Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə54/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   50   51   52   53   54   55   56   57   ...   105

keçirdikl
ərini, bu gecə  mömünlərin  Xıdır  babanı  ağ  saqqallı 
qoca  şəklində  görə  biləcəklərini, bu zaman onu görən  şəxs 
Xıdır  vasitəsilə  Allahdan istədiyini diləsə, diləyi yerinə 
yet
əcəyini yazır. Bağında barı çox olan adam haqqında deyirlər 
ki, onun bağına Xıdır nəzər salıb, əsası ilə toxunub [141, s.94]. 
H
əsənqulu rayonunun cəfərbəyli  yomutlarına  görə, Qədir 
gec
əsi  Xıdır  ev  heyvanlarının  (qoyun,  dəvə, keçi…) cildində 
g
əlir. Təsadüfən onun xətrinə  dəyməmək üçün türkmənlər 
h
əmin gecə  qarşılarına  çıxan  heyvanlarla  salamlaşırlar: 
“Assalom-
aleykum, Xıdır ata” [141, s.107]. 
Bildiyimiz kimi, “min aydan daha xeyirli”  olan Q
ədir 
gec
əsi Hz.Muhammədə  “Quran-i Kərim”  nazil  edilmişdir. 
H
əmin gecə  mələklərlə  ruh (Cəbrayıl)  yerə  enir, mömünlərin 
dil
əklərini qəbul edir.Həştərxan türkmənlərinin qədir gecəsi 
Xıdır  babanı  görmək ümidləri, diləkləri  əski  inancın  İslam 
dinin
ə qarışmasından, bu şəkildə yaşamasından xəbər verir.   
Tarixi m
əxəzlərə görə, Xıdır Nəbi tanınmış tarixi şəxsdir. 
Lakin  Xızır  peyğəmbərin  adının  “Quran-i Kərim”də 
ç
əkilməsinə  baxmayaraq  Xıdır  Nəbi,  Xızır  Nəbi, Xederlez 
bayramının  İslam  dini  ilə  heç bir əlaqəsi yoxdur. Qeyd 
etdiyimiz kimi, 
Bakıdan Dəvəçiyə gedən yolun solunda “Xızır 
Zind
ə dağ” var: 
 
Bir dahi velik Hızır-ı Zinde 
Yörür İlyas ile yir yüzinde [92, s.231]. 
 
 
Xızırın  burada  qeyb  olduğu  söylənilir.  “Zində”  diri, 
yaşayan  anlamını  verir.  Təsadüfi  deyil  ki,  bu  dağa  da  Xızır 
Zind
ə, yəni Xızır yaşayan, Xızır qeyb olan dağ deyirlər. Ətraf 
k
əndlərin əhalisinin söylədiyi, Ə.Cəfərzadənin də qələmə aldığı 
188 
 


r
əvayətlərdən birinə  görə,  burada  Xızır,  İlyas,  Nəbi  adlı  üç 
q
ardaş  varmış.  Onlar  gözütox,  əlləri də  ürəkləri  kimi  açıq, 
hamıya yardım edən insanlar imiş. İmtahan üçün onlara dağın 
başına  xəlbirlə  su  daşıtdırırlar.  Bu  imtahandan  uğurla  çıxan 
qardaşlardan biri Xəzərin sularına qərq olur, o biri göyə çıxır, 
Xızır isə dağda qeybə çəkilir. Burada bir quyu da var. Quyunun 
suyunun  şəfalı  olduğuna  inanılır.  Diləklə  gələnlər buradan 
keçir, qurban k
əsir, nəzir-niyaz  paylayır,  övladı  olmayanlar 
niyy
ət edirlər. Xızırın bu dağda əbədiyyətə qovuşması, burada 
bel
ə  bir quyunun olması  Nizaminin  «İsgəndərnamə»sindəki 
dirilik suyu il
ə  bağlı  rəvayəti  xatırladır.  İsgəndər zülmətdəki 
dirilik suyunu axtarmağa gedir, bu səfərdə ona Xızır rəhbərlik 
edir.  O,  dirilik  bulağını  tapır,  doyunca  həm çimir, həm də 
yuyunur, içir, 
əbədiyyətə qovuşur [5, s.165]: 
 
Biri deryadadır, biri kuruda 
İrer her kişi bunlardan murada. 
 
Denizde Hızır olur, karada İlyas 
Bunlardır şimdi bilgin efdalün-nas… [92, s.231] 
 
Başqırdların «Ural Batır» dastanında da Ural Batır dirilik 
suyunu  tapır,  amma  içmir.  Onu  dağlara,  çöllərə  çiləyir. Ural 
dağından İdel (Volqa), Yaik (Uralçay), Nuquş, Xakmar çayları 
yaranır,  təbiətə  can  verir.  Burada  Ural  Batır  da  Xızır  kimi  su 
il
ə, həm də  dirilik suyu ilə  bağlıdır.  Unutmayaq  ki,  Ural  da 
dağa çevrilir. Bu gün Xızır Zində dağı olduğu kimi Ural dağı, 
Xızır  Zində  dağında  bulaq  olduğu  kimi,  Uraldan  da  təbiətə, 
canlılara can verən, yaşıllıq yaradan çaylar axır. Yazda Günəş 
havanı isidir, donmuş suları oyadır, su da torpağa can verir.     
189 
 


Qaqauz sürü sahibl
əri Xederlezdə  çobanlarla sözlü 
anlaşma bağlayırlar. Bu anlaşmaya əsasən, çoban Xederlezdən 
Kasımacan 
sürünü 
otaracaq, 
əvəzində 
sahibkardan 
razılaşdıqları  əmək  haqqını  alacaq.Bayram  günü  qadınlar, 
uşaqlar  əl-üzlərini,  ayaqlarını  səhərin  şehli  otları  ilə  yuyur, 
kişilər dənli bitkilər cücərmiş  tarlaları  gəzirlər. Həmin gün 
qurban k
əsilir, “cadı”dan qorunmaq məqsədilə “kurban”ın qanı 
il
ə uşaqların alnına, yanağına, qapıya xaç çəkirlər (xristianlığın 
t
əsiri). Bolqarlar bulqurlu kurban, pörtlədilmiş  kurban 
hazırlayırlar.  Kurban  doğranılmaz,  sümüklər kəsilməzdi ki, 
heyvanlar  şikəst olmasınlar.  Hamı  yellənçəkdə  yellənərdi  ki, 
yayda  işləri  yüngül  olsun.  İgidlər güləşərdi  ki,  yay  qışla 
savaşdan  qalib  çıxsın.  Fala  baxmalar,  uşaqları  çəkmək, 
boylarını ölçüb keçən illə müqayisə etmək, süd sağılan qablara, 
ağıllara  yaşıl  otlar  qoymaq  da  həmin  günün adətlərindəndir 
[155]. 
Araşdırmalar  göstərir ki, Kiçik Çillənin  çıxması  ilə 
keçiril
ən Xızır İlyas mərasimi, əsasən, heyvandarlıqla bağlıdır. 
Bunu türkm
ənlərdə  daha  aydın  görürük.  Cənub-şərqi 
türkm
ənlər iki Novruz keçirirlər. Onlardan biri “Çarva 
Nov
ruzı”  adlanır.  Türkmənlərin  “Çarva  Novruzı”  Kiçik Çillə 
bit
ən zaman Xıdır Nəbi bayramının keçirildiyi vaxta düşür. Bu 
s
əbəbdən də  onun Azərbaycandakı  Xıdır  Nəbi  bayramı 
olduğunu  düşünürük.  “Çarva  Novruzı”  heyvandarlıqla  bağlı 
olub  fevralın  22-də  keçirilir.  Təbii ki, həm  əkinçilik, həm də 
heyvandarlıqla  məşğul  olan  kənd  əhalisi bu mərasimdə 
Xızırdan bol məhsul istəyirlər…      
Kiçik Çill
ə  çıxanda,  Boz  atlı  Xıdırla  gələn Boz ayda 
c
əmlələr (cəmrələr)  başlayır,  Günəş  sıra  ilə  havaya, suya və 
torpağa düşür, yəni bir ünsür digər üç ünsürü cana gətirir. Boz 
190 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə