yerd
ə oturub qalxdıqdan sonra yer yamyaşıl olurmuş, “Səhih-i
Buxari”d
ə bildirilən bir hədisə görə Məhəmməd peyğəmbər
buyurur: “Ona
əl-Xadır deyilmişdir; çünki otsuz quru bir yerdə
oturduğunda, o yer birdən-birə yamyaşıl olur, otlar arxasınca
dalğalanırdı”. Musa peyğəmbərlə yoldaşlıq etdiyi, “Quran-i
K
ərim”in “Kəhf” surəsinin 60-cı, 80-ci ayələrində, eləcə də
h
ədislərdə verildiyi, ölümündən sonra ruhunun insan şəklində
q
əriblərə, yetimlərə, azanlara, çətinə düşənlərə görünüb yardım
etm
əsi söylənilir. A.Y.Ocaka görə, əl-Xadırın, əl-Xıdırın adı
türkl
ərdə Xızır, nadir hallarda Xıdır, iranlılarda isə Xezr
şəklində işlədilir [92, s.59-60]. Xristianlqdakı İlyanın (ərəbcə
“Belya” –
G.Y.) İlyas kimi tanınması da maraq doğurur.
Əlbəttə ki, əgər Xızırın Makedoniyalı İsgəndərlə, Musa
peyğəmbərlə… görüşləri ilə bağlı rəvayətlər varsa, deməli,
onun “Quran-i K
ərim”lə yayılması fikri aradan qalxır. Bununla
bel
ə “Quran-i Kərim” onun peyğəmbərliyini qəbul edir: “İlyas
da şübhə yox ki, göndərilmiş peyğəmbərlərdəndir…” (əs-Saffat
sur
əsi, 13-132 ayətlər) [92, s.73].
Xızırın əbədi yaşar olduğunu düşünənlərlə yanaşı, onun
öldüyünü düşünənlər də var. Suriyanın Hələb şəhərindəki
m
əşhur Hələb qalasında Xızırın qəbrinin olması (2008-ci ildə
H
ələbdə olarkən həmin qəbri də ziyarət etmişdik – G.Y.),
m
əzarla bağlı rəvayətlərin Həştərxan türkmənləri arasında da
yayılması dediklərimizə sübutdur. Lakin
onun əbədi yaşar
olması da bir çox yerlərdə məqamlarının yaranmasına, xalq
arasında çeşidli rəvayətlərin formalaşmasına səbəb olmuşdur.
A.Y.Ocak bel
ə məqamların sayının 366 olduğunu qeyd edir
[92
, s.241]. Seylon adasında (Xızır mağarası), İranda,
S
əmərqənddə, Bağdadda (Makamul Xadır), Musulda (Deyrul-
Xadır), Lübnanda (Həzrət-i Xızır Əleyhissəlamın məqamı),
184
Qüdsd
ə (Xızır qapısı), Misirdə (Babul-Xadır (Xıdır qapısı)),
Əlcəzairdə (Xızır məqamı), Fəsdə (Xızır məqamı, Xızriyyə
t
əriqəti), Bingöldə (Xızır gölü), İzmirdə (Xızır-İlyas boğazı),
Amasi
yada (Xızır-İlyas təkkəsi) [92, s.127-134], eləcə də
dünyanın bir çox digər
ölkələrində, şəhərlərində Xıdırla,
Xızırla, Xızır-İlyasla bağlı yerlərin olması bu kultun nə qədər
geniş yayıldığından xəbər verir [92, s.154].
Ümumi götür
əndə, müxtəlif xalqlarda dara düşən,
yardıma ehtiyacı olan insanlara müxtəlif adlarla qeybdən gələn,
tezc
ə də yoxa çıxan birisinin yardım etməsi barədə əhvalatlar,
r
əvayətlər kifayət qədərdir.
T
əbii ki, Xıdır Nəbidən də sonrakı ideologiyaların
təbliği
m
əqsədilə geniş istifadə olunmuşdur. Bir çox şairlər Hz.Əlini
Xızır İlyasla eyniləşdirirdilər:
Zülmet dünyasını nur edip gelen
Hızır-İlyas Şah-ı Merdan Alidir.
Garibin, mazlumun halini bilen
Hızır-İlyas Şah-ı Merdan Alidir
.
Şükrü Metin Baba [92, s.176-177]
Çok günah işledim senin katında
Eriş Şah-ı Merdan sen imdad eyle.
Kul daralmayınca Hızır yetişmez
Yetiş Hızır Nebi, sen imdad eyle.
Fakir Edna (XVII
əsr) [92, s.177]
185
Xızırla bağlı bir tapmaca da maraq doğurur:
Hızır çaldı kılıcı
Mağribe vardı bir ucu.
(Yıldırım) [92, s.210]
Biz burada
Xızırdan çox Hz. Əlinin obrazını, qılıncını
görürük.
Xızırın yardım etmə, dada yetmə kimi
özəlliklərinə bir
çox nağıllarımızda, dastanlarımızda da rast gəlirik. Məsələn,
“
Aşıq Qərib” dastanının 1892-ci, 1944-cü illərdə yazıya alınan
variantlarında Aşıq Qərib Xızırla üç dəfə rastlaşır: Ərzurum
yolunda, Ərzurumda, Qarsda. İki dəfə Xızırdan Tiflisə
getdiyini gizl
ədir, qorxur ki, yolun uzunluğunu bilən atlı ona
köm
ək etməz.
1937-
ci il yazısında Qərib Xıdırla bir dəfə rastlaşır,
Tiflis
ə getdiyini söyləyir, onun köməyilə vaxtında mənzil
başına çatır:
Haqq s
ənə göndərsin Xıdır İlyası,
Ağlar, sızlar gördüm nazlı Sənəmi.
Vardır sənə Şahsənəmin duası,
Ağlar, sızlar gördüm nazlı Sənəmi.
Buradan görünür ki, “haqq s
ənə göndərsin Xıdır İlyası”,
“haqq s
ənə yardım göndərsin” anlamına gəlir. İşi müşkülə
düşənlər Xızıra müraciət edirdilər:
186
Xızır gəlir ağ atlı,
Heyb
əsi bar-baratlı.
İşim müşkülə düşdü,
Dada yetiş, amandı.
Xızır gəlir dəryadan,
Tuluğu şirin nardan.
Çağırın Xızır Nəbi
Qurtarsın bizi dardan.
“Kitabi-D
ədə Qorqud”un “Dirsə xan oğlu Buğacın
boyunu b
əyan edər” boyunda yaralı Buğac anasına deyir:
“-
Ana, ağlamagil, mənə bu yaradan
ölüm yoxdur,
qorxmagil! Boz atlı Xızr mənə gəldi. Üç kərə yaramı sığadı. Bu
yaradan s
ənə ölüm yoxdu. Dağ çiçəyi, ana südü sənə
m
əlhəmdi, - dedi” [16, s.39].
H
əştərxan türkmənləri arasında da Xıdır babaya inam
var. H
ətta onun burada məzarının olduğuna da inanırlar.
Deyil
ənə görə, adamlar yılğın yığıb yandırarkən Xıdır baba
m
əzarından çıxıb bu təpədə dəfn olunduğunu söyləsə də, başı
işə qarışan adamlar ona fikir vermirlər. Bu zaman kəsilən
yılğınlardan qan axmağa başlayır. Xıdır baba onları
c
əzalandırdıqdan sonra məzarını götürüb başqa təpəyə gedir.
H
əmin təpədə heç kəsi dəfn etmək mümkün deyil. İnama görə,
Xıdır baba ölüləri məzardan çıxardıb atır. Bu da əhali arasında
qorxu yaradır [141, s.93]. Burada Xıdır tamamilə başqa
keyfiyy
ətlərilə üzə çıxır. Adətən, hər
kəsin ümid bəslədiyi
Xıdır
qisasçıya
çevrilərək
ətrafdakılarda
qorxu
yaradır…S.M.Demidov Ramazan ayının 27-də (oraza ayı)
H
əştərxan türkmənlərinin «Xadır gecəsi» (Qədir gecəsi)
187