Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə61/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   57   58   59   60   61   62   63   64   ...   105

evl
ərə gedirdilər. Qeyd edək ki, Muğanlıda “toy” sözü “Kitabi-
D
ədə  Qorqud”dakı  anlamını  qoruyub  saxlayıb.  Burada  “dan 
atma” 
geniş  yayılıb.  Yəni kimsə  niyyət  eləyib, qohum-qonşu 
qızlarını yığıb, gecəni çalğı çaldıracaq, qızlar da səhərə qədər 
deyib-gül
əcəklər. Keçəpapaqlar  qapılarda  oynayanda, onlara 
yumurta, şirniyyat verirdilər.  
Keç
əpapaqların hakimiyyəti günləri əsasən 22 mart olsa 
da,  ümumi  razılığa  əsasən  bütün  mart  boyu  yaş  qruplarına 
uyğun  gəzib  pay  yığırlar.  22  martda  kim  pul  vermirsə, onu 
zorla  meydanın  ortasına  gətirir, döyə-döyə  oynamağa  məcbur 
edirl
ər.  Oynadıqca,  ətrafdakı  keçəpapaqlar onu çubuqla 
vururlar. B
əzən  oynayanın  dostları  da  keçəpapaqlara  qoşulub 
vururlar. Heç k
əs incimir. İnciyənləri el qınayır və belə adamlar 
ya  bayramda  iştirak  etmir,  ya  da  kənarda  durub  baxırlar. 
Keç
əpapaqlar  topladıqları  pulları  dərhal  taxtın  aşağısında 
əlində  torba  oturmuş  xəzinədara verirlər.  O  da  pulları  bu 
torpaya 
yığır.  Bayramdan sonra həmin pullar kəndin 
ehtiyaclarına sərf edilir... 
Muğanlıdakı  şahın  yerini  Şaitlidə  dəhşətli  ağzı  və  iri 
buynuzları olan Kvidili tutur. Kvidili öz taxtına oturur və ötən 
ild
ə  günah  işlədənlərin  adlarını  çəkdikcə,  qurdlar  onları  tutub 
qara,  çaya  basır,  yaxşı  ad  çıxaranları  iqlə  mükafatlandırır. 
Kvidilinin muzeyl
ərdə  saxlanılan  əski  maskalarına  baxanda 
onun keçi olduğu üzə çıxır. Keçinin də Novruz bayramındakı 
yeri m
əlumdur... 
 
 
213 
 


 
 
Kvidili maskaları 
 
Kvidili taxtını tərk edən kimi (Şah taxtını tərk edən kimi) 
maskalılar (qurdlar) onu tutub çayın üstündəki körpüdən o taya 
keçirir  və  qurdların  böyüyü  qılıncla  onu  öldürür.  Kvidilini 
oynayan  oğlan  paltarın  altında  gizlətdiyi  qırmızı  rəng  dolu 
şüşəni  açır  və  “qan”  qarın  üstünə  tökülür...  Ölmüş  Kvidilini 
təmtəraqla  xərəyə  qoyub  aparırlar...  Əslində  isə  guya  qurdlar 
keçini  yeyir...  Tox  qurdlar  artıq  sürülərə  toxunmayacaqlar. 
Xalq  buna  inanır...  Beləliklə,  qış  ölür,  yerini  yaza  verir, 
yenidən doğuş və yeni həyat başlayır... 
Bizcə,  Novruz  bayramındakı  personajlara  və  onların 
roluna  yenidən  baxılmalı,  unutduqlarımız  ucqar  yerlərdə 
yaşayan  xalqların  qoruyub  saxladıqlarının  köməyi  ilə  bərpa 
e
dilməlidir. 
Maraqlıdır  ki,  didoylar  Gürcüstanda  da  yaşayırlar. 
Bayramın  yazla  bağlılığı,  Muğanlıda  son  günlərini  yaşayan 
qışın  şahla  əvəzlənməsi,  əvvəllər  maskada  qurd  qulağına 
bənzər qulaqların olması, pay yığılması zamanı zorakılıq, cəza, 
214 
 


qar,  un  və  s.  hərəkətlər  bu  günümüzdə  bizə  nə  qədər  qəribə 
gəlsə də, qədim dövrlərdə el-oba üçün böyük əhəmiyyət kəsb 
edən  mövsüm  mərasimlərinin  əks-sədası  kimi  müəyyən 
əlavələrlə də olsa, yaşayır. Şaitli kəndində İslamın sünnü-sələfi 
qolunun geniş yayılması İqbiyə də yasaq qoydu. Didoyların bir 
çoxu bayramın bərpasını tələb edirlər. Din xalqın qadınlı, kişili, 
uşaqlı,  böyüklü  birgə  əyləncə  və  şadyanalıqla  keçirilən 
bayramlarına,  el  şənliklərinə,  rəqs  və  mahnılarına  qadağa 
qoyur, insanları milli kökündən qopardır... Sərtçala Muğanlıda 
qadınlar  İslam  dini  qəbul  olunandan  sonra  bayramda  passiv 
mövqe tutmalı olmuşlar. Kvidili, yəni keçi obrazı kimi qədim 
mifik obraz da öz yerini şaha vermişdir. Məhz buna görə də şah 
sonda  öldürülmür...  Qışın  öldürülmə  səhnəsini  biz  bir  çox 
xalqlarda, o cümlədən də slavyanların  Maslenitsa bayramında 
görürük. 
 
 
 
Maslenitsa 
 
215 
 


Sankt-Peterburqlu etnoqraf 
Yuri  Karpova  görə, didoylar 
bu  bayramı  gürcülərdən  götürüblər.  Lakin  Gürcüstanda 
Muğanlı  kəndində  bu  ayinin  cüzi  dəyişikliklərlə  də  olsa, 
günümüzə gəlib çatması onun türklər arasında  İslama qədərki 
dövrdə geniş  yayıldığından xəbər verir. Günümüzdə yaşaması 
isə  kənd  əhalisinin  qıpçaq  olması  və  İslamı  çox-çox sonralar 
qəbul  etməsi,  xristianların  arasında  olduqları  üçün  də  zəif 
yaşatmaları  ilə  bağlıdır.  Didoyların  əsas  personajlarının  qurd-
botsi  olduğunu  və  əvvəllər  Muğanlıda  da  maskalarda  qurd 
qulağına bənzər qulaqların olması, bütün ayinlərin demək olar 
ki, eyniliyi arada bir əlaqə yaradır və təbii ki, burada yaradıcı 
güc kimi türklərin üstünlüyü ortaya çıxır... 
Tarix  boyu  bir  çox  dinlər  yayıldıqları  ərazilərdəkiləri 
məhv  etməyə  çalışır.  Buna  müyəssər  olmayanda, onu 
özəlləşdirməyə, özününkü kimi qələmə verməyə cəhd göstərir. 
Nəticədə qarışıq adətlər, mərasimlər ortaya çıxır. Hakim dinlər, 
xalqlar,  hökmdarlar  istədikləri  əlavələri,  “düzəlişləri”  etməklə 
bu  günümüzün  tədqiqatçıları  üçün  ucu  görünməyən,  daim 
mübahisələrə  yol  açan  kələflər  miras  qoymuşlar.  Təəssüf  ki, 
mərasim və ayinlərə bu münasibət günümüzdə də davam edir. 
Bəziləri  əsrlər  boyu  ata-babalarımızın  qoruyub  saxladıqlarını 
redaktə  etməyə,  mahiyyətini  dəyişərək  çal-çağıra  çevirməyə 
çalışsalar da, biz bir etnoqraf kimi, onların  əsas  mahiyyətinin 
saxlanılmasının tərəfindəyik. Din millini məhv etməməli, milli 
ilə  qovuşaraq  hər  ikisinin  yaşaması  üçün  zəmin  yaratmalıdır. 
Lakin  didoyların  iqbi  mərasiminin  dindar  müsəlmanlar 
tərəfindən yasaqlanması dünyada özünəməxsusluğu ilə seçilən 
bu  mərasimi  daşıyan  xalqı  məhv  etmək  deməkdir.  Bu 
baxımdan  Muğanlıda  keçirilən  Bayram  şənliklərinin  və 
216 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə