Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə55/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   51   52   53   54   55   56   57   58   ...   105

ayda  müxt
əlif adət-ənənələrlə  zəngin çərşənbələr həyatımıza 
r
əng qatır (Yalançı çərşənbə, Xəbərçi çərşənbə, Ölü çərşənbəsi, 
Axır çərşənbə)…  
Erm
ənilər biz türklərin maddi, mənəvi dəyərlərindən 
x
əbərdar olmaqla bərabər zaman-zaman  onları  xalqımızın 
yaddaşından  silərək özününküləşdirməyə  çalışırlar.  Təsadüfi 
deyil ki, 
əsas qətliamlar məhz  yazın  gəlişinə  xalqımızın 
sevindiyi,  Novruz  hazırlıqları  gördükləri, bayram əhval-
ruhiyy
əli günlərdə  törədilmişdir. Təkcə  XX  əsrdə  baş  vermiş 
fevral-
mart  qırğınları  buna  sübutdur.  Elə  xalqımızın  müasir 
tarixin
ə qara hərflərlə yazılmış Xocalı faciəsi də məhz fevralın 
25-26-
da baş vermişdir. Xalqımızın ən sevimli milli bayramını 
«qara bayrama» çevirm
ək istəyən ermənilərin,  onların 
havadarlarının  bu  arzusu  baş  tutmur,  hər belə  hadisə  xalqın 
əzmini, mətinliyini daha da artırır, nifrətini böyüdür… 
Martla bağlı atalar sözləri və deyimlər çox-çox sonralar 
yaranıb.  Çünki  “mart”  sözü  ay  adı  kimi  bizə  sonradan gəlib. 
“Mart” bizans-roma m
ənşəli  söz  olub  roma  savaş  allahı 
Martiusun adı ilə bağlıdır. Mars həm də əkinçilərin himayədarı 
sayılırdı.  Romalılar  bu  ayın  savaş  üçün  münasib  olduğunu 
düşünürdülər. Əvvəllər Roma təqviminin birinci ayı Mart idi. 
Çünki yanvarda v
ə  fevralda  hava  şərtləri müharibə  üçün 
əlverişsiz  idi.  Julius  Sezar`ın  M.Ö.  45-ci ildəki təqvim 
d
əyişikliyindən sonra il 1 yanvardan başladı. 1 yanvar yeni ilin 
ilk günü kimi Fransada 1564-cü ild
ən, Böyük Britaniya və 
koloniyalarında  1752-ci  ildən, yəni bu ölkələr Qriqorian 
t
əqviminə  keçəndən  sonra  qeyd  olunmağa  başladı.  Bu  vaxta 
q
ədər isə həmin ölkələrdə il mart ayından başlayırdı. Məsələn, 
Böyük Britaniya v
ə  koloniyalarında  25  mart  yeni  ilin  
başlanğıcı idi. Bu gün İran və Bahai təqvimlərində ilin ilk günü 
191 
 


Novruzla  başlayır.  Əvvəllər  ilin  qış  fəsli Böyük Çillə  ilə 
başlayıb İl Başı bayramı ilə başa çatardı. Böyük Çillə 40, Kiçik 
Çill
ə 20, Boz ay isə 30 gün çəkərdi. Onların da  cəmi 60 gün 
olur. 60 günü d
ə 3 yerə böləndə, 3 aylıq zamana bərabər olur. 
Miladi t
əqvimi ilə  desək,  dekabrın  21-dən 22-ə  keçən gecə 
Böyük Çill
ə  girir,  yanvarın  31-də  başa  çatır.  Fevralın  1-də 
Kiçik Çill
ə  girir, 20-də  bitir.  Fevralın  20-də  Boz ay girir, 
martın 21-də başa çatır. 
Araşdırmalar göstərdi ki, Xıdır Nəbi,Xıdır İlyas bayramı 
dinind
ən asılı olmayaraq əksər türk xalqlarının həyatında özünə 
geniş  yer  etmişdir.  Onu  da  gördük  ki,  bu  bayram  iki  ayla 
bağlıdır:  fevral  və  may  ayları  ilə.  Xalqların  bir  qismi  Xıdır 
N
əbi  bayramını  fevral  ayında  (burada    rəqəmlər müxtəlifdir), 
dig
ərləri isə  may  ayında  (burada  dəqiq rəqəm göstərilir). 
Bayramın həm əkinçiliklə, həm də heyvandarlıqla bağlı olduğu 
da göz önünd
ədir.  Lakin  daha  çox  heyvandarlıqla  bağlıdır… 
Onu da qeyd ed
ək  ki,  Xıdır  Nəbi  bayramının  həm  atributları, 
h
əm oxunan sözlər, həm keçirilən ayinlər,  hazırlıqlar  eynilə 
Novruz  bayramındakı  kimidir.  Gündoğan  bayramında,  Çillə 
gec
əsində  keçirilən ayinlər də  bənzərliyi ilə  maraq  doğurur. 
M
əhz buna görə də, Xıdır Nəbinin geniş keçirildiyi bölgələrdə 
Novruzun z
əif  işartısını  görürük.  Bakıda  Xıdır  Nəbinin 
olmaması da dediklərimizə sübutdur…   
Mövsüm m
ərasimləri təbiətlə  sıx  bağlı  olduğu  üçün 
eyni t
əbii-coğrafi  məkanda  yaşayan  bütün  xalqların  adət-
ənənələri, ayin və  mərasimləri bir-birinə  bənzəyir. Eyni 
sözü  dindaşlara  da  aid  etmək olar. Çillə  gecəsi, Yelda 
gec
əsi,  Şəb-i Yelda, Gündoğan,  Narduqan  və  başqaları 
buna  misaldır.  Bəzi  milli  bayramlarımızın  kökündə  din 
durduğu  iddia  olunsa  da,  digər dinlərin nümayəndələri 
192 
 


t
ərəfindən də  həvəslə  qeyd olunurlar. Qədim türklərin 
mifik t
əfəkküründən qaynaqlanan bu bayramlar, əslində, 
günümüzd
ə  bayram deyib nəzərdə  tutduğumuz  şənliklər 
deyil, mü
əyyən ayin və  adətlərlə  keçirilən, bəlli məqsəd 
üçün keçiril
ən mərasimlərdir…   
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
193 
 


 
NOVRUZUN YARANMA 
TARİXİNƏ DAİR FİKİRLƏR 
 
 
Xalqımızın mıfık təfəkkürünün dərin qatlarından süzülüb 
g
ələn, zaman-zaman müəyyən dini və  siyasi  görüşlərə  alət 
edil
ən mövsüm mərasimlərindən biri də Novruzdur... 
Tarix boyu Novruz, 
İl Başı bayramının yaranışı ilə bağlı 
müxt
əlif fikirlər mövcud olmuşdur. Hər xalq, hər toplum onu 
özün
ə  bağlamağa  cəhd  göstərmiş,  hansısa  tarixi  şəxsiyyətlə, 
xalqın  həyatında  baş  verən mühüm hadisə  ilə 
əlaqələndirmişdir.  Burada  hakim  dinlər, hökmdarlar, iqlim 
şəraiti də  mühüm  rol  oynamışdır.  Məsələn,  Ələvi-Bektaşilərə 
gör
ə, həmin  gün  Hz.  Əli  Hz.  Fatimə  ilə  evlənmişdir.  İranda 
Allahın  Hz.Adəmi  bu  gün  yaratdığı,  Hz.İbrahimin  bütləri bu 
gün  qırdığı,  Hz.Əlinin  bu  gün  doğulduğu,  xəlifə  olduğu  ilə 
bağlı  bir  sıra  dini  rəvayətlər mövcuddur. Bəzilərinə  görə, bu 
gün Hz. Muhamm
əd  Mustafanın  nübüvvətinin  başlanğıcı  ilə 
bağlıdır.    Həmin  günü Nuhun gəmisinin  Cudi  dağında 
dayandığı  gün  və  ya  Hz.Yunusun  balıq  tərəfindən sahilə 
buraxıldığı, Musa peyğəmbərin əsası ilə Qırmızı dənizi yardığı 
v
ə  yanındakıları  xilas  etdiyi,  Hz.  Adəmin  palçıqdan 
yoğurulduğu,  İbrahim  Peyğəmbərin  Urfada  yandırılmaq 
ist
ənildiyi  gün kimi də qəbul edirlər. İrandakı digər rəvayətlərə 
gör
ə, bu gün İran şahı Cəm cəhənnəmdən bir piyalə gətirərək 
dünyanı  yaratmışdır  və  yaxud Cəm  zərdüştlər məzarlığına 
g
ələrək xalqa müraciət etmişdir.  Bəzi rəvayətlərə görə, bu gün 
“f
əruhər”lərin yer üzünə  enmə  günüdür. Buna ölülər  bayramı 
da deyilir [71, s.136]. 
194 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə