Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə91/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   87   88   89   90   91   92   93   94   ...   105

kimi, 
qazaxların da  yaşlarının üstünə bayram günü bir  yaş da 
əlavə  olunurmuş.  Türkiyəli  alim  Abdulkadir  Yuvalı  yazır: 
“Kazak  Türkleri,  yıl  sonunda  (bir  yılı  30  günden  meydana 
gelen 12 aya ayırırlar) hesaba katılmayan 5-6 gün “beş konak” 
iyilik  ve  kötülüğün  mücadelesi  kabul  edilir  ve  bu  5-6 gün 
içi
nde  yolculuğa  çıkmaz,  ev  değiştirmez,  düğün  dernek 
yapmaz,  hayvan  kesmez,  misafir  çağırmaz,  yani  iyi  ve  güzel 
olan davranışlar için nevruzu beklerler” [110, s.57].  
 
 
 
Qazaxların Naurız təbriki... 
 
Maraqlıdır  ki,  mayalılarda  da  ilin  son  5  günü  Yeni  il 
bayram edilirdi. Onlar 360 gün
ə  ad  verir,  amma  “adsız  bəd 
günl
ər”  adlandırdıqları  bu  günlərə  ad vermirdilər. Beləcə, il 
ərzində yığılmış pisliklərdən təmizlənirdilər. Onu da qeyd edək 
ki, XVI 
əsrdə Yukatanda yeni ildə “kəndin başçısı” seçilir və o, 
il boyu idar
əçiliklə  məşğul  olur.  Həmin  günün  axşamı  böyük 
318 
 


tonqal qalanır, közü başçının və yanındakıların ayaqları altına 
s
əpilir,  baş  kahin  közün  üzərində  gəzməklə  ətrafdakıları 
pislikl
ərdən təmizləyir. Beliza  mayalılarının  Öküz  Rəqsi və 
hakimiyy
ətin ötürülməsi mərasimi yaz gecə-gündüz bərabərliyi 
zamanı, yəni martın 20-21-də keçirilirdi. Yukateklərdə ənənəvi 
olaraq yeni il m
ərasimi  əkinçilik mövsümünün, yəni  yağışlar 
mövsümünün başlanğıcında qeyd olunurdu [122, с. 331-333]
 Qeyd ed
ək ki, közün, odun, alovun təmizləyici
paklaşdırıcı izləri burada aydın görünür. Hər kəs köz üzərində 
g
əzə  bilmədiyi  üçün  bu  işi, saxa türklərində  də  olduğu  kimi, 
baş kahin öz üzərinə götürürdü. Digərlərinin isə ayaqları altına 
köz s
əpələnirdi.  Köz üzərində  gəzə  bilməyən bizim kimi adi 
insanlar tonqalın üzərindən tullanmaqla pisliklərdən qurtarırlar. 
Az
ərbaycanın  Ordubad,  Qubadlı,  Cəbrayıl  və  bu kimi 
bölg
ələrində  hələ  də  Yeni ildə  “Xan bəzəmə” və  yaxud  “Şah 
b
əzəmə” adəti var  və  bu  adət də  hakimiyyətin ötürülməsi 
m
ərasiminin çox qədimdən gələn əks-sədasıdır. 
Kökl
əri  saklara,  hunlara,  mayalılara  qədər uzanan 
Bayramla bağlı Qazaxıstanda bir sıra rəvayətlər də dolaşır. 21 
martın  ertəsi  günü  qadınlar  bir  təpəyə  çıxaraq:  “Necəsən, 
Gün
əş  Ana?”  deyə  Günəşi  salamlayırdılar.  Sonra  at,  ya  öküz 
k
əsilir, qanı uşaqların alnına çəkilirdi ki, xətadan, bəladan uzaq 
olsunlar. Küs
ənlər barışır,  yetimlər evləndirilir, fəqir-füqəraya 
mal verirdil
ər.  Novruz  günü  bağışlanmaq  istəyəni mütləq 
bağışlayırlar.  Oğlanlar  gecə  yarısı  vəhşi  bir  buğanın  üstünə 
y
əhər qoyur, onun da üstünə  uyuğ  bərkidir, boynundan 
zınqırov asır, başına quş lələyi taxır, sonra da onu kəndin içinə 
buraxırdılar. Buğa zınqırovun səsindən vahiməyə düşərək atılıb 
düşdükcə, kənd əhalisi səs-küyə yuxudan oyanaraq yeni günün 
g
əldiyindən xəbər tuturdu. “Otağ”  deyilən  çadırlar  qurulur, 
319 
 


t
əndirdə  çörəklər,  loxmalar,  külşələr,  katırmalar,  kattamalar 
bişirilirdi.  Gənclər  “Altıbakan”,  “Kız  kuvıv”,  “Avdarıspak”, 
“Kökpar”,  “Arkan tavtuv”,  “Kol tuzak”  kimi oyunlar 
oynayırdılar.  Bütün  bu  adətlərin  əksəriyyətinə  indi də  əməl 
olunur. Çox vaxt qazaxlar Xıdırəlləzi də martda keçirirlər… 
Novruzun 
əsas  hazırlıqları  mətbəxdə  gedir. Qazaxlar 
Novruzda xüsusi “Navruz köje” 
(Novruz şorbası) hazırlayırlar. 
Bu  şorba  ən az yeddi nemətdən  hazırlanır:  qışdan  qalan  süd, 
kazı,  buğda,  düyü,  un,  yağ,  süd,  soğan…  “Bauırsak”  deyilən 
xör
ək növu, at, ya qoyun əti də bişirirlər. Qızlar oğlanlar üçün 

uykuşar”  adlı  yemək  hazırlayırlar.  Yaşlılara  hörmət  əlaməti 
olaraq k
əsilən qoçun bişmiş başını ağsaqqalın önünə qoyurlar. 
O da alqış deyə-deyə onu ətrafdakılara tikə-tikə verir. Bu adət 
qarakalpaklarda da var. Qarakalpak
ıstanda mən də bir məclisdə 
bu ad
ətə şahid oldum. Adətə görə, ağsaqqal qoçun dilini kəsib 
yaşları  qədər təcrübələri  olan qocalara verir ki, gördüklərini 
danışsınlar. Qulağını kəsib cavanlara verir ki, deyilənlərə qulaq 
assınlar,  söz  dağarcıqlarına  yığsınlar.  Alt  dodaqla,  üst  dodağı 
k
əsib bəylə gəlinə, nişanlı oğlanla qıza, təzə toylulara verir ki, 
bir-birind
ən ayrılmasınlar, mehriban olsunlar… 
Çox  vaxt  bayramda  doğulan  uşaqlara  Nevruzbay, 
Meyrambek kimi adlar verirl
ər. Göründüyü kimi, qazaxlarda 
da t
əmizlik  işləri, təzə  paltar geyinmək,  çeşidli  yeməklər 
bişirmək, 
görüşlər, 
salamlaşmalar, 
bayramlaşmalar, 
paylaşmalar bu günlərin hər an rastlanılan özəlliklərindəndir.  
Qazaxlar keç
ə üylər qurur, Nevruz Köje (Novruz şorbası) 
içir, dombrada çalaraq aytıs ifa edir, at yarışı, güləş keçirirlər. 
Hazırda Qazaxıstanda da Novruz günü rəsmi bayram kimi qeyd 
olunur, iş günü sayılmır. 
320 
 


Ən qısa yaz Türkmənistanda yaşanır. Cəmi bir ay sonra 
yaz  öz  yerini  qızmar  yay  günlərinə  verir. Bununla belə 
türkm
ənlər də  Novruz  bayramını  eyni  şadyanalıqla  keçirir, 
h
əmin günü rəsmi olaraq tətil edirlər. Cənub-şərqi türkmənlər 
iki Novruz keçirirl
ər. Onlardan  biri  qışın  son  günü  hesab 
olunan 22 fevralda, y
əni Kiçik Çillə  çıxdıqdan  sonra  qeyd 
olunur.  Əsasən  heyvandarlıqla  bağlı  olan  bu  Novruza  “Çava 
Novruzı”,  əkinçiliklə  bağlı  olaraq  martın  17-dən 22-dək 
keçiril
ənə isə “Yupek Novruzı” deyilir. S.M.Demidov yazır ki, 
əvvəllər  bir  sıra  türkmən  tayfaları,  özəlliklə  də  cənubdakılar 
Novruzu qeyd edirdil
ər. Məsələn, XIX əsrin  axırlarında 
nohurlular yerli axundun t
əzyiqi ilə bu bayramı qeyd etməkdən 
ç
əkindirildilər. Təkəlilər  fevralın  sonlarında,  yəni  əsas 
Novruzdan bir ay 
əvvəl (belə  çıxır  ki,  fevralın  20-də, yəni 
Kiçik çill
ə çıxanda – G.Y.) bayram keçirirdilər. Əlililər isə XX 
əsrin 20-ci illərinə  qədər  Novruz  bayramını  qeyd  edirdilər 
[140, s. 4-30]. 
 
 
 
321 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   87   88   89   90   91   92   93   94   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə