Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə83/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   79   80   81   82   83   84   85   86   ...   105

 
 
M.K.Atat
ürk Novruz şənliklərində (Ankara, Keçiörən, 1923) 
 
Sonralar daxild
əki  terrorçu  qrupların  Novruz  şənlikləri 
vaxtı  türklər  arasında  törətdikləri  çaxnaşmalara,  qətl 
hadis
ələrinə  görə, xalq bu bayramdan müəyyən qədər 
uzaqlaşmışdı…  Bundan  əlavə  heç bir xalqa deyil, bahara 
m
əxsus  olan  yaşıl  otların,  yarpaqların,  qırmızı,  sarı  güllərin, 
çiç
əklərin rənglərini özəlləşdirərək “bunlar  kürdlərin 
r
əngləridir” dedilər və bayraqlarına bu rəngləri verdilər. Uzun 
ill
ər Novruzun müəyyən siyasi tələblərdə  vasitəyə  çevrilməsi 
Novruz günl
ərini Türkiyə  əhalisinin böyük bir hissəsinin 
zehnind
ə  qorxu, həyəcan günləri  etmişdi.  Prof.Dr.Abdulhaluk 
M.Ç
ayın 1985-ci ildən başlayaraq dörd dəfə nəşr olunan  “Türk 
Ergenekon bayramı Nevruz” kitabı (1985, 1988, 1989, 1991), 
toplantılar,  simpoziumlar,  müxtəlif alimlərin  əsərləri, Türk 
Dünyasından  buraya  axışan  tələbələr, müəllimlər və  başqaları 
Novruzu Türkiy
əyə dostluq, baharın gəlişi, sevinc,  yeni həyat 
289 
 


bayramı  kimi  qaytardı.  1995-ci ildə  Ankarada Atatürk Kültür 
M
ərkəzi  Başqanlığı  tərəfindən  Novruz  bayramı  ilə  bağlı 
keçiril
ən  Uluslararası  Bilgi  Şölənindən sonra “Nevruz” 
kitabçası  çap  olundu. Ön sözün müəllifi  H.Vedat Dəmirbaş 
yazırdı:  “Çeşidli  ölkələrdən türk soylu və  yabançı 
araşdırmacılar  bu  bayramın  bizlərə  aid  olduğunu  söylədilər”, 
y
əni 1990-cı illərin ortalarına qədər Türkiyədə böyük bir nəslin 
Novruz  bayramının  türklərə  aid  olduğundan  xəbəri yox idi. 
Novruzu Türkiy
ə  türklərinin də  “böyük  şənliklərlə 
keçirm
ələrinin gərəkliyinə  inanan”  V.Dəmirbaş  tədbirin fitnə-
f
əsadın, pis niyyətlərin, yanlışlıqların aradan qalxması yolunda 
bir addım ola biləcəyinə ümid edirdi… 
 
 
 
Novruz topluları 
 
290 
 


1990-
cı illərin ortalarından başlayaraq hər il Türkiyədəki 
Atatürk Kültür M
ərkəzinin təşəbbüsü ilə  ölkənin müxtəlif 
şəhərlərində  türk  dünyasının  ayrı-ayrı  bölgələrindən gələn 
aliml
ər  yeni  il  bayramının  əsas özəlliklərini  xalqa  çatdırırlar. 
Bel
ə  toplantıların,  əsasən, kürdlər  yaşayan  bölgələrə 
salınmasının da xüsusi anlamı vardı. Belə ki, 1999-cu ildə əsas 
simpozium  Elazığda  keçirilsə  də, gələn  qonaqları  qrup-qrup 
qarışıq bölgələrə  yollamışdılar ki, orada da Novruzun kökünü 
xalqa izah etsinl
ər. Mən qaqauz, qazax, Altay alimlərilə  bir 
yerd
ə  Qaziantəp  şəhərinə  getmişdim.  Cəmi 5-6 nəfərlik kiçik 
qrupumuz iki gün içind
ə  burada keçirdiyi konfranslarda, 
görüşlərdə  bayramın  Altayda  da,  Qaqauz  Yerində  də, 
Az
ərbaycanda da, Qazaxıstanda da eyni coşqu ilə keçirildiyini 
anlatdı. Böyük zaldakı konfrans zamanı zalı tərk edən bir qrup 
g
əncin bu meydanoxuyucu hərəkəti belə  dinləyicilərdəki 
marağı söndürmədi.   
Bir  çoxları  “Novruz”un fars kəlməsi  olduğunu  əldə 
bayraq ed
ərək onu irandillilərə bağlayır. Bu təbliğatın başında 
dayananlardan biri d
ə Y.V.Çəmənzəminlidir. Təsadüfi deyil ki, 
o  yazır:  “Qədim Azərbaycanda…  ayların  adı  belə  idi: 
F
ərvərdin,  Urdibehişt,  Xurdad,  Tir,  Murdad,  Şəhrivər, Mehr, 
Avan, Az
ər, Dey, Bəhmən,  İsfəndar”  [49, s.84]. Göründüyü 
kimi, söhb
ət qədim Azərbaycanın  “türkdilli”  əhalisindən 
getmir…  Bu gün türk dil ail
əsinə  mənsub, Azərbaycan 
türkc
əsində  danışan,  türk  adət-ənənəsini həyatının  bütün 
sah
ələrində  yaşadan  xalqımızın  kökünü  farslara  bağlayan 
Y.V.Ç
əmənzəminlinin  əsərlərindən faydalanarkən onun 
mövqeyi n
əzərdən qaçırılmamalıdır... 
Dr.Cavad Hey
ət kəlimələrlə  bağlı  çox  gözəl deyir: 
“Novruzun  adı  farscadır,  amma  hər kəsin  malıdır.  Namaz  da 
291 
 


farscadır,  amma  hamımızın  malıdır.  Allah  kəliməsi  ərəbcədir, 
amma  hamımızındır  (hətta xristian qaqauzlar da Yaradana 
“Allax” deyirl
ər  –  G.Y.), onun üstündə  dava etmirik, onun 
yolunda birl
əşirik. Buna görə, Novruz da bizləri birləşdirən bir 
bayram  olmalıdır.  Yoxsa,  bu  sənindir və  ya mənimdir deyə 
mübahis
ə mövzusu olmamalıdır. Belə bir şey ağıldan uzaqdır. 
Bel
ə dartışmalara girmək bizlərə yaraşan bir şey deyildir” [58, 
s.18]. 
Doğrudan da Novruz qışın bitməsi, yazın gəlməsi, qışda 
ölmüş  təbiətin dirilməsini simvolizə  edən, Günəşin  sayəsində 
günl
ərin uzanmağa başladığı bir vaxtda keçirilən bir bayramdır. 
Adından,  cüzi  fərqlərindən,  yanlış  olaraq  bağlanıldığı  tarixi 
şəxsiyyətlərdən, dinlərdən və  hadisələrdən  asılı  olmayaraq 
insanın  soyuq  qış  günlərindən  sonrakı  çoxdan  arzusunda 
olduğu gözəl dəyişikliklərə sevindiyi gündür və həmin gün öz 
canında,  həyatında,  həyətində  bu dəyişikliyi  duya  bilən hər 
k
əsin bayramıdır. Deməli, Novruz həm də birləşdirən, dostluq, 
barış gətirən bayramdır... 
H
əm ümummilli liderimiz Heydər Əliyevin, həm də onun 
davamçısı  olan  Prezident  İlham  Əliyevin  türk  xalqlarının 
m
ənəvi birliyinə  çalışmaları,  şübhəsiz türk köklərinin 
d
ərkindən irəli gəlir.  İl  Başı,  ilin,  ayın  son  gecəsi, gecə  ilə 
gündüzün b
ərabərləşdiyi  günü  də  bəzi yerlərdə  Novruz  adını 
daşıdığına  görə  irandillilərə, beləcə  də,  xalqımızın  köklərini 
hansısa atəşpərəstlərə bağlamaq düşmənçilikdən başqa bir şey 
deyil. Art
ıq  siyasətə  çevrilmiş  bu  məsələni Azərbaycanda 
altdan-altdan yerid
ənlər də var. Dörd ünsürü atəşpərəstlərə aid 
ed
ənlər,  onları  çərşənbələrə  pərçimləyənlər də  belələrindən-
dir… 
292 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   79   80   81   82   83   84   85   86   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə