Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə53/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   49   50   51   52   53   54   55   56   ...   105

yerd
ə oturub qalxdıqdan sonra yer yamyaşıl olurmuş, “Səhih-i 
Buxari”d
ə  bildirilən bir hədisə  görə  Məhəmməd  peyğəmbər 
buyurur: “Ona 
əl-Xadır deyilmişdir; çünki otsuz quru bir yerdə 
oturduğunda,  o  yer  birdən-birə  yamyaşıl  olur,  otlar  arxasınca 
dalğalanırdı”.  Musa  peyğəmbərlə  yoldaşlıq  etdiyi,  “Quran-i 
K
ərim”in  “Kəhf”  surəsinin 60-cı,  80-ci ayələrində, eləcə  də 
h
ədislərdə  verildiyi, ölümündən  sonra  ruhunun  insan  şəklində 
q
əriblərə, yetimlərə, azanlara, çətinə düşənlərə görünüb yardım 
etm
əsi söylənilir. A.Y.Ocaka görə,  əl-Xadırın,  əl-Xıdırın  adı 
türkl
ərdə  Xızır,  nadir  hallarda  Xıdır,  iranlılarda  isə  Xezr 
şəklində  işlədilir [92, s.59-60].  Xristianlqdakı  İlyanın  (ərəbcə 
“Belya”  – 
G.Y.)  İlyas  kimi  tanınması  da  maraq  doğurur. 
Əlbəttə  ki,  əgər  Xızırın  Makedoniyalı  İsgəndərlə, Musa 
peyğəmbərlə…  görüşləri ilə  bağlı  rəvayətlər varsa, deməli, 
onun “Quran-i K
ərim”lə yayılması fikri aradan qalxır. Bununla 
bel
ə “Quran-i Kərim” onun peyğəmbərliyini qəbul edir: “İlyas 
da şübhə yox ki, göndərilmiş peyğəmbərlərdəndir…” (əs-Saffat 
sur
əsi, 13-132 ayətlər) [92, s.73].  
Xızırın  əbədi  yaşar  olduğunu  düşünənlərlə  yanaşı,  onun 
öldüyünü  düşünənlər də  var.  Suriyanın  Hələb  şəhərindəki 
m
əşhur Hələb qalasında Xızırın qəbrinin olması (2008-ci ildə 
H
ələbdə  olarkən həmin qəbri  də  ziyarət  etmişdik  –  G.Y.), 
m
əzarla  bağlı  rəvayətlərin Həştərxan türkmənləri  arasında  da 
yayılması  dediklərimizə  sübutdur. Lakin onun əbədi  yaşar 
olması  da  bir  çox  yerlərdə  məqamlarının  yaranmasına,  xalq 
arasında  çeşidli  rəvayətlərin  formalaşmasına  səbəb  olmuşdur. 
A.Y.Ocak bel
ə  məqamların  sayının  366  olduğunu  qeyd  edir 
[92
,  s.241].  Seylon  adasında  (Xızır  mağarası),  İranda, 
S
əmərqənddə, Bağdadda (Makamul Xadır), Musulda (Deyrul-
Xadır),  Lübnanda (Həzrət-i  Xızır  Əleyhissəlamın  məqamı), 
184 
 


Qüdsd
ə  (Xızır  qapısı),  Misirdə  (Babul-Xadır  (Xıdır  qapısı)), 
Əlcəzairdə  (Xızır  məqamı),  Fəsdə  (Xızır  məqamı,  Xızriyyə 
t
əriqəti), Bingöldə  (Xızır  gölü),  İzmirdə  (Xızır-İlyas  boğazı), 
Amasi
yada  (Xızır-İlyas  təkkəsi) [92, s.127-134], eləcə  də 
dünyanın  bir  çox  digər ölkələrində,  şəhərlərində  Xıdırla, 
Xızırla, Xızır-İlyasla bağlı yerlərin olması bu kultun nə qədər 
geniş yayıldığından xəbər verir [92, s.154].  
Ümumi götür
əndə, müxtəlif  xalqlarda  dara  düşən, 
yardıma ehtiyacı olan insanlara müxtəlif adlarla qeybdən gələn, 
tezc
ə də yoxa çıxan birisinin yardım etməsi barədə əhvalatlar, 
r
əvayətlər kifayət qədərdir.    
T
əbii ki,  Xıdır Nəbidən də sonrakı ideologiyaların təbliği 
m
əqsədilə  geniş istifadə olunmuşdur. Bir çox şairlər Hz.Əlini 
Xızır İlyasla eyniləşdirirdilər: 
 
Zülmet dünyasını nur edip gelen 
Hızır-İlyas Şah-ı Merdan Alidir. 
Garibin, mazlumun halini bilen 
Hızır-İlyas Şah-ı Merdan Alidir 

Şükrü Metin Baba [92, s.176-177] 
 
Çok günah işledim senin katında 
Eriş Şah-ı Merdan sen imdad eyle. 
Kul daralmayınca Hızır yetişmez 
Yetiş Hızır Nebi, sen imdad eyle. 
 
Fakir Edna (XVII 
əsr) [92, s.177] 
 
 
 
185 
 


Xızırla bağlı bir tapmaca da maraq doğurur: 
 
Hızır çaldı kılıcı 
Mağribe vardı bir ucu. 
 
(Yıldırım) [92, s.210] 
 
Biz burada 
Xızırdan  çox  Hz.  Əlinin  obrazını,  qılıncını 
görürük. 
Xızırın  yardım  etmə, dada yetmə  kimi özəlliklərinə  bir 
çox  nağıllarımızda,  dastanlarımızda  da  rast  gəlirik. Məsələn, 

Aşıq Qərib” dastanının 1892-ci, 1944-cü illərdə yazıya alınan 
variantlarında  Aşıq  Qərib  Xızırla  üç  dəfə  rastlaşır:  Ərzurum 
yolunda,  Ərzurumda,  Qarsda.  İki  dəfə  Xızırdan  Tiflisə 
getdiyini gizl
ədir,  qorxur  ki,  yolun  uzunluğunu  bilən  atlı  ona 
köm
ək etməz. 
1937-
ci  il  yazısında  Qərib  Xıdırla  bir  dəfə  rastlaşır, 
Tiflis
ə  getdiyini söyləyir, onun köməyilə  vaxtında  mənzil 
başına çatır: 
 
Haqq s
ənə göndərsin Xıdır İlyası, 
Ağlar, sızlar gördüm nazlı Sənəmi. 
Vardır sənə Şahsənəmin duası, 
Ağlar, sızlar gördüm nazlı Sənəmi. 
 
Buradan görünür ki, “haqq s
ənə göndərsin Xıdır İlyası”, 
“haqq s
ənə  yardım  göndərsin”  anlamına  gəlir.  İşi  müşkülə 
düşənlər Xızıra müraciət edirdilər: 
 
 
 
186 
 


Xızır gəlir ağ atlı, 
Heyb
əsi bar-baratlı. 
İşim müşkülə düşdü, 
Dada yetiş, amandı. 
 
Xızır gəlir dəryadan, 
Tuluğu şirin nardan. 
Çağırın Xızır Nəbi 
Qurtarsın bizi dardan. 
 
“Kitabi-D
ədə  Qorqud”un  “Dirsə  xan  oğlu  Buğacın 
boyunu b
əyan edər” boyunda yaralı Buğac anasına deyir: 
“- 
Ana,  ağlamagil,  mənə  bu yaradan ölüm yoxdur
qorxmagil! Boz atlı Xızr mənə gəldi. Üç kərə yaramı sığadı. Bu 
yaradan s
ənə  ölüm  yoxdu.  Dağ  çiçəyi, ana südü sənə 
m
əlhəmdi, - dedi” [16, s.39].  
H
əştərxan türkmənləri  arasında  da  Xıdır  babaya  inam 
var. H
ətta onun burada məzarının  olduğuna  da  inanırlar. 
Deyil
ənə  görə,  adamlar  yılğın  yığıb  yandırarkən  Xıdır  baba 
m
əzarından çıxıb bu təpədə dəfn olunduğunu söyləsə də, başı 
işə  qarışan  adamlar  ona  fikir  vermirlər. Bu zaman kəsilən 
yılğınlardan  qan  axmağa  başlayır.  Xıdır  baba  onları 
c
əzalandırdıqdan  sonra  məzarını  götürüb  başqa  təpəyə  gedir. 
H
əmin təpədə heç kəsi dəfn etmək mümkün deyil. İnama görə, 
Xıdır baba ölüləri məzardan çıxardıb atır. Bu da əhali arasında 
qorxu  yaradır  [141,  s.93].  Burada  Xıdır  tamamilə  başqa 
keyfiyy
ətlərilə  üzə  çıxır.  Adətən, hər kəsin ümid bəslədiyi 
Xıdır 
qisasçıya 
çevrilərək 
ətrafdakılarda 
qorxu 
yaradır…S.M.Demidov  Ramazan  ayının  27-də  (oraza  ayı) 
H
əştərxan türkmənlərinin  «Xadır  gecəsi» (Qədir gecəsi) 
187 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə