Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə75/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   71   72   73   74   75   76   77   78   ...   105

əməyi az olmadı. Ancaq atalar yaxşı deyib: «Yalan ayaq tutar, 
yerim
əz». Bu illər  ərzində  tez-tez  bu barədə  çıxışlarımız, 
yazılarımız  olsa  da,  bu  çaşqınlığın  əsas  qurbanı  olan  gənc 
n
əslin, eləcə  də  bir çox alimlərimizin özlərinin çərşənbələrə 
p
ərçim edilən dörd ünsürün sıralanması zamanı çaşmaları məni 
“Ç
ərşənbələr – niyə çaşırıq?” [42, s.22], “Yalan ayaq tutar...” 
kimi  m
əqalələr  yazmağa  məcbur  etdi.  Bundan  sonra  çıxan 

Novruz  bayramı  ensiklopediyası”nda da eyni mənzərə  ilə 
rastlaşandan  sonra  “Üzü  astarından  betər…”  [30] məqaləsini 
yazdıq...  Bütün bunlar azmış kimi, 2011-ci ildə Mədəniyyət və 
Turizm Nazirliyinin “T
əhsil” nəşriyyatında buraxdığı “Bələdçi 
kitab”da 
Əzəl, Yalan, Xəbər, Su, Od, Yer, Hava çərşənbələri 
adı ilə yeddi çərşənbə sadalanır və onların “oğru” deyilərək ilk 
üçünün keçirilm
ədiyi  vurğulanır.  Deməli,  qalır  dördü:  su,  od, 
yer, hava. M
ətnin müəllifləri  Ədalət Vəliyev və  Vaqif 
B
əhmənli su, od, yer, yel (halbuki əvvəldə “hava” yazmışdılar). 
Bel
əcə, fars təfəkküründən  doğan  “ab-atəş-xak-bad” 
tamamla
nır.  Lakin  birdən müəlliflər nə  fikirləşirlərsə, “ilin 
sonuncu ç
ərşənbəsi” deyərək  beşinci  çərşənbə  olaraq  “İlaxır 
ç
ərşənbə”ni də verirlər. Hörmətli müəlliflər, axı Boz aya cəmi 
dörd ç
ərşənbə sığır. Beşincini hara “yerləşdirə” bildiniz??? Nə 
is
ə. Xalqdan alınanı  xalqa  qaytarmasanız,  belə  gülünc 
v
əziyyətə düşəcəksiniz...   
Bizc
ə, mənəvi mədəniyyətimizdəki bu hərcmərcliyin 
əsasını qoyan A.Nəbiyevin (düşünürük ki, bu işdə ona göstəriş 
ver
ən olub), özünün dediyi kimi, “ilk təşəbbüs”  olan  “İlaxır 
ç
ərşənbələr”  kitabındakı  bəzi məqamlara birdəfəlik  aydınlıq 
g
ətirməyin zamanıdır…  
Əlbəttə  ki,  təbiətdəki  dörd  ünsürü,  onların  bütün 
canlıların həyatındakı əvəzsiz yerini heç kəs inkar edə bilməz, 
263 
 


biz d
ə  o cümlədən. Lakin bu dörd ünsürü çərşənbələrə 
p
ərçimləməyə də heç kəsin haqqı yoxdur, o cümlədən də bəzi 
m
əmurların və alimlərin... 
Son ill
ər söhbət çərşənbələrdən düşəndə, demək olar ki, 
hamımız  dərsini  yaxşı  bilməyən  şagird  kimi  çaşırıq.  Biri  su 
ç
ərşənbəsi deyəndə, o biri torpaq çərşənbəsi  deyir.  İş  o  yerə 
çatıb ki, bu çaşqınlıq televiziya kanallarımıza da sirayət edib. 
H
ətta alimlərimiz də  çaşırlar.  Məsələn, Azad Nəbiyev  “İlaxır 
Ç
ərşənbələr”  [26,  s.4]  kitabında  çərşənbələri su, istilik, yel, 
torpaq  adlandırır.  Kamil  Vəli Nərimanoğlu  “Nevruz  geleneği 
ve Azerbaycan”  m
əqaləsində çərşənbələri od, su, hava, torpaq 
dey
ə sıralayır [89, s.125]. Ə.Cəfərzadə isə çərşənbələri su, od, 
torpaq, 
yel 
kimi 
sıralayır. 

Novruz 
bayramı 
ensiklopediyası”nın  tərtibçiləri B.Abdulla ilə  T.Babayev isə 
yazırlar:  “XX  əsrin 80-ci illərinin  axırlarından  “abi-atəş-xaki-
bad”
ın təsiri ilə Boz ayın dörd çərşənbəsi “Su çərşənbəsi”, “Od 
ç
ərşənbəsi”,  “Kiçik çərşənbəsi”  (?!  –  G.Y.),  “Yel çərşənbəsi” 
adıyla  da  tanıdılmaqdadır”  [30, s.105]… Onu da bir daha 
vurğulayaq ki, A.Nəbiyev “ab-atəş-bad-xak” yazırdı...  
Gördüyümüz kimi, aliml
ərimizin özləri belə 
ç
ərşənbələrin adlarında dilbir ola bilmirlər. O zaman sadə xalqı 
çaşdırmağın lüzumu varmı? Niyə xalqa çərşənbələri dədə-baba 
qaydası  ilə  adlandırmağa  imkan  vermir,  hər alim öz 
f
ərziyyəsini irəli sürür, kitablar, məqalələr  yazır,  oxucuları 
yanlış yönləndirir.  
Maraqlıdır  ki,  çərşənbələrin dörd ünsürlə  adlandırılması 
m
əsələsini ortaya atanlar  “ab, atəş,  xak,  bad”  (heç biri türk 
sözü deyil – G.Y.) fikrin
ə dayanaraq, insanın bu dörd ünsürdən 
yaranmasına əsaslanaraq çərşənbələri də su, od, torpaq və  yel 
dey
ə dörd yerə bölürlər. Lakin, yuxarıda da gördüyümüz kimi, 
264 
 


bu  dörd  ünsürün  sıralanmasında  da  alimlərimiz fərqli fikir 
nümayiş etdirirlər. Xalqımız nahaq yerə demir ki, “yalan ayaq 
tutar, yerim
əz”. Çərşənbələrə  bu  adların  verilməsi də  1990-cı 
ild
ən bu yana ayaq tutub, amma yeriyə bilmir, sürünür, hələ də 
mübahis
ələr səngimir...  Görkəmli  folklorşünas  alim,  AMEA-
nın  müxbir üzvü Q.Qədirzadə  Naxçıvanda  olan  çərşənbələrin 
xalq  arasında  geniş  yayılan  adlarını  verərək (Xəbər, Yalan, 
Kül
ə  və  Axır  çərşənbə) qurama dörd ünsür-  dörd çərşənbə 
m
əsələsinə 
etirazını 
bildirir 
[19, 
s.306]. 
Bizc
ə, 
Y.V.Ç
əmənzəminlinin iki min beş  yüz il bundan əvvəlki  İran 
ad
ətlərinin “bu gün eynilə aramızda»  yaşadığını, Empedoklun 
dörd ünsürl
ə  bağlı  nəzəriyyəsini də  məhz  İrandan  aldığını, 
z
ərdüştiliyi  İrana  bəxş  edənlərin  “azərbaycanlılar  (muğlar)” 
olduğunu, “Novruz”un öz fəlsəfəsini “tamamilə” “Avesta”dan 
aldığını  yazması  [6, s.84], onun türklərin bahar, yeni il 
bayramından,  suya,  torpağa,  oda  münasibətindən xəbərsiz 
olduğundan  irəli gəlir. Tədqiqatçı  hətta  nağıllarımızı  da 
z
ərdüştiliklə  bağlayır.  Burada  bir  məqam diqqət çəkir: Y.V. 
Ç
əmənzəminlinin  “biz”  deyəndə, kimləri nəzərdə  tutduğu 
ortaya  çıxır.  O,  Türküstanda, türk-tatarların  təsiri olaraq rus 
nağıllarında  9  rəqəmi  haqqında  fikir  irəli sürərək belə  bir 
n
əticəyə gəlir: “Deməli, zərdüşti fəlsəfə və etiqadından doğma 
nağıllarımız  (kimin  nağılları  -  ?!)  yalnız  dil  etibarilə 
türkl
əşmişlər” (?! – G.Y.). Bəli, Y.V. Çəmənzəminli, eləcə də 
onun kimil
ərin  nağılları,  sən demə,  “yalnız  dil  etibarilə 
türkl
əşib”, əslində isə bu nağıllar kimlərinsə nağıllarıymış?!.. 
Türkl
ər azərilərdən, atəşpərəstlərdən, zərdüştilərdən 
f
ərqli  olaraq  oda  sitayiş  etmirlər. Onlar odun praktik 
əhəmiyyətini dərk edərək  faydalanırlar…  Yaz  bayramını, 
Novruzu at
əşpərəstliklə,  oda  sitayişlə  əlaqələndirməyin, eyni 
265 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə