Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə65/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   61   62   63   64   65   66   67   68   ...   105

1990-
cı ildə çapdan çıxan “Novruz” toplusunda su falı ilə bağlı 
doğru  olaraq  yazır:  “Axır  çərşənbə  günü, yaxud ilin-ayın 
axırında (Novruz bayramından iki gün əvvəl) bulaqdan, yaxud 
çaydan – axar sudan “lal su” g
ətirilir...”, “Axır çərşənbə gecəsi 
cavan  qızlar  bir  qaba  su  tökürlər. Üzükləri  çıxardıb  saçlarına 
sürtürl
ər...”,  “Axır  çərşənbə  gün  çıxmamış  su  üstündən 
atdanarlar”,  “Axır  çərşənbədə  qorxanların  başından  su  töküb 
qorxuluğunu götürərlər ” və s. [29]. 
Xalq  arasında  Yalançı  çərşənbədə,adətən, dəbdəbəli bol 
süfr
ə açmaq, tonqal qalamaq o qədər də vacib deyil (təbii ki, 
şənlənməyə  həvəsli  uşaqların  əllərinə  keçən  çır-çırpıdan 
sevinc
ək  qaladıqları  kiçik  tonqallar  hesaba  alınmır).  Hərə  öz 
işindədir: həyət-baca təmizlənir, mal-qaranın  altı  kürünür, 
Kiçik Çill
ənin törətdiyi fəsadlar aradan qaldırılır.  
Elin X
əbərçi çərşənbə  adlandırdığı  ikinci çərşənbəyə 
A.N
əbiyev od çərşənbəsi deyərək ilin müxtəlif fəsillərində 
yağıntılar  çox  olanda  Günəşi  çağırmaq  məqsədilə  oxunan 
ovsun-n
əğmələri (“Qodu-Qodu” və s.), türk xalqlarına heç bir 
aidiyyatı  olmayan  Mehrigan,  Şəhrivər,  Səddə, Kövsəc, 
Az
ərkan… kimi “şənlikləri”, içərisində “od”, “atəş”, “tonqal”, 
“Gün
əş”,  “ocaq”  sözləri olan, xalqdan toplanan, toplanmayan 
bütün atalar sözl
ərini,  tapmacaları,  bayatıları  da  material  bol 
olsun dey
ə, buraya əlavə  edib [26, s.19]. “Od çərşənbəsi” 
dediyinin 
yaddaşlarda  Zərdüştilik  dövründən Azər  şənlikləri 
kimi  qalma  olduğunu  vurğulamaqla  xalqımızın  Xəbərçi 
ç
ərşənbəsini İrandakı farsdilli atəşpərəstlərə bağlayır [26, s.4]. 
Halbuki el
ə folklorşünasın özü 1990-cı ildə çapdan çıxan (ilini 
xüsusi  vurğulayırıq  –  G.Y.)  “Novruz”  toplusunda  yazırdı: 
“Axır çərşənbədə tonqal yandırarlar”, “Axır çərşənbə günü şam 
yandırarlar”,  “Axır  çərşənbə  günü  şamı  yarımçıq 
228 
 


söndürm
əzlər”, “Axır çərşənbə günü ailə üzvlərinin sayına görə 
şam  yandırarlar”,  “Axır  çərşənbə  günü evdən od, kibrit, neft 
verm
əzlər”,  “Axır  çərşənbə  gecəsi ürəyində  niyyət tutub yat. 
Gec
ə yarısı durub şam yandır...” və s.  
X
əbərçi çərşənbə xalqın həsrətlə gözlədiyi, böyük coşqu 
il
ə  hazırlaşdığı  ilin,  ayın  Axır  çərşənbəsinin və  gecə  ilə 
gündüzün b
ərabərləşəcəyi günün  –  İl  başının,  il  təhvil olan 
günün  yaxınlaşdığından  xəbər verir. Bu xəbəri  hamı  sevinclə 
qarşılayır.  Məxsusi süfrə  açılmasa  da,  masada  qarındolusu 
yem
ək  olur.  Uşaqlar,  böyüklər  əylənir,  tonqal  qalayır,  lopalar 
atır,  xəbəri gələn  Axır  çərşənbənin yolunu işıqlandırır,  şər 
qüvv
ələri qovur, həyət-bacanı odla paklayırlar. Bu işdə yaşlılar 
da öz m
əsləhətlərilə onlara  yardımçı olurlar. Camaat Günəşin 
istiliyini  canında  daha  yaxşı  hiss  etmək  üçün  vaxt  tapıb 
ç
əmənliklərə çıxır. Ancaq iş çoxdur. Qışdan çıxan xalq həyət-
bacaya 
əl gəzdirməli, qoyun-quzunun, toyuq-cücənin  altını 
t
əmizləməli idi. Həmin  gün  tabaqlara  buğda  və  mərcimək 
(İranda)  əkirlər.  Axşam  gənc  qızlar  işdən-gücdən bir az vaxt 
tapan kimi 
əşyalarını  suya  atıb  bayatı  ilə  çıxarmaqla  fala 
baxırlar. Demək olar ki, türk xalqlarının hamısında falaçmanın 
bu  növü  geniş  yayılmışdır. Ona “Muncuq oyunu”,  “Baxt 
açmaq”,  “Yezek salu”,  “Niyy
ət çəkmək”,  “Bahtiyar”,  “Üzük 
ç
əkmək”, “Martufal atmaq” kimi adlar verilir, çeşidli mahnılar, 
bayatılar oxunur. Fala baxmanın müxtəlif növləri ən çox Axır 
ç
ərşənbədə izlənilir. Xəbərçi çərşənbədən el arasında ilin, ayın 
axır çərşənbəsinə – Axır Çərşənbəyə hazırlıqlar başlanır. 
Güney Az
ərbaycanda çərşənbə axşamı tonqalın üstündən 
atılan  qızlar  ümid  edirlər ki, bayrama qədər  qapılarını  döyən 
olacaq: 
Atıl-Matıl çərşənbə 
229 
 


Baxtım açıl çərşənbə 
Ağırlığımı verdim sənə 
Yüngüllüyü aldım səndən 
Sarılığımı verdim sənə 
Qırmızılığını ver mənə [58, s. 123]. 
El  arasında  üçüncü  çərşənbəyə  Ölü çərşənbəsi (Qara 
ç
ərşənbə) deyilir. A.Nəbiyev bu çərşənbəyə  yel çərşənbəsi 
dey
ərək təxminən  avqust  ayında,  biçindən  sonra  xırmanda 
taxılın  sovurulması  üçün  lazım  olan  küləyi,  yeli  çağırmaq 
m
əqsədilə oxunan ovsun xarakterli sözləri də buraya aid edir. 
 
Yelli babam, 
Yel babam. 
Telli babam, 
Tel babam. 
 
Elim, günüm batdı, gəl, 
Çarp
ələngim yatdı, gəl. 
T
əknədə qaldı aşım, 
Yatdı dəgirman daşım… [28, s.32] 
 
Yel d
əyirmanlarından istifadə olunan bölgələrdə küləyin
yelin 
əsməsi dəyirmanın  çərpələnginin  işləməsi, dənin 
üyüdülm
əsi, kəndlinin süfrəsində yeməyin, təknəsində çörəyin 
olması demək idi. İlin bütün fəsillərində oxuna biləcək sözlərin 
yalnız  çərşənbəyə,  həm də  yel çərşənbəsi dediyi üçüncü 
ç
ərşənbəyə, Ölü çərşənbəsinə  aid edilməsi məntiqə  uyğun 
g
əlmir.  Məlumdur ki, Günəşlə  yağışı  çağırmaqdan  fərqli 
olaraq  yel  çağırma  mərasimi yayda biçin biçilib dərzlər 
230 
 


yığılıb güntutan, yeltutan yerdəki xırmana yayıldığı vaxt da 
icra olunurdu: 
 
A Yel baba, Yel baba, 
Qurban s
ənə, gəl baba. 
Taxılımız yerdə qaldı, 
Yaxamız əldə qaldı. 
A Yel baba, Yel baba, 
Qurban s
ənə, gəl baba [28, s.33]. 
 
Bu örn
əklərdə  görürük ki, Yel baba gəlmədiyindən, 
y
əni külək  əsmədiyindən  taxıl  yerdə  qalıb,  dəyirmançının 
yaxası  əldə  qalıb,  camaat  növbədə  hövsələsizlik  nümayiş 
etdirir.  A.N
əbiyev yel çərşənbəsi  adlandırdığı  üçüncü 
ç
ərşənbədə dəyirmanla bağlı nə varsa, hamısını mətnə salır, 
h
ətta  “Yel  baba  şivənləri”ni də.  Bütün  bunlar  azmış  kimi, 
yazır:  “Zərdüştilər də  küləyi müqəddəs  hesab  etmiş,  ona 
tanrılıq  vermişlər. “Avesta”da deyilir: “…Yelin gücü 
qüdr
ətli Hörmüzdün gücüdür… Yel Hörmüzddən  güc  alıb 
dünyaya  ayaq  açmışdır…”[28, s.4].  Soyuq  qış  günləri 
ambarlar, çuvallar, taxçalar, boxçala
r  boşalıb.  Burada  isə 
d
əyirmanın işləməsinin Yel babadan asılı olduğunu görürük. 
Yel olsa,  taxıl  sovurularaq təmizlənər, çuvallara doldurulub 
d
əyirmana un üyütməyə  aparılar, yel olsa, dəyirman işləyər 
(söhb
ət yel dəyirmanından gedir – G.Y.). 
Xırmana  yığılmış  taxılı  sovurmadan  çuvallara  necə 
yığasan?  Sovurmaq  üçünsə  yel  lazımdır.  Yel  olmadığından 
taxıl da yerdə qalır. Deməli, Yel baba, Heydər baba nəğməsi 
üçüncü ç
ərşənbədə  deyil,  taxıl  biçinindən  sonra  xırmanda 
qalan d
əni sovurmaqdan ötrü tələb olunan yeli çağırmaq 
231 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə