Başqa bir rəvayətdə Süleyman peyğəmbərlə bir
qaranquşdan bəhs edilir. Süleyman peyğəmbər qaranquşun
xahişi ilə yavaş əsən rüzgarla gəzir ki, quşun yuvası
dağılmasın. Minnətdarlıq əlaməti olaraq qaranquş dimdiyində
su g
ətirib Süleymanın üstünə çiləyir və bir çəyirtkə budu verir.
Guya el
ə buna görə də insanlar Novruzda bir-birinin üstünə su
çil
əyir, hədiyyə verirlər [71, s.136].
İranlılara görə, Zərdüşt bu gün doğulub. Həbib İdrisi
yaz
ır ki, “iranlılar bu bölgəyə gəldikdən sonra buradakı hakim
m
ədəniyyətlərin təsiri altına girmişlər. Ən çox şumer
m
ədəniyyətindən təsirlənən iranlılar, özəlliklə Sasani
dön
əmində Turanzəmin deyilən ölkə ilə qonşu olmuş və
turanlılardan bəzi örf və adətlər almışlar [71, s.137].
Ən əski Çin qaynaqlarından olan Du-yuonun VIII əsrdə,
y
əni Tong sülaləsi dövründə (618-907) yazılmış “Tongdian”
adlı əsərində perslərin ilbaşı bayramını martda deyil, iyunda
qeyd etdikl
əri görünür [91, s.156]. Bizcə, bunun da əsas səbəbi
yay gündönümü il
ə bağlıdır. Xatırladaq ki, Altay, xakas və bəzi
dig
ər türk boyları da yay gündönümünü təmtəraqla keçirirlər...
Özl
ərinə “ari” deyən irandillilərin də hazırda yaşadıqları bu
ərazilərə gəlmə olduqları tarixdən məlumdur...
Prof. Abdulk
ərim Rəhman Novruz bayramının yunan
m
ənşəli olduğunu irəli sürür, içki və əyləncə allahı olan
Dionisin şərəfinə keçirildiyini vurğulayır [91, s.156].
Novruz gününün türkl
ərin Ergenekondan çıxış günü
kimi yarandığını söyləyənlər də az deyil...
Əvvəllər Novruzun keçirilmə tarixi Balıq bürcünün
ortasına düşürdü. Novruz günləri ölkə daxilindəki islahatlar,
vergi m
əsələsinin sistemləşdirilməsi baxımından da əlverişli
idi. Bel
ə ki, əhalidən vergi toplama zamanı baş verən
195
qarışıqlığı aradan qaldırmaq məqsədilə Səlcuqlu vəziri
Nizamü`l-
Mülk astronomlara hazırlatdığı və Sultan Məlik şaha
ithaf etdiyi T
əqvim-i Cəlali deyilən Günəş təqvimində əvvəlcə
İl Başını 15 marta salsa da, sonra 21 martı ilin birinci günü
kimi t
əqdim etmiş, eyni zamanda da vergilərin birinci
hiss
əsinin Novruzda toplanması məsələsini ortaya qoymuşdur.
Bel
əliklə, Novruz günü Qoç bürcünün başlanğıcına düşmüşdür.
Novruzun vaxtı dəyişmədiyinə görə (hər il bir neçə saat fərqi
n
əzərə almasaq), hesablamalarda yanlışlığa yol verilmirdi.
C
əlali təqvimi Məlikşahın ölümündən sonra ortadan qaldırılsa
da, Osmanlı Dövlətində istifadə olunan Rumi (Mali) təqvim və
bu gün İranda, Əfqanıstanda istifadə olunan Şəmsi təqvimi də
Sultan M
əlik Şahın Cəlali təqvimindən qaynaqlanır [73, s.25].
Onu da qeyd ed
ək ki, XV əsrdə qurulan Ağqoyunlu və
Qaraqoyunlu dövl
ətlərində də Novruz yeni il bayramı kimi
keçirilirdi. Uzun H
əsən də vergiləri məhz 21 mart tarixindən
topladardı [49, s.215].
Ən doğrusu isə Novruz gecə ilə gündüzün bərabərləşdiyi,
Gün
əşin Balıq bürcünə girdiyi, qışın ömrünü başa vurub yazın
öztaxtına əyləşdiyi, təbiətin uzun qışdan sonra cana gəldiyi
gündür. Bizc
ə, elə Axır çərşənbə o başdan insanların su üstünə
getm
əsi, yuyunması, bir-binə su çiləməsi də ölmüş təbiətə
dirilik suyu t
əsiri göstərə biləcək bu suyun məhz diriltmə
gücün
ə inamdan doğur...
Əvvəllər insanların doğum tarixləri dəqiq deyildi. “Dolu
yağan ildə, tufan qopan ildə, filankəsin evi yanan ildə,
filank
əsin toyu olan ildə doğulmuşam” deyənlər vardı. Yalnız
Novruzda hamının yaşının üstünə bir yaş da əlavə olunurdu.
Yaş soruşulanda, “filankəsdən bir Bayram, beş Bayram
böyüy
əm, ya kiçiyəm” deyə müəyyənləşdirərdilər. Qeyd edək
196
ki, tıva türkləri də uzun müddət məhz Şaqaa günü, yəni yeni il,
bahar bayramı günü bir yaş böyüdüklərinə inanıblar.
Uyğurlarda Novruz adətləri arasında “Tokuz kılık” və ya
“Tokuz oğul” deyilən adət var. Bir-birinə qonaq getmə,
küsülül
ərin, qanlıların barışması, yaşlıların, qəbirlərin ziyarəti
v
ə digər bu kimi adətlərlə yanaşı maraqlı daha bir adətə görə,
Novruz günü qonaqlara süfr
ə açılır. Hamı yeyib içdikdən sonra
bir-birini t
əbrik edərək deyirlər: “Yeni yaşın mübarək olsun!”
[91, s.162]. Dem
əli, qədim uyğurlarda da yeni gündə hər kəsin
yaşının üstünə daha bir yaş gəlirmiş. Bahaəddin Ögəlin Çin
qaynaqlarına əsasən yazdığına görə, “...türklər yaşlarını
gördükl
əri bahar sayına görə hesablayardılar (“filankəsdən bir
Bayram, on bayram böyük ya kiçik – G.Y). Türkl
ər yaşlarını
gördükl
əri yaşıla bərabər söyləyirdilər. İyirmi yaşında
olduğunu söyləmək üçün “iyirmi yaşıl gördüm”
deyirdil
ər“Yaş” və “yaşıl” bizə bundan qalmış ola bilər” [49, s.
266].
Bu da Bahar bayramının tək əkinçiliklə deyil, eyni
zamanda heyvandarlıqla, ümumilikdə yaşıllıqla bağlı bayram
olduğunu göstərir. Tatarlar isə gənclərə “yaş” deyirlər. Bizdə
d
ə “yaş budaq” canı sulu, təzə, şöy, cavan budaq anlamına
g
əlir...
Biz buraya “yaşıd”, “yaşlı” sözlərini də əlavə edərək
dem
ək istərdik ki, bu qədim ənənənin izləri hələ də bir çox türk
boyunda qalır. Yaşıllığın təmtəraqla qeyd edildiyi Bayram
günl
əri də hər kəsin yaşının üstünə bir il əlavə olunduğundan
insanların yaşları gördükləri yaşıllıq bayramının sayı ilə
hesablanırdı: üç bayram, beş bayram, on bayram... Bu da
əvvəllər Azərbaycanın əksər bölgələrində Bayram sözünün
Novruzun qarşılığı kimi işlədildiyini bir daha sübut edir...
197
Dostları ilə paylaş: |