www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
220
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
müxtəlif növlərinin qarşılıqlı əlaqələnmə hərəkəti - təkcə
dialektikanın prinsip və qanunlarının spesifikləşməsi
prosesi deyil, o, eyni zamanda, ümumelmi metodologiya
anlayışlarının universallaşması prosesidir". Belə bir proses
həm tənqidin universallaşmış ümumelmi metodlardan da
istifadə etməsinə imkan verir, həm də onun öz metodoloci
sistemini daha fundamental şəkildə təşəkkül etdirməsinə
kömək eləyir. Belə bir istiqamətdə tənqidin özündə də
metodoloci monizm həyatiləşir - tənqidi metod əhatəli
xarakter kəsb edə bilir və bütöv bədii sistemə vahid
tənqidi münasibət göstərməyə, incəsənətin daxili inkişaf
xüsusiyyətlərini - onun qabaqcıl və mühafizəkar
cəhətlərini, ideoloci-estetik rolunu, bədii prosesi və
ümumiyyətlə, incəsənətin morfoloci dina-mizmini, bu
günün sənət axtarışlarını tənqidi aspektdə öyrənməyə
qadir olur. Bax, bu mənada tənqidi nə məhz nəzəriyyədən
yaranan fikir, nə də məhz nəzəriyyənin yaradılmasına
qədərki fikir hesab etmək olar. Tənqid klassikası həm
kamil estetik nəzəriyyəni yaradan, həm də belə bir
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
221
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
bünövrə üzərində təşəkkül tapıb daha da inkişaf edən,
qüdrətlənən tənqiddir...
Qaynaq:
http://xariciedebiyyat.azeriblog.com/2007/09/25/rahid-
ulusel-edebi-kulturoloji-material
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
222
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
223
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Umberto Eko
"Postmodernizm, istehza, əyləncəvilik."
Çevirən: İlahə Ucaruh (müəllif redaktəsi ilə)
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
224
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
1965-ci ildən bu günə qədər iki fikir, ideya aydınlaşır.
Onlardan biri budur ki, süjet , digər süjetləri sitat gətirmək
adıyla təzədən dirilə bilər, ikincisi isə -- bu sitat gətirmədə
konformizm (uyğunlaşma qabiliyyəti- İ.U.) sitat gətirilən,
süjetlərdən daha az olacağı fikridir.
1972-ci ildə ―Bompyaninin illik salnaməsi‖ndən (1) biri
―Süjetin revanşı‖ adlandırılmışdır. Bu revanşın əksər
hissəsi Ponson dü Terraylın (2) və Ejen Syunun (3) və
eləcə də A.Dyumanın ən yaxşı səhifələrinə (minimal
istehza ilə) ironik, eyni zamanda da heyrətləndirici,
yenidən dərkinə həsr edilmişdir.
Həm non-konformist, həm də kifayət qədər problemli və
heç bir şeyə baxmayaraq maraqlı, əyləncəli bir romanı
özümüz üçün təsəvvür etmək mümkündürmü?
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
225
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
Bu mürəkkəb qatqını (qarışığı və nəinki süjeti, həm də
əyləncəliyi təzədən kəşf etmək vəzifəsi, postmodernizmin
Amerikalı nəzəriyyəçilərinin qarşısında durmaqdadır.
Təəsüflər olsun ki, ―postmodernizm‖ hər cür vəziyyətə
yararlı olan bir termindir. Mənə elə gəlir ki, indiki
zamanda hansısa bir şeyi tərifləmək istəyəndə bu sözə
müraciət olunur. Bir də ki, bunu qətiyyətlə uzaq keçmişə,
qədim zamanlara itələyirlər. İlk əvvəl bu termin yalnız
XX əsrin ikin yarısının yazarları və rəssamlarına tətbiq
edilirdi; sonra yavaş-yavaş XX əsrin əvvələrinə də keçdi;
sonra daha da dərinə getdi; dayanacaq nöqtə görünmür, və
tezliklə postmodernizm kateqoriyası Homeri də öz
daxilinə alacaq.
Bunu deməliyəm ki, şəxsən özüm bu fikirdəyəm ki,
postmodernizm təsbit edilmiş xronoloji hadisə yox, bir
ruhani haldır, təsviri iradəylə bir yanaşmadır. Bu mənada
hər bir dövrün öz xüsusi manyerizmi olduğu kimi, hər
dövrün xüsusi postmodernizmi də var. Postmodernizm,
www.kitabxana.net
– Milli Virtual-Elektron Kitabxana
2017
226
E-antologiya:
çağdaş ədəbi-filoloji düşüncə
sadəcə metatarixi kateqoriya kimi manyerizmin yeni adı
olub-olmamasını özüm də hələ həll etməmişəm. Ola bilsin
ki, F.Niçşenin (4) ―Vaxtsız düşüncələr‖ində ətraflı təsvir
etdiyi böhranın astanasına hər dövr öz zamanında
yaxınlaşır.
Keçmiş basır, sıxır, şantajlayır. Tarixi avanqard (indi
avanqardı bir tarixi kateqoriya kimi də götürürəm)
keçmişdən yaxa qurtarmaq istəyir. Futuristlərin ―Rədd
olsun ay işığı!‖ şüarı hər bir avanqardın tipik proqramıdır:
― ay işığı‖nı digər uyğun ismlə əvəz etmək lazımdır.
Avanqard keçmişi dağıdır, deformasiya edir. Pablo
Pikassonun ―Avinyon xanımları‖ (1907) avanqarda xas
olan tipik hərəkətdir. Avanqard dayanmır: obrazı dağıdır,
ləğv edir, abstraksiyaya, eybəcərliyə, təmiz kətana,
kətanda yırtığa, yandırılmış kətana çatır; memarlıqda
minimalizm tələbələri bağça hasarına, qutu evə,
parallelepipedə dətirib gətirib çıxardır; ədəbiyyatda -
diskursun son həddə qədər dağıdılmasına - Berrouzun
Dostları ilə paylaş: |