Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə73/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   69   70   71   72   73   74   75   76   ...   105

üçün  odunu  hardan  tapırdılar?!  Bununla  belə  müəlliflər  haqlı 
olaraq bel
ə  bir sual qoyurlar: “Novruzönü  (Novruzqabağı  – 
G.Y.) ç
ərşənbələrin dördündə  də  tonqal  qalanır.  Bir  halda 
bel
ədirsə,  onda  ayrıca  bir  “Od çərşənbəsi”  icad etmək nə 
dem
əkdir?” [30, s.16]. 
Odla  bağlı  “mifdən”  danışan  müəlliflər qeyd edirlər ki
guya q
ədimdə  təzə  evlənənlərə  hər  şey  verirlər,  oddan  başqa. 
Bunun  hansı  xalqa  aid  olduğunu  bilmirik,  amma  türk 
xalqlarında  toya  qədər təzə  ailə  quranlara ev tikmək üçün 
material  daşınanda,  bir  nəfər öndə  əlində  ailə  ocağının  rəmzi 
olan sacayağı aparar, birinci onu, sonra da evi qurardılar. Gəlin 
g
ələndə də ilk olaraq ocağın başına «dönər», ondan xeyir-dua, 
razılıq istərdi. 

əlliflərə  görə,  ““Danatma”  mərasimində,  əsasən, 
cavan oğlanlar, qızlar iştirak edirlər. İlaxır çərşənbə gecəsində 
onlar bir yer
ə yığışırlar. Bütün gecəni yatmayıb şənlik keçirir”, 
oxuyur,  oynayır,  əylənirlər  [30,  s.19]. Birincisi, müsəlman 
olduğumuzu  nəzərə  alsaq,  əvvəllər  cavan  oğlanların,  qızların 
bütün gec
əni bir yerdə əylənmələri ağlabatan deyil. Maraqlıdır 
ki, mü
əlliflər  yanlışlıqlarını  “Danatma”  məqaləsində 
düz
əldirlər: “qızlar bir evə, oğlanlar isə onlara yaxın başqa evə 
yığışırlar”  [30,  s.60].  İkincisi,  danatma  niyyətlə  bağlıdır. 
Əsasən  qadınlar  niyyət edərdilər ki, filankəsim uzaq səfərdən 
g
əlsin, sağalsın, filan işim düzəlsin, dan atacam…  

əlliflər  “ilin sonuncu çərşənbəsi Azərbaycanın  hər 
yerind
ə heç bir digər adla yox, yalnız “İlaxır çərşənbə” adıyla 
deyilir, qeyd olunur”  (
əslində  sonuncu çərşənbənin  ən  geniş 
yayılmış  adı  Axır  çərşənbədir  –  G.Y.) yazsalar da [30,s.16], 
İlaxır  çərşənbəyə  36-cı  səhifədə  “Ata-baba günü”, 148-ci 
s
əhifədə  isə  od çərşənbəsi də  deyildiyini  vurğulayırlar.  Daha 
257 
 


sonra  Novruz  tonqalının  atəşpərəstliklə  heç bir əlaqəsi 
olmadığını yazsalar da, yenə orada «qədim azərbaycanlıların» 
oda  sitayişindən,  “odsevər  əcdadlarımız”dan  danışırlar.  “Çillə 
gec
əsi”, saya mərasimi, eləcə  də  bir çox digər ayinlər, 
m
ərasimlər  haqqında  da  ziddiyyətli, bir-birini təkzib edən 
m
əqamları ortaya çıxarmaq mümkündür… 
“Ç
ərşənbələr – niyə çaşırıq?” məqaləmizdə dörd ünsürün 
ç
ərşənbələrə  pərçimləndiyindən, bu üzdən də  onların 
sıralanmasında  heç  tanınmış  alimlərimizin də  fikirlərinin üst-
üst
ə düşmədiyindən bəhs etmişdik. Ensiklopediya bu məsələyə 
bel
ə  “aydınlıq”  gətirir:  “Su çərşənbəsi  –  Boz  ayın  dörd 
ç
ərşənbəsindən birinə  verilən adlardan biri”  [30,  s.172].  “Yel 
ç
ərşənbə  –  Boz ayın  dörd  çərşənbəsindən birinə  verilən 
adlardan biri”  [30,  s.199]
.  Olmazmı  ki,  bu  adları  heç 
verm
əyəsiniz? Axı özünüz yazırsınız ki, bu adlar “XX əsrin 80-
ci ill
ərinin  axırlarından”  peyda  olub.  O  zaman  onları  xalq 
inamları  kimi  verməyin nə  anlamı  var?!..  “Ensiklopediya”nın 

əllifləri dəfələrlə  dörd ünsür-dörd çərşənbə  məsələsinin 
“XX 
əsrin 80-ci illərinin axırlarından” yayıldığını vurğulasalar 
da,  bizim  araşdırmalarımız  çərşənbələrə  ünsürlərin 
p
ərçimlənməsinin 1990-cı ilin martından başladığını sübut edir. 
T
əbii ki, “Ensiklopediya”da diqqətəlayiq məqamlar da 
çoxdur. Lakin müsb
ətlə  mənfini tərəziyə  qoyanda, mənfi 
üstünlük t
əşkil  edir.  Milli  bayramımız  olan  Novruzla  bağlı 
ensiklopediya bu q
ədər məntiqsiz izahlarla, ziddiyyətlərlə, 
yanlışlıqlarla,  bir-birini  təkzib edən fikirlərlə  doludursa, onun 
2008-ci ild
ə 25 min tirajla çap olunmasına dəyərdimi?! 
Bir çox xalqlarda olduğu kimi, türk xalqları da Boz ayı 
ağır  ay  hesab  edərək onun ən  ağır  günləri olan çərşənbələri 
şadyanalıqla  qarşılamağa,  bununla  da  bu  ayın  fəsadlarından 
258 
 


qorunmağa  çalışırlar.  Çərşənbə  axşamları  yandırılan 
tonqalların,  keçirilən ayinlərin, mərasimlərin məqsədi də 
ç
ərşənbəni  qarşılamağa  yönəlmişdir.  Beləliklə,  biz  Yalançı 
ç
ərşənbə, Xəbərçi çərşənbə,  Ölü  çərşənbəsi,  Axır  çərşənbə 
dey
əndə, söhbət  həmin çərşənbələr  ərəfəsində, yəni çərşənbə 
axşamı  keçirilən ayinlərdən  gedir.  İnsanlar  Boz  ayın  ağır 
günl
ərini  qarşılayıb  yola  salaraq  onun  axırına  çərşənbə-
ç
ərşənbə yaxınlaşırlar…   
Maraqlıdır  ki,  2008-ci ildə  Avstraliyanın  Sidney 
Universitetinin professoru Çarlz Areninin r
əhbərliyi ilə 
keçiril
ən  sorğu  -  araşdırma  nəticəsində  məlum  olmuşdur  ki, 
əgər həftənin bazar ertəsi  ən gərgin,  ən  ağır  gün  hesab 
olunursa,  latın  dilində  “Merkuri günü”  adlandırılan  çərşənbə 
günü daha böyük t
əhlükə  daşıyır.  Anadoluda  bu  günə  qədər 
mifik  varlıqlar  arasında  “Çarşamba  karısı”  deyilən  saçı-başı 
yoluq,  cır-cındır  içərisində  olan  bir  qadın  obrazı  var.  İnama 
gör
ə,  Çarşamba  karısı  çərşənbə  gecəsi  iş  görən  qadınlara 
hirsl
əndiyindən  onların  uşaqlarını  qaçırırmış.  Bu  da  çərşənbə 
gününd
ə  iş  görən  qadınları  işdən  uzaqlaşdırmağın  ən təsirli 
yoludur. 
Türk m
ədəniyyətinin geniş  yayıldığı slavyanlar arasında 
da ç
ərşənbə gününün qorxusu, təhlükənin qarşısının alınmasına 
yön
əlik ayinlər  vardı.  Xristianlıq  çərşənbə  gününün bu 
öz
əlliyini də  dinə  bağlaya  bildi.  Xristianlığa  görə,  İuda 
Xristosu m
əhz çərşənbə  günü  satmışdır.  Çuvaşlarda  çərşənbə 
günü  “yun kün” 
(qan  günü)  adlanır.  Həmin  gün  qan  çıxsın 
dey
ə, heyvan və ya quş kəsirdilər.  
Bu gün
ə  qədər  Aşıq  Ələsgərin  “Düşdü”  rədifli  qoşması 
bayramla bağlanılsa da,  yanlışdır.  Əslində “çərşənbə  günündə 
çeşmə  başında”  gözü  bir  alagöz  xanıma  düşən,  qıza  könlünü 
259 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə