Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə58/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   54   55   56   57   58   59   60   61   ...   105

onun  budaqlarından,  eyni  zamanda  çiçəklərinin  şirəsindən də 
müxt
əlif ayinlərdə  istifadə  edirdilər. Qədim, zəngin tarixə, 
m
ədəniyyətə  malik bir ailədə  göz  açmışdı  balaca  Heydər.  
Anası  İzzət  xanımın  adət-ənənələrimizə, törələrimizə, 
bayramlarımıza  olan  sevgisilə  böyümüşdü.  Şəfiqə  xanım 
yazırdı:  “Evimizdə  hamımızın  səbirsizliklə  gözlədiyi bir 
bayram vardısa, o da Novruz idi” [12, s.47]. Uzun illər sonra
21 mart 2002-ci ild
ə  Heydər  Əliyev  artıq  Azərbaycan 
Respublikasının prezidenti kimi Novruz Bayramı münasibətilə 
keçiril
ən  ümumxalq  şənliyindəki nitqində  demişdir:  “Novruz 
bayramı  bizim  bütün  bayramlarımızdan  əzizdir”. Bu da 
t
əsadüfi deyildi. Çünki ulu öndərimiz hələ uşaqlıqdan anasının, 
ail
ə  üzvlərinin bu bayrama necə  hazırlaşdıqlarının,  biş-düş 
etdikl
ərinin, təmizlik  işləri gördüklərinin  şahidi,  həm də 
iştirakçısı  olmuşdur:  “Bu  bayramın  xoş  əhvali-ruhiyyəsi hələ 
martın  əvvəlindən  hiss  olunardı…  Evlərdə  döşəmə  bərk 
torpaqdan olardı. Onun  üstünə həsir, həsirin üstünə isə xalça-
palaz  döşənərdi. Həsir həm toz-torpaqdan  xalça  palazı 
qoruyurdu, h
əm də  oturanda  yumşaq  olurdu.  Döşəkçələr, 
yundan  hazırlanmış  yastıqlar  (buna bəzi zonalarda mütəkkə 
deyirl
ər) yerdəki xalça-palaz üzərinə  düzülərdə.  Döşəkçələr 
oturmaq, yun yastıqlar isə söykənmək, istirahət etmək üçün idi. 
Novruzun  yaxınlaşdığı  ərəfədə  evimizin  divarları  ağardılar, 
qapı-pəncərəmiz yuyulub silinərdi.  Yorğan-döşək  hamısı 
sökül
ər, xalça-palaz, qab-qaşıq  həyətə  yığılardı.  Martda 
Naxçıvana  qar  yağardı.  Yadımdadır,  xalçanı  bu  qarın  üstünə 
s
ərib, üzərinə  ovuc-ovuc qar səpələrdik. Sonra süpürgələyib 
t
əmizlərdik, tərtəmiz  olardı.  Adətən,  Naxçıvan  evlərində 
döşəmə  tam  döşənəkli  olmalıydı,  yəni bir parça da olsun, 
torpaq, h
əsir görünməməliydi. Biz təmizlənmiş  xalçaları 
202 
 


evimiz
ə  sərərdik. Evdə  gözə  çarpan hər  şey,  pal-paltar 
yuyulmalı  idi.  İnancımıza  görə, köhnə  ilin tozu-çirki yeni ilə 
keçm
əməliydi. Bu təmizləmə  işlərini  ilaxır  çərşənbəsinə  bir 
h
əftə qalmış aparardıq. İlaxır çərşənbəsində hamı – evin bütün 
üzvl
əri hamama gedib yuyunardı. 
 
 
 
Şəfiqə Əliyeva anası İzzət xanımla 
 
Anam  ilaxır  çərşənbəsində  hamımızın  əyin-başının 
t
əmizlənməsinə xüsusi fikir verirdi. İki cür aş bişirərdi: səbzəli 
aş və “uçar”. Səbzəli aşı tərxun və kəvərlə dəmlərdi. Ətri bütün 
h
əyəti götürərdi.  “Uçar”ı  bütün  evlərdə  bişirərdilər… Novruz 
süfr
əmiz anamın əl səliqəsi ilə bəzənərdi. Anam bişirdiyi yağlı 
f
ətirləri (Qazaxda buna “fəsəli” deyirlər  –  G.Y.), bayram 
çöç
əsini süfrəyə  düzərdi.  Çox  dadlı  bayram  çöçəsi  olardı 
anamın.  Qozu  döyüb  əzər,  soğanı  narın-narın  doğrayıb 
203 
 


hazırlardı.  Sonra  soğanı  ərinmiş  yağda  qızardar,  döyülmüş 
qozu ora tök
ərdi.  Tam  bişənə  yaxın  ona  ədviyya  -  sarıkök, 
darçın,  hil  və  mixək  əlavə  edərdi.  Yağ,  süd  və  yumurta ilə 
yoğurduğu  xəmiri  xırda  kündələrə  bölüb,  bir  növ  şəkərbura 
kimi yayar, hazırladığı qoz, soğan, ədviyya qarışığını xəmirin 
için
ə büküb təndirə  yapardı. Şəkərburaya bənzər, lakin ondan 
bir q
ədər böyük bayram çöçələri Novruz süfrəmizin bəzəyi 
olardı.  
Anam r
əhmətlik deyərdi ki, düyü sudan əmələ  gəldiyi 
üçün b
ədənə  soyuqluq gətirər, ona görə  də  aş  dəmləməsinin 
yanına  mütləq  qızılgül  mürəbbəsi, gülqənd qoymaq 
lazımdır…” [12, s.48-49].  
Şəfiqə xanımın təsvir etdiyi bayram hazırlıqları, təmizlik 
işləri, bayram süfrəsinin  hazırlanması  Əliyevlər ailəsinin 
timsalında  bölgələrə  görə  cüzi dəyişikliklərlə  bütün 
Az
ərbaycan  xalqına  aiddi.  Etnoqrafik məqamlarla zəngin 
xatir
ələrdən əldə etdiyimiz bir çox dəyərlər var: 1) bədmüşkün 
baharın  müjdəçisi  olması;  2)  Novruzun  bütün  bayramlardan 
çox sevilm
əsi; 3) təmizlik  işlərinin  martın  əvvəllərindən 
aparılması;  4)  hər bölgəyə  xas bayram süfrəsinin  açılması;  5) 
bayramın əsas ağırlığının qadınlarımızın, qızlarımızın üzərində 
olması.  Bu  səbəbdən də  qədim adət-ənənələrimizin  əsas 
daşıyıcıları  olan  analarımızın,  nənələrimizin  yaddaşındakılar 
bizimçün  daha  faydalı,  dəqiq, düzgündür. Hətta etnoqraf 
olmayan 
Şəfiqə  xanımın  uşaq  vaxtı  anasından  gördüklərini, 
götürdükl
ərini bu qədər gözəl,  ətraflı  təsvir etməsi 
dedikl
ərimizi  bir  daha  sübut  edir.  Kişilər,  oğlanlar,  əsasən, 
tonqalların  qalanması,  bağ-bağatın  çır-çırpıdan  təmizlənməsi, 
tarla  işləri ilə  məşğul  olduqlarından  evdəki  çalışmalarda, 
dem
ək  olar  ki,  iştirak  etmir,  yalnız  qadınların  tapşırdıqları 
204 
 


ərzaq məhsullarını alır, hazır bayram süfrəsi arxasına əyləşərək 
çeşidli  nemətlərdən  dadırdılar.  Bu  üzdən  bayramlarla    bağlı 
onların  yaddaşını  sınağa  çəkmək  lazım  deyil, yoxsa bəzi 

folklorşünaslar”  kimi, özlərindən  uydurmaq  məcburiyyətində 
qalacaqlar… 
Şəfiqə  xanım  daha  sonra  yazır:  “Həyətdə  iri tonqal 
çatardıq. İlaxır çərşənbəsini hamı öz evində-ocağında keçirməli 
idi. Ona gör
ə də başqasının evinə gedib bayram keçirmək adət-
ənənəmizə  zidd  idi.  Yaşıl  səməni,  şamlarla  bəzənmiş  bayram 
süfr
əmiz  uşaqlıq  illərimin  yaddaş  səhifəsində  ən gözəl 
xatir
ələrdir” [12, s.50].  
Gördüyümüz kimi, ad Novruzun olsa da
Az
ərbaycanımızın  bir  parçası  olan  Naxçıvanda  da,  əsasən, 
İlaxır  çərşənbəyə  üstünlük verilirdi. Çərşənbə  axşamı  bütün 
h
əyətlərdə  tonqal  qalanmalı,  şənlik, sevinc səsləri gəlməli, 
hamı  tonqalın  üzərindən  atılaraq  yeni  il  üçün  təmizlənməli, 
paklanmalı  idi.  Çərşənbə  günü isə  insanlar bir-birinə  qonaq 
gedir, hal-
əhval tutur,  bayramlaşırdılar.  Düşünəndə  ki, ulu 
önd
ərimiz də  bütün bu proseslərin bilavasitə  iştirakçısı  olub, 
onun bahar bayramına olan sevgisini anlamaq çətin olmur... 
Tarixi Az
ərbaycan torpaqlarının bir hissəsi bu gün qonşu 
dövl
ətlərin  ərazisinə  aid olsa da, burada, yəni öz dədə-baba 
yurdlarında yaşayan türklər qədim və zəngin mədəniyyətlərini, 
toponiml
ərini, çətinliklə  də  olsa,  qoruyur,  yaşadır,  gələcək 
n
əsillərə  ötürürlər. Onlardan biri də  Gürcüstanın  Qarayazı-
Qardabani rayonunun S
ərtçala  Muğanlı  kəndinin sakinləridir. 
T
əkcə  onu qeyd edək ki, 2010-cu ilin seçkilərində  6 mindən 
yuxarı əhalisi və onun da 99%-i türk olan Muğanlı kəndinin adı 
seçki m
əntəqələri arasında yox idi. İkinci müqayisəli tədqiqata 
c
əlb  etdiyimiz  Dağıstanın  didoylar  yaşadığı  Şaitli  kəndi və 
205 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə