Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə64/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   60   61   62   63   64   65   66   67   ...   105

5-6-
a  tamamlanır.  Azərbaycanda  da  bir  sıra  rayonlarımızda 
c
əmlələr, cəmrələr  var.  Lakin  radio,  televiziya  xalqın  sonrakı 
n
əsillərinin yaddaşında təmizləmə işi aparıb... Əhməd Cavadın 
sıralaması  cəmrələrin  sıralanmasıdır:  hava,  su,  torpaq.  Sonda 
Gün
əş  tam  hakimiyyəti  əlinə  alır...  Burada  Kiçik  Çillə  çıxan 
gün c
əmrə, cəmlə, Günəş,  od  birinci  havanı  isidir.  Hava 
isinm
əsə  sular ilinməz,  çayların  buzu  əriməz. Suyun donu 
açılmasa, torpağın canında buz bağlamış nəmişlik əriməz, buğ 
qalxmaz, torpağın donu açılmaz... 
Bel
əliklə,  Əhməd  Cavadın  ad  vermədiyi dörd çərşənbə 
şeirlərindəki təbiətin  oyanışı  ardıcıllığı  tam  cəmrələrə 
uyğundur və bu da Azərbaycanla Türkiyəni özündə birləşdirən 
istiqlal  şairinin  çərşənbə  ilə  cəmrələri birləşdirməsindən 
qaynaqlanır...   
Bel
əcə, çərşənbələr də  öz  yerini  alır.  Əgər cəmrələr 3 
olaraq  yalnız  ünsürlərlə  bağlıdırsa,  sayı  7  olan  çərşənbələrin 
(b
əzi yerlərdə  -  üskü, tək, bohorlu,  buğ  və  s.) (3-ü  oğru,  3-ü 
doğru, biri  yalançıdır) 3 doğrusunun hər birinin özünəməxsus 
ad
ətləri, keçirilmə qaydası, adı vardı... 
Sovetl
ər  Birliyi  dağıldıqdan,  ateizm  siyasəti aradan 
qalxdıqlan  sonra,  elmdə  nəzarətin  olmadığı  bir  vaxtda  hər 
sah
ədə  olduğu  kimi,  mənəvi mədəniyyətimizin öyrənilməsi 
sah
əsində  də  hərcmərclik  baş  alıb  getdi.  Yeni “dindarlar” 
Novruz  tonqalından  atılanları  atəşpərəstlikdə  ittiham etməyə 
başladılar... Qeyd edək ki, türklər, o cümlədən də Azərbaycan 
türkl
əri atəşpərəst azərilərdən, zərdüştilərdən fərqli olaraq oda 
sitayiş  etmir,onun  praktik  əhəmiyyətini dərk edərək 
faydalanırlar... 
225 
 


Dörd  ünsürün  bütün  canlıların  həyatındakı  əvəzsiz yeri 
m
əlumdur.  Onu da təkrar edək ki, türkün mifik təfəkküründə 
insanın  var  oluşunda  dörd  ünsür  deyil,  beş  ünsür böyük rol 
oynayır.  Bunların  beşincisi  dəmirdir... Dörd ünsür maddənin 
özünüifad
ə  formasıdır.  İnsanın  varlığındakı  bütün  elementlər 
Yerd
ə  var.  Yalnız  dəmirin Göydən göndərildiyi “Qurani 
K
ərim”də  də  öz  əksini  tapır.  Bu  da  Adamın  Tanrı  tərəfindən 
yaradılaraq Yerə göndərildiyindən xəbər verir.  
“Quran-i K
ərim”də  dəmirlə  bağlı  təxminən yeddi ayə 
var. “Hadid” (D
əmir) surəsində  deyilir: “And olsun biz 
peyğəmbələrimizi  açıq  dəlillərlə  göndərdik və  insanların 
ədaləti yerinə  gətirmələri üçün onlarla birgə  kitabı  və  mizanı 
endirdik. Biz d
əmiri də endirdik ki, onda böyük bir qüvvət və 
insanlar  üçün  faydalar  vardır.  Bu,  Allahin  dininə  və 
peyğəmbərinə  görmədən  yardım  edənləri müəyyənləşdirməsi 
üçündür...” (76:4). Qanda d
əmir çatışmazlığı zamanı insan buz, 
torpaq, lim
on  qabığı  və  s.  yeyir.  Hemoqlobin  istehsalı  və 
qırmızı qan hüceyrələrinin oksigenlə zənginləşməsi və sağlam 
immun sistemi üçün d
əmir çox vacibdir. Dəmir  çatışmazlığı 
zamanı dırnaqlar sınır, saç tökülür, rəng solur, yorğunluq, baş 
gic
əllənmələri və anemiya yaranır...                            
İnsanın 
bütün 
varlığı, 
onun 
mikrokosmosu, 
makrokosmosu yuxarıda qeyd etdiyimiz beş ünsürdən, hər bir 
ünsür is
ə  yeddi elementdən ibarətdir. Bu elementlərin  ən 
başlıcası isə oddur (Günəş). Bütün ünsürlərdə od (istilik) var. 
Od (istilik) olmasa, hava isinm
əz. Od (istilik) olmasa, soyuqda 
suyun buzu 
əriməz. Od (istilik) olmasa, torpaq canlanmaz. 
Novruzu Z
ərdüştlə, dörd ünsürü “Avesta” ilə, Novruz 
tonqalını,  odu,  atəşi  atəşpərəstliklə...  bağlamaq  doğru  deyil. 
226 
 


Dörd v
ə ya beş ünsürün yaranışında Zərdüştün heç bir xidməti 
yoxdur. 
Əsasən,  yeddi çərşənbədən  danışan  xalq  onların  üçünə 
oğru,  üçünə  doğru,  birinə  isə  Yalançı  çərşənbə  deyib.  Əgər 
ortadakı  Yalançı  çərşənbə, adətən,  qeyd olunmursa, Xəbərçi 
ç
ərşənbəyə sevinilirsə, Ölü çərşənbəsində kədər  və ümid hökm 
sürürs
ə,  ilin,  ayın  Axır  çərşənbəsi böyük ruh yüksəkliyilə, 
şadyanalıqla, xüsusi hazırlıqlarla qarşılanır. Yəni Axır çərşənbə 
dig
ərlərindən tamamilə seçilir. 
Ən doğrusunu isə xalq deyir: oğru çərşənbələrdən sonra 
Boz  ayın  ilk çərşənbəsi  Yalançı  çərşənbədir. Ondan sonra 
doğru çərşənbələr gəlir: Xəbərçi çərşənbə (muştuluqçu, cıdırçı, 
müjd
əçi);  Ölü çərşənbəsi;  Axır  çərşənbə. Bəzi illərdə  Novruz 
günü Axır çərşənbə ilə üst-üstə, bəzən də fərqli günlərə düşür. 
Bel
əliklə, dedik ki, Boz Ayın ilk çərşənbəsi xalq arasında 
Yalançı çərşənbə  adlanır. A.Nəbiyev 1990-cı ilin mart ayından 
başlayaraq  “Kommunist”  qəzetində  bu çərşənbəyə  su 
ç
ərşənbəsi deməklə,  ilin  quraqlıq,  isti  aylarında  yada  daşının 
vasit
əsilə,  ya  da  onsuz  yağışın  çağırılması  (“müsəlla” ayini – 
G.Y.)  zamanı  oxunan  ovsun  xarakterli,  içərisində  “su”,  “sel”, 

yağış”  sözləri  olan  bütün  bayatı,  atalar  sözləri, tapmaca, 
m
ənşəyi məlum olan, olmayan “mif”ləri, su ilə falabaxmaların 
müxt
əlif növlərini, eləcə  də  folklorumuzda,  Axır  çərşənbədə, 
dig
ər adət-ənənələrimizdə, ayinlərimizdə  su ilə  bağlı  hər nə 
varsa,  hamısını  buraya  əlavə  etməklə,  özünə  görə,  Yalançı 
ç
ərşənbəni  “sulu”  etmişdir  [26, s.9-11].  Əslində  isə  bu 
falabaxmalar Çill
ə  gecəsində  də,  Xıdır  Nəbi  bayramında  da, 
Axır çərşənbədə də, Novruz axşamında da, qızların xoş, asudə, 
bir yer
ə  yığışdıqları  istənilən  vaxtlarında  da  keçirilə  bilər. 
Maraqlıdır  ki,  Azad  Nəbiyev özünün elə  həmin vaxtda, yəni 
227 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə