Türk xalqlarinin mərasim sistemiNDƏ novruzun yeri



Yüklə 6,43 Mb.
Pdf görüntüsü
səhifə88/105
tarix19.07.2018
ölçüsü6,43 Mb.
#56633
1   ...   84   85   86   87   88   89   90   91   ...   105

Əvvəllər hər Şaqaa günü hamının yaşının üstünə bir yaş 
da g
əlirdi. Lakin lamaizm yayıldıqdan, lama astroloqlara maraq 
artdıqdan  sonra, astroloji proqnozlara önəm verildiyi digər 
yerl
ərdə  olduğu  kimi,  burada  da  uşağın  nəinki  doğum  ilini, 
h
ətta ayını, gününü, saatını da yadda saxlamağa başladılar. 
Bayram günl
əri çalışırlar ki, öqdə  yaşıllıqla bağlı nə isə 
bir  şey  olsun.  Bu  məqsədlə  bayrama qədər  ağac  budaqlarını 
k
əsib evdə  suya  qoyurlar  ki,  tez  yarpaqlasın,  çiçək  açsın. 
Lamalarla birg
ə şamanlar da bu bayramda iştirak edir, alqışlar 
söyl
əyir, xeyir-bərəkət diləyirlər. 
Əgər oturaq həyat tərzi keçirən, əkinçiliyə üstünlük verən 
xalqlarda s
əməni başlıca rəmz kimi götürülürsə, heyvandarlıqla 
m
əşğul olan bölgələrdə yeni ildə mal-qaranın, qoyun-quzunun 
çoxalmasını “təmin” edən rəmzlərə daha çox üstünlük verirlər. 
Bu  m
əqsədlə  də  tıvalar  Şaqaa  ərəfəsində  öqün girəcəyindən 
sandıqlar (aptara) qoyulan yerədək, bacanın hər iki tərəfindən
ya da onun 
ətrafına quzuların, çəpişlərin bağlandıqları xöneləri, 
çelel
əri (çatıları) asırlar. Yeni ildə var-dövlət arzusundan doğan 
bu  ad
ətdən  başqa  tavandan  ev  heyvanlarının  rənglənmiş 
fiqurları, oyuncaq cam, çömçə, təknə, qazan kimi əşyalar asılır. 
Bolluq, b
ərəkət rəmzi  sayılan  bu  “oyuncaqlar”  nəsildən nəslə 
miras qalır, uşaqlara onlarla oynamaq qadağan edilir. 
Şaqaa  qabağı  lamaizmin  təsiri olaraq göydəki Aya, 
ulduzlara sitayiş güclənir. Belə ki, yeni ilə lap az qalmış öqün 
çöl t
ərəfinə  yumruq boyda üç qar topu qoyurlar ki, Uluq 
Çedixan  (Böyük  Ayı  bürcü.  Monqol  xalqları  ona  Dolaan 
deyirl
ər - G.Y.) üç dəfə aalı dolanarkən onlarla öz atını sulasın 
(bir  çox  türk  boylarında  olduğu  kimi, bəzi bölgələrimizdə 
keçiril
ən  Xıdır  Nəbi  bayramında  Xıdırın  gəlib  əl  vurması, 
atının izini qoyması üçün qovutun, unun qoyulması ilə səsləşir 
307 
 


–  G.Y.). Uluq Çedixana h
ər ailə  hər  ayın  22-də  dua edir, 
öql
ərdə  çıraqlar  yandırırlar.  İnama  görə, dua ilə  birlikdə 
ulduzları  da  qonaq  etmiş  olurlar.  Lamaların  dediklərinə  görə, 
h
ər  bir  ulduzun  insanların,  heyvanların  taleyində  önəmli rolu 
var. Onların tapınaqlarından biri də Orion bürcüdür. Rəvayətə 
gör
ə,  bu,  ana  maralı  qovaraq  göylərə  çıxan  ovçu  ilə  bağlıdır. 
Tıva ovçuları həmişə ov qabağı Orion bürcünə qurban verirlər. 
Ona gör
ə də yeni il axşamı bir qayda olaraq bürclərə qurbanlar 
verilir, 
əvəzində  onlardan  bir  çox  şeylər dilənilir. Bu vaxt 
lamalar t
əsbeh çevirərək  sutralar  oxuyur,  alqışlar  söyləyir, 
buğda  unundan  insan  fiqurları  düzəldir,  sonra  da  yandırırlar. 
Bel
ə bir inam vardı ki, bu ayin təzə ildə bolluq yaradacaq. 
Şaqaa  günü  qalanan  tonqalın  başına  toplaşanlara,  elə-
obaya  alqışı  əvvəllər  şamanlar, sonralar isə  el  ağsaqqalları 
söyl
əyirdilər.  İndi  şamanların  mərasimlərdəki rolu yenidən 
b
ərpa olunub. Onlar qazandan “tos-karaka” adlanan 
doqquzgözlü ayin çömç
əsi ilə  çay  (tıvalar  bərk kərpic  çayları 
qazanda qaynadıb bişirir, sonra da çömçə ilə piyalələrə töküb 
içirl
ər – G.Y.) götürərək əvvəl oda, sonra isə Günəşin hərəkət 
istiqam
əti ilə dörd yana çiləyə-çiləyə deyirlər: “İlanların qabığı 
soyulmağa başlayır. Yeni ilin ilk günü oyanır. Bütün çətinliklər 
arxada qalıb. Qoy, yaxşı hər nə varsa, üzünü bizə çevirsin! Öz 
z
əhmətilə  yaşayanlara  xoşbəxtlik,  əmin-amanlıq!  Xəstəliklər, 
günahlar bizd
ən yan keçsin!…” [190, s.85]. 
V
ə ya: 
 
Айымчаазы, 
Хүнүмэртези! 
Эргичылдыүдептурмен, 
Чаачылдыуткуптурмен. 
308 
 


Буурадегчылэртти, 
Бодагандегчылкелди. 
Эженсаңымсалыпалган 
Экичемимдээжизинөргүп, 
Чамбы–дипкечажыымчажып, 
Чалбарыптурмен. 
Экичүвеэлбекболзун! 
Эрбенчүвечокболзун! 
Арбай — тарачаагайболзун, 
Аъш-чемэлбекболзун! 
Үнүш–дүжүтчаагайболзун, 
Үрезин — хүнезинэлбекболзун! 
Курай, курай, курай! 
  
Ayımın başı, 
 
Günümün ertəsi! 
Köhnə ili yola salıb 
Yeni ili qarşılayıram. 
Köhnə il dəvə kimi keçdi, 
Gəldi yeni il xötək kimi. 
Tüstü ilə ayin keçirərək 
Yeməyin hörmətli yerindən qurban verərək 
Müqəddəs damcıları dünyaya çiləyərək 
Yiyələrə üz tututram. 
Qoy yaxşı şey bol olsun! 
Qoy çətinliklər yan keçsin! 
Qoy arpa bol olsun! 
Qoy yemək bol olsun! 
Qoy məhsul bol olsun! 
Qoy taxıl ehtiyatı bol olsun! 
309 
 


Курай, курай, курай! [175] 
 
“Şopulaq”  adlandırılan  balaca  taxta  kürəklə  quyruqdan 
götürüb yanındakının qabına qoymaq da paylaşmaq əlaməti idi. 
Ev 
yiyəsi  qoçun  başını  yeyir.  Yaşlıları,  hörmətli  adamları 
quyruğa (“uja”) və döş ətinə (“töş”) qonaq edirlər. Şaqaa vaxtı 
qoyunları  otaran  çobana  dirsək  əti  –  “kırı”  verirlər.  Bununla 
çobanın xalqın “qolu”, dayağı olduğunu vurğulayırlar. 
Gələn  qonaqlar  ortaya  qoyulan  yeməklərin  hamısını 
yeməlidirlər.  İmtina  etmək  ev  yiyəsinə  qarşı  hörmətsizlik 
sayılır.  Bəzən  qapını  bağlayıb  yeməyi  yeməmiş  heç  kəsi  çölə 
buraxmırlar.  Üç  gün  davam  edən  bu  qonaqlıqda  qonaqları 
yeməyə  məcbur  edir,  hamı,  bərəkət  olsun  deyə,  əllərinin 
yağının  bir-birinin  üstünə  çəkirlər.  Bəzən  gənclər  “kim  çox 
yeyər” deyə yemək yarışına da çıxırlar...  [175]. 
Onu da qeyd ed
ək  ki,  Şaqaa  günlərində  alkoqollu içki 
(“araka”) içilm
əzdi. Tıvaların ulu babaları bu içkini iblis içkisi 
hesab edirdil
ər. Ona görə  də,  Şaqaa  hamının  ayıq  başla  şən, 
maraqlı,  səmimi,  mehriban,  davasız-şavasız  keçirdiyi  bir 
bayramdır. 
Bütün bunlarla yanaşı, yuxarıda Şaqaa bayramına bir sıra 
lamaizm ünsürl
əri də  girdiyinin  şahidi  olduq.  Orion  bürcünə 
qurbanlar verm
ək,  burxanların  önündə  şam,  ya  çıraq 
yandırmaq, lamaların sutralar oxuması, astroloqların ulduzlarla, 
kitablarla fala baxması, Şaqaanın ilk günü xüredə xural təşkil 
olunması,  Buddanın  16  möcüzəsinin  şərəfinə  şənlik 
keçirilm
əsi… dediklərimizə  südutdur.  Şaqaa  yaşamaq  üçün 
lamaizmin bu c
əhətlərini, adətlərini özündə  birləşdirmək 
m
əcburiyyətində  qalmışdır.  Lamalar  lamaizm  ünsürlərini 
qatmaqla Şaqaanı dini bayrama çevirməyə çalışsalar da, onun 
310 
 


Yüklə 6,43 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   105




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə