www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
240
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
musiqisi payıza məxsus
bir qadın eşidilir qatarın kupesində
mandolinada ifa olunur qadın
heyif ki
mandolina çalmağı bacarmıram
Bu balaca şeirin müəllifi Xaqani Hassdır. Bu yaxınlarda
«Yazar» qəzetində Zahir Əzəmətin Xaqani Hassın
«Böyüməyə Prolegomena» şeirlər kitabı haqqında
qeydlərini oxudum. Həmin yazıda Z.Əzəmət Xaqanidən
belə bir sitat gətirir: «Şeir mənimçün dildir; o,
duyumların, anlamların plüralizmindən yaranır, dilin
çoxmənalılığından doğur, meydana gəlir. Mənim üçün
«şeir nədir» sualı «dil nədir» sualına bərabərdir». Bu fikri
Xaqani Hassın şeirlərində onun bir şair kimi başlıca
missiyası kimi duydum.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
241
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Yuxarıda misal gətirdiyim şeirdə də Xaqani həm «şeir
nədir», həm də «dil nədir» suallarına cavab verir. Şeir
dildə ifadə olunan fikirdir, hissdir, duyğudur, dil isə şeirdə
ifadə olunmuş və özünü tapmış sözlərin, ifadələrin parlaq
kommunikasiyasıdır. Xaqani Hassın başqa bir şeiri:
yatmısan, yuxu görürsən
yuxunda göy üzü var
əllərin göy üzünə gəzməyə gedib
səni oyandırmağa qıymıram
oyansan əllərin yox olar
mənimsə misram qalmadı
içinə sığmağa
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
242
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
üstəlik göy üzünün yuxusuyam
oyansa yox olaram
Bu şeiri izah eləməyə, onun «mənasını açmağa» heç bir
ehtiyac duymuram. Əsl şeir özü-özünü izah edir və
ümumiyyətlə, hər hansı şeiri yozmağa nə ehtiyac? Əgər
söhbət lap Füzuli qəzəllərindən getsə belə… Mən müasir
oxucunu şeir «müşgüllərini» ram edə bilən bir şəxs hesab
edirəm.
Xaqani Hassın şeirlərinin başlıca məziyyəti təkcə sözə
münasibətinin dəqiqliyi və sözlə rəftarının incəliyində
deyil, həm də yeni bədii təsvir vasitələrinə üz tutmasıdır.
Bir misal gətirim: İçərişəhər haqqında çox şeirlər yazılıb.
Bu şeirlərdə İçərişəhər nələrlə təşbeh edilib?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
243
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Fikrət Qocada:
Qobustan qayaları kimi binalar
çiyin-çiyinə yatır İçərişəhərdə…
Şəhər saldıq küləkdöyəndə,
küləklər az qala Bakını alıb atacaqdı belədən-belə.
Qız qalasıyla şəhəri mıxladıq sahilə.
İsa İsmayılzadədə:
İçəri şəhər, İçəri şəhər!
Ulu nağıl, daş krosvord.
Bakıda bir boxça var, adı –İçəri şəhər.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
244
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
İçində iç-içə açılan dalanlar,
göz-gözə dayanan döngələr.
Ələkbər Salahzadədə:
İçəri şəhərli şeirsən Bakı.
Çingiz Əlioğluda:
Balıqçı toru kimi nazik küçələrdən toxunub bu şəhər.
Misalların sayını artıra da bilərik. Xaqani Hassın
təfsirində isə:
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
245
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Qabaqcadan
qapını döyürəm keçmişin açır
nə vaxtdır evdə yoxsan
küçələrin qocalar evinə getmisən-
İçərişəhərə.
«Küçələrin qocalar evi» – zənnimcə, İçərişəhəri belə
səciyyələndirmək orijinal bir təşbehin yaranmasına səbəb
olub. Şeirdə bir insan taleyinin təkliyə, tənhalığa
sürüklənməyi və ümumiyyətlə, bu boyda dünyada və bu
boyda şəhərdə kimsəsiz qalması bədii düşüncənin
predmetinə çevrilir.
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
246
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
hansı avtobusa minsəm
son dayanacağı dünya olacaq.
qapını döyürəm keçmişin açır…
getməyə yeri olmayanda adamın
ölməyə də yeri olmur.
Xaqani Hassın şeirlərində XXI əsrin mürəkkəb, təzadlı,
dünəni bugünündən, bugünü dünənindən boz, bəzən ilıq,
bəzən dumanlı, bəzən tamam mənasız, bəzən də doğrumu-
yalançımı bir ümidə boylanan anlarının hirsini, qəzəbini,
acığını hiss edirəm. Zaman onun içinə, hissinə,
duyğularına təsirsiz qalmır və onun içindəki Zaman da o
Zamanla barışmır. İçindəki Zamandan boylanan Xaqani
Hass siqaret söndürülən nəlbəkidə dünyanın dünənki və
bugünkü «mənzərəsini» rəsm edir. O, beləcə istənilən bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
247
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
əşyanı qarşısına qoyub bu əşyadan beləcə dünyanı,
keçmişi seyr edə bilər, bugünün mənzərəsini yarada bilər.
Mən hər hansı bir şairin (xüsusilə cavan şairlərin) adı
qarşısında bir «izm» qoymağı sevmirəm. Amma Xaqani
Hassın adının qarşısında məmnuniyyətlə bir «sürrealist»
kəlməsini işlədərdim. Bizdə sürrealizmə meyil və ondan
təsirlənən şairlər az deyil. Adil Mirseyidin, Rasim
Qaracanın bir çox şeirlərində bunun şahidi olmuşam.
Rasimin «Qırılmış düymələrin vətəni», «Ağ köynəkli» və
Adilin çox şeirində bir-birindən təcrid olunmuş təsadüfi
ünsürlər arasındakı «əlaqə» məhz sürrealizmdən gəlir.
Xaqaninin şeirlərinin əksəriyyəti məhz sürrealist pozada
yazılıb. Ancaq mənim fikrimcə, Xaqaninin şeirlərinə
termin və nəzəriyyələrlə yanaşmaq və nəyisə «kəşf»
etmək nə səmərə verəcək? Elə bilirəm, Xaqani Hass -heç
üzünü görmədiyim bu cavan şair təmiz Azərbaycan şeiri
Dostları ilə paylaş: |