evl
ərə gedirdilər.
Qeyd edək ki, Muğanlıda “toy” sözü “Kitabi-
D
ədə Qorqud”dakı anlamını qoruyub saxlayıb. Burada “dan
atma”
geniş yayılıb. Yəni
kimsə niyyət eləyib,
qohum-qonşu
qızlarını yığıb, gecəni çalğı çaldıracaq, qızlar da səhərə qədər
deyib-gül
əcəklər. Keçəpapaqlar qapılarda oynayanda,
onlara
yumurta, şirniyyat verirdilər.
Keç
əpapaqların hakimiyyəti günləri əsasən 22
mart olsa
da, ümumi razılığa əsasən bütün mart boyu yaş qruplarına
uyğun gəzib pay yığırlar. 22 martda kim pul vermirsə, onu
zorla meydanın ortasına gətirir, döyə-döyə oynamağa məcbur
edirl
ər. Oynadıqca, ətrafdakı keçəpapaqlar onu çubuqla
vururlar. B
əzən oynayanın dostları da keçəpapaqlara qoşulub
vururlar. Heç k
əs incimir. İnciyənləri el qınayır və belə adamlar
ya bayramda iştirak etmir, ya da kənarda durub baxırlar.
Keç
əpapaqlar topladıqları pulları dərhal taxtın aşağısında
əlində torba oturmuş xəzinədara verirlər. O da pulları bu
torpaya
yığır. Bayramdan
sonra həmin pullar kəndin
ehtiyaclarına sərf edilir...
Muğanlıdakı şahın yerini Şaitlidə dəhşətli ağzı və iri
buynuzları olan Kvidili tutur. Kvidili öz taxtına oturur və ötən
ild
ə günah işlədənlərin adlarını çəkdikcə, qurdlar onları tutub
qara, çaya basır, yaxşı ad çıxaranları iqlə mükafatlandırır.
Kvidilinin muzeyl
ərdə saxlanılan əski maskalarına baxanda
onun keçi olduğu üzə çıxır. Keçinin də Novruz bayramındakı
yeri m
əlumdur...
213
qar, un və s. hərəkətlər bu günümüzdə bizə nə qədər qəribə
gəlsə də, qədim dövrlərdə el-oba üçün böyük əhəmiyyət kəsb
edən mövsüm mərasimlərinin əks-sədası kimi müəyyən
əlavələrlə də olsa, yaşayır. Şaitli kəndində İslamın sünnü-sələfi
qolunun geniş yayılması İqbiyə də yasaq qoydu. Didoyların bir
çoxu bayramın bərpasını tələb edirlər. Din xalqın qadınlı, kişili,
uşaqlı, böyüklü birgə əyləncə və şadyanalıqla keçirilən
bayramlarına, el şənliklərinə, rəqs və mahnılarına qadağa
qoyur, insanları milli kökündən qopardır... Sərtçala Muğanlıda
qadınlar İslam dini qəbul olunandan sonra bayramda passiv
mövqe tutmalı olmuşlar. Kvidili, yəni keçi obrazı kimi qədim
mifik obraz da öz yerini şaha vermişdir.
Məhz buna görə də şah
sonda öldürülmür... Qışın öldürülmə səhnəsini biz bir çox
xalqlarda, o cümlədən də slavyanların Maslenitsa bayramında
görürük.
Maslenitsa
215
Sankt-Peterburqlu
etnoqraf
Yuri Karpova görə, didoylar
bu bayramı gürcülərdən götürüblər. Lakin Gürcüstanda
Muğanlı kəndində bu ayinin cüzi dəyişikliklərlə də olsa,
günümüzə gəlib çatması onun türklər arasında İslama qədərki
dövrdə geniş yayıldığından xəbər verir. Günümüzdə yaşaması
isə kənd əhalisinin qıpçaq olması və İslamı çox-çox sonralar
qəbul etməsi, xristianların arasında olduqları üçün də zəif
yaşatmaları ilə bağlıdır. Didoyların əsas personajlarının qurd-
botsi olduğunu və əvvəllər Muğanlıda da maskalarda qurd
qulağına bənzər qulaqların olması, bütün ayinlərin demək olar
ki, eyniliyi arada bir əlaqə yaradır və təbii ki, burada yaradıcı
güc kimi türklərin üstünlüyü ortaya çıxır...
Tarix boyu bir çox dinlər yayıldıqları ərazilərdəkiləri
məhv etməyə çalışır. Buna müyəssər olmayanda, onu
özəlləşdirməyə, özününkü kimi qələmə verməyə cəhd göstərir.
Nəticədə qarışıq adətlər, mərasimlər ortaya çıxır. Hakim dinlər,
xalqlar, hökmdarlar istədikləri əlavələri, “düzəlişləri” etməklə
bu günümüzün tədqiqatçıları üçün ucu görünməyən, daim
mübahisələrə yol açan kələflər miras qoymuşlar. Təəssüf ki,
mərasim və ayinlərə bu münasibət günümüzdə də davam edir.
Bəziləri əsrlər boyu ata-babalarımızın qoruyub saxladıqlarını
redaktə etməyə, mahiyyətini dəyişərək çal-çağıra çevirməyə
çalışsalar da, biz bir etnoqraf kimi, onların əsas mahiyyətinin
saxlanılmasının tərəfindəyik. Din millini məhv etməməli, milli
ilə qovuşaraq hər ikisinin yaşaması üçün zəmin yaratmalıdır.
Lakin didoyların iqbi mərasiminin dindar müsəlmanlar
tərəfindən yasaqlanması dünyada özünəməxsusluğu ilə seçilən
bu mərasimi daşıyan xalqı məhv etmək deməkdir. Bu
baxımdan Muğanlıda keçirilən Bayram şənliklərinin və
216