsəfi-estetik konsepsiyası olmuşdur. Bundan 
əlavə, müasir dövrümüzdə elmi metodologiyada baş ve-
rən yeniləşmənin tənqidin metoduna da bilavasitə dəxli 
vardır. "Ümumelmi, inteqrativ proseslərin" getdiyi bir 
şəraitdə, tənqid digər elmlərlə həmrəyliyini daha da 
möhkəmləndirir. V.S.Çernyak yazır: "Metodologiyaların 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə