Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə74/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   70   71   72   73   74   75   76   77   ...   105

açan  aşığın  məhəbbət  oxunun  daşa  dəyməsi  (“Dedi, 
nişanlıyam, özgə malıyam, Sındı qol-qanadım, yanıma düşdü”) 
ç
ərşənbə gününün evlənmək, eşq elan eləmək üçün də uğursuz 
gün olduğundan xəbər verir…  
Xakas türkl
ərinə görə də, çərşənbə günü (“sarsıx kün”) o 
q
ədər də yaxşı gün sayılmır. Həmin gün səfərə çıxmaq, əkmək, 
biçm
ək olmaz [198, s.51]… 
N
əhayət,  ilin,  ayın  Axır  çərşənbəsi… Bu çərşənbəni isə 
h
ər il olduğu kimi, xalqımız, demək olar ki, bütün bölgələrdə 
böyük ruh yüks
əkliyi ilə keçirir…  
Folklorşünas Ə.Axundov hələ 1968-ci ildə yazırdı: “Axır 
ç
ərşənbə bayramında şənlik keçirmək, gözəl yaz günlərini, yeni 
m
əhsulu  çağırmaq,  qışın  soyuq  günlərini yola salmaq və  nəs 
ç
ərşənbə günlərindən salamat qurtarmaq niyyəti ilə əlaqədardır. 
Xalq  arasında  çərşənbə  günlərini nəs gün (pis gün) hesab 
ed
ərlər. Çərşənbə  gününün nəs  olması  zərb-məsəllərə  də 
düşmüşdür: “Nə sən gəl, nə ilin axır çərşənbəsi” deyərlər” [2, 
s.253]
…  Buradan  görünür  ki,  insanlar  Axır  çərşənbənin 
g
əlməsini onu sevdikləri üçün deyil, xətasız, bəlasız tez keçib 
getm
əsi üçün gözləyirlər… 
Ad
ətə  görə,  bayram  axşamına  qədər  bütün  işlər 
tamamlanmalıdır.  Uzaqda  olanlar  evlərinə  tələsirlər.  İnama 
gör
ə, kim bayram axşamını evində keçirməsə, yeddi il həmin 
gün evind
ən uzaqda olacaq. Nişanlı oğlu, qızı olan ailələrin işi 
daha çox olur. Oğlan evi qıza bayram xonçası hazırlayır, xınalı 
qoç  qız  evinə  sürülür.  Əvvəllər  qız  da  tikib  toxuduqlarını 
nişanlısına,  gələcək  qayınanasına,  qayınatasına,  qaynına, 
baldızına  hədiyyə  edirdi.  Qız  evi  də  süfrə  açır,  qohumluğun 
t
əməli elə ilk bayramlaşmadan qoyulurdu.  İndi ictimai həyatda 
özl
ərinə layiqli yer tapan, oxuyan, işləyən qızlarımızın heç də 
260 
 


hamısı toxumağa, tikməyə, təbii olaraq, vaxt ayıra bilmir. Hər 
şeyin  hazır  satıldığı  bir  vaxtda  qız  evi  də  oğlan  evinin 
“x
əcalətindən” satın alınma hədiyyələrlə çıxır...  
Axır çərşənbə orta Amudərənin ənsarı, eləcə də Atekdəki 
əlili türkmən  tayfaları  tərəfindən  də  keçirilir. Bu çərşənbə 
ərəfəsi, yəni çərşənbə axşamı hamı tonqalın üzərindən atılaraq 
şər qüvvələrdən təmizlənir [140 s.7]. 
Dedik ki, A.N
əbiyevin  “Novruz  bayramı”  toplusunda 
yalnız  bir  çərşənbədən  -  Axır  çərşənbədən söhbət gedir. “Su 
ç
ərşənbəsi mərasimi” adlandırdığı mərasim haqqında isə yazır: 
“Axır  çərşənbədə  keçirilən  şənliklərdəndir. Adamlar gün 
doğmamış  çay,  arx,  su  dəyirmanı  üstə  gəlir, su üstündən 
hoppanıb  ona  uyğun  nəğmə  oxuyurlar. Sonra adamlar əyilib 
arxdan su götürür, bir-birinin üzün
ə atır, bir-birini isladırlar. Su 
onların  azar-bezarını  aparır,  günahlarını  yuyur,  daha  günah 
el
əməyəcəklərinə  adamlar and içirlər. Sonra su üstündə  xorla 
oxuyurlar: 
Sel çapar, su çapar, 
Bir günah işlətdim, 
G
əl, onu tut apar. 
Sel coşar, su coşar, 
G
əl apar, gəl apar…[29] 
 
Bu  toplunun  çapı  ilə  paralel, yəni 1990-cı  ilin  martında 
ünsürl
ərin çərşənbələrə pərçimlənməsi “Kommunist” qəzetində 
boy göst
ərir. Elə  bütün  bəlalar  da  bundan  sonra  başlayır… 
Buradakı  məqalələrin üzərinə  bir az da uydurmalar əlavə 
etdikd
ən  sonra  (bu  işdə  ona  folklorşünas,  o  vaxtlar  kafedrada 
birg
ə çalışdıqları R.Qafarov da kömək edir), özünün də yazdığı 
kimi, “Kommunist” q
əzetindəki  dostlarının  məsləhəti ilə 
261 
 


folklorşünas  A.Nəbiyev  “İlaxır  çərşənbələr” [26]  kitabını  çap 
etdirir
.  Burada  istinad  etdiyi  çöl  materiallarının  Quba 
rayonunun Nüg
ədi və Səbətdər kəndlərindən toplandığını yazır 
[26, s.60]... Az sonra kitab h
əm İranda, həm də Türkiyədə işıq 
üzü görür… 
Kitab Türkiy
ədə  də  nəşr  olunduqdan  sonra  müəllifin 
t
əklifi ilə  haqqında  məqalə  də  yazdım  (““İlaxır  çərşənbələr”, 
yaxud Bakı türk jurnalistinin gözü ilə», Bakı, “Zamanın səsi”, 
12 fevral 1993, s.4). Adından da göründüyü kimi, A.Nəbiyevin  
Türkiy
ədə çap olunan həmin kitabında diqqətimi çəkən məsələ 
kitabı  çevirən Muhsinə  Həlimoğlu  Yavuzun  Bakı  ilə  bağlı 
görüşləri idi… Məqaləmdə  əsas  ağırlığı  bu  məsələyə 
yön
əltmiş,  kitabın  özü  haqqında  isə,  müəllifin çərşənbələrlə 
bağlı  fikirlərinə  o qədər də  ciddi  yanaşmayaraq  (o vaxtlar, 
əsasən,  azsaylı  türk  xalqlarının  ədəbiyyatı,  folklor 
materiallarının  araşdırılması  ilə  məşğul  olur, daim Sibirdən 
Balkanlara s
əfərlər edir, tədqiqatlar  aparırdım)  yazmışdım: 
“…kitabda Novruz 
bayramı, onun dörd ünsürlə (Od, Su, Yel, 
Torpaq) bağlılığı, çərşənbələrdə oxunan el nəğmələri, bayatılar, 
atalar sözl
əri və  deyimlər,  alqışlar,  andlar,  rəvayət və  ağılar 
verilmişdir”. Vəssalam! Sadəcə məlumat. Münasibət yoxdur. O 
zaman  heç  ağlıma  da  gəlməzdi ki, sonralar bu dörd ünsürün 
ç
ərşənbələrə  pərçimlənməsi  əməlli-başlı  çaşqınlıq  yaradacaq. 
A.N
əbiyev özü isə “bu ilk təşəbbüs”ün “gələcəkdə daha geniş 
şəkildə” həmkarları tərəfindən davam etdiriləcəyinə şübhə belə 
etmirdi.  Ona gör
ə  də  kitabın  ön  sözündə  (“Bir neçə  söz”) 
yazırdı:  “Şübhəsiz ki, bu ilk təşəbbüs gələcəkdə  daha  geniş 
şəkildə həmkarlarım tərəfindən davam etdiriləcəkdir” [26, s.5].  
Aradan keç
ən bu müddət  onun  “haqlı”  olduğunu 
göst
ərdi. Təbii  ki,  bu  işdə  bəzi televiziya jurnalistlərinin də 
262 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   70   71   72   73   74   75   76   77   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə