Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə76/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   72   73   74   75   76   77   78   79   ...   105

zamanda Az
ərbaycan xalqını, onun aparıcı hissəsi olan türkləri 
q
ədim  İranın  bu  gün  nə  İslam  dininə, nə  də  türklərin adət-
ənənələrinə,  inamlarına  uyğun  olmayan  həyat tərzi keçirən 
xalqları  ilə  bağlamağın  yanlış  olduğunu  söyləməklə 
vurğulamaq  istərdik ki, səma cismlərinin hərəkətini, 
insanlardan, xalqlardan, dinl
ərdən  asılı  olmayan  əbədi 
prosesl
əri hansısa rəvayətlə kimlərəsə bağlamaq məntiqə uyğun 
deyil.  
Yuxarıda  dünyanın  bir  çox  xalqlarında  odla,  yazın 
g
əlişilə, su ilə  bağlı  adətlərin,  inamların,  mərasimlərin 
olduğunu qeyd etmişik. Bütün bunları Y.V. Çəmənzəminlidən 
f
ərqli olaraq kimlərəsə bağlamaq fikrindən çox uzağıq. Təəssüf 
ki, Ç
əmənzəminlinin bu sahədəki səyini bu gün də  davam 
etdir
ənlər, onu Azərbaycan  xalqının  zehninə  yeritmək 
ist
əyənlər var. İl başı bayramımızı, tonqalımızı “odu müqəddəs 
sayanlarla”, xürr
əmilərlə  bağlayanlar  bununla  bəzi dindar 
müs
əlmanlarda  insanlığın  əbədi,  dünyanın  bir  çox  xalqlarının 
milli  bayramı  olan  bahar  bayramına  mənfi münasibət 
yaradırlar.    
T
əbii ki, bir fikri inkar edəndə, gərək öz mövqeyini 
ortaya qoyasan, 
əsaslandırasan. Bu baxımdan biz də xalqa zorla 
yeridil
ən yanlışı niyə yanlış hesab etdiyimizi izah edirik. 
Dörd ünsür -  od, su, torpaq, hava madd
ənin özünüifadə 
formasıdır.  İnsanın  varlığındakı  bütün  elementlər Yerdə  var. 
B
unları  bilmək üçün heç də  Zərdüştün  “Avesta”sını  oxumaq 
lazım  deyil.  Müşahidəçi  babalarımız  Zərdüştsüz  də  bunları 
d
ərk edirdilər. Zərdüşt  sadəcə  bu həqiqəti dərk edərək  yazıya 
köçürmüşdür.  Elə  tədqiqatçı  F.İ.  Qarkavenko  da  P.Qolbaxın 
“Müq
əddəslər  qalereyası”  kitabına  etdiyi  əlavələrdə  bunu 
yazır: “Zoroastr (Zaratustra) – zərdüşt dini yaratdığı düşünülən 
266 
 


mifik peyğəmbərdir. Əslində isə bu din də xristianlıq kimi uzun 
əsrlər  boyu  Orta  Asiya  xalqlarının  qədim miflərini, 
r
əvayətlərini,  əfsanələrini özündə  cəmləşdirərək  yaranmışdır” 
[137, s.327]. Bu dinin xarakterik öz
əllikləri: dünyada xeyir, şər 
kimi iki başlanğıcın olması (şamanizmdə  Tanrı (xeyir), Erlik 
(şər),  ağ  şaman,  qara  şaman  –  G.Y.),  oda  sitayiş,  ölülərin 
yırtıcıların  ixtiyarına  verilməsidir. Ölülərin  yırtıcıların 
ixtiyarına  verilməsi kimi dəfn adətinin  tıva  türklərində  XX 
əsrin 50-ci illərinə qədər qaldığı, sonradan obyektiv səbəbdən 
aradan qalxdığı da məlumdur.                                                                
Bel
əliklə,  insanın  həyatında,  bütün  varlığında  dörd 
ü
nsürün  rolunu  dünyanın  hər yerində  yaşayan  insanlar  dərk 
edirl
ər.  Bu o demək deyil ki, onlar bu bilgiləri məhz 
«Avesta»dan almışlar. O zamanlar, hətta əlifbanın olmadığı bir 
vaxtda, oxumağı, yazmağı bilməyən xalqlar belə bu ünsürlərlə 
bağlı  miflər, rəvayətlər  yaratmışlar.  Sözügedən ünsürlərin hər 
biri insanın yaranmasında eyni dərəcədə mühüm rola malikdir. 
Lakin ç
ərşənbələrin  hamısını  xalq  eyni  səviyyədə  keçirmir, 
y
əni  hamısına  eyni  münasibət göstərmir. Məsələn,  Yalançı 
ç
ərşənbə  qeyd olunmursa, Xəbərçi  çərşənbəyə  sevinilirsə, 
Ölüç
ərşənbəsində  kədər hökm sürürsə,  Axır  çərşənbə  böyük 
ruh yüks
əkliyilə, şadyanalıqla, xüsusi hazırlıqlarla qeyd olunur. 
Y
əni  Axır  çərşənbə  digərlərindən tamamilə  seçilir,  Yalançı 
ç
ərşənbə  isə, qeyd etdiyimiz kimi, ümumiyyətlə  keçirilmir. 
Yalançı  çərşənbəyə  su,  ya  da  başqa  ünsürün  adını  verənlər 
düşünmürlər ki, niyə suyun, ya da hansısa ünsürün adı verilən 
bu ç
ərşənbə  keçirilmir? Bu o demək  deyil  ki,  insanın 
yaranışında  suyun,  ya  da  birinci  çərşənbəyə  adı  verilən digər 
hansısa  ünsürün  rolu  o  qədər  əhəmiyyətsizdir ki, onu qeyd 
etm
əmək də  olar.  Yaxud  da  Axır  Çərşənbəyə  pərçim edilən 
267 
 


Yelin, ya hansısa digər ünsürün hansısa formasının (yel ünsür 
deyil…)  yeri o q
ədər önəmlidir ki, onu Axır çərşənbədə daha 
böyük şadyanalıqla keçirmək lazımdır. Bu dolaşıqlığın səbəbi 
el
ə çərşənbələrə dörd ünsürün adını verib həm özlərini, həm də 
xalqı çaşdıran alimlərimizdir. 
Ən doğrusunu isə xalq deyir: 1) Yalançı çərşənbə (əzəl); 
2) X
əbərçi  çərşənbə  (cıdırçı,  müjdəçi,  muştuluqçu,  küllü); 3) 
Ölü  ç
ərşənbəsi  (Qara  çərşənbə;  4)  Axır  çərşənbə.  Yuxarıda 
qeyd etdiyimiz kimi, b
əzi illərdə Novruz günü ilin, ayın Axır 
ç
ərşənbəsi ilə üst-üstə düşür. 
A.N
əbiyev Axır çərşənbəyə də aidiyyəti olmayan şeirlər, 
n
əğmələr,  ovsunlar  daxil  etmişdir.  Bunlara  “Qaranquş” 
“n
əğməsi”ni misal göstərmək  olar.  Əslində  bu bir “nəğmə” 
deyil,  türk  xalqlarında  quşların,  heyvanların  bala  verərkən 
öldürülm
əsinin, həm də  qaranquş,  alabaxta,  bayquş…  kimi 
quşların  ovlanmasının  qarşısını  almaq  məqsədilə  həmin 
quşların dilindən oxunan qarğışdır: 
 
Qaranquşam, qaranquş, 
Qanadım ayrıc-ayrıc. 
M
əni vuran xan oğlu 
Qan qussun ovuc-ovuc… [26, s.52] 
 
Y
əqin ki, heç oxucularımız da Axır çərşənbə günü, eləcə 
d
ə şər qarışan vaxt  belə qarğışı eşitmək istəməzlər. Axı həmin 
gün  qapı  pusmasına  gələnlər ola bilər, gərək hər yerdə, hər 
evd
ə xoş sözlər, alqışlar səslənsin. Bu adəti folklorşünasımızın 
bilm
əsi lazım idi... 
Maraqlıdır  ki,  A.Nəbiyev su çərşənbəsi dediyi  Yalançı 
ç
ərşənbədə  də  “sübh tezdən gedib axar sudan –  bulaqdan, 
268 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə