Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə51/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   47   48   49   50   51   52   53   54   ...   105

dualamalıdır.  İnama  görə, burada onun əlinin  izi  qalmalıydı. 
Əgər  iz  qalmasaydı,  insanlar  payın  qəbul  olunmadığını 
düşünərək kədərlənirdilər. 
P
ərdə arxasından qarılar ovsun oxuyurdular: 
 
Ç
əkmişəm pərdəni ocaq üstünə
Qoymuşam qazanı dəmə, Xızır, gəl! 
Əl vur, çevir salavat, 
Artsın evdə bərəkət. 
Qonağımız bol olsun. 
Evd
ən-evə yol olsun. 
Fındıqlayar «səməni», 
Valeh eyl
ər görəni. 
 
Bişirmişəm səməni, 
Ətri tutub çəməni. 
Ay 
Allah, Xızır gələ, 
Əl vura, izi qala. 
 
Qazanım dolub-daşa, 
Ver
əm qohum-qardaşa. 
Kasa-kasa «s
əməni», 
X
əcil qoymaya məni [5, s.166]. 
 
S
əhər  o  başdan  ağbirçəklərdən biri pərdənin  arxasına 
keçir,  Xızırın  əlinin izini görüb ətrafdakılara  gözaydınlığı 
verirdi. Qonaqlar pay-
püşlə  bayrama gəlir, piyalələrdə 
paylanmış  səmənilərini yeyir, içindən  çıxan  fındığı  cibinə 
qoyub niyy
ət tutur, gələn  Xıdır  Nəbi  bayramına  qədər 
177 
 


saxlayırdılar.  Uşaqlar  balaca  piyalələrdə  evlərə  səməni 
paylaya-paylaya n
əğmə oxuyurdular: 
 
Yaz g
əlir, hava qızır,  
Xızır, Xızır! 
Qayadan bulaq sızır, 
Xızır, Xızır! 
Bin-b
ərəkət gətir, gəl, 
Xızır, Xızır! 
Ağ atına otur, gəl, 
Xızır, Xızır! 
Yaşıllaşsın çəmənlər
Xızır, Xızır! 
Açılsın yasəmənlər, 
Xızır, Xızır! [5, s.167] 
 
S
əməni piyalələrini  alanlar  onları  geri  qaytararkən 
piyal
ənin içinə  kiçik hədiyyə,  şirniyyat  qoyurdular.  Çünki, 
inama gör
ə, qabı boş qaytarmaq olmazdı.  
Marko Poloya gör
ə,  tatar  türk  topluluqları  Xıdır  Nəbi 
bayramını  “Bəyaz”  adı  ilə  anır,  yerə  bir bəyaz örtük sərir
üz
ərinə un səpir. Ertəsi gün səhər unun üzərində Xıdırın atının 
izini axtarır, əgər onun üzərində at nalına bənzər işarə olurdusa, 
d
ərhal həmin undan çörək  (kömbə, girdə, köməc)  bişirib 
qohum-
əqrabaya paylayaraq yeyirdilər. M. Seyidova görə, 
qovurğadan  un  çəkərək  yükün  altına  qoyurdular.  İnama  görə, 
gec
ə Xızır İlyas una əl vurub onu ovsunlayacaq ki, gələn ilin 
unu b
ərəkətli, çörəkləri bol olsun [33, s.104]. 
Bu yerd
ə  qeyd etmək istərdik ki, bu adət digər türk 
boylarında da mövcuddur. Tıva türkləri Şaqaa bayramı öncəsi 
178 
 


gec
ə astanaya, ya da öqün, yəni keçə çadırın qapısının üstünə 
çöl t
ərəfdən yumruq boyda üç qar topası qoyurdular ki, aalı üç 
d
əfə dolaşan Uluq Çedixan, yəni Dolaan  (Böyük Ayı Bürcü) 
öz  atını  onlarla  sulasın.  Öqdə  tunc piyalələrdə  ərinmiş  yağın 
içind
ə  qoyun  yunundan  hazırlanmış  piltə  yandırılırdı...  [170, 
s.93]. 
Xızır  Zində  dağında  yaşayan  Xızır  şamanizmdəki  dağ 
yiy
əsidir. Belə dağ yiyəsi xakas şamanizmində də mövcuddur. 
Su yiy
əsi, od, ocaq, meşə yiyəsi də var.  
Bir çoxları “səməni” ilə “səməni halvası”nı dəyişik salır. 

Ədvalı  halva”,  “İsfahan  halvası”…  da  adlanan  bu  halvanı 
hazırlamaq  üçün  səməni  rişələrindən  alınmış  nişastalı  şirədən 
b
ərk xəmir yoğurur, altına yağ tökürdülər. Qolu güclü cavanlar 
“qalaq” 
adlanan  uzun  saplı,  ucu  dəmirli alətlə  iri tiyanlarda 
x
əmiri rəngi tünd mixəyi olana, yəni  bişənə  qədər 
qarışdırırdılar. Sonra da qoz ləpələri, bəhməz, darçın, zəncəfil, 
istiot, hil, mix
ək… vurularaq  qarışdırılan  səməni ocaqdan 
götürülür,  yağlı  əllərlə  ondan  yastı  qoğallar,  ya  da  küftələr 
hazırlanır, üzərinə qoz ləpəsi yapışdırılırdı. 
M. Seyidova gör
ə, istini təmsil edən Xızırla suyu təmsil 
ed
ən İlyasın birləşməsi, yəni su ilə isti hava torpağa can verirdi. 
Bu s
əbəbdən də adları qoşa çəkilir [24, s.110]. Mehlika Aktok 
Kaşgarlının yazdığına görə, “… kökeni Tevrat`ta olan “İlyas” 
“İlkyas”  sözcüğünün  zaman  akımında  değışerek  “İlk  Yaz” 
terimi “İlyasa” dönüştüğü de bilinir” [47, s.169]. 
Maraqlıdır  ki,  Türkiyənin Tunceli bölgəsindəki türklər 
Xızır  Nəbi  bayramını  17  fevralda  keçirir,  qovurma,  qovut 
hazırlayır,  Xızır  Nəbi  günü  axşam  çörəklə  məzarlığı  ziyarətə 
gedir, orada çör
əkləri fəqir-füqəraya  paylayır,  məzarlarda bir 
şam  yandırıb  qayıdırlar.  Vanda  fevralın  ilk  həftəsindən 27-ə 
179 
 


q
ədər üç həftə  Xıdır  Nəbi törənləri keçirilir. Çərşənbə 
axşamları gecə heç kəs  danışmaz, eləcə də niyyət tutub yatır, 
yuxuda gördükl
ərini xeyrə  yozurdular. Qovutdan çöçə  bişirib 
niyy
ətlə evin damına qoyurlar. İnama görə, qarğa çöçəni görüb 
dimdikl
əsə, niyyət  baş  tutacaq.  Doğu  Anadolunun  bir  çox 
bölg
ələrində «Boz atlı Xızır»a oruc da tutulur: 
 
Şevketlu efendim sultanım vezir 
Altmışbin kılıçlı yanında hazır. 
Deryalar üstünde Boz atlı Hızır 
Benli Boza binmiş o da geliyor [92, s.191]. 
 
Karacaoğlan 

Kendü pir, atı Boz, donu yeşil”[ 92, s.139] 
 
Maraqlıdır  ki,  türkiyəli  araşdırıcı  Ahmet  Yaşar  Ocak 
M.Seyidovun  Xızırla  bağlı  fikirlərinə  diqqət çəkərək  onların 
yalnız Azərbaycan folklor materiallarına əsasən söylənildiyini, 
dig
ər  materialların  tədqiqata cəlb  olunmadığını  iddia  edir.  O, 
Aya Yorgi (Müq
əddəs Georgi –  G.Y.) kultunun nəzərdən 
qaçırılmamasının vacibliyini önə sürür [92, s.145-146]. 
Qeyd etdiyimiz kimi, Novruzun keçirilm
ədiyi yerlərdə 
Xıdırəlləz  daha  böyük  coşqu  ilə  qeyd olunur. Köhnə 
əşyalardan, çır-çırpıdan Xıdırəlləz atəşi, tonqalı yandırılır, hər 
k
əs, hətta xəstələr də  başqalarının  yardımı  ilə  bu  tonqalın 
üz
ərindən  tullanır,  keçirilir.  Toplaşanlar  tonqalın  külündən 
alınlarına çəkirlər ki, göz dəyməsin [92, s.154]. Atəş kultundan 
danışan Ahmet Yaşar Ocak “bu kültün Şamanizmde önemli bir 
yeri” 
olduğunun  bilindiyini  yazır  [89, s.154). Ümumiyyətlə, 
türk  xalqlarında  dairəvi  köç  olduğundan  hər  bir  tayfanın  öz 
180 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə