Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə56/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   52   53   54   55   56   57   58   59   ...   105

Başqa  bir  rəvayətdə  Süleyman  peyğəmbərlə  bir 
qaranquşdan  bəhs  edilir.  Süleyman  peyğəmbər  qaranquşun 
xahişi  ilə  yavaş  əsən rüzgarla gəzir  ki,  quşun  yuvası 
dağılmasın. Minnətdarlıq  əlaməti  olaraq  qaranquş  dimdiyində 
su g
ətirib Süleymanın üstünə çiləyir və bir çəyirtkə budu verir. 
Guya el
ə buna görə də insanlar Novruzda bir-birinin üstünə su 
çil
əyir, hədiyyə verirlər [71, s.136]. 
İranlılara  görə, Zərdüşt  bu  gün  doğulub.  Həbib  İdrisi 
yaz
ır ki,  “iranlılar bu bölgəyə gəldikdən sonra buradakı hakim 
m
ədəniyyətlərin təsiri  altına  girmişlər.  Ən  çox  şumer 
m
ədəniyyətindən təsirlənən  iranlılar,  özəlliklə  Sasani 
dön
əmində  Turanzəmin deyilən ölkə  ilə  qonşu  olmuş  və 
turanlılardan bəzi örf və adətlər almışlar [71, s.137]. 
Ən əski Çin qaynaqlarından olan Du-yuonun VIII əsrdə, 
y
əni Tong sülaləsi dövründə  (618-907)  yazılmış  “Tongdian” 
adlı  əsərində  perslərin  ilbaşı  bayramını  martda  deyil,  iyunda 
qeyd etdikl
əri görünür [91, s.156]. Bizcə, bunun da əsas səbəbi 
yay gündönümü il
ə bağlıdır. Xatırladaq ki, Altay, xakas və bəzi 
dig
ər türk boyları da yay gündönümünü təmtəraqla keçirirlər... 
Özl
ərinə  “ari” deyən irandillilərin  də  hazırda  yaşadıqları  bu 
ərazilərə gəlmə olduqları tarixdən məlumdur... 
Prof.  Abdulk
ərim Rəhman  Novruz  bayramının  yunan 
m
ənşəli  olduğunu  irəli sürür, içki və  əyləncə  allahı  olan 
Dionisin şərəfinə keçirildiyini vurğulayır [91, s.156]. 
 Novruz gününün türkl
ərin  Ergenekondan  çıxış  günü 
kimi yarandığını söyləyənlər də az deyil... 
Əvvəllər  Novruzun keçirilmə  tarixi  Balıq  bürcünün 
ortasına  düşürdü.  Novruz  günləri ölkə  daxilindəki islahatlar, 
vergi m
əsələsinin sistemləşdirilməsi  baxımından  da  əlverişli 
idi. Bel
ə  ki,  əhalidən  vergi  toplama  zamanı  baş  verən 
195 
 


qarışıqlığı  aradan  qaldırmaq  məqsədilə  Səlcuqlu vəziri 
Nizamü`l-
Mülk astronomlara hazırlatdığı və Sultan Məlik şaha 
ithaf etdiyi T
əqvim-i Cəlali deyilən Günəş təqvimində əvvəlcə 
İl  Başını  15  marta  salsa  da,  sonra  21  martı  ilin  birinci  günü 
kimi t
əqdim  etmiş,  eyni  zamanda  da  vergilərin birinci 
hiss
əsinin Novruzda toplanması məsələsini ortaya qoymuşdur. 
Bel
əliklə, Novruz günü Qoç bürcünün başlanğıcına düşmüşdür. 
Novruzun vaxtı dəyişmədiyinə görə (hər il bir neçə saat fərqi 
n
əzərə  almasaq),  hesablamalarda  yanlışlığa  yol  verilmirdi. 
C
əlali təqvimi Məlikşahın ölümündən sonra ortadan qaldırılsa 
da, Osmanlı Dövlətində istifadə olunan Rumi (Mali) təqvim və 
bu gün İranda, Əfqanıstanda istifadə olunan Şəmsi təqvimi də 
Sultan M
əlik Şahın Cəlali təqvimindən qaynaqlanır [73, s.25]. 
Onu da qeyd ed
ək ki, XV  əsrdə  qurulan  Ağqoyunlu  və 
Qaraqoyunlu dövl
ətlərində  də  Novruz  yeni  il  bayramı  kimi 
keçirilirdi. Uzun H
əsən də  vergiləri məhz 21 mart tarixindən 
topladardı [49, s.215].   
Ən doğrusu isə Novruz gecə ilə gündüzün bərabərləşdiyi, 
Gün
əşin Balıq bürcünə girdiyi, qışın ömrünü başa vurub yazın 
öztaxtına  əyləşdiyi, təbiətin  uzun  qışdan  sonra  cana gəldiyi 
gündür. Bizc
ə, elə Axır çərşənbə o başdan insanların su üstünə 
getm
əsi,  yuyunması,  bir-binə  su çiləməsi də  ölmüş  təbiətə 
dirilik suyu t
əsiri göstərə  biləcək  bu suyun məhz diriltmə 
gücün
ə inamdan doğur... 
Əvvəllər insanların doğum tarixləri dəqiq deyildi. “Dolu 
yağan  ildə, tufan qopan ildə, filankəsin evi yanan ildə, 
filank
əsin toyu olan ildə doğulmuşam” deyənlər vardı. Yalnız 
Novruzda  hamının  yaşının  üstünə  bir  yaş  da  əlavə  olunurdu. 
Yaş  soruşulanda,  “filankəsdən  bir  Bayram,  beş  Bayram 
böyüy
əm, ya kiçiyəm” deyə müəyyənləşdirərdilər. Qeyd edək 
196 
 


ki, tıva türkləri də uzun müddət məhz Şaqaa günü, yəni yeni il, 
bahar  bayramı  günü  bir  yaş  böyüdüklərinə  inanıblar. 
Uyğurlarda  Novruz  adətləri  arasında  “Tokuz  kılık”  və  ya 
“Tokuz  oğul”  deyilən adət  var. Bir-birinə  qonaq getmə, 
küsülül
ərin,  qanlıların  barışması,  yaşlıların,  qəbirlərin ziyarəti 
v
ə digər bu kimi adətlərlə yanaşı maraqlı daha bir adətə görə, 
Novruz günü qonaqlara süfr
ə açılır. Hamı yeyib içdikdən sonra 
bir-birini t
əbrik edərək deyirlər: “Yeni yaşın mübarək olsun!” 
[91, s.162]. Dem
əli, qədim uyğurlarda da yeni gündə hər kəsin 
yaşının  üstünə  daha  bir  yaş  gəlirmiş.  Bahaəddin Ögəlin Çin 
qaynaqlarına  əsasən  yazdığına  görə, “...türklər  yaşlarını 
gördükl
əri bahar sayına görə hesablayardılar (“filankəsdən bir 
Bayram, on bayram böyük ya kiçik –  G.Y).  Türkl
ər  yaşlarını 
gördükl
əri  yaşıla  bərabər söyləyirdilər.  İyirmi  yaşında 
olduğunu  söyləmək  üçün  “iyirmi  yaşıl  gördüm” 
deyirdil
ər“Yaş” və “yaşıl” bizə bundan qalmış ola bilər” [49, s. 
266]. 
Bu  da  Bahar  bayramının  tək  əkinçiliklə  deyil, eyni 
zamanda  heyvandarlıqla,  ümumilikdə  yaşıllıqla  bağlı  bayram 
olduğunu göstərir. Tatarlar  isə gənclərə “yaş” deyirlər. Bizdə 
d
ə  “yaş  budaq”  canı  sulu,  təzə,  şöy,  cavan  budaq  anlamına 
g
əlir... 
  
Biz  buraya  “yaşıd”,  “yaşlı”  sözlərini  də  əlavə  edərək 
dem
ək istərdik ki, bu qədim ənənənin izləri hələ də bir çox türk 
boyunda  qalır.  Yaşıllığın  təmtəraqla qeyd edildiyi Bayram 
günl
əri də hər kəsin  yaşının üstünə bir il əlavə olunduğundan 
insanların  yaşları  gördükləri  yaşıllıq  bayramının  sayı  ilə 
hesablanırdı:  üç  bayram,  beş  bayram,  on  bayram...  Bu  da 
əvvəllər Azərbaycanın  əksər bölgələrində  Bayram sözünün 
Novruzun qarşılığı kimi işlədildiyini bir daha sübut edir...   
197 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə