Tofiq Xəzər



Yüklə 1,63 Mb.
Pdf görüntüsü
səhifə42/54
tarix17.11.2018
ölçüsü1,63 Mb.
#80775
1   ...   38   39   40   41   42   43   44   45   ...   54

www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
232 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
sərgüzəştlər romanistikasını, qotik romanlarını, 
tənqidçilərin nifrət etdiyi, lakin əsatirlər yarada biləcək və 
bir neçə nəslin xəyallarını əyləndirən bir çox əsərləri 
tərifləyir. Fidler, həm mətbəxtə, həm qonaq, həm də uşaq 
otaqlarında eyni maraqla oxunan ―Tom dayının daxması‖ 
ilə müqayisə edilə biləcək bir ədəbi əsərin yaranacağını 
guman edir. O, Şekspiri ―əyləndirməyi bacaranlar‖ 
siyahısına daxil edir və ―Küləklə aparılanlar‖la bir 
cərgəyə qoyur. Fidleri çox nəcib tənqidçi tanıyanlara, 
bilənlərə bu fikir inandırıcı görünmür. Sadəcə o, 
incəsənəti əyləncədən ayıran divarı uçurmaq istəyir. O, 
instinktiv olaraq duyur ki, geniş kütləyə çatmaq və onun 
röyalarını ələ almaq heç də insanları yatızdırmaq deyil 
fikrinə gəlib çatmağımıza bütöv bir imkan yaradır. Bəlkə 
də əksinə: röyaları ələ almaq — müəmma, sirr 
yollamaqdır.  
 
1.Lalmanacc Bompiani, 1972. Ritorno dellintreccio. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
233 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
2.Ponson dü Terrayl P.-A. (1829-1871) —―Rokambolun 
sərgüzəştləri‖ və s. roman-felyetonların popular müəllifi. 
3.Syü E. (1804-1857) - fransız yazarı, ―Paris sirləri‖, 
―Əbədi yəhudi‖, ―Yeddi bağışlanmaz günah‖ və s. çox 
maraqlı romanların müəllifi. 
4.Nişçe F. (1844-1900) - alman filosofu, ―Həyat 
fəlsəfəsi‖nin banislərindən biri, ―Vaxtsız düşüncələr‖ 
kitabının müəllifi. 
5.Berrouz U. (1914) hər hansı bir təhkiyə, hekayə və s. 
quruluşunun dağıdılmasına can atan Amerikalı yazar-
superavanqardist. 
6.Keyc C.(1912). Postmodernist musiqiçi, alim.  
7.Liala, XX əsrin 30-40-cı illərində tanınmış İtalyan 
yazarı Liana Neqrettinin ləqəbidir. 
8.Qris X. (Qonsales X.V.) (1887-1927) – İspaniyalı kubist 
rəssam. 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
234 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
9.Brak C. (1882-1963) - Fransalı kubist rəssam. 
10.Ernst M. (1892-1976)-Almaniya rəssamı, dadaistlər 
dəstəsinin yaradıcılarından biri. 
11.Barth C. The Literature of Exhaustion.-Athlantic 
Monthly, aug. 1967, p. 29-34. 
12.Miçener C. (1907) - tarixi  populyarlaşdıran romanların 
müəllifi, Amerika yazarı 
13.Uolles İ. (1916) - Amerika kütlə mədəniyyətinin 
klassiki, Hollivud həyatı haqda saysız romanların müəllifi. 
14.Fidler L. (1917) - ―Ədəbiyyat nə idi‖ essesinin 
müəllifi, freydist yönlü tanınmış Amerika yazarı və 
ədəbiyyatşünası. 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
235 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
Qaynaq: 
http://xariciedebiyyat.azeriblog.com/2009/03/12/umberto-
eko-postmodernizm-istehza-eylencevilik 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
236 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
237 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
 
 
 
 
Vaqif Yusifli 
 
"Xaqani Hassın şeirləri" 
 
 
 
 
Xaqani Hassın şeirlərini çoxdan oxuyuram. İlk dəfə 
«Sənət qəzeti»ndə bu şeirlərin poetik ovqatına köklənmək 
istədim. İndi eşidirəm ki, kitabı da çıxıb. Amma mən o 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
238 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
kitabla tanış deyiləm. Bu qeydlərim isə öncə oxuduğum 
şeirləri barədədir. Amma şairin ŞAİRLİYİNİ təsdiq edə 
biləcək bircə şeiri də kifayət edər. 
 
Xaqani mənim bölgümə görə «ikiminincilər»dəndir. 
Sonuncu poetik nəslin yaradıcılığına diqqət yetirəndə heç 
şübhəsiz, həyatımızdan, ömrümüzdən keçən illərin əks-
sədası ilə də qarşılaşırıq. Onların şeirlərində həyatda
gerçəklikdə baş verən ictimai-siyasi hadisələr, olaylar bu 
və ya digər dərəcədə öz əksini tapır. Lakin bunu onların 
yaradıcılığı üçün stimul saymaq olarmı? Sovet 
poeziyasının acı təcrübəsindən də məlumdur ki, 
cəmiyyətdə baş verən hadisələr axın-axın şeir 
məmulatlarının, əksəriyyəti yazıldığı illərin zaman 
sərhəddini aşa bilməyən minlərlə nəzm nümunələri kimi 
çox keçmədən yaddaşlardan silindi. O dövrün 
poeziyasında gözəl şeirlərin, poetik nümunələrin 
yarandığını və o əsərlərin indinin özündə də bədii 


www.kitabxana.net
 – Milli Virtual-Elektron Kitabxana 
2017 
 
239 
E-antologiya: 
çağdaş ədəbi-filoloji düşüncə
 
 
təravətini itirmədiyini də inkar eləmək olmaz, ancaq bir 
həqiqət indi gün kimi aydındır ki, şairlərimiz Sözə, bədii 
dilin yaradıcı qüdrətinə deyil, daha çox və daha artıq 
Məzmuna, nəyi demək məsələsinə diqqət yetirilirdi. Necə 
yazmaq, Sözün potensial imkanlarını aşkara çıxarmaq 
məsələsi bir qədər arxa plana keçirilmişdi. 
 
Mən sonuncu poetik nəslin yaradıcılığında Sözə 
münasibətin yeni çalarlarını hiss edirəm. Bu fikri 
söyləyərkən heç də iddia etmirəm ki, onlar sözün poetik 
ifadəsində tam bir inqilab yaradırlar. Amma hər halda hiss 
olunur ki, sözlə yaxşı mənada «oyun» oynamaq, fikri, 
deyəcəyin mətləbi bu «oyun»un çərçivəsinə sığışdıra 
bilmək maraqlı alınır. Burada Söz fikirlə eyni dərəcədə 
qaynayıb-qovuşur, nəticədə ŞEİR YARANIR.Bax belə: 
 
sözləri gecəyə 


Yüklə 1,63 Mb.

Dostları ilə paylaş:
1   ...   38   39   40   41   42   43   44   45   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə